37
üzləyicilərlə ikinci üzləmə aparılır. Qurqaqlıq havalarda isə ikinci
üzləmə ЗККШ - 6 markalı həlqəvi - mahmızlı (şporlu) vərdənə-
lərlə 12-14 sm dərinlikdə həyata keçirilir. Alaq otu toxumlarının
cü
cərməsini gücləndirmək üçün üzləmədən sonra sahədə 600-700
m
3
/ha həcmində aldadıcı suvarmalar aparılır və 3-4 həftədən sonra
şum qaldırılır. Əgər çuğundur əkiləcək sahə çoxillik köküpöhrəli
alaqlardan tarla qanqalı, çəhrayı qanqal, tarla sarmaşığı ilə
zibillənmiş olarsa şumdan qabaq hektara 2,5-3,0 kq miqdarında
başdan-başa 2,4 D-nin amin duzu və ya 1,0-1,5 kq 2,4 D - nin
butil efiri 10 kq ammonium şorası ilə qarışdırılaraq 300 litr su ilə
sahəyə çilənməli, sonra şum aparılmalıdır.
Yaz becərməsi. Rütubəti saxlamaq üçün fevral ayında tarlanı
şumun eninə malalayırlar. Malalamadan sonra 10-14 sm
dərinlikdə kultivasiya edilir. Əgər payız-qış aylarında tarla
suvarılmayıbsa səpinqabağı suvarma aparılır. Çünki, ağır torpaq-
larda səpsuvar keçirilməsi qaysaq əmələ gətirir və cücərtilər bu-
nun altından çıxa bilmirlər. Aratdan sonra torpaq yetişən kimi
УСМК-5,4 А, УСМК-5,4 Б markalı kultivatorlarla səpinqabağı
kultivasiya aparılır. Kultivasiyadan sonra ağır, dişli və ya şleyf
(hamarlayan ) mala
(ЗБП- 3,6А, ЗОР- 0,7, ШБ - 2,5) çəkilir.
Kultivasi
yanın altına alaqlarla mübarizə məqsədilə müvafiq herbi-
sid
lərin biri verilir.
Тorpağın səpinqabağı beçərmə sistemində də fərqli aqrotex-
nika tətbiq olunur. Səpinqabağı hazırlıq bilavasitə çuğundur
səpininə 3-4 gün qalmış aparılır. Səpinqabağı kultivasiya şumun
istiqa
mətində, toxumların basdırılacağı dərinlikdə (3-4 sm) apa-
rılır. Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yer-
ləşdiriləcəksə sələf bitkisinin məhsulu yığılan
kimi sahə ön kotan-
cıqlı kotanla şumlanır və payız-qış dövründə müvafiq becərmələr
aparılır.
Nəmlik az və qeyri-bərabər paylanan bölgələrdə, xüsusən
torpaq səthinin düzlənməsinə, toxum yatağı dərinliyində kip və
yum
şaq təbəqə yaratmağa xüsusi fikir verməklə, alaqların cücərti-
ləri məhv edilir. Bütün bu aqrotexniki tədbirlər aqreqatın tarla bo-