sor
uşuram, o nədir ki, qızıl dan çox qiyməti var, nə dadı var, nə rəngi, nə
qoxusu, insana çox gərəyi var, nə satılar,nə alınar!
Hər dəfə olduğu kimi , bu dəfə də sualı eşidən qızlar mat
-mat bir-
birlərinin üzünə baxdılar. Şah isə sözünə davam eləd
i:
-
Şahzadələr! Sübh tezdən Günəş tam özünü göstərəndə , yanıma
gəlin! Cavablarınızı deyin! Səhər bütün məmləkətə məlum olacaq ki , kim
olacaq Səhra şahın xanımı. Bütün səhrayi
-
aləmə bəyan edəcəyəm ki, kiminlə
evlənmək istəyirəm, kiminlə ürəyimi , kiminlə taxt
-
tacımı bölüşmək istəyirəm!
Şahzadələr çadırlarına dağılışdılar. Sindi də öz çadırına
yaxınlaşdı.Ağca yuxudan durmuş , paltar boxçasını da bağlayıb şadırın
həyətində Sindini gözləyirdi.
Sindi onu bu vəziyyətdə görəndə səhər onu hədələdiyi yadına düşdü.
Ağcanın gözləri ağlamaqdan şişmişdi.Şahzadə qucaqlayıb Ağcanın
üzündən öpdü.Amma onu çox istədiyindən yox, Səhra şahın verdiyi axırıncı
sualın cavabını tapsın deyə.Yaltaq
-
yaltaq onu bağrına basdı:
-
Mən sənə kəniz gözü ilə yox, bacı gözü ilə baxıram. Səhər kefim yox
idi deyə, səni acıladım.
Ağca sevindiyindən ağladı. O həm də məəttəl qaldı. Çünki xanımından
heç vaxt belə şirin sözlər eşitməmişdi.
Sonra Sindi dərdini Ağca ilə bölüşdü. Dərindən bir ah çəkib şah verən
sualı dərdli
-
dərdli kənizinə dedi:
-
Şahın axırıncı sualı əvvəlki bütün suallarından çətindir.Şah soruşur ki,
o nədir qızıldan çox qiyməti var, nə dadı var, nə rəngi ,nə qoxusu var,insana
çox gərəyi var,nə satılar,nə alınar! Amma mən ürəyimdə bir şey tutmuşam.
Yəqin ki, həmin sualın cavabı almaz olacaq.
Ağca həyəcanla dedi:
-
Yox,yox , xanım ,bu sualın cavabı almaz ola bilməz! Almaz satılar
da,alınar da, o ,hər şeydən qiymətli deyil. Həm də onun varlığı hamıya vacib
deyil.Almazdan da gərəkli,almazdan da da qiymətli bir şey var ki,onun nə dadı
var, nə rəngi var, nə də qoxusu. Özü isə nə satılar, nə alınar. Hər kəsə də
gərəyi var. Bu , sudur.Tanrının insanlara hədiyyəsi olan müqəddəs su.Bü
tün
canlılara vacib olan sudur. Susuz həyat mövcud deyil. Hətta cansız torpaq da
susuz çat-
çat olar.İnsanlar, həmçinin heyanlar , quşlar su içərlər. Su ilə
qalarlar, su ilə yaşayarlar. Bitkilər susuz böyüməzlər. Ağaclar meyvə
gətirməzlər. Su, Tanrı möcüzəsidir. Su satılmaz, su alınmaz. Budur, cavab.
Elə şaha da belə deyərsən!
Sindi Ağcanın dediklərini yadında saxladı. Səhər erkən yenə də durub
geyindi, bəzəndi, şah sarayına yollandı.
Saray əhli yığışdı.Şah sualına cavab gözlədi.
İran şahzadəsi dedi:
-
Bu sualın cavabı almazdır,Möhtərəm şah!
Ərəbistan şahzadəsi də suala eyni cavab dedi:
-
Mən də sualın cavabının almaz olduğunu deyirəm.Çünki almazın nə
dadı,
nə
rəngi, nə də qoxusu var. Qızıldan da qiymətlidir.Dövlətlilərdə , kasıblar da
almazları olmasını arzularlar.Hər kəsin onu almağa gücü çatmaz.
Şah üzünü Hindistan şahzadəsinə tutdu:
-
Bəs sənin fikrin nədir?
Sindi bu dəfə də Ağcanın dediklərini eşitdiyi kimi
şaha çatdırdı:
-
Bu sualın cavabı almaz ola bilməz, şah! Almaz satılar da, alınar da, o,
hər şeydən qiymətli deyil. Həm də onun varlığı hamıa vacib deyil.Almazdan da
gərəkli, almazdan da qiymətli bir şey var ki, onun nə dadı var,nə rəngi var, nə
də qoxusu.Özü isə nə satılar,nə alınar.Hər kəsə də gərəyi var.Bu,
sudur.Tanrının insanlara hədiyyəsi olan müqəddəs su.Bütün canlılara vacib
olan sudur.Susuz həyat mövcud olmaz.Hətta cansız torpaq da susuz çat
-çat
olar.İnsanlar da heyvanlar da, quşlar da su içər.Su ilə yaşayarlar.Bitkilər susuz
böyüməzlər.Ağaclar meyvə gətirməzlər.Su,Tanrı möcüzəsidir. Su satılmaz, su
alınmaz.Budur,mənim cavabım, şah!
Cavabı eşidən şah ayağa qalxdı.Gəlib Hind şahzadəsi Sindinin yanında
durdu,on
un əlindən öpüb dedi:
-
Afərin sənə, hind şahzadəsi ,ağlına,dərrakənə əhsən!Böyüyünə, nəsihət
verəninə əhsən!Bütün sualların cavabını tapdın! şad elədin! Həm ağlın,həm
də dərrakənlə!Mirzə,namə yaz Hindistan məmləkətinin şahına! Belə müdrik bir
qız böyütdüyünə görə adımdan ona minnətdarlıq bildir.Qoy elçilərimi qəbul
edib,onunla qohum olmaq istəyimə xeyir
-
dua versin! Qızı isə burda,
sarayımda yenə də qonaq kimi qalsın.Elçilərimə razılıq cavabı verilərsə,
toyumuzu edərəm, yox, əgər xeyir
-
dua məktubu göndərilməzsə, onda əziz
qonağımı təmtəraqla , ədəb
-
ərkanla yola salaram.
Sindi məmnunluqla şaha təzim etdi.İran və Ərəbistan şahlarının qızları isə
həsədlə Sindiyə baxdılar.Gözlərini süzdürdülər.Şahın təklifindən şad olan
şahzadə Sindi sevindiyindən bilmədi neyləsin.Çadırına qaçdı ki,xəbəri
kənizinə desin.Xanımının sevincək qayıtdığını görəndə Ağca da şad
oldu.Əhvalatdan xəbər tutan kimi xanımını sevindirmək üçün gedib
çimdi.Üzündəki qara saqqızı qopartdı.Oldu dünyalar gözəli.Başına gələnləri
xanımına danışdı.
Amma
kənizinin
bu
gözəliyi
Sindini
sevindirmək
əvəzinə
kədərləndirdi.Şahzadə onun gözəlliyini görüb paxıllıq elədi, qorxdu ki, şah
Ağcanı görüb ona vurular.Tez əmr etdi ki, kəniz yenə də üzünə qara saqqız
çəksin.Ağca ağlaya
-
ağlaya yenə də üzünə qara saqqız sürtdü.
İndi gəlin qızları qoyaq burda, görək Səhra şah sonra neylədi?
Səhra şah çox sevinirdi.O, Hind şahzadəsinin həm gözəllinə, həm də
ağlına heyran olmuşdu.Qırxıncı gün şah, şahzadə Sindidən başqa bütün
qonaqlarını yola saldı.Sonra isə namə yazdırıb çaparla Hindistan şahına
göndərdi.Namədə xoş məqsədini açıqladı.Çapar yola düşdü.
Nağıl dili yüyrək olar.Çapar at çapdı.Gecə
-
gündüz yol getdi.Nə qədər yol
getdi, bir iynənin ucu qədər , yoxsa dünyanın yarısı qədər, deyə bilmərə
m,
bircə
onu deyə bilərəm ki, çox keçmədi xoş xəbərlə geri döndü.
Səhra şah Hindistana elçi göndərdi.Elçilər şad xəbərlə qayıdandan sonra
isə özünə qırx gün, qırx gecə toy eləyib Hindistan şahının qızı Sindi ilə
evləndi.Bütün məmləkət gəlinin gözəlliyindən danışırdı. Şah gözəl və ağıllı
qızla evləndiyinə görə özünü çox xoşbət sayırdı.