Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Hansı hallarda kalsitoninin səviyyəsi yoxlanılmalıdır?



Yüklə 2,43 Mb.
səhifə25/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   17   18   19   20   21   22   23   24   25

1580) Hansı hallarda kalsitoninin səviyyəsi yoxlanılmalıdır?
A) Tireoiditlər zamanı

B) Endemik ur zamanı

C) Hipotireoz zamanı

D) Qalxanvari vəzin medulyar xərçəngində

E) Diffuz toksiki ur zamanı
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002
1581) Miksedematoz komanın klinik əlaməti nədir?
A) Hipoventilyasiya, taxikardiya

B) Taxikardiya, hipoventilyasiya

C) Hipoventilyasiya, ödem

D) Hipotermiya, bradikardiya

E) Hipokapniya, bradikardiya
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. «Дифференциальная диагностика и лечение эндокринных заболеваний», 2002.
1582) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Alkoqol qəbulu

B) İnsulinin dozasının azadılması

C) İnsulinin dozasının artırılması

D) Qida rejiminin pozulması, fiziki aktivlik

E) Stress
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1583) Biquanidlərin təyini aşağıdakı halların hansında göstərişdir?
A) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

B) I tip şəkərli diabet

C) Hipoqlikemiya

D) Kaxeksiya

E) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1584) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyyətləri hansılardır?
A) İnfarktın tipik gedişatı (ağrı ilə)

B) Residivin yaranmaması

C) Mikroinfarktlar, aritmiyalar

D) Təkrari infarktın yaranmaması

E) İnfarktın geniş yayılması, tromboemboliyaların yaranması
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1585) Diffuz toksiki urun müalicəsində qlyukokortikoidlərə göstərişlər hansıdır?
A) Göz simptomları

B) Tireoid anticisimlərin orta titri

C) Oftalmopatiya və tireotoksikozun residivi

D) Taxikardiya

E) Kaxeksiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1586) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) Tireoidin

B) Tireotom

C) Triyodtironin

D) L-tiroksin

E) Tireokomb
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1587) Piylənmə bu xəstəliklərdən hansılarla ahənglik təşkil edir?
A) Şəkərli diabet 2 tip

B) Plevrit

C) Vitiliqo

D) Bronxial astma

E) Psoriaz
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1588) Qanda tireoksinin miqdarı artanda nə baş verir?
A) TSH səviyyəsi dəyişmir

B) TSH sekresiyasının azalır

C) Tireoliberinin miqdarı artır

D) TSHsekresiyasının artır

E) Tireoliberinin miqdarı dəyişmir
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004
1589) Tireotoksikozun əsas simptomu hansıdır?
A) Arıqlama

B) Diffuz hiperhidroz

C) Əzələ zəifliyi

D) Səirici atitmiya

E) Taxikardiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1590) Liraqlutid gündə neçə dəfə istifadə olunur?
A) Şəkərin miqdarından asılı olaraq

B) Hər yeməkdən əvvəl

C) Gündə 2 dəfə 12 saatdan

D) Gündə 1 dəfə eyni vaxtda

E) Günaşırı
Ədəbiyyat: А.С.Аметов «Сахарный диабет 2 типа. Проблемы и решения» 2011
1591) QPP I analoqları hansıdır?
A) Viktoza

B) Novo-norm

C) Qalvus

D) Yanuviya

E) Amaril
Ədəbiyyat: А.С.Аметов «Сахарный диабет 2 типа. Проблемы и решения» 2011
1592) Morbid piylənmə zamanı hansı terapiyadan istifadə olunur?
A) Bariartrik cərrahiyyə

B) Anorektiklər

C) Pəhriz

D) Medikamentoz

E) İdman
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002
1593) Morbid piylənmə zamanı Bədən Kütləsinin İndeksi göstəriciləri hansıdır?
A) >35 kq/sm2

B) >25 kq/sm2

C) >40 kq/sm2

D) >20 kq/sm2

E) >30 kq/sm2
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002
1594) Yoluxucu xəstəliklərdə spesifik laborator müayinə üsulu hansıdır?
A) Biokimyəvi müayinə

B) Bakterioloji müayinə

C) Histoloji müayinə

D) Urinoqramma

E) Hemoqramma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1595) “Ksantoxromatoz” simptomu aşağıdakı halların hansına deyilir?
A) Ovucun və ayaqaltının dərisinin saralması

B) Kürək nahiyyəsində saralma

C) Yuxarı ətrafların dərisinin saralması

D) Qarın nahiyyəsində saralma

E) Döş qəfəsi nahiyyəsində saralma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh
1596) “Jilber” sindromunun manifestasiyası nə zaman baş verir?
A) Virus hepatitləri

B) Vəba


C) Dizenteriya

D) Qarın yatalağı

E) Mexaniki sarılıq
Ədəbiyyat: Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с. Шаханина И.Л. Руководство по эпидемиологии инфекционных болезней , М., Медицина, 1993, т.1, 192 с
1597) “Kurvuazye” simptomu hansı halda müsbət olur?
A) Mexaniki sarılıq

B) Qarın yatalağı

C) Vəba

D) A virus hepatiti



E) Dizenteriya
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh
1598) Profilaktik peyvəndlər üçün aşağıdakılardan hansı istifadə olunur?
A) Anatoksinlər

B) Bütün sadalananlar

C) Öldürülmış vaksinlər

D) Kimyəvi vaksinlər

E) Diri vaksinlər
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1599) Qarın yatalağının bakterioloji diaqnostikası üçün aşağıdakılardan hansı istifadə olunmur?
A) Nəcis və sidik

B) Öd


C) Onurğa beyin mayesi

D) Sümük iliyi

E) Qan
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1600) Qida toksikoinfeksiyalarının epidemiologiyası aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Yoluxma yolu alimentardır

B) Parenteral yoluxma mümkündür

C) Törədici qidaya xarici mühitdən düşür

D) Qida maddələrinin endogen infeksiyalaşması mümkündür

E) Çox zaman epidemik alovlanmalar şəklində təsadüf edilr
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1601) Aşağıdakılardan hansı zəhərli göbələklərlə zəhərlənmən qida toksikoinfeksiyalarından fərqləndirməyə kömək edir?
A) Su - elektrolit pozğunluqları

B) Ürəkbulanma, qusma, tez - tez duru nəcis ifrazı

C) Qarında ağrılar

D) Qaraciyərin erkən böyüməsi və ağrılı olması, sarılıq

E) Baş ağrıları, başgicəllənmə, zəiflik, hipotoniya
Ədəbiyyat: Ədəbiyyat : Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с
1602) Botulizm zamanı hansı göz simptomları rast gəlinmir?
A) Bəbəklərin işığa süst reaksiyası, konvergensiyanın və akkomadasiyanın pozulması

B) Korneal refleksin güclənməsi

C) Midriaz, nistaqm

D) Göz almalarının hərəkətinin məhdudlaşması, ekzoftalm

E) Ptoz
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1603) Botulizm zamanı qlossofarinqonevroloji pozğunluqların əlamətinə aşağıdakılardan hansı aid deyil?
A) Ağızın açılmasının çətinləşməsi, çeynəmə zamanı ağrı

B) Udmanın pozulması, mayenin burundan qayıtması

C) Səsin xırıltılı olması, afoniya

D) Burun çalarlı nitq, dizartriya

E) Ağızda quruluq
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1604) Botulizm zamanı əzələlərin innervasiyasının pozulması nə ilə təzahür etmir?
A) Boyun və yuxarı ətraf əzələlərinin parezi və zəifliyi ilə

B) Tənəffüs əzələlərinin çatışmazlığı ilə

C) Kəskin ümumi zəifliklə

D) Dəri hissiyyatının pozulması ilə

E) Yerişin pozulması ilə
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1605) Botulizm zamanı etiotrop vasitə kimi aşağıdakılardan hansı istifadə olunur?

A) Penisillin

B) Kanamisin

C) Azitromitsin

D) Vankomisin

E) Levomisetin


Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1606) Botulizm zamanı patogenetik vasitə kimi istifadə olunmur:
A) Xəstənin adekvat qidalanmasının təmin olunması

B) Dezintoksikasiya

C) Hemodializ

D) Hiperbarik oksigenasiya

E) Mədənin yuyulması və təmizləyici imalə
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1607) Vəba zamanı hansı antimikrob preparat istifadə olunmur?
A) Tetrasiklin

B) Ftorxinolonlar

C) Nitrofuran sırası preparatları

D) Sulfanilamidlər

E) Levomisetin
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1608) Aşağıdakılardan hansı amöblərın adəti lokalizasiyasını göstərir?
A) Qalxan - çənbər bağırsaq

B) Düz bağırsaq

C) Köndələn-çənbər bağırsaq

D) Kor və S - vari bağırsaq

E) Öd yolları
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1609) A virus hepatitinin ötürülmə müxanizmi necədir?
A) Hava - damcı

B) Perinatal

C) Parenteral

D) Fekal - oral

E) Cinsi
Ədəbiyyat: Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1610) A virus hepatitindən sonra dispanser müşahidənin tezliyi və müddəti necə olmalıdır?
A) 3 il ərzində

B) 1 il ərzində 3 ayda 1 dəfə

C) 3 ay ərzində ayda 1 dəfə

D) Evə yazıldıqdan 1 ay sonra 1 dəfə

E) 5 il ərzində
Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1611) B virus hepatitinin ötürülmə mexanizmi necədir?
A) Parenteral

B) Hava - damcı

C) Təmas

D) Fekal-oral

E) Transmissiv
Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1612) B virus hepatitinin əsas ağırlıq dərəcəsi göstəricilərinə aid deyil.

A) Hemorragik sindromun ifadəliyi

B) Ümumi intoksikasiyanın ifadəliyi

C) Timol reaksiyasının yüksəlməsi dərəcəsi

D) Protrombin indeksinin azalması dərəcəsi

E) Hiperbilirubinemiyanın dərəcəsi


Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1613) C virus hepatitinin müalicəsində əsasən istifadə olunur:
A) Asiklovir

B) Azidotimidin

C) Sitostatiklər

D) Foskarnet

E) İnterferon
Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1614) Hamilələrdə virus hepatitləri zamanı mamalıq taktikasının əsas xüsusiyyəti:
A) Virus hepatiti diaqnozu təsdiqləndikdən sonra hamiləliyin dayandırılması

B) Kortikosteroid preparatların işlədilməsi

C) Gecikmiş düşüklərin və vaxtından qabaq doğuşların qarşısının alınması üçün sistematik müalicəvi tədbirlərin aparılması

D) Virusəleyhinə terapiya

E) Hepatoprotektorların işlədilməsi
Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1615) Mədə-bağırsaq traktı və öd yollarının xəstəlikləri zamanı qaraciyər zədələnməsinin əsas patogenetik mexanizmi nədir?
A) Qidalanmanın, öd ifrazının pozulması

B) Bağırsaqdan toksiki maddələrin izafi miqdarda qana daxil olması

C) Portal bakteremiya

D) Qaraciyər hemodinamikasının pozğunluqları

E) Bütün sadalananlar
Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1616) Qripin törədicisi aiddir:
A) Rotaviruslara

B) Arboviruslara

C) Ortomiksoviruslara

D) Enteroviruslara

E) Pikornaviruslara
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1617) Paraqripin ən çox rast gəlinən fəsadı hansıdır?
A) Otit

B) Miokardit

C) Pielonefrit

D) Pnevmoniya

E) Haymorit
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1618) Paraqrip zamanı antibiotiklərin işlədilməsi nə zaman göstərişdir?
A) Yalançı inağ olduqda

B) Meningizm olduqda

C) Pnevmoniya olduqda

D) Laringit olduqda

E) Toksikoz olduqda
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1619) Mikoplazma infeksiyasının törədicisi aşağıda sadalanan bioloji mühitdən əldə edilə bilməz.
A) Burun ifrazatı

B) Qan


C) Udlaq yaxması

D) Bəlğəm

E) Ölənlərin ağciyər toxumasından
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1620) Mikoplazma infeksiyasının törədicisi sadalanan antibiotiklərdən hansına həssas deyil?
A) Penisillinə

B) Tetrasiklinə

C) Eritromitsinə

D) Seftriaksona

E) Ampicillinə
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с
1621) HİV zamanı immunodefesitin formalaşmasının səbəbi deyil?
A) Timusun atrofiyası

B) Makrofaqların funksiyasının pozulması

C) Sinsitiyaların yaranması

D) İmmunokompetent hüceyrələrə auto əkscisimciklərin yaranması

E) Virusun sitopatoloji təsiri
Ədəbiyyat: А.Г.Рахманова, Е.Н.Виноградова и др. ВИЧ-инфекция. Санкт-Петербург, 2004, 696 тр
1622) Dəm qazı ilə zəhərlənmələrdə qanda karboksihemoqlobinin hansı konsentrasiyası olümcül hesab olunur?
A) 60 - 70 %

B) 30 - 40 %

C) 40 - 50 %

D) 70 % - dən çox

E) 50 - 60 %
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev. İ. N, Maqsudov. A. S. , Bağırova İ. R, “Kəskin zəhərlənmələrin təsnifatı”, Metodik tövsiyələr, Bakı - 2008
1623) Parasetamolun (asetaminofen) orqanizmdən yarımçıxma müddəti hansıdır?
A) 12 saat

B) 2 saat

C) 6 saat

D) 4 saat

E) 24 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1624) Benzodiazepin qrupa aid preparatların antidotu nədir?
A) Nalokson

B) Flumazenil

C) Nalorfin

D) Esmolol

E) Amrion
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev. İ. N, Maqsudov. A. S, Bağırova İ. R, “Kəskin zəhərlənmələrin təsnifatı”, Metodik tövsiyələr, Bakı - 2008
1625) Trimetoprim (biseptol) ilə zəhərlənmələrin müalicəsində hansı preparat istifadə olunur?
A) Vikasol

B) Tiamin

C) Sianokobalamin

D) Piridoksin

E) Fol turşusu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1626) Fosfor üzvü birləşmələrlə (FÜB) zəhərlənmələrdə intoksikasiyaların əsas əlamətləri orqanizmdə hansı maddə yığılması ilə əlaqəlidir?
A) Asetilxolin

B) Histamin

C) Oliqopeptidlər

D) Serotonin

E) Katexolaminlər
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1627) Hansı kimyəvi maddə ilə zəhərlənmələrdə kollikvasion nekroz müşahidə edilir?
A) Qeyri - üzvü turşular

B) Qələvilər

C) Qatı üzvü turşular

D) Dixloretan

E) Oksidləşdiricilər
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1628) Hansı bitki tərkibində antixolinergik maddə var?
A) Üzərlik (Peganum harmala)

B) Dəlibəng (Daturastramonium)

C) Gənəgərçək (Ricinuscommunis)

D) Oleandr (Nerium oleander)

E) Acı badam (Prunusdulcis var. amara)
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1629) Metil spirtinin metabolitləri hansılardır?
A) Aseton və xloretanol

B) Formaldehid və qarışqa turşusu

C) Asetaldehid və sirkə turşusu

D) Butanol və etanol

E) Monoxlorsirkə turşusu və su
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1630) Qatı sirkə turşusu ilə zəhərlənmədə mədənin yuyulma qaydası necədir?
A) Mədənin yuyulması ancaq qanlı qusma olmadıqda aparılır

B) Mədə yuyulması ancaq zondsuz üsulla aparılır

C) Mədə yuyulması su ilə zond vasitəsi ilə aparılır

D) Mədə yuyulması ancaq ilk bir saat ərzində aparılır

E) Mədə natrium bikarbonat məhlulu ilə yuyulur
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1631) Gürzə ilanının çalmalarında ilk yardım zamanı hansı tədbiri icra etmək olmaz?
A) Ətrafa sıxıcı qoymaq

B) Zəhəri yaradan sormaq

C) Heparin təyin etmək

D) Ətrafı immobilizasiya etmək

E) Novokain blokadası aparmaq
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
1632) Neyroleptiklərlə zəhərlənmələr zamanı müşahidə olunan ekstrapiramid sindrom hansı dərman vasitələri ilə aradan qaldırılır?
A) Kofein və β – blokatorlar

B) Metoklopramid (serukal)

C) Fomepizol

D) Antixolienerqetik preparatlar və benzodiazepinlər

E) Baklofen və barbituratlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1633) Qanda alkoholun dəqiq qatılığının təyini üçün laborator üsullardan hansı daha üstündür?
A) Nazikqatlı xromatoqrafiya

B) Qazlı maye xromatoqrafiya

C) Ekspress diaqnostika

D) Kağız xromatoqrafiya

E) Spektrofotometriya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1634) Dəm qazı insan orqanizmində hemoqlobindən savayı daha nə ilə əlaqəyə daxil olur?
A) Aspartataminotransferaza və esteraza

B) Transferrin və qlutationperoksidaza

C) DNT - liqaza və katalaza

D) Nukleaza və qaptoqlobin

E) Sitoxromoksidaza və mioqlobin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1635) İsoniazid ilə zəhərlənmələrdə hansı preparat vurmaq zəruridir?
A) Piridoksin

B) Riboflavin

C) Tiamin

D) Askorbin turşusu

E) Sianokobalamin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1636) Kokainlə zəhərlənmələr zamanı hansı simptomlar müşaiyət olunur?
A) Midriaz, hematuriya, sianoz, hipotermiya

B) Hipotenziya, hipersalivasiya, bronxoreya

C) Mioz, bradikardiya, mərkəzi tipli tənəffüs çatışmazlığı

D) Ptoz, diplopiya, klonik - toniki qıcolmalar

E) Hipertenziya, midriaz, taxikardiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1637) Heparinlə zəhərlənmələrdə hansı preparat istifadə olunur?
A) Ammonium sulfat

B) Maqnezium sulfat

C) Atropin sulfat

D) Protamin sulfat

E) Sulfokamfokain
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1638) Kalium permanqanat kristalları ilə zəhərlənmələr zamanı ağız boşluğunun selikli qişasını hansı məhlulla təmizləmək lazımdır?
A) Lyuqol məhlulu ilə

B) Askorbin turşusu məhlulu ilə

C) Natrium tiosulfat məhlulu ilə

D) Unitol məhlulu ilə

E) Piridoksin məhlulu ilə
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1639) Hansı zəhərlənmələrdə aktivləşdirilmiş kömürün verilməsi mütləq əks - göstərişdir?
A) Xlor üzvi birləşmələri

B) Arsen birləşmələri

C) Fosfor üzvi birləşmələr

D) β - blokatorlar

E) Kaustik maddələr
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1640) β - blokatorlarla zəhərlənmələr zamanı əsas müalicə vasitəsi hansıdır?
A) L - karnitin

B) Kalsium - xlorid

C) Natrium bikarbonat

D) Kalium - xlorid

E) Qlukaqon
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1641) Əqrəb sancmaları zamanı aşağıdakılardan hansı ilə simptomatik müalicə aparılır?
A) Kortikosteroidlər, prozerin, albumin

B) Hemodez, natrium tiosulfat, tokoferol, sürətləndirilmiş diurez

C) Heparin, kalsium preparatları, atropin

D) Sitoxrom C. fizostiqmin, antihistamin preparatlar

E) Ağrıkəsicilər, ürək – damar sisteminə təsir göstərən preparatlar, desensibilizəedən preparatlar
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
1642) Varfarinlə zəhərlənmələr zamanı xəstəyə antidot kimi hansı vitamin vurmaq lazımdır?
A) Vitamin B1

B) Vitamin B12

C) Vitamin K1

D) Vitamin B6

E) Vitamin D2
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1643) Belladonna (Xanımotu) ilə zəhərlənmələrdə hansı sindrom qeyd olunur?
A) Nefrotik sindrom

B) Mendelson sindromu

C) Xolinolitik sindromu

D) Bufotenin sindromu

E) Muskarin sindromu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1644) A vitaminlə intoksikasiyalarda hədəf orqanları göstərin:
A) Böyrəküstü vəzilər, ürək əzələsi

B) Qalxanvari vəzi, ağciyərlər

C) Görmə siniri

D) MSS, qaraciyər, sümüklər, selikli qişalar

E) Dəri örtükləri, böyrəklər, mədəaltı vəzi
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1645) Flumazenil hansı qrup preparatların antaqonistidir?
A) Barbituratlar

B) Trisiklik antidepressantlar

C) Qeyri – steroid iltihaba qarşı preparatlar

D) Benzodiazepinlər

E) Fenotiazin neyroleptiklər
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1646) Zəhərli göbələklərlə intoksikasiyada mədənin zond vasitəsi ilə yuyulması hansı saatlarda məqsədə uyğun hesab olunur?
A) 6 – 12 saat ərzində

B) 12 – 24 saat ərzində

C) Zəhərlənmə vaxtı ilə asıllığı yoxdur

D) İlk 2 saat ərzində

E) 3 – 6 saat ərzində
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1647) Hidrogen sulfidlə zəhərlənmələrin əsas patogenezi nədir?
A) Karboksihemoqlobinemiya

B) Sitoxromoksidazaların blokadası

C) Hemoliz

D) Böyrəklərin zədələnməsi

E) Methemoqlobinemiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1648) I sinif antiaritmik preparatlarla zəhərlənmə zamanı müşahidə olunan kardiotoksiki effektləri nə ilə aradan götürmək olar?
A) Riboksin 2 % 10, 0 – 20, 0 v / d

B) Kalsium xlorid 10 % - 10, 0 v / d təkrar vurmaqla

C) Hipertonik Na bikarbonat məhlulun v / d infuziya ilə

D) Atropin 1 % - 1, 0 v / d, sonra 1, 0 ml d / a 3 saatdan bir

E) Dantrolen – Na 2, 5 – 10, 0 mq / kq v / d
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1649) Etanolun eliminasiya mərhələsinin müddəti nədir?
A) 3 – 4 saat

B) 24 - saatdan çox

C) 5 – 12 saat

D) 1 – 2 saat

E) 12 – 24 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1650) İshal əleyhinə loperamid (imodium) preparatı ilə ağır zəhərlənmələrdə farmakoloji antidot nədir?
A) Nalokson

B) D - penisillamin

C) Meperidin

D) Difenoksin

E) Metoklopramid
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1651) Serotoninin toksik sindromuna hansı əlamət xarakter deyil?
A) Hipertenziya

B) Hiperrefleksiya

C) Taxikardiya

D) Quru selikli qişalar

E) Hipertermiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1652) Teofillinin toksiki dozası nədir?
A) 10 mkq / kq

B) > 40 mkq / kq

C) > 50 mg / kq

D) 80 – 100 mq / kq

E) > 20 mkq / kq
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1653) Hidrogen peroksidlə zəhərlənmənin fəsadı nə ola bilər?
A) QT intervalın uzanması

B) Koma


C) Qıcolmalar

D) Qaz emboliyası



E) Xolinilitik sindrom
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə