TƏLƏBƏ QƏBULU – 2022
Tarix
88
/ №2
13 kəndi Azərbaycana qaytarılmalı, növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli idi.
Azərbaycanlı icması öz yerlərinə qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
hüquqi status müəyyən edilməli idi.
Lakin 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişi danışıqlar prosesinə əngəllər
törətməyə başladı. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu-Yorkdakı erməni
icmasının nümayəndələri ilə görüşü zamanı “yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi
haqqında bəyanat verdi. Əvvəlcə danışıqlarda separatçıların ayrıca tərəf kimi iştirak etməsini təkid
edən N.Paşinyan isə 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ
Ermənistandır və nöqtə” deməklə sülh prosesinə ağır zərbə vurdu. İki ay sonra Rusiyada keçirilən
“Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə də
münasibət bildirdi: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz
hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli
Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. 2020-ci ilin mayında
Şuşada qondarma respublikanın prezidentinin andiçmə mərasiminin keçirilməsi, parlamentin və
paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər
və s. təxribatçı davranışlarla Ermənistan hökuməti Qarabağ probleminin dinc yolla həll edilməsinin
mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi.
Ermənistan rəhbərliyinin sülhü pozan addımları erməni hərbçilərinin təmas xətti boyu Azərbaycan
Ordusuna qarşı təxribatçı hərəkətləri ilə müşayiət olunurdu. 2020-ci iyulunda Ermənistan hərbi
birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ
keçirmək məqsədilə hücuma cəhd etdi. Neft strategiyası və kommunikasiya siyasətində mühüm yer
tutan belə bir bölgədə 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturduldu. Bir
çox zirehli texnika, radiokəşfiyyat qurğusu, pilotsuz uçuş aparatları ilə yanaşı, erməni tərəfi xeyli canlı
qüvvə itirdi. Döyüşlərdə 3-сü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və
polkovnik İlqar Mirzəyev daxil olmaqla Azərbaycan ordusunun 12 nəfər hərbçisi qəhrəmancasına
həlak oldu. Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində isə bir mülki şəxs həyatını itirdi.
İyulun 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Rusiya ilə birgə hərbi təlimlər keçirməsi,
avqustda isə Goranboy rayonu ərazisinə diversiya qrupu göndərməsi, Yaxın Şərqdən gətirilən terrorçu
qrupların Azərbaycan Ordusu ilə təmas xətti boyu yerləşdirilməsi ermənilərin müharibə hazırlığından
xəbər verirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin
sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın
təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş Naziri Azərbaycana qarşı
hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət
silahlandırılmış dəstələrin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər
uğrunda yeni müharibə”yə çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki
infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz
terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına
zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları
Azərbaycana qarşı istifadə edir”. İlham Əliyev eyni zamanda Ermənistanın havadarlarına səslənərək
bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən etibarən
sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın
daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara
milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi
qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh
danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu
mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin
əmri ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə
Dostları ilə paylaş: