20
* * *
Göydə hər kəsənin bir ulduzu var. Səyyarə də ulduzdu,
Şövkət də ulduzdu, Ülkər də ulduzdu. Ulduzlar səmada olan
cisimlərdir. Allah-tala oları elə yaradıbdır ki, göynən yerin
arasındadır.
* * *
Küləy əsəndə namaz qılırığ iki rukət.
* * *
Yağış yağması üçün əlimizi qaldırarığ Allaha, deyirik
İlahi, rəhm eylə.
* * *
Məsələn deyərlər ki, qırx günlük çiləsi çıxmamış körpə
uşağın başının altına çörək qoymasan, su qoymasan, pis olar.
Uşağı qırxı çıxmadan ağacın altınnan keçirtməzlər. Ağacın
altınnan keçirdəndə o qorxar. O qorxar, beyni tərpənər, his-
siyatı azalar. Körpə anadan olanda qırx gün qonşudan, dualı
adamdan onun evinə gedə bilməz. Əgər dua üstündə o, uşağın
üstünə getsə, o uşağ tələf olar. Qırx gün çilədən gərək uşağı
qoruyasan. Gələn adamların hamısını elə çöldə saxlayırsan,
içəri qoymursan. Uşağı çıxardırsan, qapının üstünə tutursan,
həmin adam altdan keçər. Onda körpə çiləyə düşməz. Çiləyə
düşəndə uşağ qıçını-qıçının üstünə keçirəcək. Sora arığlıyar,
eybəcər fason olar. Biz uşağlarımızı belə qorumuşuq. Bunnan
qabağ qırx gün yatardılar. İndi elə deyil axı. Bir dənə şişi ba-
şına keçirib fırrıyardılar arvadın, həmin gəlinin – doğanın
dörd tərəfinə. Üç dəfə o durannan sora edərdilər. Onu götürüb
atardılar çölə.
21
* * *
Mis çalırlar Ay tutulanda.
* * *
Keçmişdə Ay tutulanda, Gün tutulanda mis çalarmışlar.
Göz dəymə
Uşağlara göz dəyəndə qızdırma – zad gəlirdi. Uzərrigi,
pambığı, duzu – bu üçünü də qoyardılar bi qaba, yandırard-
ılar. Onun tüstüsünü evin dört bi yanına verərdilər, uşağın da
başına fırradardılar. Evin, uşağın azar-bezarı ücün eliyirdilər.
Kecmişdə günortadan sora evə süpürgə vurmazdılar ki, süpür-
gə axşamın mal ayağında evə vurulanda, onun düşər-düşməzi
olur. Evin bərəkəti qacar.
Məsumlar
Kim ki deyir, ibadətkaram mən, günahkar deyiləm, gü-
nahım yoxdur, inanma. Hamımızın günahı var. 124 min pey-
ğəmbəri Allah-taala bəxş eliyib dünyaya, onnarın da günahı
var. Təkcə 14 məsum və məsumə günahkar deyıl. Pak və tə-
mizdir. Bu da peyğəmbər, Əli Əleyissalamdır. On bir övladı
ilə xanım Fatimeyi-Zəhradı. Dünyaya pak gəlib, pak gedirlər.
Yəni oların nə sorğusu var, nə günahı, nə də əzabları.
Şükür etmək
Allah-taala nə qədər əzab verseydi o peyğəmbərə, başın
qaldırıb ötəndən sora, deyərdi, İlahi, çox şükür sənə, dərga-
hıva, çox şükür sənin böyüklüyüvə.
22
Başına daş vururdular, ağacla vururdular, üzünə tüpü-
rürdülər. Biri dəli deyirdi, biri səfil deyirdi. Hamı deyirdi,
onun başı xarabdı. Amma ona nə qədər zülm elədilərsə də,
həmişə deyərdi, çox şükür sənə, Ya Rəbb, hər kim ki nə qədər
şükür eləsə, o, Allahın dostudur.
* * *
Səhər tezdən durursan, axşam məsəl üçün görürsən ki,
Ay çıxıb. Deyirsən:
– Allahun məssəlli əla Muhəmmədin və ali Muhəmməd.
Günəşi də görəndə deyirsən, Ayı da görəndə.
* * *
Toyunda yağış yağanda, qar yağanda deyirsən, qazan
dibi yemisən a.
* * *
Cənamaz isladırdığ, yağış yağsın. Əkin qalıb axı, yağış
yağsın. Qabağdakı “Ərrəhman” oxuyurdu, ruzi oxuyurdu. Ge-
də-gedə, biz də onun dalınca. Yağış çox yağanda su basırdı
ölkəni Dayansın deyə onda çıxırdı camaat müsəlliyə.
* * *
Uşağın dişi çıxanda qoyun baş-ayağı qatırdığ, bişirirdik.
* * *
Uşağ gəzmiyəndə, gec gəzəndə aparırdılar, qoyurdular
zənbilə. Öybəöy gəzdirirdilər. Yağ verən verirdi, yumurta ve-
rən verirdi. Öy yiyəsi onu bişirərdi, paylıyırdı qohum-qonşuya.
23
* * *
Dil açmıyan uşağa da dua yazdırırdılar. Aparırdılar
molla yanına. Qəbirsanlığa aparırdılar, yeddi qəbrə atırdılar
uşağı. Uşağ qışqırırdı. Gedirdilər, götürürdülər.
* * *
Çiləyə düşən uşağı, gec danışan uşağı atırdılar qəbrə.
Özləri çəkilirdi dala. Uşağ nənə görmüyəndə qışqırır axı.
Uşağ qışqırırdı, tez qaçıb götürürdülər.
* * *
Yuxu belədi, ayın iyirmi ikisindən sonra nə yuxu gör-
sön, o, düz olar. Ancax müsəlman ayında. And belədi birinin
belə səhvi var, ya boşuyur arvadın, ya evdə davası düşür, ya-
lannan and içir, Allah keçər.
* * *
Gecə güzgüyə baxarsan, şeytan səni azdırar, dəli olarsan.
* * *
Gecə incil altından keçmək olmaz.
* * *
Haran ağrıyır, hərəkətin yoxdu, get göy söyüdü qucağla
denən ki, düzgünnüyümü verirəm sənə, düzgünnüyüvü ver
mənə. Üç dəfə o söyüd yanacağ, sən diriləcəysən.
* * *
Qabağ oğlan uşağını ocağa tos tutarmışlar, ya səkiyə bir
belə üstünə su səpirsən. Yeyərdilər, düyünü bir qırağa tökər-
Dostları ilə paylaş: |