Hevdor ƏIivov siyasoti: TOLERANTLIQ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN
ANDİÇMƏ MƏRASİMİNDƏ NİTQİNDƏN HİSSƏ
20
oktyabr 1993-cii il
... Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qo
runması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz
ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzin
də saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün
təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam
azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımı
zın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer
tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi
yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə,
16
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimi,
mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsilə nəsildən-
nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə
çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad
etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradı
lacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır
dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranma
sı üçün çox böyük fəaliyyət göstərəcəkdir.
Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın sə
ciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respub
likanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respubli
kamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı
olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün
vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının icti
mai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır.
Bu gün bizim İslam dininin, Qafqaz müsəlmanlarının rəhbəri,
xristian dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə
gəlmək münasibətilə təbrik etdilər. Mən onlara öz minnətdarlı
ğımı bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda bü
tün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün
bütün şərait yaradılacaqdır...
17
Hevdor Əliyev siydsMi. TO LERANTLIQ
PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN MÖVLUDU GÜNÜ
MÜNASİBƏTİLƏ TƏZƏPİR MƏSCİDİNDƏ Kİ ÇIXIŞINDAN
5 sen ty a br 1993-cii il
Hörmətli Şeyxülislam!
Hörmətli müsəlman qardaşlarımız!
Hörmətli qonaqlar!
Bu gün İslam aləminin böyük bir bayramıdır. Həzrət Peyğəm
bər aleyhissəlamın mövludu günüdür. Bəşəriyyət tarixində
Məhəmməd peyğəmbərin dünyaya gəlməsi və onun sonrakı fəa
liyyəti, bəşəriyyətin böyük bir hisssəsinin dininin - İslam dininin
yaranmasının bünövrəsini qoymuşdur. Ulu peyğəmbər Məhəm
məd əleyhissəlamın yaydığı İslam dini və onun bütün müsəl
man aləminə qoyduğu yadigar - Qurani-Kərim əsrlər boyudur
ki, müsəlman dininə məxsus insanların həyatında çox böyük rol
oynayır. Onların həyatı, yaşayışı, bu günə və
gələcəyə, bu dünya
da, o dünyada xoşbəxt olması üçün zəmin yaratdı. Ona görə də
bütün İslam aləmi bu günü müqəddəs bir gün kimi qeyd edir. Və
heç
də təsədüfi deyil ki, Azərbaycanda Azərbaycan müsəlmanla
rı, Azərbaycan xalqı bu gün bayram edir, bizim bu müqəddəs di
nimizin banisinə daimi hörmət və ehtiramını və Qurani-Kərimin
qoyduğu yolla bundan sonra da gedəcəklərini bildirir.
Mən sizi, Allah evinə - Təzəpir məscidinə toplaşmış müsəl
man qardaşlarımızı, sizin şəxsinizdə istər bütün Azərbaycan
müsəlmanlarını, istərsə do bütün dünya müsəlmanlarını bu
müqəddəs gün münasibətilə təbrik edirəm, sizin hamınıza, bü
tün İslam aləminə və bütün bəşəriyyətdə olan xeyirxah insanlara
səadət, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar diləyirəm!
Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özü
nün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət
edən adamların hamısının özünün nə qədər tərəqqipərvər və nə
qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara
18
daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatla
rında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı
mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz
məmləkətini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç
şübhə yoxdur ki, İslam dini indiyənə qədər olan tarixində dün
yaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha
da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların ha
mısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır.
Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuş
dur. Bu əlbəttə bizim üçün acınacaqlı haldır.
Ancaq bu nə sizdən,
nə də məndən asılı idi. Ola bilər ki, bu, Allahın işidir. Və bu da
bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan
sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər
xoşbəxtlik əldə edir.
İndi Azərbaycanda bizim dinimiz - İslam dini hər yerdə bər
pa olunubdur, onun azad inkişaf etməsi üçün hər bir insanın öz
daxili aləminə uyğun olaraq dinə öz münasibətini bildirməsi
üçün və Qurani-Kərimin ehkamlarından, Ulu peyğəmbərimizin
qoyduğu yoldan səmərəli istifadə etmək üçün artıq imkanlar ya
ranıb. Və bu son dövrdə Azərbaycanda din azadİığı əldə edil
dikdən sonra qısa bir müddətdə hətta bu dini unutmuş adamlar
belə bu dinin - İslam dininin, öz millətinin dininin həyat üçün nə
qədər əhəmiyyətli olduğunu dərk etdilər.
Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox
sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbay
can Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın
sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan is
tifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar
yaradacağıq, biz İslam dininin inkişafı üçün dövlət tərəfindən
lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki,
İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan
insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir.
Bəli, Peyğəmbərimiz Məhəmməd əleyhissəlamdan bizə yadi
gar qalan və bizə bəxş edilən bu din əsrlər böyu müsəlmanları
yaşadıb, onların həyatında böyük xariqələr yaratmağa kömək
__________________________________________
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
19