4
Redaktor: Rüfət Əhmədzadə
Naşir:
Müşfiq XAN
Tərcüməçilər: Zərifə Məmmədova ,
Nəzrin Atabəyli,
Aynur Qasımova
Korrektor: Pikə Fazilqızı
Dizayn və qrafika:
Teymur Fərzi
Romanın Azərbaycanda çap və yayım hüquqları Hədəf
Nəşrlərinə aiddir. Kitabın yaxud onun hər hansı hissəsinin təkrar
çapı
qadağandır və müəllif hüquqları əsasında qorunur.
ISBN 978-9952-464-93-1
www.hedefnesrleri.az
hedefnesrleri.wordpress.com
© Hədəf Nəşrləri / 2013
6
On ikinci əsrdə, sonralar müqəddəs Malaxiya adlan-
dırılan, Mel Medok adlı irland katolik keşişinin Romaya zi-
yarəti zamanı öncəgörməsi oldu.
Ekstaz halındaykən ona, dünyanın sonunadək Müqəddəs
taxta başçılıq etməli olan bütün papalar haqda məlumat əyan
oldu. Bu geniş siyahı – yüz on iki papanın özünəməxsus
kataloqu – yazılıb və saxlanmaq üçün Vatikan arxivlərinə yer-
ləşdirilmişdi, amma kitab tezliklə yoxa çıxdı və yalnız on al-
tıncı əsrin axırında müəmmalı şəkildə yenidən peyda oldu.
Bəzi tarixçilər hesab edirlər ki, qaytarılan kitab çox güman
sax-tadır.
Hər halda, sonrakı yüzilliklər ərzində təəccüblü olsa
da, məlum olurdu ki, hər növbəti papanın, hətta indiki Roma-
katolik kilsəsinin papası XVI Benadiktin təsviri də dəqiq imiş.
Müqəddəs Malaxiyanın öngörməsində indiki papa “De Glora
Olivae” (“Zeytunlar zəfəri”) kimi təsvir olunmuşdu.
Benedikt-lilərin təriqət rəmzi şərəfinə papanın özünə
götürdüyü ad həqiqətən zeytun budağı mənası verir. Lakin
hər şeydən çox XVI Benedikitn yüz on birinci papa olması
narahatlıq törədir. Əgər bu qorxunc ehkama inanılsa, növbəti
papa ilə dünyanın sonu gələcək.