39
yəndə, avtobusda, metroda yol gedəndə də əlini buraxmırdı.
Könüllə münasibətləri başlayandan sonra Nicat qızı üçün o
qədər də darıxmırdı. Daha doğrusu çalışırdı ki, darıxdığını
Könülə hiss etdirməsin. Könül onu ovundurur, darıxmağa
qoymurdu. Bu qadından sonra onun həyatında yeni bir mə-
hələ başlamışdı. Orxan Nicatı böyük ümidsizliklə müalicəyə
başlasa da, Könüldən sonra proses olduqca sürətlə gedirdi.
Orxan Nicatın 7-8 aya sağalacağını düşünürdü, amma o, iki
ayın içində inanılmaz dərəcədə dəyişmişdi. Fobiyaları de-
mək olar ki, yoxa çıxmışdı. Hə, az qala unudacaqdım. Orxan
Nicatın nevrotik əlamətlərini hiss etdiyi üçün müayinə etmiş
və uzun müddətli müalicə yazmışdı.
Könülü tapmalı, onunla hökmən danışmalı idi.
Könülün əmlak bürolarının birində çalışdığını bilirdi.
Amma iş yerinin ünvanını, telefon nömrəsini dəqiq bilmirdi.
“Yaxşı ki, feysbuk var” – Orxan gülümsündü. Feybukda Kö-
nülə geniş və ətraflı bir məktub yazdı. İstəmədən bir roma-
nın qəhrəmanına, daha doğrusu həmmüəllifinə və qəhrəma-
nına çevrildiyini, özünün də bəzi şeylərlə maraqlandığını ət-
raflı şəkildə izah etdi.
Əmin idi ki, Könül cavab yazacaq. Hər halda söhbət
Könülün intihar etmiş sevgilisindən gedir. Yəqin Könül heç
nəyə baxmayaraq bildiklərini onunla bölüşəcəkdi.
Orxan Könülə mesaj yazdıqdan sonra Elxanın versi-
yaları üzərində düşünməyə başladı. Yanlışlığı sübut olun-
masa belə ehtimallar, versiyalar, suallar, tezislər bir gün tari-
xə qarışır, onları müdafiə edənlər toplumdan uzaqlaşır, ax-
maqcasına müdafiə edənlər isə gülünc duruma düşürlər.
Hər halda onun versiyaları və sualları bir gün tarix olacaq.
Amma Orxan nə toplumdan uzaqlaşmaq, nə də gülünc du-
40
ruma düşmək istəyirdi. Sadəcə dostu qarşısında son vəzifəsi-
ni yerinə yetirib onun ölümü ilə bağlı irəli sürülən versiyala-
rı aydınlaşdırmalıydı.
Axşam evə getməyə hazırlaşanda Könüldən mesaj
gəldi. Könül bəzi problemləri olduğu üçün sabah onunla
hökmən görüşmək istədiyini yazmışdı. Daha sonra Spi-
nozadan ağır, qarmaqarışıq bir fikir əlavə eləmişdi: “Nəyisə
bilmək üçün mən bilməliyəm ki, onu necə biləcəm və nəyə
görə bilməliyəm, nəyə görə bilməliyəmi bilmək üçünsə mən
bilməliyəm ki, nəyi biləcəm və belə... sonsuzluğacan”.
Orxan Könülün yazdıqlarından heç nə anlamasa da,
sabah istədiyi vaxt zəng edib, ofisə gələ biləcəyini və telefon
nömrəsini yazdı.
41
6
Seks, insanın sevgi tapa bilmədiyində,
əlində olan yeganə təsəllisidir.
(Q.Q. Markes)
– Alaqaranlıq otağın vahiməsi canıma üşütmə salsa
da, işığı yandırmadan əl havasına çarpayını tapıb yatağa
uzandım. Nicatın intiharından xeyli keçsə də, onu unuda bil-
mirəm. Deyəsən, bu günahkarlıq hissidir. O özünü asandan
sonra hər gün özümü onun ölümündə günahkar bilir, qına-
yıram. Ağlamadığım gün olmur. Onun həlim səsi, uşaq göz-
lərinə bənzər məsum və günahsız gözləri gözümün önündən
getmir. Dəli-dolu, romantik, lazım olduğundan daha artıq
duyğusal Nicatı unutmaq cəhənnəm əzabından betərdi.
Çantamı eşələyib siqaret çıxardım. Alışqanın işığında
külqabını çarpayının altından götürüb stulun üstünə qoy-
dum. Evdən və yatağımdan dəhşətli siqaret qoxusu gəlirdi.
Nicatın ölümünə qədər ara-sıra, nikotini az olan siqaretlər
çəksəm də, o dünyasını dəyişən gündən bu yana hər gün
onun çəkdiyi ağır siqaretdən, onun çəkdiyi qədər çəkirdim.
İşlədiyim barda məni rəfiqələrim “Külqabı” çağırmağa baş-
lamışdılar.
– Necə, sən barda işləyirsən? – Orxanın heyrətdən ağzı açıq
qaldı.
…Eyni zamanda romanın müəllifi bu məqamda xeyli təəc-
cüblənir. Əgər imkanı olsaydı burda kədərli şeir guppuldadardı.
Sadəcə susmaq və kədərlənmək, bir az da müdrik görünmək xa-
tirinə heyrətini boğur…
42
43
Könül hönkürüb əlləri ilə üzünü tutdu. Orxan onu
sakitləşdirmək üçün stəkana su süzüb ona uzatdı. Könül
uşaq kimi çiyinləri atıla-atıla hönkürürdü. Təxminən 6-8 də-
qiqədən sonra Könül əllərini üzündən çəkib, sakitləşdi. Göz-
lərinin daha canlı görünməsi üçün çəkdiyi kosmetika ya-
naqlarına yayılmışdı. Orxan indi fikir verdi ki, onu ilk gör-
düyü gündən bu yana dəhşətli dərəcədə dəyişib. Könül qə-
fildən ağlamağa başladığı kimi, qəfildən də susdu. Çantasını
açıb güzgüsünü çıxartdı və yaş dəsmalla üz-gözünün kos-
metikasını, dodaqlarının boyasını sildi. Orxan sakitcə onu
müşahidə edirdi. Əslində Könülün harda işləməsinin onun
üçün əhəmiyyəti yox idi. Sadəcə aylar öncə tanınmış bir ya-
zarın sevgilisi olan, əmlak bürosunda çalışan, normal qazana
bilən qadının indi barda işləməsi onu təəccübləndirmişdi.
Könül çantasını bağlayıb, dik-dik Orxanın üzünə baxdı:
– Bəli, barda fahişəlik edirəm.(Fahişəlik qədim və ciddi peşə-
dir.) Narahat olma, buralarda məni tanıyan müştərim yox-
dur.
– Axı bu necə ola bilər? – Orxan sual verməkdən özünü sax-
laya bilmədi.
– Bu uzun hekayədir. Sənə onsuz da hər şeyi danışacağam.
Amma indi problemim var və bu problem mənə çox əziyyət
verir. Köməyinə ehtiyacım var.
– Yaxşı Könül, bu barədə sonra danışarıq. Sən söhbətinə da-
vam elə.
– Hə doktor, mən Nicatın içdiyi qədər içir, onun çəkdiyi qə-
dər çəkirəm ki, rahat olum. Ona olan borcumu bu yolla ödə-
məyə çalışıram. Nicatın məndən əvvəl sevdiyi yazar qadın,
onun kompüterini ekspertizadan götürüb, yarımçıq qalmış
əsərlərini tamamlamağa çalışır. Kimsə haqqında nekroloq
yazdı, məzarı üstündə ağladı. Roman yazmaq istəyən də var,
Dostları ilə paylaş: |