münasibətdən doğan müqəddəs ideya və vəzifə hissi olmaqla
ancaq insan qəlbində yaşayır.
İnsanın estetik hisslərinin ilk mənbəyi təbiətin gözəlliyidir.
Bundan sonra insana gözəllik hisslərini təlqin edən, həmin təbiəti
obrazlarla əks etdirən bədii ədəbiyyat, incəsənət əsərləri və
musiqidir. İnsanın özünün hərəkət və rəftarları da bu və ya digər
estetik hiss doğura bilər. Bir çox mütəfəkkirlər insan gözəlliyinə
böyük qiymət vermişlər. "İnsan dünyanın əşrəfidir" deyən dahi
Nizami "İnsanı daima inkişaf edən təbiətin son əsəri" hesab edən
Höte, "Yer üzərində ən böyük gözəllik insan gözəlliyidir" deyən
Pestalotsi bu fikrə təsadüfən gəlməmişdir.
N.Q.Çernışevski göstrəir ki, biz ən gözəl şeyi təmənnasız
olaraq sevirik, ondan zövq alırıq, onu bizə əziz olan bir adam
kimi sevirik. Gözəllikdə nə isə bizim qəlbimizə yaxın əziz olan
bir şey var.
Bizim maddi tələbatlarımızın ödənilməsində estetik hisslər
iştirak etmir. Onlar bizim aclığımızı, susuzluğumuzu təmin
etməyə, yaxud, həyatımızı mühafizə etməyə yönəlir. Lakin bədii
əsərdən, gözəl musiqidən alınan estetik zövq, bəzən insanın
aclığını, susuzluğunu unutdurur.
İnsanın estetik hisslərinə həm əxlaqi hisslər, həm də onun
dünyagörüşü, həm də yaşadığı ictimai şərait təsir edir. Bu
cəhətdən də gözəllik haqqında insanların meyarı başqa-baqa olur.
Zehni hisslər. Zehni hisslər insanın idrak fəaliyyəti ilə
əlaqədar olan, onu ətraf aləmi dəha dərindən və ətraflı dərk
etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin hisslər təlim
prosesində, elmi axtarışlar, eləcə də incəsənətin müxtəlif növləri
üzrə yaradıcı fəaliyyət zamanı meydana çıxır. İnsan təbiətin,
cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi
onda müxtəlif hisslər doğurur. Bu hisslər hər hansı nəzəri və
əməli məsələnin həlli ilə əlaqədar olur.
Qədim yunan filosofları Platon və Aristotelin fikrincə, hər cür
fəlsəfənin başlanğıcı təəccübdür. Onların bu sözünün nə qədər
böyük idrak əhəmiyyəti vardır. Çünki insan təəccüb-
35
ləndikcə onu ciddi axtarışa təhrik edən, mühüm zehni hiss, şübhə
hissi yaranır.
İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət
Müasir dövrdə ünsiyyətin psixologiyasında ünsiyyətə belə
tə'rif verilmişdir: "İki və daha çox adamın münasibətləri aydın-
laşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini
əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə
ünsiyyət deyilir".
1
L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas
və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. O,
göstərirdi ki, uşağın xarici aləmə hətta ən sadə münasibəti də
başqa adama münasibət vasitəsilə əks olunur.
Məzmun və məqsədindən asılı olaraq ünsiyyəti bir neçə növə
bölmək olar. Məzmununa görə o maddi kimi təqdim oluna bilər
(ərzaq və əşyanın dəyişdirilməsi); koqnitiv (bilik münasibəti);
motivasiyalı (hiss, məqsəd, maraq və motiv tələbatları);
fəaliyyətlə əlaqəli (bilik, bacarıq və vərdişlər mübadiləsi) və s.
Ünsiyyət və fəaliyyət arasında fərqlər vardır. Belə ki, ünsiyyət
nəticəsində insanlar bir-birlərinə təsir edir. Fəaliyyət nəticəsində
isə insanın intellektual, aktiv inkişaf forması onun şəxsiyyət kimi
formalaşmasında ifadə olunur. Fəaliyyət də ünsiyyət kimi
şəxsiyyətin intellektual inkişafında iştirak edir.
İnsanların qarşılıqlı münasibətləri bir-biri idə bağlı olsa da,
onalrı ünsiyyətlə eyniləşdirmək olmaz. Çünki ünsiyyət insanların
birgə həyat fəaliyyəti ilə şərtlənir. Qarşılıqlı münasibətlər
ünsiyyətin məzmununa təsir göstərə bilir. Qarşılıqlı münasibətlər:
a) formal (rəsmi); b) qeyri-formal (qeyri rəsmi); formada həyata
keçirilir.
Formal qarşılıqlı münasibətlər fəaliyyətin normativ cəhət-
lərini əks etdirir və işgüzar münasibətlərdə ifadə olunur. Mə-
1
Ə.Bayramov Ə.S. . Əlizadə Ə.Ə Psixologiya. Ali məktəblər
üçün dərslik. Bakı, Maarif'. 1989. s. 441.
36
sələn, məktəblərdə "direktor-müəllim" tipli münasibət formal
qarlışıqlı münasibətə misal ola bilər. Onların qarşılıqlı münasi-
bətləri rəsmi xarakter daşıyır, inzibati-hüquqi qaydalarda tənzim
olunur.
Qeyri-formal qarşılıqlı münasibətlər isə heç kəs tərəfindən
müəyyən edilmir, psixoloji cəhətdən əlverişli şərait olduqda öz-
özünə yaranır. Burada qarşılıqlı münasibətin (ər-arvad, iki dost,
iki yoldaş, iki tanış və s.) xarakterindən asılı olaraq müəyyən
psixoloji məsafə gözlənilir. Məsələn, ər-arvad qarşılıqlı
münasibəti üçün məqbul hesab edilən rəftar tərzi, ünsiyyət
forması, eyni qrupda təhsil alan oğlan və qızın qarşılıqlı
münasibətlərində qəbul olunmur. Onların pozulması, adətən
əxlaqi meyarlarla qiymətləndirilir.
Bir çox psixoloqlar (Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.
Həmzəyev, Ə.Qədirov və s.) ünsiyyət mədəniyyətinin əhəmiy-
yətini xüsusi qeyd edirlər. Ünsiyyət mədəniyyəti insan müna-
sibətlərinin daxili gözəlliyində öz əkisni tapır. Nəzakətlilik,
təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək
bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə,
ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq,
dərdinə şərik olmaq-bütün bunlar ünsiyyət münasibət və qay-
dalarını mənimsəmək üçün ilkin vacib şərtlərdəndir.
Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular
1.
Psixologiya elminin predmeti.
2.
Psixoloji təlimlər tarixi.
3.
Psixologiyanın tədqiqat metodları.
4.
İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri.
5.
Şəxsiyyət və fəaliyyət.
6.
Şəxsiyytəin formalaşması və inkişafının hərəkətverici mexa-
nizmləri.
7.
Tələbatlar şəxsiyyətin fəallığının mənbəyi kimi. Tələbatların
növləri.
8.
Şəxsiyyətin motivasiya sahəsi və maraqlarin formalaşması.
9.
İradə haqqında anlayış.
37
Dostları ilə paylaş: |