56
1936-cı ildə texnikumda tələbələrin ideya-siyasi
səviy yəsini yüksəltmək, onların istedad və bacarıqlarını,
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onları
cəmiyyətin fəal qurucularına çevirmək məqsədi ilə tar,
foto, alman dili, rus dili, coğrafiya, xor, rəqs və s. dərnəklər
yaradılmış və bu dərnəklərə xeyli sayda tələbə cəlb
edilmişdir. Bu dərnəklərə texnikumun direktoru Mehdi
Kazımov, müəllimlərdən Əziz Əzizov, Nəzər Paşayev,
İsmayıl Şükürzadə, tələbələrdən 3-cü kurs tələbəsi Əsəd
Mamedov, 4-cü kurs tələbəsi Məsim Əkbərov rəhbərlik
edirdilər. (20) Mənbələrin verdiyi məlumatlarda həmin
dərnəklərdə öz bilik səviyyələrini yüksəltmək üçün
müntəzəm iştirak edən tələbələrdən Bulud Zeynalov,
Qurban İsmayılov, Qasım Əsgərov, Əhəd Rəcəbov, Tapdıq
Əmiraslanov, Səməd Qarayev, Pərviz Tağızadə, Əbülfət
İsmayılov, Cabbar Quliyev, Teymur Haqverdiyev, Cabbar
Həsənov, Ələsgər Əbdilov, Möhsün İbrahimov, Məsmə
Məmmədova, Foqiyə Əsgərova, Möhsün Abbasov, Abbas
Ağayev, Hüseyn Mamedov, Əsgər Rzayev, Müzəffər
Namazov, Bəhram Rzayev, Zübeydə Həsənova,Əhməd
Kələşov, Gəncəli Quliyev, Hidayət Hacıyev, Ələsgər
Mustafayev və başqalarının adlarına rast gəlinir.
Onu da qeyd etmək lazımdır ki, pedaqoji məktəbin
bir sıra uğurlara nail olmasında adlarını yuxarıda qeyd
etdiyimiz və etmədiyimiz fəal tələbələrin də müəyyən
rolu vardır. Həmin tələbələr gözəl oxumaqla yanaşı həm
İrəvanda və eləcə yerlərdə azərbaycanlıların yeganə mət-
buat orqanı olan “Qızıl şəfəq” qəzetinin yayılması və
57
abunə yazılışı işində milli maarifimizin inkişafında da
fəal iştirak edirdilər. “Qızıl şəfəq” qəzetinin redaksiya
heyəti bu mətbuat orqanına xeyli sayda abunə yazdıran
tələbələrdən Teymur Haqverdiyevi, Cabbar Həsənovu,
Möhsün İbrahimovu, Əsgər Abbasovu, Rüstəmi müxtəlif
hədiyyələrlə mükafatlandırmışdır.
Qeyd etmək lazımdır ki, tələbələr arasında siyasi və
mədəni-kütləvi işlərə ciddi fikir verilirdi. Məlumdur ki,
sovet hakimiyyəti qurulduqdan sonra bütün sahələrdə
olduğu kimi təlim-tərbiyə işi də mövcud dövrün tələbləri
və prinsipləri əsasında qurulmağa başladı.
Tələbələrin ideya-siyasi tərbiyəsinə pedaqoji mək-
təbin ilk partiya təşkilatı rəhbərlik edirdi. Tələbələrin
ideya-siyasi baxışlarının formalaşmasında elmi və siyasi
möv zularda oxunan məruzələrin də böyük rolu olurdu.
Ey ni zamanda hərbi və bədən tərbiyəsi fənlərinin tədrisinə
də xüsusi fikir verilirdi. Hərbi vətənpərvərlik tərbiyəsi
müxtəlif formalarda aparılırdı. Pedaqoji məktəbin tələ-
bələri hərbi biliklərə ruh yüksəkliyi ilə yiyələnirdilər.
Tələbələr atıcılıq idmanına daha çox maraq göstərir-
di lər. 1936-cı ildə 120 tələbə “Voroşilov nişancısı” adını
almışdı.
30-cu illərdə, xüsusilə 1937/38-ci illərdə bütün SSRİ-
də həyata keçirilən repressiyalar İrəvan pedaqoji mək-
təbinin müəllim və tələbələrindən də yan keçməmişdir.
Onu da qeyd edək ki, bu repressiyalarla əlaqədar
ermə nilərin azərbaycanlılara qarşı təzyiqi müxtəlif bəha_
nələrlə daha da güclənmişdi.
58
59
1937/38-ci illərdə pedaqoji məktəbin müəllimlərin-
dən Ələşrəf Bayramov, Abbas Azəri, Məhərrəm Əh-
mədov, tələ bələrdən Rza Əli bəy oğlu, Mikayıl Əliyev,
Əli Xəlilov, Mirağa Seyidov, Xalid Əfəndiyev, Məhəm-
məd Rzayev, Məhərrəm Xəlilov, İdris Hüseynov, Ək-
bər Məşəmməd Bağır Ağa oğlu, Ağayar Həsənov və
başqaları repressiyaya məruz qalmışdır. Amma bütün
bunlara baxmayaraq pedaqoji məktəb 1936/37-ci dərs
illərində müəllim kadrlarının hazırlanması işində daha
çox uğurlara nail olmuşdu.
Ümumiyyətlə, 1936/40-cı illər pedaqoji məktəbin
həya tında mühüm mərhələ təşkil edir. Bu bir tərəfdən
tələbə kontingentinin artırılması ilə bağlıdırsa, digər
tərəfdən isə ali təhsilli ixtisaslı müəllimlərin pedaqoji
məktəbə cəlb edilərək fəaliyyət göstərmələri ilə bağlı idi.
Həmin illərdə Azərbaycan dili və ədəbiyyatını Bəhman
Xudiyev, Musa Tağıyev, kimyadan Cabbar Məmmədov,
hərbidən Qabustov, bədən tərbiyəsindən Bəşir Məm-
mədov, fizika və riyaziyyatdan Cəlal
Əsgərov, Təvəkkül Kərimov, Əziz
Əzizov, Əbülfəz Abasquluyev, Sadiq
Heydərzadə, Rza Məmmədov, Əli
Heydərov tarixdən Abbas Orucov və
başqa yüksək səviyyəli müəllimlər
tədris edirdilər. 1938/40-cı illərdə isə
pedaqoji məktəbin dərs hissə müdiri
vəzifəsini İsmayıl İs mayılov icra
edirdi. Onu da qeyd etmək lazımdır
Təvəkkül Kərimov
60
ki, bu müəl limlər bilik verməkdə
əvəzsiz pedaqoqlar idilər.
Ümumiyyətlə 15 il ərzində mək-
təbdə dərs deyən müəl lim lərin sayı
xeyli artmış, həm də keyfiyyətcə
yaxşılaşmış dır. Texnikumun yaran-
dığı ilk illərdə bu ra da 4 müəllim
olduğu halda, 1940-cı ildə 26 mü-
əllim olmuşdur ki, onların da ək-
səriyyəti ali təhsilli idi. (25) Bütün
bunlar hamısı tədrisin keyfiyyətcə yaxşılaşma sına öz
müsbət təsirini göstərirdi.
Belə ki, 1938/39-cu dərs ilində
2 il eyni sinifdə qalan ların sayı 8
nəfər olduğu halda, 1939/40-cı dərs
ilində isə 3 nəfər olmuşdur. (9)
1939-cu dərs ilində əlaçı tələ-
bələrin sayı 21 nəfər olduğu halda,
1940-cı
ildə
əlaçı tələbələrin
sayı 34 nəfər
olmuşdur. (9) Mənbələrdə əlaçı
tələbələrdən Həbib Həsənov, Zəhra
Hüseynova, Əli Qədiməliyev, İsrafil
Şahverdiyev, Mux tar Bay ramov,
Fərman Həsənov, Oruc Zey_nalov,
Zeynal Zey nalov, Hüseyn Məm_
mədov, Cəfər Paşayev, Firudin
Əziz Əzizov
Sadiq Heydərzadə
Abbas Orucov
Dostları ilə paylaş: |