33
daha çox dərəcədə fərqlənməyə başladı. Cavid yenə də
milli məni kapital dünyasının təsirlərindən qorumaq
istiqamətindəki bu mübarizəni davam etdirmək, Cabbarlı
isə kapital kabusunun qarşısını mahiyyətcə guya ona qarşı
dayanan yeni ictimai reallığın – kommunizm kabusunun
vasitəsilə kəsmək mövqeyindən çıxış etdi.
Cavid hətta sosializm mərhələsini də kapital dünyası-
nın ümumi meyllərindən fərqli, müvəqqəti bir hadisə kimi
«diqqətdən kənarda» qoyaraq, məhz ümumi problemləri
araşdırmaqda davam edirdi. Cari zamana olan bu etinasızlı-
ğı o, məkanı genişləndirmək, hadisələrin vaqe olduğu
məmləkətləri mücərrədləşdirmək, planetar miqyas seçmək
hesabına kompensasiya edirdi. Lakin o vaxt Cavidin nə
üçün məhz belə bir yol seçdiyini başa düşmək çox çətin idi.
Bunun əsl səbəblərini başa düşmək, məhz həmin dövrdə
yaşanan həyati gerçəkliyin heç də əsl böyük həqiqət olma-
yıb, bu böyük həqiqətdən müvəqqəti bir sapıntı olduğunu
dərk etmək üçün zamana ehtiyac var idi. İndi biz, böyük bir
zaman keçdikdən sonra, böyük ictimai-iqtisadi çevrilişlər,
təbəddülatlar epoxası arxada qaldıqdan sonra, yeni əsrin
zirvəsindən rahatca keçmişə nəzər salaraq, Cavidin cari hə-
yata, çağdaş proseslərin işıqlandırılmasına nə üçün bu qə-
dər etinasızlıqla yanaşdığını daha aydın cavablandıra bilə-
rik. Cavidin yerdə baş verən proseslərin içərisinə nüfuz et-
mək naminə, qərar tutduğu uca səmalardan nə üçün enmək
34
istəmədiyini anlamaq o dövrün hətta ən böyük sənətkarı
üçün də, görünür, çox çətin idi. O vaxtın bir sıra ədəbiyyat-
çıları Cavidin öz zəmanəsinə qatılmadığını, cari proseslərə
biganə qaldığını ideoloji mövqedən, soyuqqanlılıqla tənqid
edir, onu xalqın, cəmiyyətin problemlərindən uzaq bir “bur-
jua şairi” kimi təqdim etməklə guya sualın cavabını tapmış
olurdular. Lakin belə izah C.Cabbarlını qane etmirdi.
Cabbarlı üçün istedadına, böyüklüyünə şübhə etmədiyi və
ideyalarını şəksiz bölüşdürdüyü Cavidin təhkiyə və təsvir
sərbəstliyi və real cismani həyatın təfərrüatlarına sayğısız
münasibəti çox təəccüblü görünürdü.
Cabbarlı suallarında israrlı idi. O, burada nə isə gizli
bir səbəb olduğunu və bu səbəbin məhz fəlsəfə ilə
bağlılığını bir sövq-təbii ilə duysa da, konkret izah tapa
bilmədiyindən həyəcanlanır və bəzən çox kəskin tənqidi
mövqe tuturdu: «Ya Cavid həyatı olduğu kimi götürəmiyor
və ya da bütün əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün
quraşdırıyor...» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).
Lakin Cabbarlı Cavidi tənqid edə-edə əslində onun
mahiyyətinə hamıdan çox yaxınlaşır. O, Cavidi onu təriflə-
yənlərdən daha yaxşı başa düşür. Tənqid edə-edə axtarır,
axtara-axtara mətləbin lap astanasına gəlib çıxır. Bəli, Ca-
vid cismən içərisində olduğu həyatı təsvir etmirdi. Zaman
və məkan müəyyənliyindən kənara çıxırdı. Bu isə sənətin,
xüsusən, realistik sənətin əsas prinsipləri ilə uzlaşmırdı. Zi-
35
ra, «ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini
bəyan edənlərdir» (C.Cabbarlı. «Ədəbi mübahisələr»). Bəs
zaman və məkanın hüdudlarından kənara çıxan, lokal mü-
hitin, cari həyatın konkret rənglərinin, cizgilərinin fövqün-
də duran əsərlər nə ilə səciyyələnir? Məhz burada Cabbarlı
qoyduğu sualların cavabını özü verir: «... Bir əsər bir fikir
ifadəsi üçün yazılırsa, o artıq sənət və ədəbiyyat deyil,
bəlkə də fəlsəfədir.» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).
Bəli, fəlsəfə!
Cabbarlı Cavidi sənət prinsiplərindən uzaqlaşmaqda
təqsirləndirir. Lakin Cavid sənətdən hansı səmtə doğru
uzaqlaşır? Aşağıyamı enir, «burcua idealogiyasınamı» qul-
luq edir? Yox, Cabbarlı belə mücərrət və əsassız ittihamlar-
dan çox uzaqdır. O, əsl səbəbi axtarır və tapır da! Fəlsəfəyə
doğru!? Lakin nə kimi bir fəlsəfəyə? Bax, əsil sual da elə
budur. Sualın düzgün qoyulması mahiyyətin dərkinə
açardır.
* * *
Hələ XIX əsrdə böyük M.F.Axundovun qoyduğu
sual: «Qərbdə təhsil almağa gedən gənclərimiz oradan bizə
nə gətirəcəklər?», - sualı XX əsrdə daha kəskin və daha
ciddi şəkildə qarşıya çıxır və getdikcə aktuallaşırdı. Sovet
dövründə gənclərimizin təhsil almaq üçün daha Parisə
deyil, Moskvaya getməsi «Qərb kabusu» problemini aradan
götürmürdü; problem aktuallığını yenə də saxlayırdı. Lakin
36
Cavid də, Cabbarlı da bu mənada Moskvanın adını çəkmir,
yenə Parisdən danışırdılar. Düzdür, Moskva kapital dün-
yasını təmsil etmirdi, lakin Qərb əxlaqının təmsilçisi olaraq
qalırdı. Ona görə də, «Aydın»da, «Uçurum»da, «Afət»də,
«Sevil»də qoyulan problemlər sovet dövründə də, indinin
özündə də həmin böyük milli-mənəvi problemin işıqlandı-
rılmasına xidmət edir. Sadəcə olaraq, bu gün həmin məsə-
lələr daha kütləvi və daha kəskin formalarda təzahür edir.
Ona görə də Qərb dünyası qarşısında ucaldılmış ideoloji
çəpərlər götürüldükdən sonra böyük sel halında hücum çə-
kən və bəzən də məqsədyönlü diversiya səciyyəsi daşıyan
«kütləvi mədəniyyətin» qarşısını almaq üçün yeni tipli çə-
pərlərə ehtiyac vardır. Lakin hələ bu yeni çəpərlər çəkilənə
qədər böyük babalarımızın bizə bu günümüz üçün miras
qoyduğu əsərlərin xidmətindən istifadə etməliyik. Ədəbiy-
yatımız həmin xətti günün rənglərinə uyğunlaşdıraraq da-
vam etdirməli, elmi fikir, təbliğat, publisistika birləşərək bu
istiqamətdə vahid müdafiə cəbhəsi yaratmalıdır. Lakin çox
təəssüf ki, əsrin əvvəllərində qadınları gözləyən bədbəxtli-
yin, faciənin timsalı kimi yaradılmış Gültəkinlər əsrin so-
nunda həmin bu obrazı yaradan aktrisanın dilindən az qala
qadınlarımızın idealı kimi təqdim edilir. Və əgər aktrisanın
bu etirafı normal qarşılanırsa, deməli, mühit yaxşılığa
deyil, pisliyə doğru dəyişilmişdir.
Bu gün «Aydın»ın yeni quruluşda tamaşası özü ilə
Dostları ilə paylaş: |