www.vivo-book.com
54
Bura motel otağına bənzəyirdi. Mən yerimdən qalxıb qapını
açdım. Bayırda hər yan qar və buz altında idi. Qapını
bağladım və ətrafa göz gəzdirdim. Bunun heç bir izahı
yoxdu. Harada olduğum haqqında heç bir təsəvvürüm yox
idi. Dünənki içkinin xumarlığı hələ keçməmiĢdi və özümü
çox əzgin hiss edirdim. Mən telefonun dəstəyinə tərəf
uzandım və Los Ancelesə, Lidiyaya Ģəhərlərarası zəng
sifariĢ etdim.
– Əzizim, harada olduğumu bilmirəm!
– Mən elə bilirdim sən Kanzas Sitiyə getmisən?
– Hə, elədir. Lakin indi harada olduğumu bilmirəm,
baĢa düĢürsənmi? Mən qapını açıb baxdım və donmuĢ
yollardan, qardan və buzdan baĢqa heç nə görmədim!
– Səni harada yerləĢdirmiĢdilər?
– Son yadımda qalan Ģey, qadınlar yataqxanasında
mənə bir otaq vermiĢdilər.
– Hə, yəqin sən öz eĢĢəkliyini göstərmisən, onlar da
səni bir motelə köçürüblər. Narahat olma. Yəqin sənin
qayğına qalmaq üçün kimsə gələr.
www.vivo-book.com
55
– Ġlahi, mənim düĢdüyüm bu vəziyyətə görə içində
mənə qarĢı azacıq da olsa Ģəfqət duymursanmı?
– Özünü eĢĢək kimi aparmısan. Sən, adətən həmiĢə
özünü eĢĢək kimi aparırsan.
– “Adətən həmiĢə” deyəndə, nəyi nəzərdə tutursan?
– Sən, sadəcə, yaramaz əyyaĢsan, – Lidiya dedi. – Ġsti
duĢ qəbul elə.
Lidiya dəstəyi asdı.
Mən isə gedib çarpayıma uzandım. Çox qəĢəng motel
otağı olsa da, elə bil nəsə çatmırdı. Əgər duĢa girsəm,
məndən pis adam yoxdur. Televizoru qoĢmaq haqqında
düĢündüm.
Nəhayət, yuxuya getdim…
Kimsə qapını döyürdü. Kandarda məni hava limanına
aparmaqdan ötrü iki gülərüzlü kollecli oğlan hazır
dayanmıĢdı. Ayaqqabılarımı geyinmək üçün çarpayının
kənarına oturdum.
– UçuĢdan öncə hava limanının barında bir-iki qədəh
girlətmək üçün bizim vaxtımız olacaqmı? – deyə mən
onlardan soruĢdum.
www.vivo-book.com
56
– Əlbəttə, mister Çikanski, – deyə onlardan birisi cavab
verdi, – ürəyiniz nə istəsə, edə bilərik.
– YaxĢı, – mən dedim, – onda gəlin burdan arxamıza
baxmadan elə cəhənnəm olaq ki heç izimiz-tozumuz da
qalmasın.
8
Mən evimə geri döndüm. Lidiyanı bir neçə dəfə
qayırdım, onunla dalaĢdım və bədii qiraət etmək üçün Los
Ancelesin beynəlxalq hava limanından Arkanzasa uçdum.
Bəxtim əməlli-baĢlı gətirmiĢdi, yanımdakı yerlər tamamilə
boĢ idi. Təyyarənin kapitanı, əgər səhv eĢitmədimsə, özünü
sərxoĢqafa deyə təqdim etdi. Stüardessa yanımdan keçəndə
özümə bir qədəh içki sifariĢ etdim.
Stüardessalardan birisini tanıdığıma əmin idim. O
Lonq-Biçdə yaĢayırdı, mənim bir neçə kitabımı oxumuĢdu,
hətta mənə içinə öz Ģəklini və telefon nömrəsini də qoyduğu
bir məktub da göndəribmiĢ. Mən onu Ģəklindən tanıdım.
Onunla görüĢmək mənə heç vaxt müyəssər olmamıĢdı,
www.vivo-book.com
57
amma ona bir neçə dəfə zəng vurmuĢdum və sərxoĢ
gecələrimin
birində
bir-birimizin
üstünə telefonda
bağırmıĢdıq.
Mən gözlərimi onun sağrılarına, baldırlarına və
döĢlərinə zilləyərək baxanda, o qamətini dik tutaraq özünü
məni görmürmüĢ kimi göstərməyə çalıĢırdı.
Biz qəlyanaltı etdik. “Həftənin Oyunu”na baxdıq.
Qəlyanaltıdan sonra Ģərab boğazımı qaĢındırdığından iki
qədəh “Qanlı Meri” sifariĢ etdim.
Arkanzasa enəndən sonra iki motorlu sınıq-salxaq kiçik
bir zibilə mindim. Təyyarənin pərləri iĢə düĢəndə, onun
qanadları vibrasiya etməyə və silkələnməyə baĢladı. Adama
elə gəlirdi ki, elə bil qanadlar bu saat qırılıb yerə düĢəcəklər.
Biz havaya qalxdıq və stüardessa bizdən içki istəyib-
istəmədiyimizi soruĢdu. Həmin anda artıq hamımızın içki
ehtiyacı vardı. O, oturacaqların arasındakı keçiddə iliĢə-iliĢə,
ora-bura ləngər vura-vura içki satırdı. Sonra o ucadan elan
etdi:
– ĠÇKĠNĠZĠ BĠTĠRĠN! ĠNDĠ YERƏ ENƏCƏYĠK!
www.vivo-book.com
58
Biz içkimizi bitirdik və təyyarə yerə endi. Təxminən on
beĢ dəqiqə sonra biz yenə havaya qalxmıĢdıq. Stüardessa
yenə bizdən içki istəyib-istəmədiyimizi soruĢdu. Həmin
anda da hamımızın içki qəbul etməyə ehtiyacı vardı. Sonra o
ucadan elan etdi:
– ĠÇKĠNĠZĠ BĠTĠRĠN! ĠNDĠ YERƏ ENƏCƏYĠK!
Professor Piter Cams və onun arvadı Selma məni
qarĢılamaq üçün hava limanında idilər. Selma kino ulduzuna
bənzəyirdi, amma onda daha çox kübarlıq hiss olunurdu.
– Siz çox əla görünürsünüz, – Piter dedi.
– Burada əla görünən birisi varsa, o da sənin
arvadındır.
– Qiraətə qədər sənin iki saat vaxtın var.
Pit maĢını öz evlərinə sürdü. Onların iki mərtəbəli evi
vardı, qonaq otağı birinci mərtəbədə yerləĢirdi. AĢağı
mərtəbədə mənə yataq otağımı göstərdilər.
– Sən yeməyə bir Ģey istəyirsənmi, – deyə Piter
soruĢdu.
– Yox, sağ ol. Mənim ürəyim bulanır.
Biz yuxarı mərtəbəyə qalxdıq.
Dostları ilə paylaş: |