Ramil Soltanov
CAMAAT
NAMAZI
Bakı-2007
2
Camaat namazı
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd
edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola
yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən
qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət
verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən
tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan
məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəm-
məd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq məsəlman
olduğunuz halda ölün!”
1
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da onun
üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın (törədib
yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür
şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən
(həzər edin)! Həqiqətən, Allah sizə Nəzarət edəndir!”
2
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə
etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs
Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar”.
3
Artıq hər kəsin də bildiyi kimi İslamın dirəklərindən biri və
kəlimeyi tövhiddən sonra ən mühümü namazdır. Namaz: lüğəti
mənada dua deməkdir. Dində isə; məlum olan xüsusi kəlmələri ifadə
etmək və hərəkətləri yerinə yetirməklə, təkbirlə başlayıb, təslimlə
qurtaran, niyyət ilə olunan ibadətə deyilir.
Namazın hökmü
Namazın İslamda yeri böyükdür. O, Allahın təkliyinə və Muhəm-
mədin Onun qulu və elçisi olduğuna şəhadət gətirdikdən sonra
yerinə yetirilməsi vacib olan ilk əməl və dinin dirəyidir. Bütün
1
Ali-İmran, 102.
2
ən-Nisa, 1.
3
əl-Əhzab, 70-71.
3
peyğəmbərlər öz ümmətlərinə namaz qılmağı əmr etmişlər. Allah,
namazı bütün ümmətlərə vacib buyurduğu kimi bizim ümmətə də
vacib buyurmuşdur. Uca Allah buyurur: “Halbuki onlara, dini məhz
Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat
vermək əmr olunmuşdu. Doğru din də elə budur
”.
4
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər dedi: “İslam beş əsas
üzərində bina edilmişdir: Allahdan başqa ilahın olmaması və
Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq,
zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”.
5
Namazın ibadətlər arasında yeri
Muhəmmədə
ilk vəhyin gəlməsindən və ona peyğəmbərlik
verilməsindən on il sonra Uca Allah namazı Peyğəmbərə meracda
olarkən arada heç bir vasitə olmadan əmr etmişdir. Bu müddətə
qədər o, insanlara tək Allaha ibadət etməyi, ona şərik qoşmamağı
əmr edirdi. Müsəlmanların qəlbində əqidə möhkəmləndikdən sonra
Allah onlara gün ərzində beş vaxt namaz qılmağı vacib buyurdu. Uca
Allahın Quranda namazı digər ibadətlərdən çox xatırlatması namazın
əzəmətini bildirir. Bu ibadətə xas olan bəzi xüsusiyyətlər vardır ki,
bunlar başqa ibadətlərdə yoxdur. Bunlardan; Uca Allah bu ibadətin
yerinə yetirilməsini hər bir halda vacib etmişdir. Başqa ibadətlərdən
fərqli olaraq namazı bütün insanlara; kişi və qadına, qul və azad
olana, zəngin və kasıba, müsafir və səfərdə olmayana, xəstə və
sağlama vacib buyurmuşdur. Həmçinin digər ibadətlərdən fərqli
olaraq namazı Allah öz peyğəmbərlərinin dili ilə hər bir ümmətə əmr
etmişdir. Uca Allah İbrahimin (a.s) dili ilə buyurur: “Ey Rəbbim! Məni
də, nəslimdən olanları da namaz qılan et!
”.
6
Uca Allah Musaya (a.s)
buyuraraq deyir: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah
yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!”.
7
Həmçinin
Allah Muhəmməd peyğəmbərə xitab edərək deyir: “Ailənə namaz
4
əl-Beyyinə surəsi, 5 .
5
Səhihu-l-Buxari 8, Səhih Muslim 113.
6
İbrahim surəsi, 40
7
Taha surəsi, 14
4
qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir
”
8
. Bu mənada olan ayələr
Quranda çoxdur.
Camaat namazının şəriətdən olması
Uca Allah bir çox ibadətləri camaatla birlikdə yerinə yetirməyi
müsəlmanlara əmr etmişdir. Bu ibadətlərdən biri də namazdır.
Camaat namazı ibadətlərin ən fəzilətlilərindən biridir. Uca Allah bu
ümmətə müəyyən vaxtlarda camaat namazı qılmaq üçün bir yerə
toplaşmağı buyurmuşdur. Bunlardan bəzisinə hər gün, bəzisinə
həftədə bir dəfə, bəzisinə ildə bir dəfə, bəzisinə isə ancaq səbəb
olduqda yığışılır. Namazın camaatla qılınmasında bir çox faydalar
vardır. Müsəlmanlar camaat namazına durduqda dövlətli və kasıb,
ağ və qara eyni olur. Hamı Allahın qabağında baş əyir. Camaatın bu
şəkildə bir yerə toplaşaraq namaz qılmalarının faydalarından; müsəl-
manlar arasında sevgi, qardaşlıq, qəlblərin biri-birinə bağlanması və
s. göstərmək olar. Müsəlmanlar bir yerə toplaşdıqda bir-biriləri ilə
tanış olur, dərdlərinə şərik çıxır, bir-birilərinə köməklik göstərirlər.
Camaat namazına gəlməyən şəxsin isə iki halı vardır.
Birinci hal: Üzrlü səbəbdən camaat namazını tərk edir və həmin şəxsə
niyyətinə görə savab yazılır.
İkinci hal: Üzrsüz səbəbdən camaat namazını tərk edir və həmin şəxs
böyük savabdan məhrum olmaqla yanaşı həm də böyük günah
qazanır.
Camaat namazının tarixi
Uca Allah namazı camaatla qılmağa Məkkədə icazə versə də onu
vacib buyurmamışdır. Peyğəmbər
meracdan dönəndən sonra
Cəbrail (a.s) gələrək Peyğəmbərlə birlikdə namaz qılmışdır. Bu
hadisədən sonra Peyğəmbər
namazları camaatla qılmağa
başlamışdır. Mədinəyə gəldikdən sonra isə Peyğəmbər
camaat
namazını vacib buyurmuşdur.
8
Taha surəsi, 132
Dostları ilə paylaş: |