31 may 2017-ci il
7
http://w w w.amu.edu.az
Gülnaz xanım 1936-cı il aprelin
15-də Gədəbəy rayonunun Sö-
yüdlü kəndində anadan olmuş-
dur. O, 1958-ci ildə S.Kirov adına
Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) fizika-riyaziyyat
fakültəsinin fizika bölməsini bi-
tirmiş və həmin ildən etibarən
Azərbaycan Elmlər Akademiya-
sının Fizika institutunda elmi işçi
vəzifəsində işləmişdir. 1960-cı ildə
aspiranturaya daxil olmuş, 1964-
cü ildə namizədlik dissertasiya-
sını müdafiə etmişdir. G.Əhmədli
1967-ci ildə Azərbaycan Tibb
Universitetində müəllim, 1968-
ci ildə baş müəllim, 1970-ci ildən
2016-cı ilə kimi dosent vəzifəsində
çalışmışdır.
Gülnaz müəllimə 50 ilə ya-
xın işlədiyi müddətdə elmi-peda-
qoji işdə xüsusi bacarığı ilə
fərqlənmişdir. Onun oxu duğu
mühazirələr və apardığı praktiki
dərslər kafedra işçiləri və tələ-
bələr tərəfindən yüksək qiy mət-
ləndirilmişdir. Respublikamızda və
xaricdə 70-dən çox elmi məqaləsi
çap olunub. Tələbələr üçün dərslik
və dərs vəsaitinin həmmüəllifidir.
G.Əhmədliyə 2001-ci ildə Rusiya
Tibbi-Texniki elmlər Akademiyası-
nın Akademiki adı verilmişdir.
Gülnaz
xanım
bağışlama-
ğı bacaran, başqalarının fikir və
mülahizələrinə hörmətlə yana-
şan xeyirxah insan idi. Ona kim
müraciət edərdisə, bütün varlığı
ilə çalışırdı ki, kömək etsin. Gülnaz
xanımı onu tanıyanlara sevdirən
məhz bu yüksək insani keyfiyyətlər
olmuşdur.
Kollektivimizin sıralarında Gül-
naz xanımın yoxluğu hamını
kədərləndirir. Təəssüf ki, gözəl
insan, savadlı alim, qayğıkeş ana
olan Gülnaz müəlliməni tale bizdən
ayıraraq, özünün əbədi haqq dün-
yasına qovusdurdu.
Dosent Gülnaz Əhmədlinin
əziz xatirəsi həmkarlarının və
tələbələrinin qəlbində daim yaşa-
yacaqdır.
Allah rəhmət eləsin, qəbri
nurla dolsun!!
Tibbi fizika və informatika
kafedrasının əməkdaşları
ƏHMƏDLİ GÜLNAZ TEYMUR QIZI
Tibbi fizika və informatika
kafedrasına agır itki üz
vermişdir. Kafedranın keçmiş
əməkdaşı dosent Əhmədli
Gülnaz Teymur qızı uzun sürən
xəstəlikdən sonra mayın 19-da
vəfat etmişdir.
Balaca qonaqları səmimiyyətlə qarşılayan ka-
fedranın müdiri, professor Qoşqar Əliyev qeyd
edib ki, onların yaddaşında daim yaşayan Aqil
Əliyev öz şərəfli və mənalı ömrünü Tibb Uni-
versitetinin əvvəllər siyasi iqtisadiyyat, sonra-
lar isə ictimai fənlər kafedrasına həsr etmişdir.
Aqil müəllimin xatirəsini əziz tutan kafedra
əməkdaşları bu böyük alimin iş otağını muzey
kimi hörmətlə qoruyub saxlayırlar.
Sonra qonaqlara Aqil Əliyevin həyat-
yaradıcılığı, elmi-pedagoji və ictimai xidmətləri
barədə məlumat verilib. Qeyd olunub ki, Aqil
Əliyev 190-dan artıq elmi əsərin və 32 monoq-
rafiyanın müəllifi olmuşdur. Onun elmi-peda-
goji kadrların hazırlamasına və iqtisadiyyat el-
minin inkişafına həsr edilmiş fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilərək “Əməkdar
elm xadimi” adına layiq görülüb, “Qırmızı Əmək
Bayrağı” və “Şohrət” ordenləri, eləcə də bir
çox fəxri fərmanlarla təltif edilib. Gələcəyimiz
olan uşaqlara Aqil muəllimlə bağlı xatirələrini
bölüşən Qoşqar Əliyev onun müqayisə olunma-
yan mənəvi böyüklüyündən söhbət açıb. Kafed-
ranın dosenti Leyla Talışınskaya Aqil müəllimin
və onun ətrafında olan şəxslərin stendlərdə
yer alan foto- şəkillər barədə uşaqlara ətraflı
məlumat verib.
Şagirdlərin Azərbaycan Tibb Universitetinə
gəlişinin əsas məqsədi ölkəmizin inkişafında
yaxından iştirak edən ziyalıları uşaqlarımıza ta-
nıtmaq, onların dünyagörüşü və vətənpərvərlik
hisslərini daha da zənginləşdirməkdən ibarətdir.
Qeyd edək ki, bu səyahətlərin təşəbbüskarı 6
nömrəli məktəbin direktoru Gülşən Orucova və
balacaların sevimli müəllimi Xuraman Şabani-
dir. Uşaqlar bundan əvvəlki səyahətləri zamanı
Tarix muzeyini, Şirvanşahlar sarayını və Üze-
yir Hacıbəyovun ev muzeyini ziyarət edib, Milli
Elmlər Akademiyasının məşhur alimlərinin həyat
–fəaliyyətləri ilə tanış olublar.
Ş.Əsədova
dosent
Şagirdlər alimin həyat – fəaliyyəti ilə tanış olublar
Bu günlərdə Bakı şəhər Səbail rayonu 6 saylı
(möhtərəm Prezidentimiz İlham Əliyevin oxuduğu
məktəb) məktəbin 1
b
sinif rəhbəri Xuraman
Şabani və şagirdləri Azərbaycanın görkəmli
elm adamları arasında özünəməxsus yeri olan
tanınmış alim, gözəl ziyalı, iqtisad elmləri
doktoru, professor, AMEA-nin müxbir üzvi Aqil
Əlirza oğlu Əliyevi xatirəsini anmaq üçün ATU-
nun ictimai fənlər kafedrasında olublar.
ATU-nun mətbuat xidməti
Tələbələrimiz beynəlxalq
olimpiadada uğur qazandı
Mayın 19-20 tarixində Ru-
siyanın Stavropol şəhərində
tibb universitetləri arasında
“Asklepiy” beynəlxalq Olim-
piadası baş tutub. Stavropol
Dövlət Tibb Universiteti-
nin təşkilatçılığı ilə keçirilən
yarışmada 15 komanda iş-
tirak edib. İlkin tibbi yardı-
mın göstərilməsi üzrə Olim-
piadaya Rusiyanın müxtəlif
tibb universitetləri ilə yanaşı,
Çin və Azərbaycanın tibb
universitetləri də qatılıb
.
ATU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru Nadir Zeynalo-
vun sözlərinə görə, Azərbaycan
Tibb Universiteti bu yarışmada
“AMU Fires” komandası ilə işti-
rak edib: “Komandanın tərkibinə
universitetin II, IV və V kurs tələ-
bə ləri daxildir. Səfər zama-
nı komanda heyətini Stavropol
Dövlət Tibb Universitetinin rek-
toru, professor Vladimir Koşel
qəbul etdi. Tələbələrlə səmimi
söhbət zamanı professor Ko-
şel ölkələrimiz arasındakı dost-
luq münasibətlərindən, həmçinin
universitetlərimiz arasında yaran-
maqda olan əməkdaşlıqdan söz
açdı. Cənab rektor iki ali məktəb
arasında əlaqələrin daha da
gücləndirilməsinin tərəfdarı oldu-
ğunu bildirdi”.
N.Zeynalov bildirir ki, Tibb Uni-
versitetinin “AMU Fires” komanda-
sı Olimpiadanın 6 müsabiqəsində
uğurla çıxış edərək fəxri IV yerə
layiq görülüb.
Qeyd edək ki, Stavropolda il-
kin və təxirəsalınmaz tibbi yar-
dım üzrə olimpiada artıq dör-
düncü dəfədir keçirilir. Bu il
tələbələr yaşıl ərazidə yerləşən
sağlamlıq düşərgəsində yarışıb-
lar. Onlar terror aktından əziyyət
çəkənlərə, bədbəxt hadisələrdən
ziyan görənlərə ilkin tibb yar-
dım göstərilməsi üzrə tapşırıqları
yerinə yetiriblər.
Mayın 25-də Tədris Terapevtik Klinikada iki
xəstə ilə bağlı növbəti klinik müzakirə aparılıb.
Direktorun müalicə işləri üzrə müavini Adil
Nuriyev çıxış edərək bildirib ki, silsilə şəklində
davam etdirilən xəstə təhlilləri həm tələbələr,
həm də rezidentlər üçün mühüm əhəmiyyət
kəsb edir.
Klinik müzakirədə moderatorluğu profes-
sor Surxay Musayevə məxsus ilk çıxışı uşaq
kardio-revmatologiya şöbəsinin müdiri Sevda
Məmmədova edib.
S.Məmmədova xəstə haqqında məlumat
verərərək bildirib ki, 14 yaşlı uşaq bir neçə
ay bundan öncə klinikaya çox ağır vəziyyətdə
gətirilmişdi: “Klinikaya yüksək hərarət,
öskürək, üzdə və aşağı ətarflarda şişkinlik,
ürək nahiyəsində ağrı və s. şikayətlər ilə daxil
olmuşdu. Bunlarla yanaşı təngnəfəslik və hal-
sızlıq hallarını da müşahidə etdik.
Uşağın erkən inkişaf dövrü normal keçib və pro-
filaktik peyvəndlərini təqvimə uyğun alıb. Aparılan
müayinələr zamanı uşağa kəskin revmatik diaqno-
zu qoyduq. Konsultasiyalar təşkil olundu, kardioloq
və nefroloqun baxışı keçirildi. Əvvəlcə biz uşağın
əməliyyatla normal vəziyyətə dönə biləcəyini zənn
edirdik, amma müayinələrdən sonra kəskin cərrahi
göstərişə ehtiyac olmadığının şahidi olduq”.
Aparılan müalicələrdən sonra uşağın vəziyyətinin
yaxşılaşdığını deyən S.Məmmədova bundan sonra
onun daima həkim nəzarətində olmasını məsləhət
gördüklərini deyib.
Daha sonra moderatorluğu hematologiya
şöbəsinin müdiri Valeh Hüseynova məxsus 38
yaşlı Xroniki Myelositar Leykemiya ilə daxil olan
xəstə ilə bağlı Şəhla Şabanovanın çıxışı dinlənilib.
Ş. Şabanova bildirib ki, xəstə subfebril hərarət,
halsızlıq, qarın nahiyyəsində dolğunluq və köp,
təngnəfəslik şikayətləri ilə klinikaya müraciət edib.
Xəstəliyin simptomları haqqında məlumat verən
həkim qeyd edib ki, burada əsasən halsızlıq, tem-
peratur, gecə tərləməsi, çəkinin azalması və s.
kimi hallar müşahidə edilir: “Xəstə daxil olarkən
onda leykositoz, anemiya, perifrik yaxmada mi-
eloid sıra artışı ilə yanaşı atipik hüceyrələri aşkar
etdik. Müalicələrə başlanıldı və mərhələli şəkildə bu
proseslər davam etdiriləcək”.
Ş.Şabanova gələcəkdə xəstəyə sümük iliyi trans-
plantasiyasını da həyata keçirmək zərurəti yarana
biləcəyini deyib.
Klinik müzakirə həkim-professorlar və rezident lərin
müzakirəsi ilə yekunlaşıb.
31 may 2017-ci il
http://w w w.amu.edu.az
II müalicə-profilaktika fakültəsinin IV kurs, 277a qrup tələbəsi
Babazadə Günel Arif qızının adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Hərbi tibb fakültəsinin VI kurs, 1131b qrup tələbəsi Hümbətzadə
Hüseyn Afət oğlunun adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-
barsız sayılır.
I müalicə-profilaktika fakültəsinin VI kurs, 147b qrup tələbəsi
Zeynalov Nağı Ağaqulu oğlunun adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin I kurs, 787b qrup tələbəsi Haghgou
Kalibar Nasim Yusif qızının adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin V kurs, 310a qrup tələbəsi
Yusibzadə Elmar Elçin oğlunun adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin I kurs, 781b qrup tələbəsi Məmmədova
Nərmin Ziyəddin qızının adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Stomatologiya fakültəsinin III kurs, 721b qrup tələbəsi Möhsümov
Möhsüm Cəmaləddin oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Hərbi tibb fakültəsinin I kurs, 1126b qrup tələbəsi Aslanov Hacı-
baba Elman oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
Stomatologiya fakültəsinin II kurs, 700b qrup tələbəsi Yahyayeva
Reyhan Rauf qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
Əczaçılıq fakültəsinin II kurs, 841b qrup tələbəsi Musayeva Fərqanə
Məcid qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin I kurs, 165b qrup tələbəsi
Əlizadə Nail Nihad oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Tibbi profilaktika fakültəsinin VI kurs, 630a qrup tələbəsi Süley-
manova Günay Elxan qızının adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Əczaçılıq fakültəsinin I kurs, 801a qrup tələbəsi Mirzəyeva Zəhra
Nəriman qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
II müalicə-profilaktika fakültəsinin I kurs, 361b qrup tələbəsi
Rəhimli Hənnan Vidadi oğlunun adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin I kurs, 162a qrup tələbəsi Su-
varova Zeynəb Sərdar qızının adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Normal fiziologiya kafedra-
sının əməkdaşları dosent Əzizə
Rüstəmzadəyə qardaşı
Atif İbrahimovun
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Ümumi və toksikolji kimya kafed-
rasının kollektivi kafedranın keçmiş
əməkdaşı, dosent
Ələkbərova Arifə Yusif qızının
vəfatından kədərləndiklərini bildi-
rir və mərhumun ailəsinə dərin hüznlə
başsağlığı verir.
Tibbi fizika və informatika kafed-
rasının əməkdaşları dosent Natiqə
Həsənovaya həyat yoldaşı
Fərrux Məmmədovun
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Tibbi fizika və informatika kafed-
rasının əməkdaşları professor Arif
Quliyevə həyat yoldaşı
Gülnaz Əhmədlinin
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Yoluxucu xəstəliklər kafedrasının
əməkdaşları kafedranın müəllimi
t.e.n. S. Sultanovaya bacısı
Məlahət xanımın
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Yoluxucu xəstəliklər kafedrasının
əməkdaşları kafedranın preparatoru
Sveta Əliyevaya anası
Natalya xanımın
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Azərbaycan dili kafedrasının
əməkdaşları Dürdanə Rəhimzadəyə və
Təranə Nəcəfovaya xalaları
Gülnaz xanımın
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Əczaçılığın texnologiyası və
idarəçiliyi kafedrasının əməkdaşları
kafedranın assistenti Tamella
Əmirəliyevaya atası
Əmirəli Əmirəliyevin
vəfatından kədərləndiklərini bildi-
rir və dərin hüznlə başsağlığı verirlər.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 1800
Allah rəh mət elə sin!
Mayın 20-də Azərbaycan Tibb
Universitetinin tələbələrinin
təsis etdiyi “Sağlam Həyat
Assosiasiyası”nın təşkilatçılığı ilə
“Sağlamlığa kompleks yanaşma-
nın tibbi əsasları” adlı elmi-prak-
tiki konfrans keçirilib.
300 nəfərin iştirakı ilə keçirilən
konfransda
Mərkəzi
Klinik
Xəstəxanın baş həkimi, tibb elmləri
doktoru, kardiocərrah Kamran Mu-
sayev “Kardiovaskulyar təbabətdə
deontoloji problemlərə aktual ya-
naşma”, ATU-nun dermatovene-
rologiya kafedrasının dosenti, tibb
elmləri namizədi Elşad Novruzov
“Gənclik sızanaqları – Akne vulqa-
ris”, ATU-nun həkim-dietoloqu Ley-
la Zülfüqarlı “Obezite. Piylənməyə
səbəb olan milli xüsusiyyətlərimiz”,
ATU-nun uroloq-cərrahı Vasif İs-
mayıl “Qocalan orqanizmdə uroloji
əhəmiyyət kəsb edən dəyişikliklər”,
Modern Hospitalın baş həkimi,
bariatrik-cərrah, Taryel Ömərov
“Piylənmənin cərrahi müalicəsi”,
neyrocərrah, Milana Hospitalın
həkimi Dr.Əliosman Qədimbəyli,
“Disk yırtıqlarında müasir cərrahi
taktikalara baxış” mövzularında
məruzələrlə çıxış ediblər. Aktual
mövzularda olan məruzələr iştirak-
çılar və tələbələr tərəfindən böyük
maraqla qarşılanıb.
“Sağlam Həyat Assosiasiyası”
ATU-nun tələbələri Rauf Vəliyev,
Məhəmməd Məmmədov və Vüqar
Xəlilli tərəfindən təsis edilib.
Təşkilatın məqsədi cəmiyyətə
düzgün həyat tərzinin aşılanması,
gənclərin fiziki və əqli cəhətdən
sağlam formalaşması, sağlam
qidalanmanın təbliği ilə bağlı
maarifləndirmə işinin təşkili və s.
ibarətdir. Qeyd edək ki, ATU-nun
tələbələri hələ təşkilatlanmazdan
öncə də sağlam həyat tərzinə dair
maarifləndirmə işlərində, müxtəlif
təşəbbüslərdə iştirak ediblər.
Serebral koma ilə Azərbaycan Tibb
Universitetinin Tədris Cər ra hiyyə
Kli nikasına başqa bir xəstəxanadan
kö çürül müş pasi yentin anamnestik
mə lumat la rında Afrika ölkələrinin bi-
rində səyahətdə olduğu məlum olub.
Qeyd edək ki, əvvəlki xəstə-
xanada malyariya ehtimalı inkar
olunmasına baxmayaraq, müalicə
həkimlərinin istəyinə əsasən uni-
versitetin klinikasının mərkəzi labo-
ratoriyasında bu bir daha araşdırılıb.
Klinik mikrobiologiya mütəxəssisi
Leyla Rəhimli tərəfindən p
falciparum-a məxsus görüntü əldə
edildikdən sonra, xəstəyə malyari-
ya diaqnozu qoyulub.
Malyariya əleyhinə preparatlar-
la müalicəyə başladıqdan bir neçə
gün sonra pasiyentin vəziyyəti
stabilləşib və o 24 gün sonra tam
sağlam şəkildə evə buraxılıb.
Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi və Tələbə Gənclər
Təşkilatları İttifaqı tərəfindən ali məktəb tələbələri
üçün xüsusi “Tələbə endirim kartları” verilir. Artıq
Azərbaycan Tibb Universitetinin tələbələrinə də
bu kartlar təqdim olunur.
Kart sahibləri tələbələrə Avropanın 37 ölkəsində
80.000, Azərbaycanda isə 200-dən artıq obyektdə
5%-dən 55%-ək endirimlər təklif edir. Tələbə en-
dirim kartı Avropa Tələbə Kartının Azərbaycan
üçün nəzərdə tutulan formasıdır. Avropanın digər
ölkələrində tələbələr üçün hansı endirimlər tətbiq
olunursa, bizim gənclər də xaricdə olarkən eyni
yerlərdə həmin güzəştləri əldə edə biləcəklər.
Azərbaycanda isə endirimlər müxtəlif sahələri
əhatə edən obyektlərə aiddir.
Hazırda ATU-da tələbə kartını əldə etmək
istəyənlərin qeydiyyatına başlanılıb. Qeydiyyat ATU-
nun Tələbə Gənclər Təşkilatının fəalları tərəfindən
aparılır. Onu da qeyd edək ki, qeydiyyatdan keçmək
istəyən tələbələrə mobil nömrə də hədiyyə olunur.
•
Azərbaycan Tibb Universitetinin II müalicə
-profilaktika fakültəsinin Tələbə Elmi
Cəmiyyəti tərəfindən fakültənin elmi konf-
ransları keçirilib. Elmi konfransın ilk günündə
12 məruzə dinlənilib. Fakültə dekanı, dosent
İsrail Məhərrəmbəylinin sədrliyi ilə keçirilən
konfransda 4 nəfərdən ibarət münsiflər heyəti
fəaliyyət göstərib.
V kurs tələbəsi Ülvi Ələşrəfov “Şizofreniya
xəstələrində siqaret istifadəsi ilə depressiv simp-
tomlar arası əlaqənin araşdırılması” (elmi rəhbəri
psixiatriya kafedrasının həkimi İkram Rüstəmov)
işinə görə I yerə, III kurs tələbəsi Aydan İsgəndərzadə
və Soltanxanım Ağazadənin birgə təqdim etdikləri
“Yuinq sarkoması ilə şəxsi tanışlıq və diaqnozun qo-
yulmasında şüa diaqnostikanın rolu” (elmi rəhbəri
Şüa diaqnostikası və şüa terapiyası kafedrasının
dosenti Arzu Mehtiyeva) və III kurs tələbələri İradə
Atayeva və Şəbnəm Vəliyevanın təqdim etdikləri
“Нарушения липидного обмена в крови и лимфе
при сахарном диабете” (elmi rəhbərləri professor
M.Əliyev, L.Səfərəliyeva) mövzusundakı elmi işləri
isə II yerə layiq görülüb.
Təşkilatçılıq
nöqteyi-nəzərindən
yüksək
səviyyədə keçirilən konfransın ikinci günündə 3
qalib seçilib.
Qeyd edək ki, birinci yerlərin sahiblərinə Edulan-
diya kursundan 60%, ikinci yerləri tutanlara 40%,
üçüncü yerlərin sahiblərinə isə 20% endirim kupo-
nu hədiyyə edilib. Bütün elmi iş götürən tələbələr
həmin kursdan 10%-lik endirim kuponu, elmi
işlərinin dərc olunuğu kitabça və sertifikatla təltif
olunublar.
Bu il ilk dəfə olaraq konfrans Tədris Cərrahiyyə
Klinikasında keçirilib. Həmçinin ilk dəfə bü-
tün işlər elmi konfranslardan öncə yoxlanılıb,
istiqamətləndirilib və nəzarət aparılıb. Eyni zaman-
da, ilk dəfə konfransın işlərini ehtiva edən kitabça
çap edilib.
ATU-nun mətbuat xidməti