Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
Bu Konsepsiya
“Think Tank” Fondunun Đnstitusional Yardım Layihəsi çərçivəsində
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzi tərəfindən hazırlanmışdır
BAKI
Đ
yul 2010
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzi
Dilara Aliyeva 115,
Bakı Az1009,Azərbaycan
Telefon: (99412) 597 0691
Faks: (99412) 437 3240
Email:
cesd@aztelekom.net
cesd.az@gmail.com
Web:
http://www.cesd.az
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
2
Giriş
Azərbaycanda ictimaiyyətlə əlaqələr, Qərbin dili ilə desək pablik rileyşnz (PR) son 3-4 ildə
dövlət və ya qeyri dövlət təşkilatlarının idarəetmə sahəsi kimi xüsusi diqqət ayırdıqları
sahədir. Əgər illər öncəsi təkcə xarici şirkətlərdə pablik rileyşnz fəaliyyətinə rast gəlinirdisə
və yerli təşkilatlar üçün bu sahə bir qədər yad görünürdüsə, artıq baxışlar dəyişib. Təşkilatlar
(fərqi yoxdur dövlət və ya qeyri dövlət) imiclərini yüksəltmək məqsədilə ictimaiyyətlə
ə
laqələrini gücləndirməyə çalışırlar. Đctimaiyyətlə əlaqələr şöbələrinin yaradılmasına isə ən çox
maraq göstərənlər qeyri hökümət təşkilatları, böyük neft şirkətləri, hətta deyilənə görə illik
dövriyyəsi 80 milyon manatdan çox olan biznes qurumlarıdır. Hansıki xarici təşkilatlarla
müqayisədə həmin qurumlarda da pablik rileyşnz işini mükəmməl hesab etmək olmaz. Belə ki,
Azərbaycanda ictimai əlaqələrin qurulması və inkişaf etdirilməsi yeni peşə sahəsi hesab
edildiyindən bu sahədə xeyli çatışmamazlıqlar var. Məsələn, bütün dünyada PR üçün 2 vacib
şə
rt irəli sürülür. Birincisi peşəkarlıq, ikincisi maliyyə. Azərbaycanda isə digər sahələr kimi bu
sahənin də özündə cəmləşdirdiyi fəaliyyət prinsipi fərqlidir. PR fəaliyyətində peşəkarlıqdan və
maliyyədən öndə tanışlıq mühüm rol oynayır. Piar fəaliyyətini həyata keçirən mütəxəssis
peşəkar olmaqla yanaşı dövlət , biznes qurumları və mətbuatla tanışlıq əlaqələri olmalıdır.
Digər məqam, “PR “ termininin Azərbaycan dilinə tərcüməsinin “Đctimaiyyətlə əlaqələr” olduğu
halda Azərbaycanda onun mənasıının daha çox “ictimaiyyəti məlumatlandırma” kimi qəbul
edilməsidir. Yəni bir çox təşkilatlarda ictimaiyyətlə əlaqələr departamentlərinin fəaliyyəti
məlumatların yayılması ilə məhdudlaşır. Yeni ictimai əlaqələrin yaradılması – dövlət qurumları,
biznez qurumları ilə əlaqələr Azərbaycanda pablik rileyşnz fəaliyyətinə bir o qədər də daxil
edilmir. Halbuki ictimaiyyətlə əlaqələr işinin ictimaiyyətə məlumat verməklə yanaşı qurumu
maraqlandıran informasiyanı toplamaq, onu analiz etmək və rəhbərliyin doğru qərarlar almasına
yardımçı olmaq kimi məqsədləri var. Đctimaiyyətlə əlaqələri digər idarəetmə sahələrindən
fərqləndirən daha bir mühüm xüsusiyyət isə onun həm qurumun daxili, həm də xarici mühiti ilə
ünsiyyət qurmasıdır.
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
3
Azərbaycanda pablik rileyşnz işi nə qədər yeni olsa da təcrübə PR fəaliyyətinin daim mövcud
olduğu təşkilatların nüfuzunun kəskin şəkildə düşməsi ehtimalının çox az olduğunu göstərir.
Birbaşa təsir vasitəsi kimi PR hər bir təşkilatın həyatı üçün böyük strateji əhəmiyyət kəsb edir.
QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması
Aparılan araşdırmalar göstərir ki, ölkədə faəliyyət göstərən 2570 QHT –dən heç də hamısında
PR – ictimaiyyətlə əlaqələr departamenti fəaliyyət göstərmir. Bunun səbəblərindən biri QHT-
lərin ictimaiyyətlə əlaqələr departamentinin saxlanılması üçün maliyyə vəziyyətlərinin yetərli
olmamasıdırsa, digəri Azərbaycan üçün PR işinin yeni olması və vətəndaş cəmiyyətləri
institutlarıının öz fəaliyyətlərində piar mütəxəssisinə ehtiyac görməmələridir. Lakin yaxşı
qurulmuş PR işi ən zəif təşkilat haqqında belə ictimai rəydə yüksək fikir oyada bilər.
Ümumiyyətlə Azərbaycanda vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan qeyri-hökumət
təşkilatlarının daha da inkişaf etdirilməsi, fəaliyyətlərində şəffaflıq və hesabatlılığın təmin
olunması baxımından ictimaiyyətlə əlaqələrin inkişafı vacibdir. Yeri gəlmişkən, ictimai əlaqələr
dedikdə, həm vətəndaş cəmiyyəti institutlarının xarici ölkələrdəki analoji qurumlarla, həm
daxildə digər QHT-lər, həm dövlət orqanları, həm də biznes və mətbuatla əlaqələri nəzərdə
tutulmalıdır. Bu dörd istiqamətdə əlaqələrin peşəkar müstəvidə qurulması və inkişaf etdirilməsi
QHT-lərin fəaliyyətində davamlılığın, şəffaflığın, hesabatlılığın təmin olunması, həyata keçirilən
layihələrin təsir gücünün artırılması, qarşıya qoyulan məqsədlərə çatılması baxımından
ə
həmiyyətli ola bilər. Amma bütün bunlar dövlət, biznes qurumları ilə əlaqələrin qurulmasının
asant olduğu anlamına gəlməməlidir. Đstər dövlət qurumları, istər biznes qurumları ilə vətəndaş
cəmiyyəti (VC) institutlarının əlaqələrinin yaradılmasında problemlər var.
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
4
Dövlət orqanları ilə problemlər
Ə
vvəla, bir sıra dövlət orqanları VC institutlarına qapalıdırlar. Daha doğrusu onların QHT-lərlə
işləmək ənənləri yoxdur desək yanılmarıq. Dövlət orqanlarının əksəriyyətində ictimaiyyətlə
ə
laqələr şöbələri olsa da onlar fəaliyyətlərini ictimai əlaqələrin qurulmasına kökləməyiblər.
Xüsusilə vətəndaş cəmiyyəti institutları ilə işgüzar münasibətlərin yaradılmasında maraqlı
deyillər. QHT-lərin informasiya sorğularını belə cavablandırmaqdan yayınırlar.
Məsələnin digət tərəfi QHT-lərin özlərinin də bu sahədə peşəkar olmamaları, dövlət orqanları
ilə işləmək bacarığına malik olmamalarıdır. Çox az sayda QHT var ki, təşkil etdiyi tədbirlərdə
hökümət nümayəndələri üzvlərinin iştirakına rast gəlmək olar. Və ya illik fəaliyyətləri ilə bağlı
dövlət qurumlarını məlumatlandırırlar.
Biznes qurumları ilə problemlər
Digər spesifik problem iri biznes subyektlərinin QHT- lərlə əməkdaşlığa meyilli olmamalarıdır.
Azərbaycanda vətəndaş cəmiyyətləri institutlarının fəaliyyətində biznes qurumları ilə əlaqələrin
qurulmasına dair hər hansı nümunə yoxdur. Bunda dövlətin özü də maraqlı görünmür. Çünki, xarici
dövlətlərdən fərqli olaraq Biznes-QHT əməkdaşlığının stimullaşdırıcı vergi normaları yoxdur. QHT-lərin
özləri də bizneslə əməkdaşlıq sahəsində siyasətlərini qura bilməyiblər. Korporativ
Sosial Məsuliyyət
və ya onun üstünlükləri haqqında hər iki tərəfdə lazımı məlumatlar, bu sahədə işləmək üçün
bilik və bacarıqlar yoxdur.
Mətbuatla əlaqələr
Digər ictimai münasibətlərlə müqayisədə QHT- mətbuat əlaqələrini inkişaf etmiş hesab etmək
olar. Lakin bu əlaqələrdə də müəyyən problemlər var. Məsələn media hesab edir ki, iki
institutun əlaqəli işləməsi üçün QHT-lərin üzərinə böyük məsuliyyət düşür. QHT-lər mətbuatla
iş sahəsində məlumatı hazırlayıb yaymaq bacarığı və vərdişinə yiyələnmələdirlər. Đctimaiyyətlə
ə
laqələr departamentlərinin fəaliyyətlərini genişləndirməli, peşəkarlıq səviyyəsini artırmalıdır.
QHT –lərin bu əlaqələrdə narazılığı mətbuat orqanlarının vətəndaş cəmiyyəti institutlarının
tədbirlərinə etinassız yanaşmaları və bir çox hallarda belə tədbirlərdə qeyri-peşəkar
ə
məkdaşlarının iştirakının təmin etmələri ilə bağlıdır.
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
5
Đ
SĐM-də Đctimai Əlaqələr
2005-ci ilə Qərb ölkələrində təhsil almış iqtisadçı və sosial iş ekspertləri tərəfindən yaradılan
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzi (ĐSĐM) təsis olunduğu ilk vaxtlardan ictimaiyyətlə əlaqələrə
üstünlük verib. 2007-ci ildə Parlaq Sosioloji Araşdırma Mərkəzi tərəfindən ilin ən aktiv iqtisadi
beyin mərkəzi elan edilib. Think Tank Fondunun Đnstitusional Qrant Layihəsinin icarısına
başlandıqdan sonra isə təşkilatda ayrıca pablik rileyşnz – ictimaiyyətlə əlaqələr departamenti
yaradılıb. Departament fəaliyyətini əsasən 4 istiqamətə yönəldib;
1.
Mətbuatla əlaqələr
2.
QHT-lərlə əlaqələr
3.
Dövlət qurumları ilə əlaqələr
4.
Xarici əlaqələr
Yeni fəaliyyətə başlamasına baxmayaraq hər 4 istiqamət üzrə əlaqələrdə departament naliyyətlər
ə
ldə edib. 2010-cu ilin 7 ayında ictimaiyyətlə əlaqələr departamenti tərəfindən ölkədəki iqtisadi
və sosial proseslərlərlə bağlı 104-dən çox məqalə hazırlanıb. Həmin məqalələr ĐSĐM-in
internet səhfəsində yerləşdirilməklə yanaşı aparıcı Kütləvi Đnformasiya Vasitələrində –
“anspress”, “mia”, “modern”, “var”, “olaylar” sayıtlarında yerləşdirilməsi təmin edilib. Eyni
zamanda “Yeni Musavat”, “Həftə içi”, “Ekspress”, “Bakı Xəbər”, “Mərkəz”, ”Zaman”,
“Olaylar”, “Ayna”, “Exo” və digər tanınmış, eləcə də tirajlı mətbu orqanlarda çap olunub.
Nəticədə son 6 ay ərzidə yerli media ĐSĐM-in məlumatlarına 500 dəfədən çox istinad edib.
Departamentin hazırladığı ĐSĐM rəhbərinin və ekspertlərinin açıqlamalarına yerli QHT-lər də
maraq göstərərək, öz internet səhfələrində həmin məqalələri yerləşdiriblər.
Ötən müddətdə ictimaiyyətlə əlaqələr departamenti tərəfindən həmçinin 4 mətbuat konfransı
təşkil olunub.Hansıki həmin tədbirlər kənd təsərrüfatına subsidiyaların ayrılmasındakı
problemlərə və vergi qanunvericiliyindəki çatışmamazlıqlara dair ictimai müzakirələri özündə
ehtiva edib. Tədbirlər dövlət qurumları ilə münasibətlərin qurulması baxımından da əhəmiyyətli
olub. Çünki, müzakirələrdə Taxıl Fondunun, Dövlət Neft Fondunun, Vergilər, Kənd Təsərrüfatı
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
6
nazirliklərinin nümayəndələri və millət vəkilləri iştirak ediblər. Birifinqlərdən hazırlanmış press
realizlər KĐV-də çap olunub.
Đ
SĐM-in ekspertləri həmçinin gündəlik olaraq KĐV-də iqtisadi şərhlər veriblər.Bununla da ĐSĐM
daim mətbuatın gündəmində qalıb.
Qeyd etdiyimiz kimi, departament xarici əlaqələrin qurulmasında- xüsusilə xarici mətbuatla
ə
laqələrin yaradılması istiqamətində də fəaliyyət həyata keçirib. Buna misal kimi ĐSĐM
rəhbərinin Belarusiyanın aparıcı qəzeti olan “BelQazeta” qəzetinə müsahibəsinin hazırlanması
gətirilə bilər. Đctimaiyyətlə əlaqələr departamenti təşkilatın veb saytının inkişafında da mühüm
rola malik olub. Çünki qeyd etdiyimiz kimi təşkilatla bağlı hazırlanan məlumatlar ĐSĐM-in
internet səhfəsində yerləşdirilib. Đctimaiyyətlə əlaqələr departamenti həmçinin QHT-lər
tərəfindən keçirilən müxtəlif tədbirlərdə yaxından iştirak edib. Müzakirələrə qatılıb.
Đ
SĐM-in ictimaiyyətlə əlaqələr departamenti dövlət qurumları ilə əlaqələrin qurulması, inkişaf
etdirilməsinə də xüsusi əhəmiyyət verir.
Lakin bəzi dövlət qurumları nəinki müstəqil QHT-lərlə
ə
məkdaşlıqdan imtina edir, həm də onların keçirdiyi tədbirlərə etinasız yanaşır.
Hansıki həmin
dövlət orqanlarının sırasına Maliyyə Nazirliyi, Đqtisadi Đnkişaf nazirlikləri və sair hökümət
qurumları daxildir.
Sözügedən qurumlar
nəzərə almırlar ki,
QHT-lər sosial problemlərin həllinə
yardım məqsədilə yaradılıb. Vətəndaş cəmiyyətlərinin inkişafı üçün QHT hökümət
münasidətlərinin inkişafı vacib amildir.
Görüləcək işlər və məqsədlər
Đ
ctimaiyyətlə əlaqələr təşkilatın uğurlu münasibətlərinin qurulub saxlanılması texnalogiyasıdır.
Münasibətlərdə əsas şərtlərdən biri həqiqət, səmimiyyət və mənəviyyatın gözlənilməsidir.
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti ictimaiyyətin
bütün nümayəndələri ilə münasibətlərin düzgün koordinasiya edilməsinə və onların təşkilat
haqqında informasiya ehtiyaclarının ödənilməsinin təminatına yönəldilib. Departamentin uğurlu
fəaliyyət göstərməsi üçün qarşısına qoyduğu bir sıra hədəflər var. Hansıki bura aşağıdakılar
daxildir
Đ
ctimai əlaqələr üzrə strategiya və kommunikasiya planına malik olmaq
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr Üzrə Đnkişaf Konsepsiyası
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
7
Daxil olan bütün sorğuları vaxtında cavablandırmaq, fəaliyyətımızın önəmli nəticələri və uğur
hekayələri barədə dövrü olaraq press-relizlər yaymaq
Ötən dövrlərdə həyata keçirilən layihərin proqram və maliyyə hesabatları Đnternet səhifəsində
yerləşdirmilməsinə yardımçı olmaq
Sosial şəbəkələrlə işləmək bilik və bacarıqları artırmaq
Beynəlxalq və Avropa səviyyəli QHT şəbəkələri ilə əlaqələr genişləndirilmək
Dövlət qurumları ilə münasibətlərinin genişləndirilməsi, qarşılıqlı informasiya mübadiləsinin
təmin etmək,
Xarici mətbuatla əlaqələri genişləndirmək
Təşkilatın faəliyyəti ilə bağlı rüblük hesabatların ictimaiyyətə açıqlanmasını təmin etmək
Mərkəzin gənc ekspertlərinin piarının təşkili
Dostları ilə paylaş: |