Bitki seleksiyası şöbəsi
Şöbə müdiri: a.e.ü.f.d. Musayev Əsəd Cənnət oğlu
Musayev Ə.C. 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunu, 1962-ci
ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultələrini
bitirərək alim aqronom ixtisasına yiyələnmişdir. 1964-cü ildən etibarən
respublikada taxılçılığın inkişafı problemləri ilə məşğul olmağa başlayan Musayev
Ə. C. daha məhsuldar, yüksək dən keyfiyyətinə malik, yerə yatmayan, xəstəliklərə
davamlı taxıl sortlarının yaradılması və toxumçuluğu istiqamətində Əkinçilik
İnstitutunda geniş tədqiqat işləri aparır və 1969-cu ildə "Toxumluq əkinlərində sort
qarışıqlarının əmələ gəlməsi və onun qarşısını almaq yolları" mövzusunda
dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi
adı almışdır. Musayev Ə.C. dənli bitkilərin 25 rayonlaşmış sortunun müəllifidir.
O, SSRİ Xalq Təsərrüfatı Nailliyyətləri Sərgisinin Baş Komitəsi tərəfindən yüksək
məhsuldar, keyfiyyətli bərk buğda sortlarının yaradılması və tətbiqi sahəsində əldə
etdiyi nailiyyətlərə görə bürünc, gümüş, qızıl medallara layiq görülmüşdür.
Həmçinin "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Musayev Ə.C. bitkiçilik,
seleksiya və toxumçuluğa dair 100 -
dən artıq elmi əsərin, tövsiyə və kitabçaların
müəllifidir. O, "Azərbaycanda dənli bitkilərin becərilməsi", "Azərbaycanda elmi
cəhətdən əsaslandırılmış əkinçilik sistemi", "Payızlıq bitkilərin intensiv
texnologiya ilə becərilməsi", "Yeni taxıl sortları, onların becərilməsi" kitablarının
və "Aqronomun məlumat kitabı"nın və "Dənli-taxıl bitkilərinin seleksiyası
sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin metodikası"nın əsas
müəlliflərindən biridir. Musayev Ə.C. Əkinçilik ET İnstitutuna rəhbərlik etdiyi
dövrdə elmi kadrların hazırlığına xüsusi fikir vermiş, bilavasitə onun səyi ilə 120
elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır. 100 nəfər müxtəlif ölkələrdə
elmin yeni sahələri üzrə ixtisasartırma kurslarını keçmişlər. O, hal-hazırda
institutun nəzdində fəaliyyət göstərən aqrar elmləri üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün FD 04.012 Dissertasiya Şurasının sədridir.
Əlaqə tel: 551-61-30
Şöbədə çalışan elmi əməkdaşlar:
Abdullayev Abdin Məhərrəməli oğlu - aparıcı elmi işçı,
proqram rəhbəri
Abdullayev A. M. 01.01.1954-cü ildə anadan olmuşdur. 1971-1976-cı illərdə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakultəsini bitirdikdən
sonra həmin ildə göndəriş əsasında Az. ETƏİ - da kiçik elmi işçi kimi əmək
fəaliyyətinə başlamışdır. 1990-cı ildə “Zaqafqaziyanın aborigen sortları əsasında
payızlıq yumşaq buğdanın seleksiyası üçün yeni başlanğıc materialın yaradılması”
dissertasiya mövzusu üzrə müdafiə edərək “Kənd təsərrüfatı” elmləri namizədi
alimlik dərəcəsi adını almışdır. Elmi əsərin və 9 sortun müəllifidir. Hal-hazırda
“Yerli və introduksiya olunmuş nümunələr əsasında buğdanın rüşeym plazmasının
zənginləşdirilməsi və hibridləşmə yolu ilə yüksək məhsuldar, keyfiyyətli və ekoloji
cəhətdən uyğunlaşa bilən yeni sortların yaradılması və tətbiqi” mövzusu üzərində
işləyir. Email:
abdin_aetei@mail.ru
Əmirov Litfer Əlisultan oğlu - aparıcı elmi işçı
Əmirov L. Ə. 05.09.1946-cı ildə anadan olmuşdur. 1965-1970-ci illərdə ADU-nin
“Biologiya” fakultəsini bitirmişdir. 1973-cü ildən Az.ETƏİ-da dənli-paxlalı
bitkilər üzrə seleksiya işlərinə başlamışdır. 1975-ci ildə həmin İnstitutun
aspiranturasına qebul olub və 1981-ci ildə “Müxtəlif mənşəyli lobya növlərinin
Azərbaycanın Şəki-Zaqatala bölgəsində aqrobioloji öyrənilməsi” dissertasya işini
müdafiə edərək “Seleksiya və toxumçuluq” ixtisası üzrə elmləri namizədi alimlik
dərəcəsi adını almışdır. 41 elmi əsərin və 4 sortun müəllifidir. Hal-hazırda “Dənli-
paxlalı bitkilərin yerli və dünya genofondunun öyrənilməsi seleksiyada yeni,
yüksək, məhsuldar, keyfiyyətli, biotik və abiotik amillərə davamlı sortların
yaradılması, toxumçuluğunun təşkili və fermer təsərrüfatlarında tətbiqi” mövzusu
üzərində iş aparır.
Əliyev Elxan Böyükağa oğlu - aparıcı elmi işçı
Əliyev E. B. 24.08.1952-ci ildə anadan olmuşdur. 1969-1975-ci illərdə S.M. Kirov
adina Azərbaycan Dövlət Universitetinin "Biologiya" fakultəsində təhsil almışdir.
1977-ci ildə aspiranturaya qebul olub, 1980-ci ildən isə elmi fəaliyyətə
başlamışdır.
Əliyev E.B. 1983-cu ildə "Yumşaq buğdalarda fotoperiodizm hadisəsinin
sitogenetik tədqiqi" mövzusunda 03.00.15 "Genetika" üzrə namizədlik
dissertasiyasını müdafiə edib və biologiya elmləri namizədi alimlik dərəcəsi adina
layiq görülmüşdür. 102 elmi əsərin müəllifidir. Hal - hazırda "Buğda bitkisinin
müxtəlif keyfiyyət və kəmiyyət əlamətlərinə görə buğda genomunun
rekonstruksiyası" mövzusu üzərində çalışır. Email:
elxan-aliyev00@rambler.ru
Novruzlu Qərib Alış oğlu - aparıcı elmi işçı, proqram rəhbəri
Novruzlu Q. A. 07.10.1961-ci ildə anadan olmuşdur. 1980-1985-ci illərdə Az.K/T
İnstitutunun “Alim-aqronom” ixtisasını bitirdikdən sonra təyinatla Əkinçilik
İnstitutunda elmi fəaliyyətinə başlamışdır. 1994-cü ildə “Seleksiya və toxumçuluq”
ixtisası üzrə dissertasiya işini müdafiə edərək “Kənd təsərrüfatı” elmləri namizədi
alimlik dərəcəsi adını almışdır. 11 elmi əsərin və 1 sortun müəllifidir.
Hazırda
“Respublikanın müxtəlif torpaq iqlim bölgələri üçün, stres faktorlara (duza,
quraqlığa və s.) davamlı, yüksək məhsuldar və keyfiyyətli arpa sortlarının
yaradılması, tətbiqi, ilkin toxumçuluğu və yayımı” mövzusu üzərində çalışır.
Email:
novruzlu_garib@mail.ru
Rüstəmov Xanbala Nəriman oğlu 06.07.1963-cü ildə Naxçıvan MR-nın Şahbuz
rayonunun Şahbuzkənd kəndində anadan olmuşdur.1970-1980-cı illərdə Şahbuz
kənd orta məktəbəində, 1980-1985-ci illərdə Azərbacan Kənd Təsərrüfatı
İnstitutunda təhsul almış, təiynatla Az. ET Əkinçilik İnstitutunda işləmişdir (1985
-1987). 30.12.1987-ci ildə aspiranturaya daxil olmuşdur. 1989-2000-ci illərdə
Ümumrusiya Bitkiçilik İnstitutunun (VİR) Dağıstan Təcrübə Stansiyasında
çalışmışdır. 1995-ci ildə İ.Peterburq-VİR-də müdafi əedərək biologiya elmləri
namizədi elmi adını almışdır. 2000-2001-ci illərdə Naxçıvan Regional Elm
Mərkəzində böyük elmi işçi, 2001 - 2010-cü illərdə Naxçıvan Dövlər
Unuversitetində baş müəllim işləmişdir. Hal-hazırda “Müxtəlif stres amillərinə
davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və
keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı”mövzusu
üzərində işləyir, a.e.ü.f.d., dosentdir.
Email:
xanbala.rustamov@mail.ru
Qəribov Zöhrab Ələddin oğlu Ermənisan Respublikası Amasiya rayonunun
Oxçuoğlu kəndində anadan olmuşdur. 1997-2001-ci illər ərzində Azərbayçan
Dövlət Universitetinin biologiya fakültəsində ali təhsil almışdır. 2001-ci ildən
etibarən Elmi-Tədqiqat Əkinçilik İnstitutunun ”Bitki seleksiyası” şöbəsində kiçik
elmi işçi işləmışdir. Hal-hazırda ”Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv
xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda
sortlarının yaradılması, tətbiqi və yayımı”mövzusu üzərində işləyir, doktorantdır.
Email:
zohrab_79@mail.ru
Qasımov Hidayət Yunis oğlu 1944-cü ildə Tovuz şəhərində anadan olmuşdur.
1950-1960-cı illərdə orta təhsil almışdır. 1962-1969-cu illərdə V.İ.Lenin adına
APİ-nin kimya-biologiya fakültəsində ali təhsil almışdır.1969-1972-ci ilə qədər
Kürdəmir rayonunun Mollakənd kənd orta məktəbində kimya-biologiya fənni üzrə
müəllim işləmişdir. 1972-1989 –cu ilə qədər Elmi-Tədqiqat Yemçilik Çəmənçilik
və Otlaqlar İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. İnstitutun Abşeron
Yardımçı Təcrübə Təsərrüfatında müdir vəzifəsində işləmişdir.Hal-hazırda elmi
işçi vəzifəsində çalışır, “Yem bitkilərinin genefondunun öyrənilməsi, xarici
mühitin əlverişsiz amillərinə, xəstəlik və zərərvericilərə qarşı davamlı, yeni yüksək
məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni yem bitkilərinin
hibrid və sortlarının yaradılması, onların ilkin toxumçuluğunun təşkili və tətbiqi”
mövzusu üzərində işləyir.
Məmmədova Həlimə Rafiq qızı 7 iyun 1980-ci ildə Zəngilan rayonunun
Mincivan qəsəbəsində anadan olmuşdur. 1986-1993-cü illərdə orta məktəbdə
oxumuşdur. 2001-2005-ci illər ərzində Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının aqronoqmluq fakültəsində ali təhsil almış və buranı fərqlənmə
diploma ilə bitirmişdir. «EurepeanTobacco» ASC-də stajor aqronom vəzifəsində
çalışmış, təyinatla isə «Aqro-Azərinvest» MMC-nin Xanlar üzüm sahəsində
briqadir köməkçisi, briqadir, aqronom müavini vəzifəsində işləmişdır. 2006-cı
ildən Azərbaycan Dövlət Aqrar Univernsitetinin magistraturasına qəbul olmuş, k/t
bitkilərin genetikası fakültəsinin qiyabi şöbəsini fərqlənmə diploma ilə bitirmişdir.
2008-2010-cu illərdə Park-Land dizayn studyasında Landşaf dizaynerı, «B.R.E.S»
MMC-də aqronom, Park Premium MMC-də Landşaf dizayneri vəzifələrində
işləmişdir. Hal - hazırda elmi işçi vəzifəsində çalışır, doktorantdır, ”Müxtəlif stres
amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar
və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusu
üzərində işləyir.
Email:
01helime@gmail.com
Xudayev Faiq Allahverdi oğlu 1974-cü il aprel ayının 3-də Ermənistan
Respublikasının Əzizbəyov rayonunun Gomur kəndində anadan olmuşdur.
1981-1988-ci illər ərzində orta təhsil almış, 1991-1996-cı illərdə isə Naxçıvan
Dövlət Universitetində, aqronomluq ixtisası üzrə ali təhsil almış, tam kursu
fərqlənmə diploma ilə bitirmişdir. 2005-ci ildən Əkinçilik ET İnstitutunun aspirantı
olmuş, “Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanin seleksiyasi
üçün yüksək dən keyfiyyətli ilkin materialin yaradılması” mövzusunda elmi iş
müdafiə edərək a.e.ü.f.d. elmi dərəcəsi almışdır. Hal - hazırda elmi işçi vəzifəsində
çalışır, ”Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik,
yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması,
tətbiqi və yayımı” mövzusu üzərində işləyir.
Email:
faiq03@mail.ru
Qarayeva Sədaqət Ceyhun qızı 1984-cü ildə anadan olmuşdur. Orta təhsilini
Sumqayıt şəhərində almışdır. 2003 - 2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji
Universitetin kimya-biologiya fakültəsinə daxil olmuşdur. 2007-ci ildən Sumqayıt
şəhər 22№-li tam orta məktəbdə laborant vəzifəsində çalışmışdır. 2013-cü ildə
Azərbaycan
memarlıq və inşaat Universitetinin ekologiya-mühəndisliy
ifakultəsinin magistratura pilləsinə daxil olmuşdur. Hal-hazırda kicik elmi işçi
vəzifəsində çalışır, ”Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv
xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda
sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusu üzərində işləyir.
Məmmədov Hafiz İsa oğlu - aparıcı elmi işçı
Sadıqov Şəhriyar Fateh oğlu - kiçik elmi işçı
Şöbənin fəaliyyət istiqamətləri:
Bitki seleksiyası şöbəsi 1950-ci ildən müxtəlif adlarla fəaliyyət göstərir və
institutun aparıcı şöbələrindən biridir. Şöbə bugün yeni strukturadakı fəaliyyətinə,
institutun modernləşdirilməsi proqramına, Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart
2009-cu il və Əkinçilik İnstitutunun 7/S saylı 31 mart 2009-cu il tarixli əmrlərinə
əsasən başlamışdır. Hal-hazırda şöbədə 29 nəfər çalışır ki, onların da 14-ü
tədqiqatçıdır. Tədqiqatçılardan 9-u elmler namizədi, 1-i isə elmlər doktorudur.
Şöbə institutun mandatına daxil olan və eləcə də ölkənin ərzaq təhlükəsizliyinin
təminatı baxımından prioritet bitkilər hesab olunan buğda, arpa, ərzaq paxlalıları
və qarğıdalı bitkilərinin seleksiyası istiqamətində proqramlara uyğun olaraq
fəaliyyət göstərir. Tədqiqat işləri institutun digər şöbə və laboratoriyaları və eləcə
də MEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə bərabər əməkdaşlıqda kompleks
şəkildə həyata keçirilir.Şöbə yarandığı tarixdən əsasən dənli bitkilərin, 1963-cu
ildən dənli və dənli-paxlalı bitkilərin seleksiyası və genetikası istiqamətində
tədqiqatlar aparır. Dənli bitkilərlə aparılan seleksiya işləri tarixən 3 mərhələdən
keçmişdir. Bu mərhələlər 1950-1956-ci, 1956-1970-ci ildən bu günkü günə qədər
olan dövrləri əhatə edir. Şöbə 1950-1956-cı illərdə əsas diqqəti kənd təsərrüfatı
bitkilərinin yerli nümunələrinin və populyasiyaların toplanması, öyrənilməsi və
seleksiyada istifadəsinə yönəltmişdir. 1956-1970-ci illərdə institutda və eləcə də
onun bölgə təcrübə stansiyalarında aparılmış seleksiya işləri nəticəsində bir sıra
ekstensiv tipli, hündürboylu buğda sortları yaradıldı. Bu tip buğda sortlarından
VQ-5 (1965) Tacikistanda, Ağbuğda 13 (1956) və Qələbə (1969) isə Azərbaycanda
rayonlaşmışdır. Lakin bununla belə, ölkə üzrə taxılın orta məhsuldarlığının və
ümumi məhsul istehsalının artırmasına gətirib çıxarmamışdır. Digər yaradılan
sortlar və 1970-ci ildən başlayaraq institutda, eləcə də şöbənin fəaliyyətində köklü
dəyişikliklər baş verdi. Beləki, akademik C. Ə. Əliyevin rəhbərliyi altında elmi
cəhətdən əsaslandırılmış vahid kompleks seleksiya proqramı işlənib hazırlandı və
təsdiqləndi. Bu işlər elmi əsasda məqsədyönlü seleksiya işlərini aparmaq üçün
seleksiyaçılar, fizioloqlar, texnoloqlar və digər ixtisas sahibləri ilə birgə
əməkdaşlığı nəzərdə tutdu. Odur ki, bu illər ərzində 130 dənli və dənli-paxlalı bitki
sortları yaradılmış və rayonlaşmaq üçün Seleksiya Nailiyyətlərini Sınağı və
Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. Bu sortlardan 67-i o
cümlədən:-26 yumşaq buğda, 14-bərk buğda olmaqla 40-ı buğda, 12-i arpa, 4-ü
qarğıdalı, 2-i mərcimək, 5-i noxud, 1-i çovdar, 1-i vələmir, 1-i tritikale, 3-ü lobya,
1-i lüpin və 1-i araxis müxtəlif illərdə respublikada və eləcə də MDB məkanında
rayonlaşmış və hal-hazırda onların əkin sahəsi ölkədə dənli taxıl bitkiləri əkininin
80,0%-təşkil edir.Respublikanın torpaq-iqlim müxtəlifliyini və eləcə də dünyada
baş verən qlobal iqlim dəyişikliklərini nəzərə alaraq şöbədə yeni seleksiya
proqramlarına uyğun olaraq aşağıdakı istiqamətlərdə tədqiqat işləri aparılır:
•dünya seleksiyasının nailiyyətlərindən istifadə etməklə seleksiya prosesinin
sürətləndirilməsi;
•yerli və imtroduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi
yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yem
bitki sortlarının yaradılması;
•bitkinin abiotik və biotik stress amillərə qarşı davamlılığının artırılması;
•torpaq-iqlim şəraitinin müxtəlifliyinə zəif reaksiya göstərən daha plastik sortların
müəyyənləşdirilməsi üçün eyniləşdirilmiş ekoloji sortsınaqların keçirilməsi.
*Rüşeym plazması. Yerli şəraitdə yaradılmış bərk və yumşaq buğda sortları
illər üzrə mütamadi olaraq rüşeym plazmasını zənginləşdirmək məqsədi ilə
dünyanın müxtəlif coğrafi ekoloji şəraitində yaradılmış və introduksiya
olunmuş ən yaxşı nümunələr ilə hibridləşdirilir və alınmış hibridlər müxtəlif
torpaq iqlim şəraitində qiymətli təsərrüfat əlamətlərinə görə tədqiq edilir.
*Davamlılıq. Müasir qloballaşan dünyada baş verən dəyişkənliklər artıq
çoxdan lakal səviyyədən çıxmış və demək olar ki, bütün dünyada yüksələn
xətlə stress amillərinin abiotik: istiləşmə, radiasiya, duzlaşma, quraqlıq, bəzi
nöqtələrdə soyuqluğun artması və s., biotik: müxtəlif bitki xəstəlikləri,
zərərvericilər və s. artması müşahidə edilir və bu da təsərrüfat bitkilərinin
becərmə arealının və məhsuldarlığını limitləşdirir. Bu cür stress amillərinə
qarşı davamlılığı təmin edən genotiplərin tapılması və seleksiya prossesinə
daxil edilməsini nəzərdə tutur.
*Genetik aspektlər.
1)Yumşaq və bərk buğda sortlarında müxtəlif təsərrüfat, qiymətli keyfiyyət və
kəmiyyət əlamətlərini idarə edən genlərin təyin edilməsi, həmin genləri
daşıyan xromosomların müəyyənləçdirilməsi, genotiplərin mühüm əlamət və
xüsusiyyət-
lərə görə genetik pasportlarının hazırlanması;
2) Buğda bitkisinə məhsuldarlığı və digər əhəmiyyətli əlamətləri, o cümlədən
xəstəliyə və zərərvericilərə davamlılığı, müxtəlif stress amillərə qarşı
tolerantlığı təmin edən donorların təyin olunması, onların daşıdıqları effktli
genlərin ekspressiyasının tədqiq olunması və həmin genlərin səmərəli istifadə
edilməsi;
3)Azərbaycan Respublikasının təbii qısa fotoperiod regionuna aid olduğunu
nəzərə
alıb, buğda sortlarının bu amilə həssaslığını idarə edən Ppd gen sisteminə görə
öyrənilməsi və bu genlərdən istifadə etməklə tezyrtişən məhsuldar sortların
alınması;
4)Azərbaycan Respublikasında yaz əkinlərinin aparılmasının və nəticədə
qənaətbəxş məhsulun əldə olunmasının mümkünlüyünü nəzərə alıb, buğda
genotiplərinin "həyat tərzinin" öyrənilməsi, bu xüsusiyyəti idarə edən Vrn
genlərinə görə genotiplərin təyin edilməsi və onlardan seleksiya proqramında
istifadə olunması;
5)Buğda genomunun rekonstruksiyasında növlərarası hibridləşmədən geniş
istifadənin təmin edilməsi;
6)Buğdalarda növ müxtəlifliyinin botaniki təsnifatını təyin edən əlamətlərin
genetik
cəhətdən təhlili, hər bir növmüxtəlifliyi daxilində mümkün olan genotiplərin
aşkar edilməsi və təsnifatın həmin əlamətlərə görə təzahürü ilə yanaşı müasir
genotpik vriliasiyalarının müəyyən olunması.
*Məhsuldarlıq. Bitki seleksiyasinda məhsuldarlıq son nəticə etibarı ilə
mühüm yer tutur və bir çox amillərdən asılılığa malikdir. Seleksiya
prossesində yeni yaradılmış xətlər vizual qiymətləndirmə ilə yanaşı
məhsuldarlığı müəyyənləşdirən məhsuldarlıq elementlərinə görə tədqiq edilir.
Burada seleksiya prosesinə cəlb edilmiş rekurent və respient forma və
nümunələrin genetik möhtəviyatı və özündə cəmləşdrdiyi müsbət əlamətlərin
irsiliyi və onların nəslə ötürmə qabiliyyəti mühüm əhəmiyyət kəsb edir.
Məhsuldarlığa görə seleksiya zamanı yüksək transqressiv forma əmələ
gətirmə
qabiliyyətinə
malik
hibridləşmə
kompoentləri
seçilir və
hibridləşməyə cəlb olunur.
*Keyfiyyət. Bitkinin dən keyfiyyətinin yüksəldilməsi mürrəkəb bir prosses
olsa da həlli mümkün olan problemdir. Dənin keyfiyyəti bir-biri ilə əlaqəli
kompleks amillərdən təsərrüfatın düzgün təşkilindən tutmuş bioloji,
aqrotexniki və genetik amillərdən asılıdır. Bu sahədə laboratoriyanın əsas
vəzifəsi dənli və dənli paxlalı bitkilərin dən keyfiyyətinin analizi ilə yanaşı
seleksiyaçılara hibrid populyasiyasından yüksək keyfiyyətli genotiplərin və
ilkin valideyn formalarının seçilməsində iştirak edərək kömək göstərməkdir.
Bu məqsədlə dənin fiziki göstəriciləri: rəngi, şüşəvariliyi, forması,
zərərvericilərlə zədələnmə dərəcəsi (zərərli bağacıqla), 1000 dənin kütləsi,
natura çəkisi və s.;
- Biokimyəvi göstəriciləri: zülalın miqdarı, qidalılığı, yağların miqdarı və s;
-Texnoloji - sedimentasiya, xəmirin fiziki xüsusiyyətləri, çörək və makoron
keyfiyyəti və s.;
- Biokimyəvi genetika - elektroforez üsulu ilə yüksək keyfiyyətə nəzarət edən
genlərin müəyyənləşdirilməsi, onların irsən nəslə keçməsi və onlardan
keyfiyyətin genetik markeri kimi seçmə prosesində istifadəsidir.
*Ekoloji təmiz məhsul. Bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldar
sortları bitki xəstəliklərinə həssaslığına görə onların becərilməsinə xeyli
kimyəvi preparatların tətbiq olunması tələb olunur ki, bu da nəticədə ekoloji
mühitin pisləşməsinə, istehsal olunan məhsulun keyfiyyətinin aşağı
düşməsinə gətirib çıxarır. Xəstəliklər və zərərvericilərə qarşı mübarizə
hibridləri sistemində bitkilərin genetik davamlığının təmin edilməsi kimyəvi
preparatlardan istifadəni minimum həddə endirir və ekoloji təmiz məhsul
istehsalına şərait yaradır.
Dostları ilə paylaş: |