510
mümkün qədər tez məktub yazmalısınız. Bir daha və bir
daha
Sizə
Göllər
diyarına getmədiyiniz üçün
minnətdarlığımı bildirirəm. O zaman bunu arzu edərkən
necə
də səfeh olmuşam! Sizin yastı faytojı barədəki ideyanız
mənə çox xoş gəldi. Biz hər səhər Sizinlə pai'kda
gəzəcəyik. Bu saat mən dünyada ən xoşbəxt varlığam. Ola
bilər, məndən əvvəl eyni şeyi başqaları da ifadə ediblər.
Ancaq onların heç birində bundan ötrü bu qədər əsas
olmayıb. Hətta mən Ceyndən də xoşbəxtəm. O, yalnız
gülümsəyir, mən isə qəhqəhə çəkirəm! Mister Darsi Sizə
özünün məndən gizlətmiş olduğu bütün məhəbbətini izhar
edir. Siz Miladda mütləq Pemberliyə gəlməlisiniz.
Sizin və s. və i.”
Mister Darsinin ledi Ketrinə məktubu tamam başqa
cür görünürdü. Mister Bennetin mister Kollinzin sonuncu
məktubuna cavabı isə hər iki ismanşa qətiyyən
bənzəmirdi:
“Əziz ser, siz öz təbriklərinizin üzərində bir daha
işləməli olacaqsınız. Elizabet tezliklə mister Darsinin
həyat yoldaşı olacaq. Gücünüz çatdığı qədər ledi Ketrinə
təsəlli verməyə çalışın. Ancaq mən Sizin yerinizdə
olsaydım, bacıoğluya istinad edərdim. Onun imkanları
daha böyükdür. Səmimiyyətlə Sizin və s. və. i.”
Gözlənilən evlilik ilə bağlı mister Binqliyə
bacısından, miss Binqlidən gələn təbriknamə qeyri-adi
dərəcədə diksindirici və saxta idi. O, hətta Ceynə də
məktub yazaraq, öz heyranlığını ifadə etmiş, onunla
downloaded from KitabYurdu.org
511
köhnə dostluq hisslərini xatırlatmışdı. Ceyn bu məktuba
aldanmasa da, yenə də məktub ona o qədər təsir etdi ki,
özünü saxlaya bilməyərək, gələcək baldızının layiq
olmadığını bilə-bilə ona daha mehriban cavab yazdı.
Bu münasibətlə miss Darsinin yazdığı məktubda ifadə
etdiyi sevinc qardaşından almış olduğu məktubdakı qədər
səmimi idi. Öz heyranlığını və Elizabetin onun bacısı kimi
sevəcəyinə hərarətli ümidini ifadə etmək üçün dörd səhifə
ona açıq-aşkar azlıq etmişdi.
Mister Kollinzdən cavab və ya onun arvadından
təbriknamə alına biləcək vaxtdan hələ əvvəl Lonqborn
sakinləri xəbər tutdular ki, Kollinzlər özləri Lukas Loca
təşrif buyurublar. Onlann belə tez-tələsik gəlişlərinin
səbəbi tezliklə aydın oldu. Ledi Ketrin bacısı oğlunun
məktubundan elə qəzəblənibmiş ki, gözlənilən nikaha
ürəkdən sevinən Şarlotta bu tufanın bir qədər
sakitləşəcəyi vaxta qədər ortadan itməyi ən yaxşı yol
sayıb.
Rəfiqəsinin belə bir vaxtda gəlişi Elizabeti çox sevindirdi.
Ancaq mister Darsinin hər dəfə görüşdüklərində onun
ərinin təmtəraqlı lütfkarlıqlarma dözməli olduğunu
gördükdə Elizabet bu sevincin həddən artıq baha qiymətə
başa gəldiyini düşünməyə başladı. Yeri gəlmişkən, mister
Darsi qeyri-adi dözüm göstərirdi. O, hətta ser Uilyams
Lukasın bu diyarın möhtəşəm zinətinin oğurlanmasına
dair şikayətlərinə, eləcə də onun Sent-Ceymsdə görüşə
ümid etməsinə dair dediklərini az- çox sakitliklə
dinləməyi öyrənmişdi. O, bəzi vaxtlarda çiyinlərini
downloaded from KitabYurdu.org
512
çəkirdisə də, bunu ser Uilyam üzünü yana çevirmiş
olduğu vaxtlarda edirdi.
O, başqa, bəlkə də hələ daha ağır sınağa missis
Filipsin bayağılığı üzündən dözməli oldu. Doğrudur,
bacısı kimi, o da Darsinin qarşısında o qədər pərəstişlə
durdu ki, onunla, xoşməcaz Binqlinin xasiyyətinin onda
təşviq etdiyi ərkyanalıqla danışmağa cəsarət etmədi.
Ancaq onun dilə gətirdiyi istənilən cümlə mütləq bayağı
səslənirdi. Darsiyə ehtiram onu susqun olmağa vadar
edirdi, ancaq maneralarını yaxşılaşdırmırdı. Elizabet
Darsini mister Kollinzin və missis Filipsin ifrata varan
diqqətindən müdafiə etməyə çalışaraq əlindən gələn hər
şeyi edirdi. Onun cəhdləri sayəsində Darsi günün böyük
hissəsini ya onunla, ya da söhbətlərinin onun üçün ağırlıq
yaratmadığı yaxınlarının mühitində keçirirdi. Belə
narahatlıqlar üzündən nişan mərhələsi Elizabet üçün bir
qədər az fərəhli olsa da, gələcək səadət bundan daha da
cəlbedici görünürdü. O, vəcdlə onlar üçün bu qədər
xoşagəlməz olan mühitdən çıxıb qurtulacağı və
Pemberlidə sakit və layiqli ailə həyatı yaşayacağı zamanı
intizarla gözləyirdi.
XIX
FƏSİL
Missis Bennetin analıq hissi üçün xoşbəxt gün iki ən
ləyaqətli qızı ilə gülə-gülə vidalaşması oldu! Təsəvvür
etmək asan idi ki, o bundan sonra hansı vəcdlə və qürurla
missis Binqlini ziyarət edəcək və missis Darsi haqqında
danışacaqdı. Onun ülvi arzusunun gerçəkləşməsinin, qısa
müddətdə az qala qızlarının hamısını ərə verməsinin ona
downloaded from KitabYurdu.org
513
çox müsbət təsir göstərdiyini və missis Bennetin ömrünün
axırında xoşməcaz və dərrakəli qadına çevrilməsini, onun
ailəsinin xətrinə deməkdən şad olardım. Fəqət, təəssüf ki,
o, azacıq da olsun, ağıllanmamışdı və zaman-zaman
əvvəlki kimi əsəb tutmalarına məruz qalırdı. Bəlkə də bu,
onun ərinin bəxtəvərliyi idi, çünki əks təqdirdə mister
Bennet onun üçün qeyri-adi olan ev rahatlığından zövq ala
bilməzdi.
Mister Bennet ikinci qızından ötrü çox darıxırdı və bu
bağlılıq istənilən başqa bir səbəbdən daha çox onu evdən
tez-tez
çıxıb səfərə getməyə vadar edirdi. O, xüsusilə də hər
şeydən az gözlənildiyi vaxt Pemberliyə baş çəkməyi çox
sevirdi.
Mister Binqli və Ceyn Nezerfilddə yalnız bir ilə yaxın
yaşadılar. Anasıyla və Meritondakı qohumları ilə bu qədər
yaxın qonşuluğunun hətta onun həlim xasiyyəti və incə
qəlbinə baxmayaraq, arzuolunmaz olduğu aydınlaşdı.
Binqlinin bacılarının ülvi arzusu, nəhayət, gerçəkləşdi və
o, Derbişirlə həmsərhəd qraflıqda malikanə aldı.
Beləliklə, Ceyn və Elizabet bütün sevinclərinin üstünə
üstəlik, bir-birindən cəmi 30 mil məsafədə oldular.
Kitti özü üçün faydalı olaraq, iki böyük bacısının
mühitində vaxt keçirməyə başladı. Bunun sayəsində onun
xasiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. O, Lidiya
kimi inadkar deyildi. İndi Lidiyanın təsirindən xilas olmuş
Kitti Ceynin və Elizabetin rəhbərliyi altında daha az əsəbi,
daha az tənbəl və daha az cahil idi. Əlbəttə, onu Lidiya ilə
downloaded from KitabYurdu.org
514
bir arada olmaqdan hər vəchlə qoruyurdular. Missis
Uikhemin onu tez- tez öz yanma dəvət etməsinə, bacısını
bal və gənclər mühitilə
şirnikdirib tovlamasına baxmayaraq, mister Bennet heç
vaxt belə bir səfərə razılıq vermirdi.
Ailənin Lonqbornda qalmaqda davam edən yeganə
qızı Meri idi. O, istər-istəməz özünütəkmilləşdirmə
cəhdlərini buraxmalı oldu, çünki missis Bennet bir dəqiqə
də olsun tənha qala bilmirdi. Beləliklə, Meri əvvəlki kimi
hər cəfəng şeyə aid təlimatlar oxumağa qabil olsa da,
həyatda yaxından iştirak etməyə başladı. Artıq bacılan ilə
müqayisədə daha az gözəl olduğuna görə özünü əzik hiss
etməyən Meri, atasının da ehtimal verdiyi kimi, bu
dəyişikliklə xüsusi etirazı olmadan razılaşdı.
Uikhem və Lidiyaya gəlincə böyük bacılann ərə
getməsi onların xasiyyətində əks olunmadı. Elizabetin
onun nadürüstlüyü və nankorluğu barədə hər şeyi axıra
qədər bilməli olacağı faktı Uikhem mütəfəkkir sakitliyi ilə
qarşıladı. Heç nəyə baxmayaraq, o, bəlkə də ümidini
üzmürdü ki, hər halda Darsi onun rifahına dair öz üzərinə
qayğı götürəcək. Toy günü ərəfəsində Elizabetin aldığı
məktub təsdiq edirdi ki, Uikhemin
özü olmasa, hər halda onun arvadı belə bir ümid
bəsləyirdi. Məktubda yazılırdı:
“Əzizim Lizzi, sənə hər cür sevinc arzulayıram. Sən
mister Dai'sini ən azı mənim əziz Uikhemimi sevdiyimin
yarısı qədər möhkəm sevirsənsə, özünü çox xoşbəxt hiss
etməlisən. Yaxşı ki, sən varlı olacaqsan! Ümidvaram ki,
downloaded from KitabYurdu.org
515
sənin heç bir məşğuliyyətin olmayanda bizi yadına
salacaqsan. Mən əminəm ki, Uikhem sarayda yer
tutmaqdan imtina etməzdi və qorxuram ki, bizim
müəyyən yardımlar olmadan yaşamağa pulumuz
çatmayacaq. Düşünürəm ki, ildə iiç-dörd yüz funt qazancı
olan istənilən bir yer bizim işimizə yarayardı. Ancaq sən
vacib hesab etməsən, lülfən, bu barədə mister Darsiyə
danışma.
Sənin və s. i.”
Elizabet bunu heç də vacib saymadığı üçün cavab
məktubunda bu qəbildən olan hər cür ümid və iddialara
son qoymağa çalışdı. Bununla belə, Elizabet hərdən
onlara öz xərclərindən qənaət etməsi sayəsində geriyə
atdığı və bu səbəbdən sərəncamında olan puldan
göndərirdi. O, yaxşı başa
düşürdü ki, Uikhemlərin vəsaiti bu qədər tələbxərc olan
və gələcək haqqında çox az düşünən iki insanın xərclərini
ödəmək üçün kifayət deyil. Hər dəfə onlar bir yerdən
başqa yerə köçməli olanda Elizabet və ya Ceyn mütləq
borcların ödənilməsinə yardım barədə xahiş gözləməli
idilər. Hətta sülh sazişinin bağlanmasının onlara vətənə
qayıtmaq imkanı verməsindən sonra da Uikhemlərin
həyat tərzi olduqca qayğısız olaraq qaldı. Onlar ucuzvarı
həyat qurmaq üçün daima köçürdülər və həmişə imkanlan
çatdığından artıq pul xərcləyirdilər. Uikhemin Lidiyaya
qarşı istəyi çox tezliklə yerini tam etinasızlığa vermişdi.
Onun ərinə bağlılığı bir qədər uzun ömür sürdü. Öz zahiri
görünüşünə və mənşəyinə baxmayaraq, Lidiya əvvəlki
downloaded from KitabYurdu.org
516
kimi, yenə də ərə getdiyi vaxt tanındığı reputasiyaya, tam
iddiaya sahib idi.
Darsi Uikhemi Pemberlidə qəbul etməyə razılaşmasa
da, yenə də Elizabetin xətrinə, ona karyerasında dəstək
verməyə davam edirdi. Əri Londonda və ya Bat edə
əyləndiyi vaxtlarda Lidiya onlarda qonaq olurdu.
Binqlilərdə isə onlar tez-tez o qədər çox vaxt keçirirdilər
ki, hətta Binqlinin mələk xasiyyəti
buna üsyan edirdi və o, Uikhemlərə, çıxıb getmələrinin
zəruri olduğu barədə eyham edilməsindən danışmağa
başlayırdı.
Darsinin evlənməsi miss Binqliyə dərin yara
vurmuşdu, ancaq o, Pem berlini ziyarət etmək imkanını
özündə saxlamağı faydalı hesab etdiyindən incikliyini
qəlbinə gömmüşdü, Corcianaya daha çox heyranlıq ifadə
edirdi, demək olar, Darsiyə əvvəllər olduğu kimi
diqqətliydi və Elizabetə münasibətdə özünü qüsursuz
olaraq nəzakətli apanrdı.
İndi Pemberli Corciana üçün daimi sığınacaq yeri
olmuşdu. Gəlinbaldız arasında Darsinin ümid etdiyi
yaxınlıq yaranmışdı. Onlar birbirini məhz bir zamanlar
arzu etdikləri kimi sevirdilər. Corciana əvvəlcə Elizabetin
onun qardaşıyla cırnadıcı və şən manera ilə danışmasına
qorxuya yaxın təəccüblə qulaq asırdısa da, onun barəsində
yüksək qənaətdə qalmaqda davam edirdi. Onun həmişə
sonsuz, hərdən hətta məhəbbətdən də artıq ehtiram
bəslədiyi insan indi tez-tez şən zarafatların predmeti
olurdu. O, yavaş-yavaş əvvəl heç vaxt ağlına gəlməyən
downloaded from KitabYurdu.org
517
şeyləri dərk edirdi. Elizabetin nümunəsində
anlayırdı ki, qadın öz əriylə kiçik bacının böyük qardaşla
davrana bilmədiyi kimi rəftar etməyi özünə rəva görə
bilər.
Bacısı oğlunun evlənməsi ledi Ketrini son dərəcə
narazı salmışdı. Baş tutmuş toy haqda məktuba cavab
verərkən, o, özünəməxsus olaraq sözü qızıl-qırmızı
demək xasiyyətinə tam sərbəstlik verdi. Beləliklə, onun
cavabında, xüsusilə də Elizabetin ünvanına o qədər
təhqiramiz ifadələr yer almışdı ki, bir müddət Rozinqslə
hər hansı bir ünsiyyət kəsildi. Ancaq sonradan Darsi
Elizabetin tövsiyəsi ilə inciklik hissinə məhəl qoymamağa
qərar verdi və banşığa doğru addım atdı. Müəyyən tərs
cavablardan sonra ledi Ketrin ya öz bacısı oğlunu çox
istədiyindən, ya da onun arvadının özünü necə
saxlamasını öyrənməyi arzuladığından, nəhayət, qəzəbini
mərhəmətlə əvəzlədi. O, o qədər özünü sadə apardı ki, bu
evin kölgəsi belə təkcə ləyaqətsiz ev sahibəsinin varlığı
ilə yox, eləcə də Elizabetin Londondan olan dayısının və
onun xanımının ziyarətləri ilə təhqir olunmuş olsa da,
Pemberliyə ziyarətə gəldi.
Qardinerlərlə onların çox yaxın münasibətləri
quruldu. Elizabet kimi Darsi də onları gerçəkdən sevirdi.
Mister və
missis Darsilərin hər ikisi Elzabeti Derbişirə aparan və
bununla da onların ittifaqına yardımçı olan dostlanna
hərarətli minnətdarlıq hissini həmişə qoruyub saxladılar.
ROMAN BARƏDƏ QEYDLƏR
downloaded from KitabYurdu.org
518
Kassandranm qeydlərində bildirilir ki, romanın “İlk
təəssüratlar” adlanan ilk variantı 1796-cı ilin oktyabrı ilə
1797- ci ilin avqustu arasında, “Elinor və Marianna”dan
dərhal sonra yaradılıb. 1797-ci il noyabrın ı-də Ceyn
Ostinin atası Corc Ostin naşir Kedellə məktub göndərərək
onu “müəllifin hesabına” nəşr etməyi təklif edib. Corc
Ostinin təklifi rədd olunub. Bundan sonra ailə arxivində
“İlk təəssüratlar” barədə qeyd yoxdur. Romanın yekun
variantı isə “Qürur və qərəz” adlandırılıb. İlkin mətn
saxlanılmayıb, ona görə də sonuncu redaksiyasının ondan
nə qədər fərqləndiyini demək çətindir.
Romanın adının dəyişdirilməsinə səbəb, görünür,
1801-ci ildə M.Holfordun “İlk təəssüratlar” adlı kitabının
nəşr edilməsi olub.
Yeni ad isə Fanni Berninin “Sesiliya” (1782)
romanından əxz olunub. “Sesiliya”nm beşinci cildində
qəhrəmanlardan biri olan doktor Lister romanın mənasını
belə rezüme edir: “Bütün
bu kədərli əhvalat Qürur və Qərəzin nəticəsidir. Ancaq
yadda saxlayın: dərdlərimiz Qürur və Qərəzdən
qaynaqlanırsa, onlardan xilasımız üçün də Qürur və
Qərəzə borcluyuq. Çünki dünyada xeyir və şər arasında
ecazkar bir tarazlıq var”.
Ola bilər, “Qürur və qərəz” romanı “Sesiliya”ya
parodiya kimi düşünülüb. Hər halda məşhur ingilis
ədəbiyyatşünası F.Livis belə bir ehtimalı istisna
etməyərək yazır ki, “Qürur və qərəz” sözsüz ki,
“Sesiliya”nm gerçəkçi variantıdır. Ostinin yaradıcılığı
downloaded from KitabYurdu.org
519
üzrə daha bir böyük mütəxəssis B.Saut güman edir ki,
“Qürur və qərəz” “Ser Çarlz Qrandison”a parodiyadır.
1813-cü ilin 23 yanvarında “Morninq kronikal”da
T.Ecertonun nəşriyyatında “Qürur və qərəz”in nəşr
olunması barədə xəbər işıq üzü gördü. Yanvarın 27-də
Ceyn Ostin ilk müəllif nüsxəsini aldı, 29-da isə roman
kitab mağazalarında göründü. Kitabın titul vərəqində
yazılırdı: ““Qürur və qərəz”. “Hisslər və hissiyyat”ın
müəllifinin 3 kitabda romanı. Qiyməti 18 şillinq”.
Romanın müəlliflik hüququnu Ostin Ecertona 110
funta satmışdı (müəllif 150 istəsə də, naşir bu qədər
vermişdi).
Roman 1500 nüsxə çap olunub, iyula qədər hamısı satılıb.
Ecerton Ceyn Ostinə heç nə demədən romanı ikinci dəfə
çap etmişdi. Ona görə də o, birinci nəşrdə buraxılan
səhvləri düzəltmək imkanında olmayıb. Roman üçüncü
dəfə 1817-ci ildə Ostinin sağlığında nəşr olunub.
Tezliklə roman haqqında rəylər yazılmağa başlayıb.
Elizabet, Darsi, Kollinz obrazları xüsusilə tərifli qiymətlər
alıb.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |