3. 9. Daha (ən) əlverişli millət (dövlət) prinsipi
Dövlətlərarası iqtisadi münasibətlərdə daha əlverişli millət (dövlət) (most
favored nation clause) prinsipinin xüsusi praktik əhəmiyyət kəsb etməsini nəzərə
alaraq BMT Beynəlxalq hüquq Komissiyası tərəfindən 1978-ci ildə daha əlverişli
dövlət klausulaları (caluse) haqqında maddələr Layihəsini hazırlamışdır. Maddələr
layihəsinin 5-ci maddəsində qeyd olunur ki, daha əlverişli rejim istinadedici
xaraqterli olmaqla, beynəlxalq müqavilə qaydasına müvafiq olaraq, bir (benefisiya
verən) dövlət tərəfindən, digər (benefesiya qəbul edən) dövlətlər, həmin dövlətlə
müəyyən əlaqədə olan şəxslərə və əşyalara hər hansı üçüncü dövlətə və onunla eyni
əlaqədə olan şəxslərə və əşyalara təqdim edilən rejimdən az əlverişli olmayan rejimin
verilməsidir. Başqa sözlə, bir dövlət tərəfindən başqa bir dövlətin hüquqi, fiziki
şəxslərinin, onların əmtəə və xidmətlərinin hər hansı bir üçüncü dövlətə verilmiş
əlverişlilik statusuna gətirilməsidir.
Beynəlxalq hüquq Komissiyasının hazırladığı maddələr layihəsinə görə daha
əlverişli dövlət prinsipi haqqında klausula müqavilə qaydası olmaqla razılaşdırılmış
sahədə bir dövlətin digər dövlətə münasibətdə daha əlverişli rejimin verilməsi ilə
bağlı götürdüyü öhdəlikdir. Daha əlverişlik prinsipi təqdim edilən müvafiq
klausulaya uyğun olaraq müəyyən bir rejimlə təmin edilir. Klausula müəyyən
predmetə malik olaraq müqavilənin əhatə dairəsini müəyyən edir. Klausulanın
obyekti kimi benefisiya verən dövlətlə benefisiya qəbul edən dövlət arasındakı hüquq
münqsibəti çıxış edir. Müvafiq hüquq münasibəti əşyalar, hüquqlar, üstünlük və
imtiyazlar, şəxslərlə və s. üzrə yaranmaqla klausulanın predmetini formalaşdırır.
Başqa sözlə desək daha, əlverişlilik prinsipinin rejimi benefisiar üzrə yaranır. Bu
mənada klausula prinsipin konkretləşdirilmiş formasıdır. Buna görə də, dövlətlərin
qarşılıqlı müqavilə mexanizmləri fərqli ola bilər. Lakin hər bir halda daha əlverişlilik
prinsipi üçün xaraqterik olan və üçüncü (benefesiya qəbul etmiş) dövlətə verilən
əlverişlilik əhəmiyyəti kəsb edir. Bu zaman müxtəlif klausular olsa da, beynəlxalq
iqtisadi hüquq üçün bir daha əlverişlilik prinsipi çıxış edir.
Benefisiya qəbul edən dövlətin daha əlverişlilik prinsipindən istifadə hüququ
yalnız həmin dövlətin benefisiya verən dövlətlə müqaviləsi olduqda yaranır. Müvafiq
prinsip əsasında əldə edilmiş rejim benefisiya verən dövlətin üçüncü dövlətə və ya
onunla əlaqədə olan şəxslərə və əşyalara verilən rejimlə müəyyən edilir. Daha
əlverişlilik prinsipi konkret sferada faktiki olaraq benefisiya verən dövlət tərəfindən
istənilən üçüncü dövlətə klausuladan asılı olmayaraq birbaşa verilmiş əlverişli
rejimdən az əlverişli olmayan, bərabər və ya oxşar rejimin verilməsini nəzərdə tutur.
Əgər gələcəkdə hər hansı başqa bir üçüncü dövlət mövcud olan daha əlverişli
rejimdən də əlverişli rejim əldə edərsə, bu halda daha əlverişlilik prinsipi klausula
üçün meyar həmin dövlətə təqdim edilmiş əlverişlilik əsas götürüləcək.
Benefisiya verən dövlətlə benefisiya qəbul edən dövlətin daha əlverişlilik
prinsipi ilə bağlı müəyyən klausulaya malik olan müqaviləsi benefisiar üçün
istinadedici müqavilə, benefisiya verən dövlətin üçüncü dövlətlə müqaviləsi isə
birbaşa, konkret və müəyyən rejim nəzərdə tutan daha əlverişli rejim məzmunu
istinad edilən müqavilə ilə müəyyən edilir. Öz növbəsində benefisiya verən dövlətlə
çüncü dövlət arasında bağlanmış müqavilə benefisiya verənlə benefisiar arasında heç
bir öhdəlik yaratmır.
Benefisiar dövlətin daha əlverişli rejim klausulasından istifadə etməsi üçün ən
azı iki şərtin
- daha əlverişli rejim klausulasının qüvvədə olması;
- klausulanın fəaliyyət sferasında hər hansı əlverişli rejimin benefisiya verən
dövlət tərəfindən üçüncü dövlətə şamil edilməsi zəruridir.
Birinci şərt klausulanın etibarlılığı və qüvvədə olmasını şərtləndirirsə, ikinci
şərt, şərtsiz (əvəzsiz) klausula mexanizminin hərəkətə gətirilməsi üçün zəruridir.
Şərtli klausulanın tətbiqi üçün isə yeni hüquqi faktın qarşılıqlıq rejiminin olması
lazımdır (m.20). Daha əlverişlilik prinsipi haqqında klausulanın qüvvəsi benefisiya
verən dövlətlin çüncü dövlətlə konkret rejimi nəzərdə tutan müqaviləsinin
dayandırılması və kəsilməsi ilə başa çatır (m.21).
Belə halı istisna etmək məqsədilə bir qayda olaraq daha əlverişlilik prinsipi milli
rejim prinsipi ilə birlikdə verilir. AR və Türkiyə Respublikası arasında
investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında (1994) Sazişin 2.2
maddəsində qeyd edilir ki, Tərəflərdən hər biri həyata keçirilmiş investisiyalara
özünün və ya hər hansı üçüncü ölkənin investorlarının investisiyalarına yaradılan
rejimlərdən daha əlverişlisini təqdim edirlər. Belə bir qayda çoxtərəfli sazişlərdən
GATT, GATS və digər müqavilələr üçün xaraqterikdir.
Benefisar dövlətin şəxslərinə və əşyalarına üstünlüklərin (əlverişliyin) şamil
edilməsi üçün
- əşya və şəxslərin nomenklaturasının; və
- benefisar dövlətin əşya və şəxslərin aidiyyat əlaqəsinin, üçüncü dövlətin əşya
və şəxslərin aidiyyat əlaqəsinin (rezidentlər – rezidentlər, milli fiziki şəxslər – milli
fiziki şəxslər, milli hüquqi şəxslər – milli hüquqi şəxslər və s.) eyniliyi zəruridir.
Lakin bu eyniliyi mütləq mənada başa düşmək lazım deyil. Çünki aidiyyat,
mənsubiyyət məsələsi müxtəlif dövlətlərdə fərqli meyarlarla müəyyən edilir.
Daha əlverişli rejim birtərəfli və qarşılıqlıq prinsipinə uyğun olaraq müqavilə
əsasında ikitərəfli və çoxtərəfli qaydada verilərkən klausula tipləri də birtərəfli,
ikitərəfli və çoxtərəfli ola bilər. Birtərəfli klausula əsasən qarşılıqlıq prinsipinin
tətbiqi mümkün olmayan sahələrdə (misal üçün, bir dövlət dəniz sahilində, digəri isə
qitənin daxilində yerləşdiyi halda) tətbiq edilir. İkitərəfli klausulaya misal olaraq
Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında Sərbəst ticarət
haqqında 1996-cı il tarixli Sazişi qeyd edilə bilər. Sazişdə milli rejim prinsipi ilə
birlikdə ifadə edilən daha əlverişlilik prinsipinə görə
- bu Sazişin təsir dairəsinə düşən malları, bilavasitə və ya dolayı yolla daxildə
istehsal olunan, yaxud üçüncü ölkədən gətirilən analoji mallara tətbiq edilən daxili
vergi və rüsumlardan yüksək vergi və rüsumlara cəlb etməmək;
- bu Sazişin təsir dairəsinə düşən malların idxal və ixracına münasibətdə, analoji
halda eyni qəbilədən olan daxili istehsal mallarına və ya üçüncü olkədən gələn
Dostları ilə paylaş: |