“
Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis
”
Vəzifə öhdəlikləri:
Bankın aktiv və passiv strukturunda baş verən dəyişikliklərin təhlil edilməsi
Bankın faiz risklərinə dair hesabatların qurulması
Bankın valyuta və likvidlik risklərinin qiymətləndirilməsi və hesabatlığın təmin edilməsi
Dövrü olaraq stress testlərin keçirilməsi
Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi
Yeni risk limitlərinin hesablanması və mövcud risk limitlərinin uyğunluğuna nəzarət
edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə
təkliflər verilməsi
Erkən xəbərdalıq sisteminin qurulması
Namizədlərə qarşı tələblər:
İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil
Statistik və ekonometrik biliklərin olması
Bank sahəsində minimum 2 il iş təcrübəsi (xəzinadarlıq departamenti və bazar risklərin
idarəedilməsi üzrə)
Bazar və likvidlik risklərinin idarə edilməsi barədə AR Mərkəzi Bankının və Azərbaycan
Respublikasının MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq
Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
MS Office proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti.
Maraqlanan
şəxslər öz CV formalarını
hr@bankrespublika.az
ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz
vakansiyanın adını qeyd edəsiniz. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə
baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız
seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.