BANKLARIN VƏ XARİCİ BANKLARIN YERLİ FİLİALLARININ
MƏCBURİ LƏĞVİNƏ DAİR
TƏLİMAT
(15.04.2010-cu il tarixli dəyişikliklərlə)
Bakı-2006
“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat N 3230
“07” iyul 2006-cı il
Nazir
____________ Fikrət Məmmədov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası Mərk
Bankı İdarə Heyətinin
“28” iyun 2006-cı il
tarixli qərarı ilə
Protokol N 17
İdarə Heyətinin Sədri
_____________Elman Rüstəmov
1. Ümumi müddəalar
1.1.
Azərbaycan
Respublikasının
Mülki
Məcəlləsinə,
“Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında“ və “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanunlarına uyğun hazırlanmış bu Təlimat bankların və xarici bankların
yerli filiallarının (bundan sonra- bankların) məcburi ləğvi qaydalarını müəyyən edir.
1.2. Bu Təlimat könüllü ləğv olunan və müflis elan olunmuş banklara şamil
edilmir.
2. Anlayışlar
Bu Təlimatda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
Müvəqqəti inzibatçı – Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş əsaslarla Mərkəzi Bank tərəfindən problemli banka təyin edilmiş müvəqqəti
idarəetməyə rəhbərlik edən şəxsdir.
Ləğvedici - bankın məcburi ləğv edilməsi barədə Mərkəzi Bankın müraciətinə
əsasən məhkəmə tərəfindən təyin edilən və ləğv edilən bankın kreditorları ilə
hesablaşmaları başa çatdırmaq məqsədilə ləğvetmə prosesində bankın idarə olunması
üzrə səlahiyyətləri yerinə yetirən şəxsdir.
Bankın kreditoru – ləğv edilən bankın öhdəlikləri üzrə ona qarşı tələbləri olan
şəxsdir.
Aralıq ləğvetmə balansı – ləğv edilən bankın əmlakının tərkibi, kreditorların irəli
sürdükləri tələblərinin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında
məlumatları əks etdirən və məhkəmə tərəfindən təsdiqlənmiş hesabatdır.
Ləğvetmə balansı – kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra hazırlanan və
məhkəmə tərəfindən təsdiqlənmiş hesabatdır.
3. Bankın məcburi ləğvi üçün əsaslar
3.1. Aşağıdakı bir və ya bir neçə əsas üzrə lisenziyası ləğv edilmiş bank məcburi
ləğv edilir :
3.1.1. banka lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu müəyyən edildikdə;
3.1.2. bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki ay müddətində bank
həmin lisenziyaya müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank
tərəfindən bankın altı ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb
etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;
3.1.3. bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı müvafiq
olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya
məcmu kapitalın (xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş
vəsaitinin) minimum miqdarından az olduqda;
3.1.4. bank ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;
3.1.5. bank idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada
həyata keçirmədikdə və ya “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun,
Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda
pozduqda;
3.1.6. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini
həyata keçirdikdə;
3.1.7. Mərkəzi Bankın icazəsi olmadan bank başqa bankın törəmə bankına
çevrildikdə;
3.1.8. yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq
şirkətinin lisenziyası ləğv edildikdə;
3.1.9. bankın yenidən təşkili Mərkəzi Bankın icazəsi olmadan həyata keçirildikdə;
3.1.10. xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü
olan banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən
lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank onların törəmə
banklarına nəzarəti həyata keçirə bilmədikdə;
3.1.11. bank tərəfindən bilərəkdən Mərkəzi Banka yanlış hesabat və məlumat
verildiyi faktları müəyyənləşdirildikdə;
3.1.12. bank tərəfindən sonuncu üç hesabat tarixinə Mərkəzi Banka aylıq hesabat
təqdim edilmədikdə;
3.1.13. bank “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa və
Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq Mərkəzi Bankın ona verdiyi
sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;
3.1.14. mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka
təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar
verən faktlar müəyyən edildikdə;
3.1.15. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq
şirkəti arasında münasibətlər Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə
mane olduqda, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları Mərkəzi
Bankla əməkdaşlıq etmədikdə;
3.1.16. mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin
icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olmadıqda;
3.1.17. bankın inzibatçıları “Banklar haqqında” Azərbaycan Respublikası
Qanununun müvafiq tələblərinə cavab vemədikdə;
3.1.18. bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət
prosedurları adekvat olmadıqda;
3.1.19. bank biznes-planına uyğun fəaliyyət göstərmədikdə, o cümlədən maliyyə
proqnozlarını yerinə yetirmədikdə.
4. Ləğvedicilərin təyin edilməsi və tərkibi
4.1. Məcburi ləğv edilən bankda görüləcək işin həcmi və xarakterindən, habelə
bankın törəmə cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin sayından
asılı olaraq bir və ya bir neçə fiziki və/və ya hüquqi şəxsin namizədliyi ləğvedici
qismində təsdiq edilməsi üçün Mərkəzi Bank tərəfindən məhkəməyə təklif olunur.
4.2. Ləğvedici (ləvğedicilər) bu vəzifəyə onların razılığı əsasında təyin edilir.
4.3. Aşağıdakı şəxslər bankın ləğvedicisi ola bilməzlər:
4.3.1. banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər;
4.3.2. Mərkəzi Bank istisna olmaqla bankın kreditorları və borcluları.
4.4. Ləğvedicilərin əmək haqlarının ödənilməsi şərtləri Mərkəzi Bankın təklifi
əsasında məhkəmə tərəfindən müəyyən edilir.
4.5. Ləğvedicilər Mərkəzi Bankın işçiləri sırasından təyin edidikdə onlar ləvğetmə
fəaliyyəti dövründə əsas iş yerində vəzifə öhdəliklərinin yerinə yetirilməsindən azad
edilir. Onların vəzifəsi, əsas iş yeri üzrə təyin edilmiş əmək haqqı və digər ödənişləri
saxlanılır.
5. Bankın məcburi ləğvinin məqsədi və ləğvedicinin səlahiyyətləri
5.1. Bankın məcburi ləğvinin həyata keçirilməsində başlıca məqsəd ləğv edilən
bankın kreditorlarının tələblərinin qısa müddət ərzində ödənilməsini təmin etməkdir.
5.2. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmənin
qərarı qüvvəyə mindiyi andan bankın ləğv edilməsi prosesi başa çatanadək:
5.2.1. bankın səhmdarlarının ümumi yığıncağının, digər idarəetmə orqanlarının və
vəzifəli şəxslərinin əmlak və öhdəliklərin ödənilməsi barədə sərəncam vermək hüququ da
daxil olmaqla bankın idarə edilməsi üzrə bütün səlahiyyətləri ləvğediciyə keçir;
5.2.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər
hüquqi qüvvəyə malik olmur;
5.2.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə
aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
5.2.4. bankın girov (ipoteka) məbləği həddində təmin etdiyi öhdəlikləri istisna
olmaqla qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.
6. Ləğvedicilərin vəzifələri
6.1. Bankın məcburi ləğvi dövründə ləğvedici (ləğvedicilər) aşağıdakı vəzifələri
həyata keçirir:
6.1.1. bankın aktivlərini, o cümlədən bütün əmlakını və sənədlərini məhkəmə
tərəfindən təsdiq edilmiş təhvil aktı ilə qəbul edir;
6.1.2. bankın aktiv və passivlərinə nəzarət edir;
6.1.3. bank işini idarə edir;
6.1.4. kreditorların tələblərinin banka təqdim edilməsi qaydasını və müddətini
müəyyən edir;
6.1.5. ləğvetmə hesablarına sərəncam verir;
6.1.6. ləğvetmə prosesini əks etdirən hesabatları tərtib edir;
6.1.7. bankın əmlakını qanunverciliklə müəyyən edilmiş qaydada qiymətləndirir və
zəruri hallarda bu prosesə müvafiq mütəxəssisləri cəlb edir;
6.1.8. bankın məcburi ləğvi barədə kütləvi informasiya vasitələrində məlumat dərc
etdirir;
6.1.9. bankın məcburi ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması
ilə əlaqədar bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir;
6.1.10. müştərilərə xidmət göstərilən yerlərdə bankın ləğvi prosesinin başlanması
və ləğvedicinin təyin olunması haqqında yazılı elan yerləşdirir;
6.1.11. bankın adına “ləğv prosesində olan” sözləri əlavə edir və bankın
möhürünün dəyişdirilməsini təmin edir;
6.1.12. Azərbaycan Respublikasının Mərkəzi Bankında ləğvetmə hesablarını açır
və ona hesabat verir;
6.1.13. bankın sənədlərinin və əmlakının, həmçinin girov (ipoteka) təminatı kimi
qəbul etdiyi digər əmlakların saxlanılmasını təmin etmək üçün tədbirlər görür;
6.1.14. bankın kreditorlarının aşkar edilməsi və debitor borcunun alınması üçün
tədbirlər görür;
6.1.15. məhkəmə tərəfindən müəyyən olunmuş müddətlərdə məcburi ləğv olunan
bankın aralıq ləğvetmə balansı, ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi
barədə hesabatı, habelə ləğvetmə balansını tərtib edir və təsdiqlənməsi üçün məhkəməyə
təqdim edir;
6.1.16. ləğvetmə prosesində sui-istifadə və digər qanun pozuntuları halları
aşkarlandıqda bu barədə hüquq mühafizə orqanlarına və Mərkəzi Banka xəbər verir;
6.1.17. başqası ilə əvəz edildiyi bütün hallarda mühasibat uçotu və hesabatı
sənədlərini və sərəncamında olan bankın aktivlərini, habelə bankın ləğvi prosesində
ləğvedicinin bank barədə hazırladığı mühasibat uçotu və hesabat sənədlərini təhvil-təslim
aktı əsasında yeni ləğvediciyə verir;
6.1.18. öz səlahiyyətlərini yerinə yetirərkən iş prosesində ona məlum olan məxfi
məlumatları açıqlamır;
6.1.19. məhkəmənin müəyyən etdiyi müddətlərdə ləvğetmə tədbirlərinin və
öhdəliklərin yerinə yetirilməsi barədə məhkəməyə hesabat verir;
6.1.20. məcburi ləğv edilən bankın işini tamamlayır, kreditorlarla hesablaşmaları
başa çatdırır;
6.1.21. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Təlimata zidd
olmayan digər səlahiyyətləri həyata keçirir.
6.2. Ləğvedicilər məhkəmənin nəzarəti altında və Mərkəzi Bankla sıx qarşılıqlı
əlaqə şəraitində fəaliyyət göstərir.
7. Ləğvedicinin işə başlaması
7.1. Ləğv edilən bankın məcburi ləğvini həyata keçirən ləğvedici Azərbaycan
Respublikası qanunlarına, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ
xarakterli aktlarına, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və bu
Təlimata müvafiq fəaliyyət göstərir.
7.2. Azərbaycan Respublikası ərazisindən kənarda fəaliyyət göstərən ləğvedici öz
fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, ləğv edilən bankın
struktur bölməsinin fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyini də rəhbər tutur. Bu
məqsədlə (həmçinin də xarici bankların yerli filiallarının məcburi ləğvi zamanı) qarşılıqlı
təmsilçiliyə malik olan ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı ilə əməkdaşlıq
edilir.
7.3. Ləğvedici ləğv olunan bankın dövlət qeydiyyatı haqqında məlumatın dərc
edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin
bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Tələblərin təmin edilməsi
məqsədilə kreditorların məcburi ləğv olunan banka müraciəti üçün verilən müddət bankın
ləğv edilməsi haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz.
7.4. Ləğvedici kreditorları aşkar etmək və debitor borclarını almaq üçün tədbirlər
görür, habelə bankın ləğvi haqqında onun kreditorlarına bildiriş göndərir.
7.5. Ləğvedici kreditorların tələblərinin ödənilməsi, onların maraqlarını təmin
etmək məqsədilə kreditorların tələblərinin reyestrini tərtib edir. Kreditorların tələblərinin
reyestrində hər bir kreditor barədə, onun pul öhdəlikləri və/və ya məcburi ödənişləri üzrə
tələblərin məbləği, hər bir tələbin ödənilməsinin növbəliyi barədə məlumatlar göstərilir.
7.6. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvedici
aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən bankın əmlakının tərkibi,
kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri
haqqında məlumatlar daxil edilir.
7.7. Kreditorların tələblərinin reyestrinə hesabatlarda əks olunmuş, həmçinin
müraciət olunmuş mübahisəsiz tələblər daxil edilir. Ləğv edilən banka qarşı məhkəmənin
qanuni qüvvəyə minmiş qərarları üzrə icra sənədləri kreditorların təsdiq edilmiş tələbləri
hesab edilir və uçota alınır.
7.8. Ləğvedici işə başladığı gündən 2 (iki) iş günü ərzində Mərkəzi Bankda xüsusi
ləğvetmə (milli və xarici valyutada) hesabları açır. Bankın pul vəsaitləri və aktivlərin
satışından əldə olunan bütün daxilolmalar müvafiq olaraq bu hesablara köçürülür.
8. Ləğvetmə prosesinin mərhələləri
8.1. Bankın məcburi ləğvi aşağıdakı mərhələlərdən ibarətdir:
8.1.1. bankın bina və sənədləri üzərində nəzarətin əldə edilməsi;
8.1.2. aktivlərin və öhdəliklərin inventarlaşdırılması;
8.1.3. aktivlərin qiymətləndirilməsi və satışı;
8.1.4. kreditorların tələblərinin təmin edilməsi.
9. Bankın binası və sənədləri üzərində nəzarətin əldə edilməsi
9.1. Ləğvedici bankın inzibatçılarını ləğvetmə ilə bağlı məhkəmə qərarı ilə tanış
etdikdən sonra təhlükəsizlik xidmətindən, polis orqanlarından və digər mümkün
vasitələrdən istifadə etməklə bankın binası və sənədləri üzərində fiziki nəzarəti əldə edir.
9.2. Ləğvedici həmçinin bankın və onun struktur bölmələrinin bütün qıfıllarının və
kodlarının, bankın sənədlərinə və əmlakına nəzarət məqsədilə mühafizənin
dəyişdirilməsini də təmin edir.
9.3. Bankın ayrı-ayrı sahələrinə aid qeyri-müəyyənliyin aradan qaldırılması üçün
ləğvedici bankın əməkdaşları ilə görüş keçirir. Görüşdə davranış qaydalarına riayət
olunmalı və məsələlər mahiyyəti üzrə araşdırılmalıdır.
9.4. Ləğvedici müştərilərin və digər kreditorların telefon zənginə cavab vermək
üçün əməkdaş ayırır.
10. Aktivlərin və öhdəliklərin inventarlaşdırılması
10.1. Ləğvedici məcburi ləğv olunan bankın aktiv və öhdəliklərinin
inventarizasiyasını aparır və yoxlamanın nəticəsinə uyğun olaraq akt tərtib edir.
10.2. Ləğv edilən bankın aktivləri nağd pul vəsaitlərindən, hüquqi və fiziki
şəxslərə verilmiş borclardan, bankın əmlakından və digər tələblərindən ibarətdir.
10.3. Bankın aktivlərinin yoxlanılması çərçivəsində bütün nağd vəsaitlər sayılır.
Milli və xarici valyutada olan pul vəsaitləri, o cümlədən metal pullar ayrı - ayrılıqda
yerləşdirilir. Nağd vəsait hesab olunmayan bütün vəsaitlər ayrılmalı və aktda
göstərilməlidir. Daha sonra nağd pul vəsaitlərinin qalıq məbləği barədə hesabat tərtib
olunur və ayın tarixi göstərilməklə iki məsul şəxs tərəfindən imzalanır (bunlardan biri
ləğvedici, digəri isə onun təyin etdiyi şəxs olmalıdır).
10.4. Ləğvedici kreditlərin yoxlanılması çərçivəsində kredit müqavilələrini və
kredit dosyelərini toplayır. Bankın məcburi ləğv edilməsi barədə məhkəmə qərarı
qüvvəyə mindiyi gündən icrası başa çatmamış kredit müqavilələri və onların ödənilməsi
perspektivləri təhlil olunur. Kredit qalıqları bankın balans göstəriciləri ilə uzləşdirilir.
Fərq olduğu halda fərqin səbəbləri tədqiq edilir.
10.5. Bütün kredit sənədləri, o cümlədən kredit və digər verilmiş borclar üzrə
müqavilələr siyahıya alındıqdan sonra uçot-qeydiyyat sənədləri ilə tutuşdurulur. Sənədlər
mövcud olmadıqda və ya uyğunsuzluqlar aşkar edildikdə, bu barədə səbəbləri
göstərilməklə müvafiq akt tərtib edilir.
10.6. Bank tərəfindən dövriyyəyə plastik kartlar emissiya olunmuşsa, bankın üzv
olduğu prossesinq şirkətinə (şirkətlərə) plastik kartlar üzrə əməliyyatın dayandırılması
barədə bildiriş gönədilir. Ləğvedici həmçinin həm fiziki şəxslərdən, həm də korporativ
müştərilərdən kredit kartlarının yığılması istiqamətində işlər aparır.
10.7. Kreditlər üzrə ödənişlər ləğvedicinin nəzarəti altında saxlanılır.
10.8. Alınmış qiymətli kağızların reyestri nəzarətə götürülür, onların siyahısı
hazırlanır və reallaşdırılması üzrə işlər aparılır.
10.9. Ləğvedici əmlakın bankın mülkiyyətində və ya icarədə olub-olmamasını
müəyyən edir. İcarəyə götürülmüş bütün əmlakların siyahısı tərtib olunur və bütün icarə
müqavilələrinin,
aktların
və
qiymətləndirmənin
nüsxələri
götürülür.
Bankın
mülkiyyətində olan və olmayan əmlakların bankın fəaliyyəti üçün gərəkli olub-olmaması
müəyyən edilir. Bank işində istifadə olunmayan icarəyə götürülən əmlaklar barədə
müqavilələr qanunvericiliyə müvafiq qaydada ləğv edilir.
10.10. Məcburi ləğv edilən bankın öhdəlikləri bank sənədləri ilə üzləşdirilir və
ödəniş növbəliyi üzrə kateqoriyalara bölünür. Aşkar edilmiş fərq rəsmləşdirilir.
10.11. Ləğvetmə prosesinin başlanmasından əvvəl bankın balansında öz əksini
tapmamış və inventarizasiya keçirilən zaman aşkar edilmiş aktivlər ləğv edilən bankın
aralıq ləğvetmə balansında öz əksini tapmalıdır.
11. Aktivlərin qiymətləndirilməsi və satışı
11.1. Bank aktivlərinin satışı və bankın öhdəlikləri üzrə hesablaşmaların həyata
keçirilməsi üçün ləğvedici aktivlərin qiymətləndirilməsini təşkil edir.
11.2. Bankın aktivləri qiymətləndirilərkən maliyyə və qeyri-maliyyə aktivləri bir
birindən fərqləndirilir.
11.3. Maliyyə aktivlərinə aşağıdakılar aiddir:
pul vəsaitləri;
qiymətli kağızlar;
kreditlər;
valyuta qiymətliləri.
11.4. Qeyri-maliyyə aktivlərinə aşağıdakılar aiddir:
bina və tikililər;
nəqliyyat vasitələri;
mebel, avadanlıqlar və digər əmlaklar.
11.5. Xarici və milli valyutada olan kağız və metal pullar, habelə müxbir bank
hesabı formasında olan maliyyə aktivləri nominal dəyərlə qiymətləndirilir.
11.6. Qiymətli kağızlar qiymətli kağızlar bazarının vəziyyətindən asılı olaraq
qiymətləndirilir.
11.7. Aktivlərin satışı zamanı ədalətli satışa nail olunur.
11.8. ”Standart” kredit kimi təsnifləşdirilmiş kreditlərin satışı bazar dəyəri ilə
aparılır.
11.9. Problemli kreditlər satılarkən aşağıdakı prinsiplərə əməl edilir:
11.9.1. kredit qalıq borc (əsas məbləğ və faizlər) dəyəri ilə satılmalıdır;
11.9.2. borc digər alıcıya satılmadıqda müştərinin özünə nominal dəyərdən aşağı
qiymətlə satıla bilər. Ləğvedici hər bir belə halı ləğvetmə hesabatında əsaslandırmalıdır;
11.9.3. problemli kreditin satılması mümkün olmadıqda ləğvedici girov (ipoteka)
əmlakının qanunvericiliyə uyğun olaraq satılması barədə tədbirlər görür.
11.10. Qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi qanunvericiliyə uyğun həyata
keçirilir.
11.11. Məcburi ləğv olunan bankın digər debitorları bank qarşısında öhdəliklərini
yerinə yetirmədikdə, ləğvedici girov (ipoteka) predmetinə qanunvericiliyə uyğun
tutmanın yönəldilməsi prosedurlarına başlayır.
11.12. Ləğv edilən bankın pul vəsaitləri kreditorların tələblərini ödəmək üçün
yetərli olmadıqda, ləğvedici bankın əmlakını açıq hərracda satır.
11.13. Satışa çıxarılan qeyri-maliyyə aktivlərinin ilkin qiyməti dəyişə bilər.
Aktivlər hesablanmış dəyərdən olduqca aşağı qiymətlə satıldıqda, ləğvedici səbəbləri
sənədləşdirir və hesabatda göstərir.
12. Kreditorların tələblərinə baxılması
12.1. Ləğv edilən bankın kreditorları tələblərinin təmin edilməsi məqsədilə
ləğvediciyə ərizə ilə müraciət edir. Ərizəyə tələbləri təsdiq edən sənədlər əlavə olunur.
12.2. Ləğvedici tərəfindən ərizəyə daxil olduğu gündən 15 (on beş) gün ərzində
baxılır.
12.3. Ərizəyə baxarkən ləğvedici tələbin qanunuliyini və əsaslı olmasını yoxlayır.
Ərizəyə müvafiq sənədlər qoşulmadıqda, ləğvedici kreditordan həmin sənədlərin 5 (beş)
iş günü müddətində təqdim edilməsini tələb edir. Bu müddət ərzində sənədlər müxtəlif
səbəblərdən (itirildikdə, oğurlandıqda və ya digər səbəblərdən məhv edildikdə) təqdim
olunmadıqda ləğvedici bankda olan məlumatlara əsaslanaraq ərizəyə baxır.
12.4. Ləğvedici kreditorların ərizələrinə baxdıqdan sonra nəticəsi barədə onlara
yazılı məlumat verir. Bu məlumata aşağıdakılar daxil edilir:
12.4.1. kreditorun və ləğvedicinin tam adı və poçt rekvizitləri, habelə cavablanan
ərizənin tarixi və nömrəsi;
12.4.2. ərizədəki tələb tam və ya qismən təsdiq olunduqda - təsdiq olunmuş məbləğ
və onun ödəniləcəyi tarix;
12.4.3. ərizədəki tələbə tam və ya qismən etiraz edildikdə –etiraz etmənin
səbəbləri;
12.4.4. məlumata qoşulmuş sənədlərin siyahısı.
12.5. Kreditorların tələblərinə etiraz edildikdə ərizəyə qoşulmuş sənədlər ərizəçiyə
qaytarılır.
12.6. Tələblərin qəbul edilməsi üzrə müddət başa çatdıqdan sonra ən geci 30 (otuz)
gün ərizndə aktiv və öhdəliklərin inventarizayasının nəticələrini nəzərə almaqla aralıq
ləğvetmə balansı tərtib edilir.
12.7. Tabeli struktura malik olan bankın aralıq ləğvetmə balansı həmin bölmələrin
aralıq ləğvetmə balansı nəzərə alınmaqla tərtib edilir.
12.8. Ərizə ilə müraciət edən kreditor eyni zamanda bankın borcalanı olduqda, bu
zaman iddiaya (ərizəyə) baxarkən ləğvedici (ləğvedicilər) aralıq ləğvetmə balansı təsdiq
olunanadək
təqdim
olunmuş
sənədlərə
uyğun
olaraq
qarşılıqlı
tələblərin
əvəzləşdirilməsinin aparılması məsələsinə baxır və nəticəni aralıq ləğvetmə balansına
daxil edir.
13. Tələblərin təmin edilməsi
13.1. Ləğv edilən bankın kreditorlarına pul vəsaiti bankın ləğvedicisi tərəfindən
aralıq ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq edildiyi gündən başlayaraq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq aşağıdakı növbəliliklə ödənilir:
13.1.1. bankın əmlakının girov (ipoteka) qoyulması ilə təmin edilmiş öhdəliklər
üzrə kreditorların tələbləri;
13.1.2. həyata və ya sağlamlığa zərər vurulması ilə əlaqədar bankın fiziki şəxslər
qarşısında məsuliyyət daşıdığı kapitallaşdırılmış vədəli ödənişləri;
13.1.3. işdənçıxma müavinətlərinin və əmək müqaviləsi üzrə işləyən şəxslərin
əməyinin ödənilməsi, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə tələblər;
13.1.4. büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi
dövlət sosial sığorta haqları üzrə borclar;
13.1.5. digər kreditorlar ilə hesablaşmalar.
13.2. Hər bir növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra
aparılır. Növbə yaxınlaşdıqda kreditorun tələbi onun razılığı ilə hesablaşmanın pul
formasında və/və ya əmlakın natural formasında ötürülməsi vasitəsilə təmin edilə bilər.
13.3. Kreditorun tələblərinin təmin edilməsindən imtina olunduqda bu barədə
kreditora yazılı məlumat göndərilir.
13.4. Kreditorun tələbinin təmin edilməsindən imtina olunduqda və ya ona
baxılmaqdan boyun qaçırıldıqda, kreditor bankın ləğvetmə balansı təsdiq edilənədək
ləğvediciyə qarşı iddia ilə məhkəməyə müraciət edə bilər.
13.5. Bankın ləğvedicisi tərəfindən müəyyən edilmiş müddət qurtardıqdan sonra
kreditorun bildirdiyi tələblər, vaxtında bildirilmiş tələblər ödənildikdən sonra bankın
qalan əmlakından ödənilir.
13.6. Bankın ləğvedicisi tərəfindən müəyyən edilmiş müddətdə kreditor tərəfindən
tələb edilməmiş, lakin ödənilməsi barədə məhkəmə qərarı olan tələb kreditorla
hesablaşmaq üçün növbəlik qaydasında yerinə yetirilir.
13.7. Aşağıdakı hallar kreditorun tələbinin ödənilmiş hesab edilməsinə əsas verir:
13.7.1. qəbul edilməmiş tələbləri barədə kreditor bankın ləğvetmə balansı təsdiq
edilənədək iddia ilə məhkəməyə müraciət etmədikdə;
13.7.2. məhkəmə qərarı ilə kreditora tələbinin ödənilməsindən imtina edildikdə.
13.8. Bankın dəyərinin onun kreditorları üçün artırılması məqsədilə ləğvedici
bankın satılması və ya ayrı-ayrı aktivlərin və öhdəliklərin satılması barədə Mərkəzi Bank
qarşısında vəsatətlə çıxış edə bilər.
13.9. Kreditorun və ləğv edilən bankın qarşılıqlı öhdəlikləri olduqda, aşağıdakı
hallarda tələblərin əvəzləşdirlməsinə yol verilir:
13.9.1. müddəti başa çatmış qarşılıqlı öhdəliklər olduqda;
13.9.2. öhdəliyin birinin icra müddəti hələ başa çatmadıqda, lakin bu tələbə
hüququ olan tərəf əvəzləşdirməyə tərəfdar olduqda.
13.10. Tələblərin əvəzləşdirilməsinin yol verilmədiyi hallar Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur.
13.11. Tələblərin əvəzləşdirilməsi zamanı aşağıdakılara riayət olunmalıdır:
13.11.1. heç bir öhdəlik iddialı olmamalı;
13.11.2. əvəzləşdirmə yazılı surətdə razılşdırılmalı;
13.11.3. müxətlif valyutalarda olan öhdəliklərin əvələşdirilməsi həmin günə
Mərkəzi Bankın rəsmi məzənnəsi ilə aparılmalı.
13.12. İstisna hal kimi bankın debitoru tərəfindən likvid əmlak vasitəsilə borcun
ödənilməsinə yol verilə bilər. Bu halda banka verilməli olan əmlakın həmin tarixə
müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirməsi barədə akt olmalı və əmlakın
dəyəri borcun ümumi dəyərindən az olmamalıdır.
13.13. Ləğvedici tərəfindən qəbul edilmiş öhdəliklərin kreditorlardan asılı olan
səbəblərdən (kreditorla əlaqə saxlamaq mümkün olmadıqda və ya o, banka gəlmədikdə)
yerinə yetirilməsi mümkün olmadıqda, ləğvedici müvafiq öhdəliklər qrupu üzrə
hesablaşmalar qurtardıqdan sonra kreditora ödənilməmiş məbləği qanunvericiliyə uyğun
olaraq notariusun depozit hesabına köçürür.
13.14. Bankın nizamnaməsində digər hallar nəzərdə tutulmadıqda, onun
kreditorları ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvedici yerdə qalan əmlakı bankın
səhmdarları arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bölüşdürür, bu şərtlə ki,
səhmdarlar buna öz razılığını bildirsinlər. Razılıq əldə edilib-edilməməsindən asılı
olmayaraq, məcburi ləğv edilən bankın kreditorları ilə hesablaşmalar başa çatdıqdan
sonra ləğvedici ləğvetmə balansını tərtib edir və təsdiqlənmək üçün məhkəməyə təqdim
edir.
14. Ləğvedicinin Mərkəzi Bankla əməkdaşlığı
14.1. Bankın məcburi ləğvi dövründə ləğvedici Mərkəzi Bankla sıx qarşılıqlı əlaqə
qurmaqla fəaliyyət göstərir. Ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun
müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb
etdiyi sənədləri və informasiyanı təqdim edir.
14.2. Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən aşağıdakılardan hər
hansı birinin mövcudluğunu aşkar etdikdə bank barəsində iflas proseduruna başlanmasına
dair əsaslandırılmış vəsatətlə Mərkəzi Banka müraciət edir:
14.2.1. bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu
kapitalın minimum miqdarının 25 (iyirmi beş) faizindən və ya məcmu kapitalın
adekvatlıq əmsalı 3 faizdən az olduqda;
14.2.2. bank öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə
qadir olmadıqda;
14.2.3. bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli
sürüldükdə ödəməyə qadir olmadıqda.
15. Ləğvedicinin məhkəmə orqanları ilə əlaqəsi
15.1. Ləğvedici bankın məcburi ləğvi prosesində bu Təlimata uyğun olaraq
məhkəmə orqanları ilə əməkdaşlıq edir, məhkəmə icraatında etibarnaməsiz bankı təmsil
edir, tələb olunan prosessual hərəkətləri həyata keçirir.
15.2. Məhkəmə orqanlarına müraciət qaydalarında və bu Təlimatda nəzərdə
tutulmayan hallarda məhkəmə orqanları ilə iş prinsipləri, o cümlədən məhkəməyə
müraciət halları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
16. Məcburi ləğv prosedurunun başa çatması
16.1. Ləğvedici bankın ləğvini başa çatdırdıqdan və müvafiq hesabatı məhkəməyə
təqdim etdikdən sonra məhkəmənin qərarı ilə öz vəzifəsindən azad edilir. Bankın
mühasibat və digər sənədləri məhkəmənin qərarına əsasən bankın səhmdarlarına və ya
digər idarəetmə orqanlarına, habelə qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə
təhvil verilir.
16.2. Bank barəsində məcburi ləğv prosedurunun başa çatmasına dair məhkəmənin
qərarı hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqana göndərilir.
17. Yekun müddəalar
17.1. Bu Təlimatla tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun həll edilir.
17.2. Bu Təlimat dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.
Dostları ilə paylaş: |