BANKA TƏQDİM EDİLƏN SƏNƏDLƏRİN SİYAHISI
1.
Borcalanın hüquqi statusunu təsdiq edən və kreditin alınması üçün təqdim edilən ilkin
sənədlər:
Borcalan fərdi sahibkardırsa:
Kreditin alınması üçün Borcalanın
kredit sifarişi;
Azərbaycan Respublikasının Vergilər Nazirliyində vergi ödəyicisinin uçota alınması haqqında
şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti (VÖEN) ;
Şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
18 yaşından 26 yaşınadək kişi cinsindən olan vətəndaşlar üçün hərbi xidmətin keçilməsinə, müddətli
həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsinə və ya çağırışdan azad edilməsinə dair müvafiq sənəd;
Güzəştli kreditin alınması üçün Fondun müəyyən etdiyi minimal tələblərə müvafiq olaraq tərtib
olunmuş Layihə (Biznes-plan);
Sahibkarlıq subyektinin təqdim etdiyi Layihə üzrə fəaliyyət göstərəcəyi yer haqqında məlumat
Layihə üzrə məhsul (iş və xidmət) satışı ilə bağlı müqavilələrin (sövdələşmələrin) surətləri (əgər
varsa);
Layihə üzrə əsas və dövriyyə vəsaitlərinin alınmasına dair müqavilələrin (sövdələşmələrin) surətləri
(əgər varsa);
Layihə üzrə görüləcək işə (quraşdırma və daşınma) dair podratçılarla (vasitəçilərlə) olan müqavilələrin
(sövdələşmələrin) surətləri (əgər varsa);
Layihənin reallaşdırılması üzrə icarə, sığorta və sair müqavilələrin (sövdələşmələrin) surətləri (əgər
varsa)
Borcalan Hüquqi şəxsdirsə:
Kreditin alınması üçün Borcalanın kredit sifarişi;
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq
olunmuş surəti;
Hüquqi şəxsin Nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti;
Hüquqi şəxsin rəhbərinin (qanuni təmsilçisinin) şəxsiyyətini təsdiq edən
sənədin ksero-surəti;
Hüquqi şəxsin rəhbərinin (qanuni təmsilçisinin)vəzifəyə təyin edilməsi haqqında sənəd (qərar,əmr və
s.)və ehtiyac olduqda səlahiyyətlərinin digər şəxsə həvalə edilməsi haqqında etibarnamənin təsdiq
olunmuş surəti;
Kreditin əldə edilməsi ilə bağlı hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq müvafiq idarəetmə
orqanının iclasının protokolundan çıxarış (ehtiyac olduqda);
Güzəştli kreditin alınması üçün Fondun müəyyən etdiyi minimal tələblərə müvafiq olaraq tərtib
olunmuş Layihə (Biznes-plan);
Sahibkarlıq subyektinin təqdim etdiyi Layihə üzrə fəaliyyət göstərəcəyi yer haqqında məlumat
Layihə üzrə məhsul (iş və xidmət) satışı ilə bağlı müqavilələrin (sövdələşmələrin) surətləri (əgər
varsa)
Layihə üzrə əsas və dövriyyə vəsaitlərinin alınmasına dair müqavilələrin (sövdələşmələrin) surətləri
(əgər varsa)
Layihə üzrə görüləcək işə (quraşdırma və daşınma) dair podratçılarla (vasitəçilərlə) olan müqavilələrin
(sövdələşmələrin) surətləri (əgər varsa)
Layihənin reallaşdırılması üzrə icarə, sığorta və sair müqavilələrin (sövdələşmələrin) surətləri (əgər
varsa)
2.
Sahibkarlıq fəaliyyətinə aid sənədlər:
Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin ksero-surəti (1 nüsxədə);
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müqavilələrin (icarə, birgə fəaliyyət və s.
haqqında) ksero-surəti (1 nüsxədə);
Sahibkarlıq fəaliyyətində istifadə edilən avadanlığa, nəqliyyat vasitəsinə, əmlaka və s. hüquq
müəyyənedici sənədlərin ksero-surəti (1 nüsxədə);
Təhlil olunan fəaliyyət növü ilə məşğul olmağa icazə verən sənədlərin ksero-surəti (1 nüsxədə)
(patentlər, lisenziyalar və s.);
Digər sənədlər.
3.
Maliyyə sənədləri:
Borcalan fərdi sahibkardırsa:
Vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə (ehtiyac olduqda);
Əlavə
gəlirləri təsdiq edən sənədlər;
Digər sənədlər.
Borcalan Hüquqi şəxsdirsə:
Vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə (ehtiyac olduqda);
Əlavə gəlirləri təsdiq edən sənədlər;
Son 12 ay ərzində digər banklarda açılmış cari hesablarında olan pul vəsaitlərinin dövriyyəsi haqqında
çıxarış (aylara bölünməklə);
Digər sənədlər.
4.
Təminat üzrə sənədlər:
Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin ksero-surəti (1 nüsxədə);
İpoteka qoyanın yaşayış yeri üzrə müvafiq dövlət orqanından (MİS-dən (Mənzil İstismar Sahəsi), yerli
İcra nümayəndəliyindən və s.) ailə tərkibi (yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər) haqqında
Arayış (Forma № 2);
Daşınmaz əmlakın ipoteka qoyulmasına İpoteka qoyanın ərinin/arvadının razılığı, həmçinin, əmlakın
digər birgə mülkiyyətçilərinin və yaşayış təyinatlı daşınmaz əmlakda qeydiyyatda olan yetkinlik
yaşına çatmış şəxslərin razılığı;
Digər sənədlər.
5.
Zərurət olduqda Bankın tələbi ilə aşağıdakı sənədlər:
Son 6 ay ərzində sosial sığorta haqqı və ya gəlir vergisi üzrə aparılmış ödənişlər barədə (aylara
bölünməklə) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və ya Azərbaycan Respublikası
Vergilər Nazirliyi tərəfindən verilmiş arayış;
Borcalanın və onun ailə üzvlərinin digər gəlirləri haqqında arayışlar;
Borcalanın ailə vəziyyəti haqqında VVADQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı)
orqanından Arayış;
Borcalanın yaşayış yeri üzrə müvafiq dövlət orqanlarından (MİS-dən (Mənzil İstismar Sahəsi), yerli
icra nümayəndəliklərindən və s.) ailə tərkibi (yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər) haqqında
arayış (Forma № 2);
Digər sənədlər.