Tədqiqatın obyekti və predmeti.
Tədqiqat işinin obyektini ümumilikdə
bank sferasında risk amilinin təhlili və risk menecmentinin xüsusiyyətlərinin
tədqiq edilməsi ilə əlaqədar fəaliyyət göstərən təşkilatlarının bu sahə ilə əlaqədar
müvafiq şöbə və bölmələri, predmetini isə bank sferası üzrə risklərin idarə
edilməsi və risk menecmentinin xüsusiyyətlərinin tədqiq edilməsi təşkil edir.
Tədqiqatın nəzəri-metodoloji əsası.
Tədqiqat işinin nəzəri metodoloji
əsasını ümumilikdə risk menecmenti ilə əlaqədar müxtəlif elmi tədqiqat işləri,
proqramlar, həmçinin ölkəmizdə fəaliyyət göstərən təşkilatların bu sahədə
müəyyənləşdirdiyi qaydalar təşkil edir. Dissertasiya işinin tədqiq edilməsi zamanı
ümumiləşdirmə, statistik təhlil, müqayisə, analiz və bir sıra metodlardan istifadə
edilmişdir.
|