22
istisna hallarda yerli məhkəmələr arbitraj müqaviləsinin
və ya qərarının tanınmasından imtina edə bilərlər.
8
3) Məxfilik – Əksər biznes insanları öz mübahisələrini
“ictimai gözdən” kənarda həll etmək istəyirlər. Onlar
üçün mübahisə predmetinin və son nəticənin konfiden-
sial qalması biznes baxımından böyük əhəmiyyət kəsb
edir. Burada şirkətlər fərqli maraqlar güdə bilərlər: 1)
digər rəqib şirkətlərin və ümumiyyətlə, biznes aləmində
şirkətin hər hansı bir problem yaşamasından xəbərdar
olmamaları, 2) mübahisə predmetinin geniş yayılması
tərəflər arasında normal biznes münasibətlərinin yenidən
bərpasını çətinləşdirə bilər və s.
4) Arbitrlərin öz sahələri üzrə mütəxəssis olmaları –
Arbitrlər bir qayda olaraq, öz sahələri üzrə mütəxəssis
olurlar və tərəflər arbitrləri çox böyük diqqətlə seçirlər.
Arbitrlər müəyyən bir sahə üzrə böyük iş təcrübəsinə ma-
lik olan mütəxəssislərdən seçilirlər. Hakimlər isə əksinə,
bir sahə üzrə deyil, ümumi məlumatlı olurlar. Əgər
məhkəmə sisteminə nəzər yetirsək, hakimlərin bəzən
tamamilə fərqli hüquq sahələri üzrə işləri dinləyib qərar
qəbul etdiklərini görə bilərik. Bir qayda olaraq, arbitraj
müqavilələri arbitrlərlə bağlı müəyyən tələblər qoyur.
Məsələn, arbitrlər müəyyən ölkənin hüquq sisteminə
bələd olmalıdırlar və ya müəyyən texniki biliklərə ma-
lik olmalıdırlar, eyni zamanda bütün müqavilələrin
və sənədlərin olduğu dili bilməlidirlər, müəyyən sahə
üzrə iş təcrübəsinə malik olmalıdırlar və s. Əgər bun-
dan öncəki misalı götürsək, görərik ki, mürəkkəb biznes
münasibətlərində fərqli texniki, dil və hüquq sahələri
üzrə praktiki biliklərə ehtiyac yaranır.
Deyilənlərlə yanaşı, onu da qeyd etmək istərdim ki,
arbitraj prosesinin mənfi cəhətləri də var. Bu cəhətlərə
aşağıdakılar aiddir:
1) Üçüncü tərəflərə prosesə qoşmaq imkanın
olmaması – Bəzi kompleks işlər ikidən daha çox tərəfi
əhatə edir. Artıq qeyd etdiyim kimi, arbitraj prosesi
yazılı arbitraj müqaviləsinə əsaslanmalıdır, yəni arbi-
traj məhkəmədən fərqli olaraq, tam könüllük prinsipinə
əsaslanır və tərəflərin arbitraj müqaviləsi yoxdursa, heç
bir tərəf arbitraj prosesində iştiraka məcbur edilə bilməz.
Müvafiq olaraq, əgər tərəflər arasında yazılı arbitraj
müqaviləsi yoxdursa, arbitraj tribunalı üçüncü tərəfləri
prosesə cəlb edə bilməz. Buna əsasən bəzi çox tərəfli
proseslər üçün məhkəmə daha düzgün seçim ola bilər.
2) Məhkəmə müdaxiləsinə ehtiyac – “Bu Qanunun 11-
ci maddəsinin 3-cü və 4-cü bəndlərində, 13-cü maddəsinin
3-cü bəndində, 14-cü maddəsinin 1-ci bəndində, 16-
cı maddəsinin 3-cü bəndində, 27-ci maddəsində və
34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində göstərilən
məhkəmənin funksiyalarını Azərbaycan Respublikasının
Ali Məhkəməsi yerinə yetirir”.
9
Arbitraj prosesinin
müxtəlif mərhələlərində məhkəmə müdaxiləsinə ehtiyac
yarana bilər. Hətta ən yaxşı yazılmış arbitraj müqaviləsi
də hər hansı bir tərəf tərəfindən mübahisələndirilə bilər,
bu isə məhkəmə müdaxiləsi tələb edir. Ancaq ən əsası
məhkəmə müdaxiləsinə ehtiyac arbitraj qərarının həyata
keçirilməsi mərhələsində yarana bilər. Belə ki, tərəflərdən
biri arbitraj qərarını könüllü şəkildə icra etməkdən imti-
na edə bilər. Bu zaman digər tərəf arbitraj qərarının təmin
edilməsi üçün həmin ölkənin məhkəməsinə müraciət
etməlidir. Məlumat üçün onu bildirim ki, məhkəmə
işə yenidən baxmır, sadəcə öz icra mexanizmlərindən
istifadə etməklə arbitraj qərarının icrasını təmin edir.
3) Apelyasiya hüququnun olmaması – Arbitraj pros-
esi mübahisələrin nisbətən tez həlli üsuludur. Buna görə
də arbitraj qərarlarından apelyasiya qaydasında şikayət
etmək hüququ yoxdur. Əgər arbitrlər işin faktları və ya
hüquqi məsələ üzrə səhv etmişlərsə, tərəflərin apelyasiya
qaydasında şikayət etmək hüququ yoxdur. Yeganə istisna
hal arbitrlərin bilərəkdən qanunu yanlış tətbiqetmələridir
və ya etməmələridir (manifesto disregard of law).
10
Bəzi mütəxəssislər arbitraj prosesinin daha sürətli
və daha ucuz mübahisələrin həlli üsulu olduğunu qeyd
edirlər. Ancaq bununla bağlı dəqiq fikir yoxdur. Belə
ki, arbitraj prosesinin 18-36 aya qədər davam etməsi
halları çox olub, eyni zamanda bəzən arbitraj xərcləri
kifayət qədər çox olur. Xüsusilə də arbitraj institutlarının
xidmətindən istifadə etdikdə və ya birdən artıq arbitr
təyin edildikdə.
Qloballaşan dünyada beynəlxalq biznes münasibətləri
sayı və mürəkkəbliyi baxımdan artır. Bu gün Azərbaycan
çoxsaylı fərqli beynəlxalq biznes münasibətlərinin
tərkib hissəsidir, bu münasibətlərin də əsas hissəsini
beynəlxalq neft və qaz satışı və daşınması təşkil edir. Belə
münasibətləri mürəkkəb hüquq sistem(lər)i tənzimləyir.
Tərəflər yerli məhkəmələrə müraciət etməklə qeyri-
müəyyənlik ilə qarşılaşa bilərlər. Yarana biləcək
problemlər içərisinə düzgün məhkəmənin seçilməsi
(hansı ölkənin məhkəməsinin seçilməsi (finding appro-
priate forum)), yerli məhkəmənin bitərəfliyi ilə bağlı
şübhələr, ən əsası isə məhkəmə qərarının beynəlxalq
səviyyədə tanınması məsələsidir. Bütün bu problemlər
arbitraj prosesi vasitəsilə həll oluna bilər. 1999-cu il
tarixli Azərbaycan Respublikasının “Beynəlxalq Arbi-
traj haqqında” Qanunu arbitraj prosesləri ilə bağlı çox
önəmli vasitədir (baxmayaraq ki, bəzi çatışmamazlıqlar
var, məsələn, bu qanunda arbitraj proseslərinin
konfidensiallığı məsələsi öz əksini tapmayıb). Eyni za-
manda Azərbaycan Respublikasının çoxsaylı beynəlxalq
konvensiyalara qoşulması (məsələn, 1958 Nyu-York
Konvensiyası) arbitraj qərarlarının icrasını asanlaşdırır.
Bütün deyilənləri nəzərə alaraq, təxmin etmək olar
ki, müəyyən müddətdən sonra Azərbaycanda arbitraj
mübahisələrin aparıcı həlli üsuluna çevriləcəkdir.
Bakы
HUQUQ
Jurnalы
8
NyuYork Konvensiyası maddə V.
9
Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu maddə 6.
10
AmerikaBirləşmişŞtatları Ali Məhkəməsininqərarı.Wilco v. Swan, 346 U.S. 427 (1953).