119
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Təbiət elmləri seriyası
2013
UOT 552.5
CƏNUBİ XƏZƏRİN MƏHSULDAR QAT KƏSİLİŞİNDƏ
TURB
İDİTLƏRİN YAYILMASI
R.E.RÜSTƏMOVA
Bakı Dövlət Universiteti
rubabe.rustamova@gmail.com
Turbiditlər kəskin enişliyə malik kontinental yamaclı dərin dənizlər üçün xarakterik
çöküntülərdir. Məhz belə hövzələrin kontinental yamacında böyük miqyasda konyonlar əmələ
gəlir və onların nəhəng atılma konusunda qalın laylı turbidit sistemləri yaranır. Turbidit
axınları nəticəsində dənizin dərin guşəsində sakit şəraitdə çökmə prosesində qradasiya laylı
teksturaya malik qumlu sistemlər yaranır. Turbiditlərin quruluşu göstərir ki, onların nəql Ге-
ması və dərin dənizlərdə çökdürülməsi vahid bir proseslə tənzim olunur. Genetik əlamətlərinə
görə turbiditlərin kəsilişdə inandırıcı ayırd edilməsi onlarla bir pargenezisdə rast gəlmiş
çöküntülərin fasial tiplərinin təyin edilməsində reper rolunu oynaya bilər.
İndiki dövrdə turbidit nəzəriyyəsinin dərin dəniz qumlu sistemlərin əmələ gəlməsində
tətbiqi dərin dəniz hövzələrində yeni neftli-qazlı tələ və yataqların açılması üçün əlverişli
imkanlar yar
adır.
Açar sözlər: Cənubi Xəzər , məhsuldar qat çöküntüləri, turbidit, qumlu sistemlər
Turbidit qumlu sistemlərin məhsuldar qatın quruda, ələlxüsus, dəniz
kəsilişlərində aşkar olunması artıq sübut olunmuş faktdır və demək olar ki,
tədqiqatçılar arasında kəskin mübahisə yaratmır. Turbidit qum sistemləri
Azərbaycan tədqiqatçıları üçün yeni termin və məfhum olduğundan bu
baxımdan məsələnin qoyuluşu haqqında bir sıra ilkin məlumatların verilməsi
məqsədəuyğun olardı [1; 2; 3; 7, 44-55; 8, 64-71 ].
Turbidit ax
ınları nəzəriyyəsinin meydana çıxmasından qabaq, hələ XX
əsrin ortalarında tədqiqatçı geoloqların əksər hissəsi belə hesab edirdi ki, gil
süxurları dərin dəniz şəraitində əmələ gəlmişlər [2; 3, 25-36; 4, 16-24]. Qum-
lar, qumdaşları və konqlomeratlar isə, şübhəsiz dayaz dənizlərin, körfəzlərin,
deltaların məhsuludurlar. Onların çökmə süxur kəsilişlərində olması kontinen-
tal çökmə şəraitinin olmasından xəbər verir.
1948-
ci ildə N.B.Vassoyeviç fliş qatlarında qum daşlarının gillər ilə
növbələşməsini, ancaq bir tektonik mövqedən – geosinklinal zonalarda şaquli
120
hərəkətlərin nəticələri və aşınma sahələrinin tektonik assimilyasiyaları (qalx-
ması) ilə əlaqələndirirdi [6, 34-56].
Turbidit nəzəriyyəsinin meydana çıxmasında və işlənməsində amerikalı
tədqiqatçılardan Kyunenin müstəsna rolu olmuşdur. Kyunen bu nəzəriyyəni
yaratmamışdan əvvəl müasir dərin dənizlərin kontinental yamacında baş
vermiş geoloji hadisələri diqqətlə öyrənərək göstərmişdir ki, dərin dənizlərin
kontinental yamacında çöküntülərin ağırlığının və qravitasiyanın təsirindən
suspenziya axınları əmələ gəlir. Belə axınların kontinental yamacda fəaliyyəti
iki cür təsnif oluna bilər – effoziya və nəql etmə. Suspenzoid axınlarının
effozi
yası nəticəsində kontinental yamacda konyonlar və kanallar meydana
çıxır. Daha sonra turbidit axınları qravitasiya qüvvələrinin təsiri altında
yamacın aşağısına doğru sürətlə hərəkət edərək, nisbətən durulur (sıxlığı 1,0-
1,05 q/sm
3
) və hövzənin sahəsində qeyri-dinamik şəraitdə alevritləri, xırda qum
hissəciklərini çökdürür.
Sonrak
ı müşahidələr göstərdi ki, turbidit axınlarının sıxlığı daha yüksək
ola bilər (1,5-2,0 q/sm
3
) və onlar dənizin abissal düzənliklərinə daha kobud
dənəli qırıntılı material gətirməyə qadirdirlər. Turbidit axınları nəticəsində
dənizin dərin guşəsində sakit şəraitdə çökmə nəticəsində qradasiya laylı tekstu-
raya malik qumlu sistemlər yaranır.
Əldə edilmiş müşahidələri Kyunen yekunlaşdıraraq 1949-cu ildə Lon-
donda Beynəlxalq geoloji konqresdə təqdim etdi və orada dinləyicilərin böyük
rəğbətini qazandı.
Bundan sonr
a Maklinori Piriney dağlarının təbaşir yaşlı fliş qatının ilk
dəfə turbidit axınlarının məhsulu olduğunu irəli sürdü.
Sonrakı illərdə Apennin dağlarında və Alplarda təbaşir və eosen flişinin
turbidit axınlarının məhsulu olduğu sübut olundu. Volker Kyunenin turbidit
nəzəriyyəsinə qiymət verərək göstərmişdir ki, turbidit nəzəriyyəsi müasir se-
dimentologiyada inqilab rolunu oynadı və tədqiqatçıların qədim dərin dəniz
çöküntülərinə marağını xeyli artırdı və göstərdi ki, tektonik hərəkətlərin fliş
qatlarının əmələ gəlməsində rolu olduqca cüzidir.
Sualtı sürüşmə proseslərinin xarakteristikası. Sualtı sürüşmə əməliy-
yatı zamanı çöküntülərin böyük kütlələr şəklində dərin dənizə nəql olunması
prosesinin mexanizmi indiyə qədər yaxşı aydınlaşdırılmamış, indiyə kimi
ədəbiyyatda mübahisəli məsələ kimi qalmaqdadır.
İlkin müşahidələr göstərdi ki, sürüşmə prosesi yumşaq çöküntülərdən
təşkil olunmuş sualtı yamacda baş verir. Ancaq dəniz çöküntülərini itələyən
qüvvələrin miqdarının öyrənilməsi göstərdi ki, onların şiddətli yığılma sahə-
sində (delta, avandelta və konyonların yuxarı qidalanan hissəsi) sürüşmələri
məhdudiyyət təşkil edirlər. Eyni zamanda onlar göstərdilər ki, sürüşmə adətən
sabit yumşaq yamacda baş verir və buna proqressiv sürüşmə deyilir. Yumşaq
çöküntülər böyük enişə malik yamacdan sürüşərsə, sabit yamacda mövcud olan
çöküntülərin ümumi sürüşmədə iştirakı nəzərə alınmır.
121
Proqressiv uçmanın sürüşmə uçma müstəvisi boyu yamac üzrə aşağıya
hərəkəti enmə təzyiqi nəticəsində baş verir və itələmə qüvvəsinin təsirini həmin
istiqamətdə azaldır.
Sonrakı müşahidələr göstərdi ki, sualtı sürüşmə dərin dənizlərin konti-
nentin yamacında tapılmış yumşaq çöküntülərin vaxtaşırı sürüşməsi, uçması ilə
əlaqədardır. Sürüşmə nəticəsində hərəkətə gəlmiş çöküntülərin həcmi 100 km
3
-
lə xarakterizə olunur (cədvəl 2).
İrimiqyaslı sürüşmələr sualtı zəlzələlərin nəticəsində baş verir. Məsələn,
Sakit okeanın Böyük Bankaqer adasında baş vermiş Rixter şkalası üzrə 12 bal
gücündə zəlzələ nəticəsində nəhəng sürüşmə örtüklərinin üstəgəlmələri qədim
qat
ların terrigen kəsilişlərində əks olunmuşdur. Burada sürüşmə məhsullarının
həcmi 10 km
3
-
ə çatır.
Volkerə görə müasir dənizlərdə sualtı sürüşmələrin xarakteristikası
cədvəl 1-də verilmişdir.
Cədvəl 1
Sualtı sürüşmənin adı
Yamacın
meyilliyi
Sürüşən
kütlənin həcmi,
m
3
Çöküntülərin
orta qalınlığı
Çöküntülərin
maksimal
qalınlığı
Maqdalena çayının deltası
2
0
3x10
8
20
60
Missisipi çayının deltası
0,5
0
4x10
7
10
20
Fidci adasının qubası
3
0
1,5x10
8
30
100
Saqami Van
11
0
7x10
10
–
–
Skripka konyonu
6
0
-8
0
10
4
-10
8
4
8
Kidnapers bankası
1
0
-4
0
8x10
9
25
50
Qrand bankası
3
0
7,5x10
11
350
–
Alyaska Valdez
6
0
7,5x10
7
–
–
Yuxarı sürüşmə rukkol
2
0
30x10
11
266
332
V.F.Frolov tərəfindən qədim çöküntülərdə müxtəlif yaşlı və litoloji tər-
kibli turbidit sistemləri (arxey dövründən müasir dövrədək; karbonatlı, silisitli,
qırıntı kvars və qrauvakk tərkibli, vulkanitlər, tefroidlər və s.) aşkar edilmiş və
onların ətraflı təsviri verilmişdir.
Turbiditlərin quruluşu göstərir ki, onların nəql olunması və dərin
dənizlərdə çökdürülməsi vahid bir proseslə tənzim olunur.
Genetik əlamətlərinə görə turbiditlərin kəsilişdə inandırıcı ayırd edilməsi
onlarla bir pargenezisdə rast gəlmiş çöküntülərin fasial tiplərinin təyin edil-
məsində reper rolunu oynaya bilər.
Ümumiyyətlə, turbiditlər kəskin enişliyə malik kontinental yamaclı kot-
lovin tipli dərin dənizlər üçün xarakterik çöküntülərdir. Məhz belə hövzələrin
kontinental yamacında böyük miqyasda konyonlar əmələ gəlir və onların
nəhəng atılma konusunda qalın laylı turbidit sistemləri yaranır.
Turbidite current -
turbiditli, bulanıq, suspenziyaya oxşar cərəyanlara
deyilir. Turbidit cərəyanları yuxarıda qeyd etdiyimiz kimi, hətta müasir göl
hövzələrində müşahidə olunmuşlar. Ehtimal olunur ki, kontinental yamacda
mövcud olan nəhəng konyonlar belə cərəyanların məhsuludur. Bunların mey-
122
dana çıxması bir sıra səbəblərlə əlaqədardır: enişli yamacda yumşaq çöküntü-
lərin sürüşməsi, sunamilər, sualtı zəlzələlər, tektonik hərəkətlər, çöküntülərin
şelfdə yığılmasının böyük sürəti, çay sularının asılı hissəciklərlə zəngin və sıx
olması və sonuncunun sıxlığı dəniz suyunun sıxlığından artıq olduqda və s.
Çox vaxt turbiditlərin mürəkkəb quruluşu hər dəfə baş vermiş turbidit axınla-
rının yüksək sıxlığı ilə (1,5-1,8 q/sm
3
) izah olunur. Yəni çoxlaylılıq, qradasiya
la
ylı tekstura, horizontal laylı teksturanın dominant rolu, sürüşmə teksturaları,
layın dabanında relyef işarələri, layın tavanında ixnitomitlərin olması və
onların plankton foraminiferaların qalıqları və tuflarla bir yerdə paragenezisdə
müşahidə olunması və s. turbidit axınlarının mürəkkəb quruluşunu özlərində
əks etdirirlər [11, 12].
Turbidity fun -
turbidit axımlarının atılma konuslarına deyilir və onların
dərin dənizə açılan hissəsi adətən yelpiyə oxşayır.
Turbidity flow -
bulanıq, suspenziyaya oxşar axım. Kontinental yamac
boyu aşağıya doğru böyük sürətlə hərəkət edən asılı hissəciklərlə doydurulmuş
sıx dilşəkilli axım formalarına deyilir.
Məhsuldar qat çöküntülərində dərin dəniz qumlu sistemlərin –
turbiditlərin yayılması haqqında yeni dəlillər [9, 10, 11].
İndiki dövrdə turbidit nəzəriyyəsinin dərin dəniz qumlu sistemlərin əmələ
gəlməsində tətbiqi dərin dəniz hövzələrində yeni neftli, qazlı tələlərin,
yataqların açılması üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı turbidit
nəzəriyyəsi müxtəlif yaşlı və quruluşlu fliş qatlarının mənşəyinin və
paleocoğrafi şəraitinin aydınlaşdırılmasında, kontinental yamacda şelfin alt
hissəsi ilə və yaxud avandelta ilə qidalanan konyonların olması, dərin
dənizlərin tektonik həyatında tez-tez dəniz zəlzələlərinin olması və s.
məsələlərin izahında, rekonstruksiyasında müstəsna əhəmiyyət kəsb edir [12,
14, 15].
Bu baxımdan qeyd etmək lazımdır ki, tez enmək xüsusiyyətinə malik
olan çala tipli dərin dənizlər turbidit sistemlərinin yaranması üçün ən əlverişli
şəraitə malik olurlar.
Məhz belə dənizlərin qədim turbidit sistemlərində müxtəlif ölçülü neft-
qaz yataqları açılmışdır (Meksika körfəzi, Kaliforniya körfəzi, Şərqi Braziliya
çökəkliyi və s.). Son zamanlarda Cənubi Xəzər MQ kəsilişində turbidit
sistemlərinin olmasını bir sıra tədqiqatçılar qeyd etmişlər (P.Z.Məmmədov,
R.M.Xeyrulin, Ç.Steltinq) [13].
Çöl kəsilişlərindən götürülmüş nümunələrin və dərin quyu kern
materiallarının makrostrukturunun öyrənilməsi əsasında və MOQT-nin vaxt
kəsilişlərində girintili-çıxıntılı çəplaylı klinoformların olması və nahayət,
Azəri, Çıraq və Kəpəz neft yataqlarının kollektor və ekran süxurlarında açıq
yaşıl qlaukonit plastinkaların geniş yayılması əsasında biz hesab edirik ki,
Cənubi Xəzərin ilk pliosen hövzəsi dərin dəniz kateqoriyasına aiddir [14, 15].
Eyni zamanda dəniz yataqlarının məhsuldar qat kəsilişlərində qum, qumdaşı və
alevrit süxurlarında qradasiya laylı və sürüşmə teksturaların olması məhsuldar
123
qat hövzəsinin pelagik hissəsində turbidit qum sistemlərinin geniş yayılmasını
aydın təsdiq edir.
R.X.Xeyrulin [6, 8] məhsuldar qat çöküntülərinə sel (yığım)
sedimentasiyası obyekti kimi baxmış və çöl kəsilişlərində məhsuldar qat
süxurlarında aşkar olunmuş qradasiya və sualtı sürüşmə teksturaları əsasında
məhsuldar qat hövzəsinin dərin dəniz hövzəsinə oxşarlığını və burada turbidit
qumdaşlarının labüdlüyünü irəli sürmüşdür. Amerika sedimentoloqu Çarlz
Steltiqin fikrinə görə məhsuldar qat hövzəsi Meksika körfəzinin miosen-
pliosen hövzələrinə çox oxşayır və burada turbidit dərin qum fasiyasının əmələ
gəlməsi üçün hər cür şərait vardır [15].
Cənubi Xəzərin qərb cinahında məhsuldar qat çöküntülərində turbi-
ditlərin olması aşağıdakı təhlillə təsdiq olunur:
1. Hər şeydən əvvəl biz məhsuldar qat çöküntülərinin çöl kəsilişlərində
və dərin quyu kern materiallarında qradasiya laylı teksturaya malik qumlar,
qumdaşları aşkar etmişik. Belə qumdaşları adətən gil layları üzərinə kəskin
sərhədi olan yuyulma müstəvisi üzrə yatırlar. Bu tip qırıntılı laylarda qırıntılı
hissəciklər layın şaquli müstəvisi üzrə ritmik paylanırlar. Yuxarıda qeyd etdiyi-
miz kimi, layın dabanı onun ilk elementi pis çeşidləşmiş qravelitlərdən təşkil
olunmuşdur. Sonra şaquli istiqamətdə onları kobud dənəli qumlar, daha sonra
isə orta və incə dənəli qumlar əvəz edirlər.
Adətən qırıntılı hissəciklərin layda belə ritmik paylanması, ancaq iki ge-
netik tip qırıntılı süxurlarda müşahidə edilir. Onlardan birincisi daha yaxşı
öyrənilmiş allüvial qum daşlarıdır. Belə qırıntılı süxurlar, ancaq kontinental
şəraitdə əmələ gəlir və çay suyunun axımının enerji potensialını özündə əks
etdirir [5].
Allüvial qumdaşlarında hissəciklərin ritmik paylanması çəp laylarda və
çəp seriyalarda təzahür edir. Belə qumdaşları pis çeşidləşmiş və sementləşmiş
olur və quruya məxsus bitki qalıqları ilə zəngin olurlar.
Bunla
rdan fərqli olaraq turbidit qumdaşlarında, ancaq üfüqi laylı tekstura
müşahidə olunur və onlar əksinə karbonat sement maddəsilə yaxşı sementləş-
miş olurlar. Turbidit qumları və qumdaşlarında bitki qalıqları əvəzinə
foraminiferaların, molyuskaların və krinoidlərin qalıqlarına, skeletlərinin
qırıntılarına rast gəlinir.
Məhsuldar qat çöküntülərində qradasiya lay teksturalı qumlar az qalın-
lıqlı qravelit və mikrokonqlomerat layları ilə növbələşirlər. Bunların paragene-
zində çəp və yelpiyə oxşar laylı qumdaşları və həmçinin sualtı sürüşmə
teksturalarına malik qırıntılı süxurlar müşahidə olunurlar.
2. İkinci, çox vacib fakt qradasiya laylı qumdaşlarının az qalınlıqlı (0,3-
0,5m) konqlomerat layları ilə bir paragenezisdə olmasıdır. Konqlomerat layları
pis hamarlanm
ış, iti bucaqlı çınqıl və çaqıllardan ibarətdir. Belə yerli material-
dan təşkil olunmuş konqlomerat laylarını ilk dəfə olaraq yamac çöküntülərinə,
daha d
oğrusu, kontinental yamacda baş vermiş konyon və kanal çöküntülərinə aid
etmişik. Məhsuldar qat kəsilişlərində yamac çöküntülərin olmasını ilk dəfə geoloji
124
ədəbiyyatda P.Z.Məmmədov (1991) irəli sürmüş və belə iridənəli qravelit–
konqlomera
t laylarının məcmusuna yamac kompleksi adını vermişdir.
P.Z.Məmmədov seysmik kəşfiyyatın vaxt kəsilişlərində avandelta və ya-
mac tipli klinoformların qarşısında turbidit qumlarının olduğunu cəsarətlə
söyləmişdir. Onun fikrinə görə, çökmə süxur qatının uzanmasına əks istiqamət-
də turbidit layları axın formasını kəsb edirlər. Burada, şübhəsiz, müəllif səhvə
yol verir. Onun vaxt
kəsilişlərində təsvir etdiyi çöküntülər əslində yamac
çöküntüləridir. Məlumdur ki, turbiditlər dənizin abissal düzənliyində, sakit hi-
drodinamik şəraitdə çökürlər və təbiidir ki, planda onlar sahə ərazi formasını
kəsb edirlər. Bu baxımdan onlar profildə heç vaxt axın formasını əks etdirə
bilməzlər.
P.Z.Məmmədov adi turbiditlərlə yanaşı mobil qurşağı hüdudunda əmələ
gəlmiş qraben-troqu dolduran seysmofasiya ayırd etmişdir ki, sonradan onlara
seysmoturbidit adını vermiş və onların meydana çıxmasında katastrofik
hadisələrin - dəniz zəlzələləri, sunamilər və s. vacibliyini qeyd etmişdir [15].
Məhsuldar qatın ayrı-ayrı stratiqrafik vahidlərinin mütləq yaşı, pliosen
antropogen dövründə ayrı-ayrı stratiqrafik vahidlərdə çöküntülərin yığılma
sürəti haqqında bizim yeni məlumatlarımız məhsuldar qat hövzəsinin dərin
dənizə məxsus olduğunu və orada turbidit sistemlərinin əmələ gəlməsi üçün
əlverişli şərait olduğunu dolayısı yolla təsdiq edir.
K-
Ar üsulunun məlumatlarından (Qrous, 1996) istifadə edərək məhsuldar
qat hövz
əsində çöküntülərin yığılma sürətini başqa qədim hövzələrlə müqayisə
etmək üçün Şərqi Azərbaycanın pliosen epoxasının stratiqrafik vahidlərinin
mütləq yaş cədvəlini tərtib etdik.
Stratiqrafik vahidlər arasındakı fasilələrin yaşı seysmik tədqiqatlar və re-
g
ional müqayisələr əsasında tərtib edilmişdir (cədvəl 2). Cədvəl Qrousun
məlumatları və Ç.M.Xəlifəzadənin əlavələri əsasında tərtib olunmuşdur.
Toplanmış məlumatlar əsasında pliosen, o cümlədən məhsuldar qatın
stratiqrafik vahidlərinin mütləq yaşı bazasında ayrı-ayrı stratiqrafik vahidlər
ərəfəsində çöküntülərin vahid zamanda yığılma sürətini daha dəqiq təyin etmək
imkanları əldə edilmişdir [5; 16].
Cədvəl 2
Şərqi Azərbaycanın mezokaynozoy hövzələrində çöküntülərin orta
sedi
mentasiya sürətləri
Sı
ra
sa
yı
Stra
tiqrafik bölgülərin adları
Çöküntülərin
orta qalınlığı,
m-
lə
Mütləq
yaşı, 10
6
il
Çöküntülərin toplanma
sürəti, 1000 ildə sm-lə
1
Ağcagil
100.0
0.8
13
2
Cənubi Xəzərin qərb cinahının
məhsuldar qatı (MQ)
5000.0
1.95
261
3
Abşeron yarımadasının MQ
Abşeron fasiyası
1800.0
1.6
110
x
4
Sabunçu-Suraxanı lay dəstəsinin
məhsuldar qatı - Abşeron rayonu
600
0.5
25
x
125
5
Aşağı Kür çökəkliyinin MQ
Sabunçu-
Suraxanı lay dəstəsi
1000-1500
0.5
210-290
x
6
Abşeron yarımadasının MQ
2250
2.3
97
xx
7
Abşeron-Qobustanın MQ
3500
2.3
152
xx
8
Cənub çökəkliyin MQ
5000
1.9
260
xxx
9
Pont
250
0.4
55
10
Orta və üst Miosen
2200
30
11
Maykop lay dəstəsi
1500
12
12
Üst Təbaşir
2300
15
17
13
Son Bayos
240
2.0
12
14
İlkin Bayos (Xınalıq lay dəstəsi)
850
3.0
28
15
Son Aalen (Xiv lay dəstəsi)
450
2.0
22
16
İlkin Aalen
1500
4.0
37
17
Alt Yura
3500
8.0
25
Qeyd:
x
-
Con Qrouvus və b. məlumatlarına əsasən, 1996;
xx
-
T.S.Şahsuvarovun məlu-
matlarına əsasən, 1996;
xxx
-
R.M.Xeyrullinin məlumatlarına əsasən, 1996.
Cədvəldən aydındır ki, K-Ar üsulu ilə məhsuldar qatın mütləq yaşı
1,9x10
6
il hesab olunur. Ancaq paleomaqnit müqayisələr və hesablamalar nəti-
cəsində məhsuldar qatın mütləq yaşı 2,3x10
6
il alınır (A.V.Məmmədov, 1996).
Biz öz paleocoğrafi tədqiqatımızda radioaktiv üsulun nəticələrinə böyük üstün-
lük veririk. Bu da rus və Qərbi Avropa tədqiqatçılarının fikirləri ilə yaxşı
uzlaşır.
Mütləq yaş cədvəlindən aydındır ki, məhsuldar qat çöküntülərinin forma-
laşması üçün təyin olunmuş yaşın 75%-i üst təbəqəsinin çöküntülərinin əmələ
gəlməsinə sərf olunmuşdur. Çarlz Qrousun məlumatına əsasən məhsuldar qat
ilə Ağcagil yarusunun hüdudlarında qalmış fasilə 1x10
6
il təşkil edir.
Şək. 1. CXÇ-nin şərq cinahının pliosen-antropogen qatının seysmostratiqrafik kəsilişi
(Fersman-Vebe
r xətti üzrə, P.Z.Məmmədovun məlumatlarına görə, 1997) A
1
, A
2
– avandelta
fasiyalar
ı; T – turbiditlər; a, b, v–yamac klinoformları elementləri.
126
Bu baxımdan Ağcagil dənizinin tamamilə başqa fiziki-coğrafi, litoloji və
pa
leontoloji və s. xüsusiyyətlər daşıması heç də təsadüfi deyildir.
Çıraq yatağında ABƏŞ tərəfindən 1996-cı ildə qazılmış 1 saylı quyuda
Balaxanı lay dəstəsi və fasilə qatının kern materialları ilə tanış olan zaman
avandelta, sualtı delta və şelfin aşağı hissəsi və turbidit tipli qumdaşları və
alevrolitləri içərisində tez-tez həmin paragenezlə növbələşən və qalınlığı 0,25-
0,4 m olan tünd rəngli konqlomerat layları aşkar edilmişdir (şəkil 2). Belə
olistolitə oxşar layları biz ilk dəfə kontinental yamac çöküntülərinə aid etmişik
(kanyon və kanal çöküntüləri). Çıraq yatağında 1 saylı quyunun Balaxanı lay
dəstəsinin kəsilişinin fraqmenti şəkil 2-də əyani göstərilmişdir [6, 8].
Çıraq neft yatağının kəsilişində xarakterik yamac çöküntülərinin aşkar
edilməsi məhsuldar qat hövzəsinin Balaxanı əsrində kontinental yamacın
Azəri, Çıraq və Kəpəz paralelindən bir qədər cənubda yerləşdiyinə dəlalət edir.
Bu fakt özü-
özlüyündə sübut edir ki, cənub istiqamətində hərəkət etdikcə
yamacın çöküntüləri turbiditlərlə bir paragenezisdə olmalıdır, daha sonra,
cənuba doğru turbidit qum sistemləri yamac çöküntülərini tam əvəz etməli və
pelagik gillərlə bir paragenezis təşkil etməlidir [1; 4, 56-78]. Bu fikir MOQT-
nin vaxt kəsilişlərində öz təsdiqini tapır və aydın müşahidə olunur (şəkil 1).
Şək. 2. «Çıraq» neft-qaz yatağında Balaxanı lay dəstəsi kəsilişinin fraqmentləri
ƏDƏBİYYAT
1.
Rüstəmova R.E. Cənubi Xəzərin məhsuldar qat çöküntülərinin (fasilə və Balaxanı lay
dəstələri) terrigen-mineraloji əyalətləri məsələsinə dair. Azərbaycanın neft təsərrüfatı
j
urnalı. Bakı, 2001, № 2, s.116-128
Delta frontunun qumları
Çəplaylı teksturaya malik kobuddənəli qumdaşları
Kanal və kanyon fasiyasına məxsus konqlomeratlar
Orta dənəli qradasiya teksturasına malik turbidit qumdaşları
127
2.
Rüstəmova R.E. Cənubi Xəzərin məhsuldar qat çöküntülərinin gil mineralları
assosiasiyasının yayılmasının bəzi aspektləri. Azərbaycan Ali Texniki Məktəblərinin
Xəbərləri, 2001, № 2, s.36-49
3.
Хəlifəzadə Ç.M. Litologiya və fasiya təlimi. Bakı: Maarif, 1982, 256 s.
4.
Акультина В.П. Глинистые минералы как показатели условий литогенеза. Наука,
1976, 210 c.
5.
Алиев А.И., Эфендиева М.А. К стратиграфии палеогеновых отложений Саатлы-
Кюрдамирского массива. Известия НАН Азербайджана, серия наук о Земле, 2001г.
№1, с.62-68.
6.
Гулиев И.С., Левин Л.Э., Федоров Д.Л. Углеводородный потенциал Каспийского
региона (системный анализ). Баку: Nafta-Press, 2003, 127 c.
7.
Керимов К.М., Рахманов Р.Р., Хеиров М.Б. Нефтегазоносность Южно-Каспийской
впадины. Баку, 2001. 316 с.
8.
Султанов А.Д., Горин В.А. Продуктивная толща западного борта Южно-Каспийской
впадины. АН Азерб. ССР, Баку, 1963, 168 с.
9.
Халифа-заде Ч.М., Мамедов И.А. Терригенно-сланцевая формация юры восточной
части Большого Кавказа. НАН, серия наук о Земле, №3. 2003, 54-69.
10.
Халифа-заде Ч.М. и др. Глауконит в промышленных коллекторах ПТ Абшеронского
архипелага. АНХ, №5, 1996, c.23-36.
11.
Халифа-заде Ч.М., Аббасов Э.И. Распространение смектитов в больших глубинах
ПТ западного борта Южного Каспия. М. "Литология и полезные ископаемые", 1989,
№ 2, с. 130-132.
12.
Халифа-заде Ч.М., Рустамова Р.Э. Новые данные о палеогеографических условиях
образования продуктивной толщи Южного Каспия. Депонированная рукопись №
2715-
Аз, АзНИИНТИ, Баку, 2001, c.22-32.
13.
Шихалибейли Э.Ш. и др. Основные черты структурных возрастных соотношений
фундамента и осадочной толщи в ЮКВ. Геолого-геоморфологические исследования
Каспийского моря, М.: Наука, 1983, с.22-29.
14.
Khalifa-Zade Ch.M., Rustamova R.E. New Data on the Paleogeographic Model of
Productive Series Basin on the Bas is of Dissemination of Turbidity Sandy System within
South Caspian Depression. Proceedings of Azerbaijan National Academy of Sciences. The
Science of Earth, 2001, No1, p. 84-88.
15.
Khalifa-zade Ch.M., Rustamova R.E. New Data on the Paleogeographic Model of Produc-
tive Series Basin on the basis of Dissemination of Turbidite Sandy System within South
Caspian Depression
. Proceedings the Sciences of Earth, 2001, № 1, p.13-25
16.
Khalifa-zade Ch.M., Mamedov I.A., Rustamova R.E. About one of the Postsedimentation
Model of Natural Reservoirs in Productive Series of South caspian. International Confe-
rence on Petroleum Geology and Hydrocarbon Potential of the Caspian and Black Seas
Region. Extended Abstracts Book, Baku, Azerbaijan, 2002, p.23-24
РАСПРОСТРАНЕНИЕ ТУРБИДИТОВ В РАЗРЕЗЕ ПРОДУКТИВНОЙ ТОЛЩИ
ЮЖНОГО КАСПИЯ
Р.Е.РУСТАМОВА
РЕЗЮМЕ
Турбидиты, характерные отложения для глубоководных морей, имеющих резкий
континентальный склон. Именно на континентальных склонах таких бассейнов образу-
ются каньоны больших масштабов и в гигантских конусах выноса этих каньонов форми-
руются толстослоистые турбидитные системы. В результате турбидитных потоков в
128
глубоких участках морей в процессе оседания в спокойной обстановке образуются пес-
чаные системы, имеющие градированную слоистую текстуру. Структура турбидитов
показывает, что транспорт и осаждение турбидитов в глубоководных морях контроли-
руется единым процессом. По генетическим признакам четкое выделение турбидитов в
разрезах при определении фациальных типов осадков, встречаемые в одной и той же
парагенезисе с ними может играть роль репера.
В настоящее время применение теории турбидитов при образовании песчаных
систем создает благоприятные возможности для открытии новых нефтегазоносных ло-
вушек и месторождений в глубоководных морских бассейнах.
Ключевые слова: Южный Каспий, отложения продуктивной толщи, турбидит,
песчаные системы
DISTRIBUTION OF TURBIDITES IN PRODUCTIVE LAYER SECTION
OF THE SOUTH CASPIAN
R.E.RUSTAMOVA
SUMMARY
Turbidites are characteristic sediments for deep seas with sharp continental slopes. On
continental slopes of such basins large scale canyons are formed and in giant cones of these
canyons thick layered turbidite systems are created. As a result of turbidite streams, in deepest
parts of seas sandy systems with graduated layer textures are produced due to the deposition
process in quiet conditions. The structure of turbidites shows that transport and deposition of
turbidites in deep seas are controlled by the unified process. The confident allocation of turbi-
dites in sections based on the genetic grounds in determining pricifitation facies types encoun-
tered in the same association with them can play the role of frame.
At present, application of turbidite theory in the formation of sandy systems provides
favorable conditions to discover new oil and gas traps and fields in deep sea basins.
Key words: South Caspian, productive layer sediment, turbidite, sandy systems
Redaksiyaya daxil oldu: 27.09.2013-cü il
Çapa imzalandı: 27.01.2014-cü il
Dostları ilə paylaş: |