158
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Təbiət elmləri seriyası
2012
UOT 911.2. 911.52
“
COĞRAFİ EKOLOGİYANIN ƏSASLARI” DƏRSLİYİ HAQQINDA
Y.Ə.QƏRİBOV
Bakı Dövlət Universiteti
qaribov.yaqub@gmail.com
Məqalədə prof. Ş.Göyçaylının “Coğrafi ekologiyanın əsasları” kitabının müasir ekoloji
təfəkkürünün formalaşmasında, inkişafında, tələbələrin və geniş oxucu kütləsinin maariflən-
diril
məsində rolu işıqlandırılır. Kitabın elmi, praktiki və metodiki əhəmiyyəti şərh edilir.
Açar sözlər: geoekologiya, ekosistemlər, tarazlı inkişaf, antropogen landşaftlar, geo-
sis
temlər, modelləşdirmə, ekocoğrafiya, qlobal istiləşmə.
Bəşər cəmiyyəti inkişaf etdikcə insanların ətraf mühitə və onun ayrı-ayrı
komponentlərinə təsiri də müvafiq olaraq artır. İnsan sistemli şəkildə təbii
prosesləri idarə etsə də bir sıra nəzarətsiz, təbii potensiala müvafiq olmayan
fəaliyyəti ilə istər-istəməz təbiətin “nəhəng laboratoriyasının” ahəngdarlığını
pozur, nəticədə landşaftların müvazinəti, dayanıqlığı da zəifləyir. Təbiəti ram
edən insan problemlərlə qarşılaşır. İnsanların yaşadığı, planlı şəkildə istifadə
etdiyi, funksional proseslərini tənzimlədiyi antropogen landşaftlar tədricən
çirklənir, ekoloji tarazlığını itirir. Ona görə də XXI əsrin qlobal problemləri
içərisində ekoloji problemlər daha aktuallığı və qabarıqlığı ilə seçilir.
Ekologiya çoxaspektli, sintetik elm sahəsidir. Onun bütün sahələri təbii
komplekslərin tarazlı inkişafının təmin edilməsinə xidmət edir. Lakin coğrafi
ekologiya məzmununa, əhatə dairəsinə, tədqiqat üsullarına görə ekologiyanın
digər sahələrindən fərqlənir. Coğrafi ekologiyanın əsasını nəzəri coğrafi
biliklər sistemi təşkil etdiyi üçün, onun köməyilə ətraf geosistemlərin qiymət-
ləndirilməsi, tənzimlənməsi, idarə edilməsi, modelləşdirilməsi mümkündür.
Qeyd edilən ekoloji problemlərin ali və orta ixtisas məktəblərində
düzgün tədrisi əhalinin maariflənməsində böyük rol oynayır. Ona görə də
ekoloji biliklərin sistemləşdirilməsi, təbiət-insan-istehsal kontekstində dərin-
dən təhlil edilməsi və müasir tələblərə cavab verən dərslik şəklində nəşr edil-
məsi mühüm elmi əhəmiyyət kəsb edir. Bu baxımdan BDU-nun Coğrafi
ekologiya kafedrasının müdiri, əməkdar müəllim, coğrafiya elmləri doktoru,
professor Şövqi Göyçaylının yazdığı “Coğrafi ekologiyanın əsasları” dərsliyi
elmi, praktiki və metodiki əhəmiyyəti ilə əvvəlki dərsliklərdən çox-çox fərqlə-
nir. Dərin, fəlsəfi məzmunlu, 22,5 ç/v həcmində nəşr olunan dərslik (Bakı,
2010-
cu il) giriş, 19 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
159
Dərslikdə coğrafi ekologiyanın bütün aspektləri ardıcıllıqla, sistemli şəkildə
şərh edilmişdir. Kitab bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün
nəzərdə tutulsa da, onun zəngin materialları, dərin fəlsəfi məzmunu ekologiyanın
müxtəlif sahələrində çalışan mütəxəssisləri də maraqlandıra bilər.
Tədris proqramına müvafiq tərtib olunan dərslik ekologiya ixtisaslı ali
məktəblərdə I-III semestrlər üçün nəzərdə tutulmuşdur. Proqrama uyğun ola-
raq ek
oloji məsələlərin təhlili sadədən mürəkkəbə doğru, xüsusi mərhələlərlə
(məhəlli,
regional, qlobal,
planetar, kosmik və s.) aparılmışdır.
Müasir dövrün elmi-
texniki nailiyyətlərinə baxmayaraq insan sağlamlığı
hələ də əsaslı şəkildə təbii amillərdən asılıdır. Bu amillər içərisində iqlim
dəyişmələri insan sağlamlığına daha çox təsir edir. Xüsusilə qlobal istiləşmə,
istixana effektinin yaranması həm birbaşa, həm də ekstremal təbiət hadisələri
(daşqın, quraqlıq, qasırğa, şüalanma və s.) vasitəsilə insanların xəsarət
almasına, ölümünə səbəb olur.
Bütün bu problemlərin coğrafi ekoloji məsələlərinə diqqət yetirilərək
kitabın VI və VII fəsillərində Günəşin və planetar amillərin coğrafi təbəqəyə,
Günəş fəallığının Yer kürəsinin qlobal ekoloji problemlərinə, iqlim dəyişmələ-
ri
nə və s. təsiri geniş şərh edilir. Qlobal istiləşmədə antropogen amilin rolu,
sənaye və nəqliyyat vasitəsilə atmosferin çirklənməsi, CO
2
qazının konsentra-
si
yasının artması, xüsusilə geniş işıqlandırılır.
Dərslikdə antropoekosistemlərin yaranması, strukturu, yerli mühitə
uyğunlaşması (XV), insanların ekosistemlərdəki rolu, onun ətraf mühitdə
yarat
dığı ziddiyyətlər, əhali artımının ekocoğrafi məsələləri (XIV fəsil), noos-
fe
rin (texnosferanın) ekoloji problemləri (XVI fəsil), təbiətin və cəmiyyətin
tarazlı inkişafının ətraf mühitin mühafizəsində rolu (XVII fəsil) araşdırılır.
Müəllif ekologiyanın predmetinə özünəməxsus yanaşaraq təbiət-əhali-
istehsal sistemində onların qarşılıqlı əlaqəsini və ziddiyyətlərini şərh edir,
ekologiyanın tədqiqat obyektinə müasir baxışları təhlil edir, ekoloji biliklərin
yaranma mərhələlərini işıqlandırır.
Kitabda torpaq örtüyü həm təbii-tarixi məhsuldar qat kimi, həm də
maddi nemətlər mənbəyi, insan fəaliyyətinin əsas əmək cismi kimi qiymətlən-
di
rilir. (X fəsil). Torpaqların biosferdə yeri, fiziki-kimyəvi, bioloji xüsusiyyət-
ləri, yayılma qanunauyğunluqlarını şərh etməklə göstərir ki, müasir dövrdə
torpaqların məhsuldarlığının bərpası, mühafizəsi və onlardan səmərəli istifadə
edilməsi qənaətbəxş səviyyədə deyil. Torpaq resursları təbii yolla bərpa olunsa
da, onun məhsuldarlığı və bərpası demoqrafik artımdan və insanların tələbatın-
dan geri qalır. Ona görə də torpaq resursunun mühafizəsi qlobal problem kimi
bəşəriyyətin qarşısında daima durmalıdır.
Su resurslarının ekoloji problemləri, suyun biosferdəki əhəmiyyəti,
suyun təbiətdəki dövranı, coğrafi təbəqənin ayrı-ayrı sferalarının qarşılıqlı
əlaqəsində suyun və onun böyük dövranının (qlobal dövranının) rolu dərslikdə
(XI fəsil) geniş işıqlandırılır. Bəşəriyyətin içməli su probleminin real həlli
üçün alternativ mənbələrdən istifadə edilməsi (şirinləşdirici qurğular, aysberq
suları, yeraltı sular və s.), su mənbələrinin qorunması, ekoloji gərgin regionlar-
da təmizləyici qurğuların qoyulması və s. məsələlər təhlil edilir.
160
Müəllif quru və okean sularının qarşılıqlı təsirinin ekoloji problemlərinə
də diqqət yetirir. Dünya okeanının və iri su obyektlərinin ətrafında məskunlaş-
ma
nın sürətli artımının nizamlanması zəruriyyəti qeyd edilir. Dünya okeanının
su resurslarının mühafizəsi ilə yanaşı, onun mineral, bioloji, enerji ehtiyat-
larından da səmərəli istifadə edilməsini təxirəsalınmaz məsələlər hesab edilir.
Dərsliyin ən əhəmiyyətli bölmələrindən biri də (litosferin və onun ayrı-
ayrı ünsürlərinin ekocoğrafi problemləridir (VIII fəsil). Yer qabığının struktu-
ru, tarixi-
geoloji inkişafı, paleocoğrafi, paleoekoloji proseslər, Yer qabığının
geokimyəvi xüsusiyyətləri, mineral resursların paylanma qanunauyğunluqları,
bir sıra ekoloji problemlər geniş şərh olunur.
Dərsliyin bütün bölmələrində proses və hadisələrə, onların mahiyyətinə,
səbəb və nəticələrinə fəlsəfi yanaşma tərzi diqqəti cəlb edir. Ekoloji proseslə-
rin inkişaf strategiyasının düzgün istiqamətləndirilməsi və qiymətləndirilməsi,
konstruktiv yanaşma tərzi dərsliyin əsas mahiyyətini təşkil edir.
Professor Şövqi Göyçaylının “Coğrafi ekologiyanın əsasları” dərsliyi
ilin mühüm elmi-
tədqiqat əsəri kimi də qiymətləndirilə bilər.
OC
НОВЫ ГЕОГРАФИЧЕСКОЙ ЭКОЛОГИИ
Я.А.ГАРИБОВ
РЕЗЮМЕ
Статья посвящена вопросам формирования и развития современных экологичес-
ких мыслей, также роли читателей в просвещении книги «Основы экологической
географии», автором которой является профессор Ш.Гейчайлы. В статье также изло-
жено научно-практическое и методическое значение данной книги.
Ключевые слова: геоэкология, экосистемы, антропогенные ландшафты, гео-
системы, моделирование, экогеография, глобальное потепление.
FUNDAMENTALS OF ENVIRONMENTAL GEOGRAPHY
Y.A.GARIBOV
SUMMARY
The article deals with the formation and development of modern ecological thinking,
the role of enlightened readers of the book "Fundamentals of Environmental Geography"
authored by prof. S. Goychayli. The scientific-practical and methodological value of this book
is outlined as well.
Key words: geoecology, ecosystem, anthropogenic landscape, geosystems, modernize,
ecogeography, global heating.
Redaksiyaya daxil oldu: 03.09.2012-ci il.
Çapa imzalandı: 23.10.2012-ci il.