BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi elml
ər seriyası
2014
UOT: 343.93/94
AR CM-N
İN 21.3 VƏ 78.1 MADDƏLƏRİNƏ UYĞUN OLARAQ
MƏCBURİ MÜALİCƏ TƏDBİRİ TƏTBİQ OLUNMUŞ ŞƏXSLƏRİN
TƏKRAR İCTİMAİ TƏHLÜKƏLİ ƏMƏLLƏRİNİN MÜQAYİSƏLİ
TƏHLİLİ
T.Z.RZAYEV, G.Ç.
GƏRAYBƏYLİ
Az
ərbaycan Tibb Universiteti
dr.rzayev@hotmail.com
M
əqalədə son 10 ildə Azərbaycanda əvvəllər barəsində AR CM-nin 21.3 və 78.1 mad-
d
ələrinə uyğun olaraq məcburi müalicə tədbirləri tətbiq olunmuş şəxslərin təkrar ictimai təhlü-
k
əli əməllərinin müqayisəli təhlilinin aparılmasıından bəhs olunur. Bu araşdırma üzrə 16 şəxs
öyr
ənilmişdir ki, onlardan da 13 nəfəri əvvəllər barəsində AR CM-nin 21.3 maddəsinə, 3 nəfər
is
ə AR CM-nin 78.1 maddəsinə uyğun olaraq məcburi müalicə tədbirləri tətbiq olunmuş şəxslər
idi. T
əkrar cinayət əməlləri zamanı təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın analizi
göst
ərir ki, tədqiq olunmuş şəxslərin hamısında əvvəlki cinayət əməlindən sonra yaranmış psixi
po
zuntuların müxtəlif dərəcəli əlamətləri aşkarlanmışdır. Eyni zamanda müəyyən olunmuşdur
ki, h
əmin şəxslərin əvvəlki cinayəti anlaqlı vəziyyətdə törətməsinə baxmayaraq, 25% təkrar ci-
nay
ət əməlinə görə anlaqsız hesab olunmuş şəxslər idilər. Eyni zamanda məcburi müalicə təd-
birl
əri keçmiş və təkrar cinayət əməli törətmiş şəxslər arasında 25% -i anlaqlı sayılmış və məc-
buri müalic
əyə ehtiyacı olmayan şəxslər də olmuşdur.
Açar sözl
ər: anlaqsızlıq, məcburi müalicə, təkrar ictimai təhlükəli hərəkətlər, məhkə-
m
ə-psixiatrik ekspertizası
M
əcburi müalicə dövründə psixi pozuntudan əziyyət çəkən şəxslərin təkrar
cinay
ət törətməsinin səbəbləri bu günə qədər tam öyrənilməmişdir. Lakin sosial
t
əhlükəli əməllərin profilaktikasına həsr olunmuş ədəbiyyatlarda, psixi pozuntudan
əziyyət çəkən şəxslərin kriminal hərəkətlərinin mexanizminə xüsusi yer ayrılmışdır.
Bu mövzuya aid yet
ərincə elmi iş və tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlar
birm
ənalı olaraq göstərir ki, sosial təhlükəli əməllərin mexanizmi, təkrar cinayət
əməlinin törədilməsində proqnostik rol oynayır. Hər bir halda təkrar ictimai təhlükəli
əməllərin profilaktikası üçün məcburi müalicə tədbirlərinin effektivliyinin artırılma-
sında xüsusi reabilitasiya proqramları işlənib hazırlanmalıdır. Bu mexanizmlərin
öyr
ənilməsi sistemli profilaktika proqramının əsasını təşkil edir.
52
Lakin bu bar
ədə aparılmış tədqiqatlar zamanı xəstəxanadaxili gündəlik
müşahidələrin nəticələri, təkrar işlənən ictimai təhlükəli əməllərin səbəbləri tək
tibbi göst
əricilərin zəif olması deyil, eyni zamanda onlar üzərində qurulmuş
t
əhlükəsizlik tədbirlərinin və nəzarətin kifayət qədər aşağı olması barədə fikir
söyl
əməyə əsas verir [2].
M
əcburi müalicə stasionarlarında aparılan tədqiqatlar psixi xəstələrin
x
əstəxanadaxili aqressiyaların bir psixoloji faktor kompleks olmasını təsdiq edir.
Buraya daxildir: ünsiyy
ətdə aqressivlik; qəzəbin tənzimlənməsi; güzəştin aşağı
olması; şəxsiyyət və sosial dayağın çatışmamazlığı; yeni keçirilmiş stress, xü-
susil
ə də itki və ya itirmə qorxusu; şübhəlilik; emosianal şəraitin enik olması;
maraqların itirilməsi; cəza tədbirlərinin olmaması; affektiv pozuntular və s. [1].
Cinay
ət və psixiatriya yardımı haqqında qanunvericilikdə "psixi pozuntulu
sosial t
əhlükəli şəxs" anlayışının istifadə olunması, hüquqi və psixiatrik qərarların
verilm
əsində özünəməxsus yer tutur. S.N.Şişkovun fikirincə psixi pozuntudan
əziyyət çəkən şəxsin ictimai təhlükəliliyi, həmin şəxslərin yeni təhlükəli əməl
tör
ətmə dərəcəsinin yüksək olma ehtimalı kimi izah oluna bilər. Beləliklə gərgin
z
əminyaradıcı faktorlar cinayət törətmə ehtimalının çox olması, xəstənin ictimai
t
əhlükəlilik dərəcəsinin yüksək olması ilə düz mütənasibdir [4; 5].
Xarici məhkəmə-psixiatrik ədəbiyyatlarda "ictimai təhlükəlilik" anlayışı
çox da istifadə olunmur. Daha çox "zorakılıq, təcavüz riski" termini istifadə
olu
nur ki, bu da rus ədəbiyyatlarında "aqressiv hərəkətlər törətmə riski" kimi
is
tifadə olunur. İstifadə olunan terminlərin fərqinə baxmayaraq ictimai təhlükə-
li
lik məsələsi bir sıra problemlərin analizinin aparılmasını tələb edir: təhlükəli-
li
yin qalması, psixi pozuntudan əziyyət çəkən şəxsin ictimai təhlükəli hərəkət-
lərində risk faktorlarının proqnozlaşdırılmasını müəyyən edir [3; 6; 7].
Son 10 il
ərzində ölkəmizdə CM-nin 21.3 və 78.1 maddələrinə uyğun
olaraq m
əcburi müalicə tədbiri tətbiq olunmuş şəxslərin təkrar ictimai təhlükəli
əməllərinin müqaisəli təhlilinin aparılmasıdır.
M
əqalədə istifadə olunmuş materiallar əsasən Azərbaycan Respublikası
S
əhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının “Ciddi
v
ə Gücləndirilmiş Müşahidə Altında” və “Adi Rejimli” məcburi müalicə şöbə-
l
ərində müalicədə olan xəstələr və həmin xəstəxananın arxiv məlumatlarından
gö
türülmüşdür. Ümumilikdə 16 şəxs tədqiq olunmuşdur.
T
ədqiqat zamanı əsasən anamnezin analizi, kliniki-psixopatoloji və
m
əhkəmə-psixiatrik ekspertiza qiymətləndirilmə metodlarııdan istifadə olunub.
Araşdırmalarda stasionarda olan xəstələrdən toplanmış anamnestik məlumatlar-
dan 1 nömr
əli Respublika Psixiatriya Xəstəxanasının və Məhkəmə Psixiatrik
Ekspertiza M
ərkəzinin arxiv materiallarından istifadə olunub.
Ara
şdırılması aparılmış 16 nəfərin hər birində təkrar ictimai təhlükəli hə-
r
əkət, əvvəlki cinayət əməlinə görə təyin olunmuş məcburi müalicə tədbirlərindən
sonra rast g
əlinmişdir. Həmin şəxslərin müayinəsi aşağıdakı: anamnestik, kliniki
diaqnostik, m
əhkəmə psixiatrik və sosial-kriminoloji analizləri aparılmışdır.
53
Müayin
ə grupundan olan 16 nəfərin (25 yaşdan 52 yaşa kimi) anamnes-
tik analizi göst
ərir ki, cinayət törətməmişdən əvvəl bu şəxslərdən 10 nəfəri
(62,5%)
əvvəllər məhkum olunmuş, 10 nəfəri (62,5%) hər hansı bir psixi po-
zuntudan
əziyyət çəkmiş, 7 nəfəri (43,7%) dispanser qeydiyyatında olmuş, 7
n
əfəri (43,7%) alkoqoldan, 4 nəfəri (25%) narkotik maddələrdən istifadə etmiş,
8 n
əfəri (50%) anamnezində kəllə-beyin travması olan şəxslərdir. Əsas qrupdan
6 n
əfərdə (37,5%) isə psixi pozuntu məhs ilk dəfə aşkarlanmışdır. Bütün bu
anamnestik göstr
əricilər sonuncu cinayət əməlindən öncə məcburi müalicəyə
c
əlb olunana qədərki dövr üçün götürülmüşdür.
Bu qrup üzr
ə müayinəsi aparılmış şəxlərin 16 nəfəri də (100%) əvvəlki
cinay
ət əməlinə görə məhkəmə-psixiatrik ekspertizası zamanı anlaqlı hesab
olun
muş şəxslər olmuşdur. Lakin anlaqlı vəziyyətdə cinayət törətdikdən sonra
psixi x
əstəlik aşkarlanmış şəxslər də 2 qrupa bölünür. Bunlardan 13 şəxs
(81,2%) m
əhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəlik aşkarlanmış
şəxslər (AR CM-nin 21.3 mad.), 3 nəfəri (18,8%) məhkəmə tərəfindən hökm
çıxarıldıqdan sonra cəzaçəkmə müddətində cəzasının çəkilməsinə mane olan
psixi pozuntuya tutulmuş şəxslər olmuşdur (AR CM 78.1 mad.).
Eyni zamanda qeyd etm
ək lazımdır ki, yuxarıdakı hallarda, yəni istintaq
v
ə ya cəzaçəkmə dövründə yaranmış gərgin psixoloji amillər həmin şəxslərdə
bir sıra psixi pozuntuların yaranmasına səbəb olmuşdur. Həmin şəxslər törət-
dikl
əri cinayət əməlinə görə müəyyən müddət məcburi müalicə tədbirləri
keçmişdilər. Belə ki, bunlardan 4 şəxs (25%) əvvəlki cinayət əməlinə görə 1 ilə
q
ədər, 8 şəxs (50%) 2 ilə qədər, 4 şəxs isə (25%) isə 3 ilə qədər məcburi müali-
c
ə tədbirlərindən keçmişdir. Beləliklə, məlum olur ki, təkrar cinayət əməli törə-
d
ənlərin 12 nəfəri (75%) 2 ildən çox müddət məcburi müalicə kursu keçmiş
şəxslər olmuşdur. Bu isə bir çox tranzitor (qısa müddətli) psixi pozuntunun
müalic
əsi üçün kifayət qədər olan müddətdir.
M
əcburi müalicə tədbirlərindən sonra təkrar cinayət hadisəsi törədənə
q
ədər keçən vaxtın analizi aşağıdakı diaqramdakı kimi olmuşdur.
Diaqram 1. Sonuncu cinay
ət əməli ilə əvvəlki məcburi müalicə müddəti
arasında olan müddət
Məcburi müalicə
dövründə
(2 şəxs)
1 ilə qədər
(4 şəxs)
2 ilə qədər
(5 şəxs)
3 ilə qədər
(5 şəxs)
54
Diaqramdan da görünür ki, müayin
əsi aparılmış şəxslərdən 2 nəfəri
(12,5%)
əvvəlki cinayəti anlaqlı vəziyyətdə törətməsinə baxmayaraq, həmin iş
üzr
ə təyin olunmuş stasionar tipli məcburi müalicə dövründə təkrar cinayət
əməli törətmişdir. Həmin şəxslərin də təkrar məhkəmə-psixiatrik ekspertizası
zamanı ikinci cinayət əməlini psixi xəstəliyinin kəskinləşmə mərhələsində
tör
ədildiyinə görə, onlar ANLAQSIZ hesab olunmuşdur. Qalan bütün hallarda
is
ə təkrar sosial təhlükəli əməllər "məcburi ambulatoriya müşahidəsi və psixiatr
müalic
əsi" dövründə, yəni stasionardan kənar şəraitdə müşahidə olunmuşdur.
T
əkrar törədilən cinayət hadisələri arasında ən tezi, şəxs məhkəmə qəra-
rı əsasında məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçiril-
dikd
ən cəmi 11 gün sonra törədilmişdir. Həmin şəxs 1 ildən artıq "Yüngül də-
r
əcəli kəmağılıq, davranış pozuntuları ilə" (Xəstəliklərin Beynəlxalq təsnifatına
gör
ə F-70.1) stasionar tipli məcburi müalicə tədbirində olmasına baxmayaraq
qısa müddət ərzində təkrar eyni əməli (oğurluq) törətmişdir. Fikirimizcə bu
fakt şəxsin psixi pozuntusu və ya aparılmış məcburi müalicə tədbirlərinin nata-
mam
lığı ilə deyil, şəxsin cinayətə meylli xarakterli olması ilə əlaqədardır. Onu
da qeyd etm
əlyik ki, bu cür şəxslərə məcburi müalicə tədbirləri cəza ilə yanaşı
t
əyin olunması daha məqsədə müvaffiqdir.
T
əkrar törədilən cinayət əməllərinin xarakteri və ya ağırlıq dərəcəsi isə
aşağıdakı cədvəl üzrə müəyyən olunmuşdur.
C
ədvəl 1. Əvvəlki və sonuncu cinayət əməllərinin xarakteroloji müqaisəsi
Cinay
ət əməlini xarakteri
I cinay
ət işi
üzr
ə
II cinay
ət işi
üzr
ə
Quldurluq v
ə oğurluq
10 şəxs
9 şəxs
Ölüm v
ə ya ölümə cəhd, sağlamlığa zərər vurma
4 şəxs
4 şəxs
Narkotik madd
ə istifadəsi və ya satışı
2 şəxs
2 şəxs
Xuliqanlıq
1 şəxs
C
ədvəldən də göründüyü kimi, təkrar törədilən cinayət əməllərinin xa-
rakteri
əvvəlkilər ilə müqaisədə kəskin fərqlənmir. Cəmi 1 halda həmin şəxslər
ara
sında yeni cinayət əməli, xuliqanlıq halı müşahidə olunmuşdur (6,2%). Qa-
lan 15 halda is
ə təxminən eyni cinayət əməlləri təkrarlanmışdır (93,8%).
T
əkrar cinayət əməli törədən şəxslərin hər iki cinayət əməlinə görə
M
əhkəmə Psixiatrik Ekspertizasının qiymətləndirilməsində fərqli hallar müəy-
y
ən olunmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi tədqiq olunmuş şəxslərdən (16
n
əfər) əvvəlki cinayət üzrə 13 nəfəri (81,2%) AR CM-nin 21.3 maddəsinin, qa-
lan 3 n
əfəri (18,8%) isə AR CM-nin 78.1 maddəsinin təsiri altına düşən şəxs-
l
ərdir. Təkrar cinayət hadisəsinin məhkəmə psixiatrik qiymətləndirilməsi isə 2-
ci c
ədvəldəki kimidir.
55
C
ədvəl 2. Məhkəmə Psixiatrik Eksperizanın AR CM-nin müvaffiq maddələri üzrə
qiym
ətləndirilmə cədvəli
AR CM
21.1 mad.
(Anlaqsız)
AR CM
21.3 mad.
(Anlaqlı)
AR CM 22 mad. (anlaqlılığı istisna
etm
əyən hal)
Anlaqlıdır m/m
ehtiyac yoxdur
(lakin psixi
pozuntu var)
M/m* ehtiyacı
olan şəxslər
M/m ehtiyacı
olmayan şəxslər
4 şəxs
3 şəxs
5 şəxs
1 şəxs
3 şəxs
M/m* - m
əcburi müalicə tədbirləri
C
ədvəldən də göründüyü kimi, tədqiq olunmuş şəxslərdən 4 nəfərin
(25%) t
əkrar cinayət hadisəsini törədən zaman ANLAQSIZ vəziyyətdə olması
mü
əyyən edilmişdir. 3 şəxs (18,8%) isə təkrar cinayət hadisəsini ANLAQLI
v
əziyyətdə törətsə də yenə də məhkəmə tərəfindən hökm çıxarılanadək əvvəlki
psixi x
əstəliyinin kəskinləşməsi səbəbindən məcburi müalicəyə ehtiyacı olan
şəxs kimi qiymətləndirilmişdir. 6 şəxs (37,5%) təkrar cinayət hadisəsini anlaqlı
v
əziyyətdə törətməsinə baxmayaraq həmin şəxslərdə psixikanın pozulması nə-
tic
əsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ic-
timai t
əhlükəliliyini tam həcmdə dərk etmək və ya həmin əməli tam həcmdə
idar
ə etmək imkanından məhrum edən psixi pozuntu aşkarlanmışdır. Bu şəxs-
l
ərin də 5 nəfəri barəsində məhkəmə tərəfindən hökm çıxarılarkən müxtəlif növ
m
əcburi müalicə tədbirlərinin tətbiqinin nəzərə alınması məsləhət görülmüşdür.
Qala
n 3 şəxs (18,8%) isə təkrar cinayət əməlini ANLAQLI vəziyyətdə törət-
m
əsinə və məcburi müalicə tədbirlərinə ehtiyacı olmasına baxmayaraq, həmin
şəxslərdə də əvvəllər müşahidə olunmuş psixi pozuntular inkar edilməmişdir.
Ümumilikd
ə 4 şəxsin (25%) psixi pozuntusunun olmasına baxmayaraq məcburi
müalic
əyə ehtiyacının olmaması müəyyən olunmuşdur. Həmin şəxslər barəsin-
d
ə təkrar məcburi müalicə tədbirlərinin məsləhət görülməməsinin səbəbi həmin
şəxslərin psixi vəziyyətlərinin terapevtik davamlı remissiya və ya kompen-
sasi
ya halında olması kimi qiymətləndirilmişdir.
N
əticələr: Beləliklə, aparılan analizlər aşağıda göstərilən nəticələrə
g
əlməyə əsas verir.
Əvvəllər Anlaqlı vəziyyətdə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş
(v
ə ya kəskinləşmiş) və buna görə barəsində məcburi müalicə tədbirləri tətbiq
olunmuş şəxslər təkrar sosial təhlükəli əməl törədərkən əksər hallarda (93,8%)
eyni cinay
ət əməlini törədirlər.
1.
T
ədqiq olunan şəxslərdə aşkar olunmuş psixi pozuntular həmin şəxslərdə
əvvəlki cinayət əməlini anlaqlı vəziyyətdə törətdikdən sonra yaranmış (və
ya k
əskinləşmiş) psixi pozuntularla eynilik təşkil etmiş və 12 nəfərində
(75%) müxt
əlif növlü məcburi müalicə tədbirlərinin tətbiq olunması
m
əsləhət görülmüşdür.
2.
T
ədqiq olunan şəxslərdə müşahidə olunan pozuntular cinayət hadisəsini tö-
r
ədərkən anlaqlı və ya anlaqsız vəziyyətdə olmasından və tibbi xarakterli
m
əcburi müalicə tədbirlərinə ehtiyacın olub-olmamasından asılı olmaya-
56
raq, ümumilikd
ə psixi xəstəliklərin uzunmüddətli - xroniki xüsusiyyətli ol-
ma
sını istisna etmir.
3.
T
əkrar sosial təhlükəli əməl törətməyə meylli - risk qrupu sayılan şəxslərin
müxt
əlif istiqamətdə digər cinayətlərə "həvəs" göstərməməsi həmin şəxslə-
rin psixi c
əhətdən tam sağlam olmadığı kimi də izah oluna bilər. Buni isə
əvvəllər yaranmış xroniki psixi pozuntunun şəxsin psixikasında həmin isti-
qam
ətdə buraxdığı bir iz kimi də qəbul etmək olar. Hər bir halda təkrar so-
sial t
əhlükəli əməllərin profilaktikası üçün məcburi müalicə tədbirlərinin
ef
fektivliyinin artırılmasında xüsusi reabilitasiya proqramları işlənib hazır-
lan
malıdır.
4.
Bütün bunlar dem
əyə əsas verir ki, qanunvericilikdə nəzərdə tutulan qay-
da
da anlaqlı vəziyyətdə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş
(v
ə ya kəskinləşmiş) şəxslər barəsində istintaq işinin onlar sağalanadək da-
yan
dırılması və AR CM-nin 78.4 maddəsində (Maddə: 78.4. Bu Məcəllə-
nin 78.1 v
ə 78.2 maddələrində gostərilən şəxslər sağaldıqları halda, bu
M
əcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçmə-
mişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər) göstərilən
halların məhs psixi pozuntusu olan şəxslərə şamil edilməsi daha diferensial
xarakter daşımalıdır.
ƏDƏBİYYAT
1.
Булыгина В.Г., Кузнецов Д.А. Учет гендерной специфики криминального поведения в
судебно-психиатрической профилактике / Электронный журнал Психологическая
наука и образование. М., 2012, №2, c. 25,
2.
Воронин В.С., Булыгина В.Г. Проблема оценки риска внутрибольничной агрессии //
Проблемы профилактики общественной опасности психически больных: Сб. науч.
трудов / Под ред. Т.Б.Дмитриевой, В.П.Котова. М., Троицкое 2007, c. 62,
3.
Мальцева М.М., Котов В.П. Опасные действия психически больных. М.: Просвеше-
ние1995, c.88-90,
4.
Полубинская С.В. Опасность лиц, страдающих психическими расстройствами, при
назначении принудительных мер медицинского характера: понятие «социальный прог-
ноз» // Проблемы профилактики общественной опасности психически больных: Сб.
науч. трудов / Под ред. Т.Б.Дмитриевой, В.П.Котова. М., Троицкое, 2007, c.56-57,
5.
Шишков С.Н. Правовые аспекты применения принудительных мер медицинского ха-
рактера // Принудительное лечение в системе профилактики общественно опасных
действий психически больных. М., 1987, c. 22,
6.
Grann M., Långström N., Yourstone J. SBU-report. Risk Assessment of Violence in the Psy-
chiatry //Is it Possible to Make Risk Assessments? A Methaanalyzis. Social Governmental
Department, Sweden, 2005, p. 18,
7.
Monahan J. Developing a Clinically Useful Actuarial Tool for Assessing Violence
Risk Advan // Psychiatr. Treat. 2007, p. 13.
57
СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ПОВТОРНЫХ ОБЩЕСТВЕННО ОПАСНЫХ
ДЕЙСТВИЙ ЛИЦ, РАНЕЕ ПРОХОДИВШИХ ПРИНУДИТЕЛЬНОЕ ЛЕЧЕНИЕ
ПО СТАТЬЯМ 21.3 И 78.1 УК АР
Т.З. РЗАЕВ, Г.Ч. ГЕРАЙБЕЙЛИ
РЕЗЮМЕ
Целью данной статьи является, сравнительный анализ повторных общественно
опасных деяний лиц, у которых психические расстройства были обнаружены после со-
вершения правонарушения за последние 10 лет в Азербайджане (УК АР ст. 21.3 и 78.1).
Были изучены 16 лиц, из которых 13 человек ранее проходили принудительное лечение
по ст. 21.3 УК АР и 3 человека по ст. 78.1 УК АР. Как показал анализ судебно-
психиатрической экспертизы, после повторного правонарушения у всех указанных лиц в
той или иной степени отмечались признаки психического расстройства, выявленного
после первого правонарушения. Также выявлено, что несмотря на то, что после первого
правонарушения эти лица были признаны вменяемыми, 25% указанных лиц были при-
знаны невменяемыми после повторного правонарушения. Примечательным является
также то факт, что, несмотря на прохождение принудительного лечения, ранее 25% изу-
ченных лиц после повторного правонарушения были признаны вменяемыми и не нужда-
лись в принудительном лечении.
Ключевые слова: невменяемость, принудительное лечение, повторные общест-
венно-опасные деяния, судебно психиатрическая экспертиза.
COMPARATIVE ANALYSIS OF REPEATED SOCIALLY DANGEROUS ACTS
OF PEOPLE UNDERGONE COMPULSORY TREATMENTS ACCORDING
TO THE ARTICLES 21.3 AND 78.1 OF CC OF AR.
T.Z.RZAYEV, G.Ch.GARAYBAYLI
SUMMARY
The article presents a comparative analysis of repeated socially dangerous acts by the
people, who had psychological breakdown after violating laws in Azerbaijan during the last 10
years. (Criminal Code of AR, Articles 21.3 and 78.1). 16 persons were examined, 13 of whom
were earlier undergone compulsory treatment according to the Article 21.3 of CC of AR and 3
were earlier undergone compulsory treatment according to the Article 78.1 of CC of AR. The
analysis of forensic-psychiatric examination showed that after a repeated offense all mentioned
persons had symptoms of psychological breakdown revealed after the first offense. It is also
revealed that in spite of the fact that after the first offense these persons were recognized con-
scious, after a repeated offense 25% of specified persons were recognized unconscious.
Key words: unconsciousness, compulsory treatment, repeated socially dangerous acts,
forensic-psychiatric examination.
58
Dostları ilə paylaş: |