126
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2012
UOT. 325. 1/.3 : 479 (24) «19» 20-y vek.
AZ
ƏRBAYCAN SSR CƏNUBİ QAFQAZIN ƏN ÇOXMİLLƏTLİ
RESPUBL
İKASIDIR (1920-1930-cu illər)
F.
Ə.ƏLİYEVA
A.A.
Bakıxanov adına Tarix İnstitutu
tofig 2014 @ rambler.ru
1920-ci il 28 aprel
işğalından sonra Şimali Azərbaycanda sosializm quruculuğu baş-
lan
dı. Azərbaycan SSR-in təşkili və 1920-1930-cu illərdə onun siyasi, sosial-iqtisadi və mədəni
h
əyatında baş verən dəyişikliklər əhalidə də öz əksini tapdı. 1926, 1937 və 1939-cu illərdə
əhali siyahıyaalmaları üzrə respublika əhalisi içərisində azərbaycanlıların payı 1926-cı ildə
olan 62,1%-d
ən 1937-ci ildə 58,2%-ə enmişdi. Ermənilərin sayı mütləq şəkildə artmış, ümumi
əhali içərisində payı eyni qalmışdı. Rusların sayı 1926-cı ildə 9,5 %-dən, 1937-ci ildə 15,7 %-
ə, 1939-cu ildə isə 16,5%-ə çatmışdı. Mərkəzin azərbaycanlıları sıxışdırmaq, respublika ərazi-
sin
ə digər millətlərin və xalqların nümayəndələrini köçürmək siyasətinin nəticəsi olaraq, on-
ların sayı 100-ə çatmış, beləliklə Azərbaycan SSR Cənubi Qafqazda ən çoxmillətli respublika
olmuşdur.
Açar sözl
ər: Azərbaycan SSR, milli tərkibi, etnik tərkib, əhali, xalq
Az
ərbaycan xalqının dövlətçilik tarixində böyük rola malik olan Azər-
baycan Xalq Cümhuriyy
ətinin süqut edib sovet hakimiyyətinin elan edilməsin-
d
ən sonra Azərbaycanda sosializm quruculuğu prosesi başladı.
İlk dövrlərdə Azərbaycanda sosializm quruculuğunun mərkəzi məsələ-
sini dövl
ət quruculuğu məsələləri təşkil edirdi. Proletariat diktaturası haqqında
t
əlimə uyğun olaraq köhnə dövlət aparatı ləğv edilir, yeni dövlət idarəetmə
orqanları yaradılırdı.
T
ədqiq edilən dövrdə həyata keçirilən birinci, ikinci beşilliklər və üçün-
cü
beşilliyin ilk illəri tədricən formalaşmaqda olan totalitar rejimin bütün vasi-
t
ələri ilə həyata keçirildi və respublikanın sosial-iqtisadi strukturunda müsbət
d
əyişikliklər yaratdı. Yeni sənaye müəssisələri tikilərək istifadəyə verildi, mü-
vafiq infrastrukturlar
yaradıldı. 1920-30-cu illərdə Azərbaycan SSR-in bütün
sah
ələrində olduğu kimi, mədəni quruculuqda da əsaslı yeniliklər baş verdi.
Savadsızlığın ləğvi, yeni təhsil sisteminin yaradılması, elmin tərəqqisi, geniş
m
ədəni-maarif müəssisələrinin təşkili və b. onun istiqamətləri idi [1].
127
Az
ərbaycan SSR-in təşkili və 1920-30-cu illərdə onun siyasi, sosial-
iqtisadi v
ə mədəni həyatında baş verən dəyişikliklər əhalidə də əksini tapırdı.
İlk növbədə, əhali sayının artmasını qeyd etmək lazımdır. Əgər 1920-ci ildə
respublika
əhalisinin sayı 1.952 min idisə, 1926-cı ildə 2.314 min, 1939-cu
ild
ə isə 3.205.2 min nəfər olmuşdur. Əhalinin orta illik artımı 2,5-2,7 %
arasında idi [2, 7].
Az
ərbaycan əhalisinə dair tədqiqatın müəllifi K.Məmmədov xüsusi
hesablama
əsasında Azərbaycan SSR əhalisinin illər üzrə say dinamikasını
mü
əyyənləşdirməyə cəhd etmişdir [3, 240].
Lakin K.M
əmmədov hesablama metodikasını təqdim etmədiyindən onun
elmiliyi etimad
yaratmır. Digər tərəfdən bu hesablamanın aparılmasından
sonra 1937-ci il
əhali siyahıyaalınmasının nəticələri elmi dövriyyəyə daxil
edil
mişdir. Həmin əhali siyahıyaalınmasının nəticələrinə görə Azərbaycan
SSR-d
ə 3.056,978 nəfər qeydə alınmışdı [4, 17]. Bu, K.Məmmədovun hesab-
lama
sından 25,7 min nəfər azdır.
Bel
əliklə, məlum statistik materiallar və elmi dövriyyəyə yeni daxil edil-
miş faktlar əsasında 1920-1930-cu illərdə Azərbaycan SSR əhalisinin say di-
na
mikasını yenidən hesablamaq zərurəti ortaya çıxdı. Bu məlumatları aşağıda-
kı cədvəldə (Cədvəl 1) ümumiləşdirək.
C
ədvəl 1
Az
ərbaycan SSR əhalisinin sayına dair əsas statistik göstəricilər
[4; 5; 6; 7; 8; 9]
İllər
Əhalinin sayı
(min
nəfərlə)
Artma (+), Azalma
1920
1.952,0
1922
1.863,0
- 89
1923
2.004,7
+ 141,7
1925
2.006,8
+ 2,1
1926, 17 dekabr
2314,3
+ 307,5
1928
2417,6
+ 103,3
1929
2.412,5
- 5,1
1931
2.719,1
+ 306,6
1932
2.837,8
+ 118,7
1933
2.891,0
+ 53,2
1937, 6yanvar
3.056,9
+ 165,9
1939, 17 yanvar
3.209.8
+ 152,9
C
ədvəl 1-in təhlilindən aydın olur ki, Azərbaycan SSR əhalisi yalnız
1923-cü ild
ən sabitləşməyə başlayır. 1920-ci illərin ortaları – 1930-cu illərin
əvvəllərində artım müşahidə olunur. 1937-ci il əhali siyahıyaalmasının yekun-
la
rı repressiyaları özündə əks etdirir. Azərbaycanın demoqrafik inkişaf tarixin-
d
ən bəhs edən müəllifə görə «1937-cü il siyahıya alması real vəziyyəti
mü
əyyən etdikdən sonra onu saxtalaşdırmaq üçün 1939-cu il siyahıyaalması
keçirilmiş, əhalinin sayı süni şəkildə artırılmışdır. Bu artım təxminən 1937-
1938-ci ill
ərdə repressiya olunanların sayına bərabər qəbul edilə bilər. Bunu
tapmaq üçün 1932-1936-
cı illərin orta artım sürətinə əsasən 1939-cu ildə əha-
linin güman edil
ən sayını (3143,8 min nəfər) tapıb ondan siyahıyaalma əsasın-
128
da mü
əyyən edilən rəqəm (3209,8 min) çıxılsa fərq (66 min nəfər) axtarılan
r
əqəmi göstərəcək» [10, 86]. Azərbaycan SSR əhalisinin say dinamikasını
mü
əyyən etdikdən sonra əhalinin milli tərkibinə keçə bilərik.
1918-ci il
mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti də
əhalinin milli-dini tərkibinin müəyyənləşdirilməsinə xüsusi önəm verirdi. Bu
m
əqsədlə 1917-ci il Qafqaz təqviminin məlumatları əsasında «Azərbaycan
Respublikasının əhalisi» adlı cədvəl tərtib edilmişdi. Cədvəldən aydın olduğu
kimi müs
əlmanlar, onlar əsasən azərbaycanlılar idi, 1952250 nəfər, yaxud
68,2% t
əşkil edirdi; ermənilər 622006 nəfər (21,4%), gürcülər 14794 nəfər
(0,6%), ruslar 214.930 n
əfər (7,5%), başqaları 57882 nəfər (2,3%) idi [11, 51].
1922-ci ild
ə SSRİ təşkil edildikdən sonra Ümumittifaq əhali siyahıyaal-
ması keçirilməyə başlayır. İlk Ümumittifaq siyahıyaalınması 1926-cı ilin
deka
brında reallaşdırılır. 1926-cı il əhali siyahıyaalınmasının öyrənilməsi tələ-
batı da nəzərə alınmışdı. Ümumiyyətlə, 1926-cı il əhali siyahıyaalınmasında
194 mill
ət və xalq qeydə alınmışdı, onlardan 160-ı bilavasitə SSRİ-də yaşayan
mill
ət və xalqların nümayəndələri, 34-ü isə SSRİ hüdudlarından kənarda yaşa-
yanlar idi [12, 12].
1926-
cı il əhali siyahıyaalması həmin dövrdə Azərbaycan SSR-də yaşa-
yan bütün mill
ət və xalqları qeydə alan yeganə əhali siyahıyaalması kimi
tarixd
ə qalmışdır. Zaqafqaziya əhalisi adlı statistik məcmuədə bu barədə
yazılmışdır: ZSFSR tərkibinə daxil olan respublikalardan etnoqrafik baxımdan
ən rəngarəngi Azərbaycandır, orta yeri Gürcüstan tutur və daha çox yekrəngi
Erm
ənistan təmsil edir. Azərbaycan ərazisində siyahıyaalma ilə 95, Gürcüs-
tanda 74 v
ə Ermənistanda 48 müxtəlif xalq qeydə alınmışdır [13, IX]. Bu fakt
göst
ərir ki, Azərbaycan SSR Cənubi Qafqaz respublikaları içərisində ən
çoxmill
ətlisidir.
1926-
cı il əhali siyahıyaalınmasına əsasən Azərbaycan SSR-də 94 millət
v
ə xalq qeydə alınmışdır [13, 8].
İndi isə 1926-cı il əhali siyahıya alması üzrə bəzi millət və xalqların
sayına dair cədvəli (Cədvəl 2) nəzərdən keçirək. Cədvəldə adı çəkilən millət
və xalqlardan nisbətən çoxsaylı olanları say üzrə təsnifləşdirsək, aşağıdakı
vəziyyət alınar: türklər (azərbaycanlılar – F.Ə.) 62,13%, ermənilər 12,18%,
ruslar 9,53%,
talışlar 3.34%, kürdlər 1.78%, ləzgilər 1,61%, tatlar 1,23% və
i.a.
təşkil edirdi.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 14 noyabr ta-
rixli
qərarı ilə Xalq Maarif Komissarlığı tərəfindən 1931-ci ildə aparılmış əhali
qey
diyyatı da əhalinin milli tərkibinə geniş yer ayırmışdı. Milli tərkib, yaş,
cins,
bisavadlılıqla kombinasiyada nəzərdən keçirilmişdi [14]. Həmin qeydiy-
ya
tın materiallarından göründüyü kimi, milli tərkibdə 22 başlıq qeydə alınmış-
dır. Onlardan 19-u bilavasitə ayrı-ayrı etnoslara aiddir, qalanlar isə Qafqazın
başqa millətləri, başqa millətlər və naməlum millətlər kimi ifadə edilmişdir.
Türkl
ərin (azərbaycanlıların) ümumi sayı 1.587 701 nəfər, yaxud 60,2%
t
əşkil edirdi. Ermənilər isə 328. 997 nəfər və ya 12, 47% idi. Sayca daha çox
129
mill
ətlər içərisində üçüncü yeri ruslar tuturdu. Ruslar 327 773 (12, 43%) idi.
L
əzgilər ümumi əhalinin 3, talışlar isə 3,39%-ni təşkil edirdi. Tatlar ümumi
əhalinin 2,30%-ni təşkil edirdi. Qalan millət və xalqlar ümumi əhalinin bir
faizind
ən aşağı idi [14, 8].
Az
ərbaycan SSR əhalisinin 1930-cu illərin sonlarına aid etnik tərkibi
1937 v
ə 1939-cu illər əhali siyahıyaalınmalarının yekunlarında əks olunmuş-
dur. Lakin 1937-ci il
siyahıya alması ərəfəsində Sovet dövlətinin başçısı İ.Sta-
linin
əhalinin etnik tərkibi ilə bağlı məsələyə münasibəti nəinki, qeyd olunan
əhali siyahıya almalarına, həmçinin 1941-1945-ci illər müharibəsindən sonrakı
dig
ər əhali siyahıya almalarında (1959, 1970, 1979) etnik tərkibin qeydinə
ciddi t
əsir göstərdi. İ.Stalin VIII Sovetlər qurultayında (1936) SSRİ Konstitu-
si
yasının layihəsi haqqında məruzə ilə çıxış edərkən demişdi ki, Sovetlər İttifa-
qına 60-dək millət, milli qrup və xalq daxildir [12, 13]. Bununla əlaqədar ola-
raq göst
ərilən əhali siyahıya alınmalarında etnik tərkibə daxil olan millətlərin
sayı süni şəkildə azaldılmışdı.
1937-ci il
əhali siyahıya alınmasının yekun materiallarına görə Azərbay-
can SSR-d
ə aşağıdakı millət və xalqlar qeydə alınmışdı (ardıcıllıq siyahıya-
alınma materiallarında olduğu kimi saxlanılır): ruslar – 479008 nəfər; farslar –
1498 n
əfər; talışlar – 99145 nəfər; tatlar – 56933 nəfər; kürdlər 10878 nəfər;
erm
ənilər – 370164 nəfər; avarlar – 12854 nəfər; ləzgilər – 104290 nəfər; dağ
y
əhudiləri – 10899 nəfər; türklər (azərbaycanlılar – F.Ə.) – 1778798 nəfər;
başqaları – 131982 nəfər. Cəmi 3056449 nəfər [4, 107]. Lakin 1937-ci il əhali
siya
hıya alınmasının yekunları məlum olduqdan sonra onun nəticələri ləğv
edil
miş [15, 167-174; 16, № 3], 1939-cu ildə yeni əhali siyahıya alınması keçi-
ril
mişdi. İ.Stalinin yuxarıda qeyd olunan fikrini təsdiq etmək üçün 1939-cu il
əhali siyahıyaalınmasında yalnız 62 ən böyük (çoxsaylı) millətlər hesaba
alınmışdı. Arxiv materialları əsasında 1939-cu il əhali siyahıya alınması za-
manı Azərbaycan SSR-də aşağıdakı millət və xalqların qeydə alınması müəy-
y
ənləşdirilmişdir: azərbaycanlılar – 1870 471 nəfər; ruslar -528.318 nəfər;
erm
ənilər – 388025 nəfər; ləzgilər – 111666 nəfər; talışlar – 87150 nəfər;
avarlar – 15740 n
əfər; ukraynalılar – 23643 nəfər; almanlar – 23133 nəfər;
y
əhudilər – 41245 nəfər; gürcülər 10196 nəfər; kürdlər - 6005 nəfər; tatarlar –
27591 n
əfər; osetinlər – 2700 nəfər; mordvalar – 5008 nəfər; başqaları –
63899 n
əfər. Cəmi 3.205.150 nəfər [17, 30-45].
Bel
əliklə, 1920-1930-cu illər ərəfəsində və həmin dövrdə Azərbaycan SSR
əhalisinin milli tərkibinə dair əsas materialları nəzərdən keçirdik. İndi onların di-
na
mikasını və başlıca tendensiyalarını izləmək üçün 1926, 1937 və 1939-cu il-
l
ər əhali siyahıya almalarına dair yekun rəqəmləri bir araya gətirək (Cədvəl 2).
130
C
ədvəl 2
Az
ərbaycan SSR əhalisinin etnik tərkibinin say dinamikası (min nəf.)
(1926, 1937 v
ə 1939-cu illər əhali siyahıyaalmalarının
yeku
nları üzrə) [4;5;6;18]
Milli
tərkib
1926
1937
1939
Ü
mumiyyətlə 1926-cı illə
Müqayisədə
Ümumiyyətlə 1926-cı illə
Müqayisədə
1937-ci
illə
müqayisədə
mütləq % mütləq % mütləq % mütləq % mütləq % mütləq
%
Türklər
(
azərbaycanlılar)
1.438.0 62,1 1.778,8 58,2
+
340,8
19,1 1.870,5 58,4 +432,5 23,1
+91,7
4,9
Ruslar
220,6
9,5
479,0 15,7 +258,4 54,0
528,3 16,5 +307,7 58,2
+49,3
9,3
Ermənilər
282,0 12,2 370,2 12,1 +88,2
23,9
388,0 12,1 +106,0 27,3
+17,8
4,6
Dağıstan
xalqları
(
ləzgilər, avarlar)
71,3
3,1
117,1
3,8
+45,8
64,2
127,4
4,0
+56,1 78,6
+10,3
8,8
Yəhudilər
29,0
1,3
10,9
0,3
-18,1 -62,4
41,2
1,3
+12,2 42,1
+30,3 278,0
Talışlar
77,0
3,3
99,2
3,2
+22,2
28,8
87,5
2,7
+10,5 13,6
-11,7
-
11,8
Tatlar
28,4
1,2
57,0
1,9
+28,6 100,7
-
-
-
-
-
-
K
ürdlər
40,9
1,8
10,9
0,3
-30.0 -75,0
6,0
0,1
-34,9 85,3
-4,9
44,9
B
aşqaları
127,1 5,49 133,3
4,4
+6,2
4,87
156,2
4,9
-29,1 22,9
-22,9 -17,2
Yekun
2.314,3 100 3.056,4 100 742.1
32,1 3205,1 100 +890,8 38,5
148,7
4,9
C
ədvəl 2-dən görünür ki, 1920-1930-cu illərdə Azərbaycan SSR-in
əhalisinin milli tərkibində baş verən əsas dəyişiklikləri ortaya çıxarır. Cədvəl
respub
likanın titul xalqı olan azərbaycanlıların vəziyyətini bütün gərginliyilə
aşkara çıxarır. 1926, 1937 və 1939-cu illər əhali siyahıyaalmaları üzrə (müva-
fiq olaraq 1438,0 min; 1778,0 min; 1870,5 min) az
ərbaycanlıların sayının
mütl
əq olaraq artdığını müşahidə edirik. Lakin respublika əhalisi içərisində
az
ərbaycanlıların payını nəzərdən keçirdikdə, ciddi narahatlıq doğuran tenden-
siya görünür.
Əgər 1926-cı ildə respublika əhalisi içərisində azərbaycanlıların
payı 62,1% idisə, 1937-ci ildə bu rəqəm 58,2%-ə enmiş, yaxud 3,9% azal-
mışdı. 1939-cu ildə də təxminən eyni səviyyə qalmışdı.
Az
ərbaycan SSR əhalisi tərkibində rusların sayı həm mütləq, həm də
nisbi
şəkildə artmışdı. Rusların sayı 1926-cı ildə 220,6 min nəfər (9,5%),
1937-ci ild
ə 479,0 min nəfər (15,7%), 1939-cu ildə isə 528,3 min nəfər
(16,5%)
olmuşdu.
Erm
ənilərin sayı da mütləq şəkildə artmış, lakin ümumi əhali içərisində
payı eyni şəkildə qalmışdı. 1926-cı ildə ermənilərin mütləq sayı 282,0 min
n
əfər (12,2%), 1937-ci ildə 370,2 min nəfər (12,1%), 1939-cu ildə isə 388,0
min n
əfər (12,1%) təşkil etmişdi.
Dağıstan xalqlarının (ləzgilər, avarlar) sayı və ümumi əhali içərisində
payına gəldikdə burada qismən də olsa artım müşahidə edilir: 1926-cı ildə
onların sayı 71,3 min nəfər (3,1%), 1937-ci ildə 117, 1 min nəfər (3, 83%),
1939-cu ild
ə 127,4 min nəfər (4,0%) olmuşdu.
Talışlar, tatlar və kürdlərlə əlaqədar məlumatlar da qeydiyyatla bağlı idi.
Bel
ə ki, 1930-cu illərdə keçirilən əhali siyahıyaalınmalarında göstərilən
xalqların bir qismi özünü azərbaycanlı kimi təqdim etmişdi.
131
Bel
əliklə, 1920-1930-cu illərdə Azərbaycan SSR əhalisinin milli tərkibi-
nin n
əzərdən keçirilməsi belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan
SSR C
ənubi Qafqazda ən çox millətli respublika olmuşdu. 1926-cı il əhali
siyahıya almasına əsasən burada 100-dək müxtəlif millət və xalqın yaşadığı
m
əlum olmuşdur.
ƏDƏBİYYAT
1.
Мусаева Т.А. Революция и народное образование в Азербайджане. Очерки истории
развития народного образования в Азербайджане 1920-1940 годы. Баку: Элм, 1979
г. 288 с.
2.
Народное хозяйство Азерб. ССР в 1970 г. стат. ежегод. Баку: Статистика, 1972 г.
282 с.
3.
Мамедов К.В. Демографическое развитие в Азербайджанской ССР. Баку, б/и, 1980
г. Приложение 2, 244 с.
4.
Всесоюзная перепись населения 1937 года: общие итоги. Сборник документов и
материалов. М.: РОССПЕН, 2007 г. 320 с.
5.
Статистический справочник по Азербайджану на 1926 г. Баку: Азерб. ЦСУ, 1927 г.
187 с.
6.
Всесоюзная перепись населения 1926 г. т. ХЫВ, ЗСФСР. М.: ЧСУ СССР, 1929 г.
181 с.
7.
Социалистическое строительство Азерб. ССР. Стат. сб. Баку: АзУНХУ Союзоргу-
чет, 1935 г. 430 с.
8.
Советский Азербайджан в цифрах на 1929 г. Баку: Аз. ЦСУ, 1929 г. 299 с.
9.
«Правда», 1939, 2 июня.
10.
Шцкцров К. Азярбайъанда демографик вязиййят (1920-1941) // Китаблар аляминдя.
1991, №1-2, с. 84-86.
11.
Азярбайъан Халг Ъцмщуриййяти (1918-1920). Парламент (Стенографик щесабатлар). Ы
ъ., Бакы: Азярняшр, 1998, 976 с.
12.
Исупов А. Национальный состав населения СССР (по итогам переписи 1959 г.) М.:
Статистика, 1964, 60 с.
13.
Население Закавказья. Всесоюзная перепись населения 1926 г. Краткие итоги.
Тифлис, Зак. ЦСУ, 1928 г. 50 с.
14.
Перепись населения Азербайджана 1931 г. Вып. II. Народность, пол, возраст, гра-
мотность. Баку: Азернешр, 1932, 280 с.
15.
Волков А.Г. Шаг к правде // Демографические процессы в СССР. М., 1990, с. 167-
174.
16.
Волков А.Г. Как стало кривым зеркало общества. К 60-летию переписи 1937 года.
// Мир России, 1997, № 4, сс.49-51
17.
АРДА, ф. 2511, сийащы 3, иш 377, в. 29, 30-45.
18.
Нахчыван статистика эцзэцсцндя. Тарихи статистик мяъмуя. Бакы: Сяда, 1999, 128 с.
АЗЕРБАЙДЖАНСКАЯ ССР САМАЯ МНОГОНАЦИОНАЛЬНАЯ
РЕСПУБЛИКА НА ЮЖНОМ КАВКАЗЕ (1920-1930 –е годы)
Ф.А.АЛИЕВА
РЕЗЮМЕ
После оккупации Северного Азербайджана 28 апреля 1920 года XI Красной Ар-
мией началось социалистическое строительство. Организация Азербайджанской ССР и
132
изменения, происходящие в ее политической, социально-экономической и культурной
жизни, отразились и на национальном составе населения республики. По итогам Все-
союзных переписей населения 1926, 1937 и 1939 годов наблюдался абсолютный рост
численности азербайджанцев (соответственно, 1,438,0 тыс.; 1,778,0 тыс.; 1,870,5 тыс.),
их доля в составе населения республики в 1926 г. составляла 62,1%, в 1937 году снизи-
лась до 58,2%, а 1939 году было 58,4%. Численность русских в 1926 году составила
220,6 тыс. (5,5%), в 1937 г. 479,0 тыс. (15,7%), а в 1939 г. 528, 3 тыс. (16,5%), числен-
ность армян также абсолютным образом увеличилась в 1926 г. достигла 282,0 тыс., в
1937 г. 370,2 тыс., в 1939 г. 388 тыс., но их доля среди общей численности населения
осталась одинаковой.
В Азербайджанской ССР проживало до 100 представителей народов и нацио-
нальностей народов. Таким образом, Азербайджанская ССР была самой многонацио-
нальной республикой на Южном Кавказе.
Ключевые слова: Азербайджанская ССР, национальный состав, этнический со-
став, население, народ
AZERBAIJAN SSR AS THE MOST MULTINATIONAL
REPUBLIC IN THE SOUTH CAUCASUS (1920-1930 years)
F.A.ALIYEVA
SUMMARY
After the occupation of North Azerbaijan, the establishment of socialism commenced
on April 28,1920. Organization of Azerbaijan SSR and changes in its political, socio-
economic and cultural life were reflected in the national content of the population as well.
There was observed growth in the number of the Azerbaijanis in 1926, 1937 and 1939 years
(1.438.0 thousand, 1.778,0 thousand, 1.870,5 thousand respectively). The number of the Azer-
baijanis was 62,% of the total population in 1926. The number of the Russians was 220,6
thousand (5,5%) in 1926, 479.0 thousand (15,7%) in 1937 and 528.3 thousand (16,5%) in
1926.
The number of the Armenians increased by 282 thousand in 1926, 370 thousand in
1937 and by 388 thousand in 1939.
Up to 100 nations and nationalities lived in Azerbaijan SSSR which was the most mul-
tinational republic in the South Caucasus.
Key words: Azerbaijan SSR, national concept, etnic concept, people, public
Dostları ilə paylaş: |