113
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi elml
ər seriyası
2012
UOT 338 / 338.1 / 339.727
BİRBAŞA XARİCİ İNVESTİSİYALARIN MAHİYYƏTİ VƏ ONLARIN
AZƏRBAYCAN İQTİSADİYYATINA CƏLB EDİLMƏSİ
L.V.
ABIŞLI
Bakı Dövlət Universiteti
abishli@gmail.com
M
əqalədə xarici birbaşa investisiyaların nəzəri-metodoloji xüsusiyyətləri, inkişaf mər-
h
ələləri qeyd edilmiş, xarici investisiyaların müxtəlif mənbələrdə verilmiş tərifləri müqayisəli
şəkildə göstərilmişdir. Xarici investisiyaların xarakterik xüsusiyyətləri qeyd edilmiş, onların
dünya v
ə Azərbaycan üzrə inkişaf dinamikası təhlil edilmişdir.
Açar sözl
ər: xarici investisiyalar, iqtisadi artım, dinamik inkişaf, Azərbaycan iqtisa-
diy
yatı, kapital axını
Az
ərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investiyalardan danış-
mazdan
əvvəl xarici birbaşa investisiyalar anlayışına aydınlıq gətirmək lazım-
dır. Belə ki, Beynəlxalq Valyuta Fondunun metodikasına görə birbaşa xarici
investisiyalar el
ə xarici investisiyalar hesab edilir ki, həmin investisiyaların
h
əcmi, daha doğrusu, ümumi investisiya kütləsində xüsusi çəkisi investora
iştirak etdiyi investisiya prosesinin obyektinin fəaliyyətində mühüm qərarların
q
əbulunda iştirakına imkan verən səviyyədə olsun. Lakin, xarici investisiyalar
is
ə sahibkarlıq gəliri və ya faiz əldə etmək üçün bir ölkədən çıxardılaraq digər
ölk
əyə yatırılan kapital vəsaitləri kimi başa düşülür [4, 101].
Xarici birbaşa investisiyaları xarakterizə edən ən məhşur tərif Ümum-
dünya Ticar
ət Təşkilatının (ÜTT) verdiyi tərifdir: birbaşa xarici investisiyalar
o tip investisiyalardır ki, investor olan şəxs bir ölkənin rezidenti olmaqla öz
aktivl
ərini başqa ölkədə o şərtlə yerləşdirir ki, həmin aktivlər üzərində tam
n
əzarət hüququnu özündə saxlamış olsun [9]. Bununla belə, birbaşa xarici
inves
tisiyaların UNİCDAT-ın təsnifatındakı yeri belədir: birbaşa xarici inves-
tisiyalar el
ə xarici yatırımlardır ki, onun vasitəsi ilə bir ölkənin subyektləri di-
g
ər ölkə ilə dərin əməkdaşlıq fəaliyyətinə girərək xarici ölkədəki obyektdə
(mü
əssisədə) təsərrüfatın təşkilinə nəzarət edə bilirlər. Bununla belə aşağıdakı
şərtlər də ödənilməlidir:
-
xarici investor mü
əssisənin ümumi elan edilmiş səhmlərinin dəyərinin
10-20%-i m
əbləğində həmin müəssisənin səhmlərinə sahib olmalıdır;
114
-
mü
əssisənin gəlirlərinin bölgüsündən sonra öz payına uyğun həmin
mü
əssisəyə reinvestisiya etməlidir;
-
əgər xarici investor filial yaratmaqla investisiya həyata keçiribsə, onda
“ana” firma filiala b
ərabər hüquqlu maliyyə rejimi tətbiq etməlidir (xüsusən
borc v
ə kredit sahəsində) [4, 102-103].
Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq və bir qədər ümumiləşdirmə
aparaq birbaşa xarici investisiyaların reallaşmasının aşağıdakı formalarda
h
əyata keçirildiyini qeyd etmək olar:
-
resipient ölk
ədə yerləşən şirkətin bir hissəsini əldə etmək yolu ilə;
-
kapitalın “ana” şirkətdən resipient ölkədə yerləşən törəmə şirkətə
ötürülm
əsi yolu ilə;
-
tör
əmə şirkətlərin gəlirlərinin reinvestisiya edilməsi yolu ilə;
-
“ana” şirkətlərin resipient ölkələrdə yerləşən törəmə şirkətlərinə uzun
müdd
ətli və qısa müddətli borclar verməsi yolu ilə və s.
Praktikada birbaşa xarici investisiyaların digər reallaşma formaları da
rast g
əlinir, lakin şəxsin ayrıca şəkildə digər ölkənin şirkətini alması və ya
dig
ər hərəkətləri kimi rast gəlinən hallar istisna kimi qəbul olunur. Belə ki,
bel
ə hallar dünya üzrə reallaşan birbaşa xarici investisiyaların ümumi həcmi-
nin c
əmi 5%-ni təşkil edir [2, 12].
Birbaşa xarici investisiyalar, ümumiyyətlə hansı formada həyata keçi-
rilm
əyindən asılı olmayaraq əsasən iki yolla reallaşdırılır. Birinci resipient
ölk
ədə yeni şirkətin formalaşdırılması yolu ilə, ikincisi isə artıq mövcud
şirkətlərin alınması və ya birləşdirilməsi yolu ilə.
Birbaşa xarici investisiyalara məxsus xarakterik xüsusiyyətləri aşağıdakı
kimi qeyd etm
ək olar:
1)
Birbaşa xarici investisiyaların həyata keçirilməsi ilə investor mövcud
bazara tezlikl
ə çıxmaq imkanını praktiki olara itirir.
2)
Portfel investisiyalarından fərqli olaraq investisiyaların böyük həcmi və
risk d
ərəcəsinin böyüklüyü.
3)
İnvestisiya qəbul edən ölkələrə əlverişli olan investisiya müddətinin
böyü
k olması.
Son on beş il ərzində inkişaf edən ölkələrin iqtisadiyyatına cəlb edilmiş
inves
tisiyaların tərkibində birbaşa xarici investisiyaların xüsusi çəkisi artmaq-
da
dır. Bu illər ərzində dünya ölkələri xarici investisiyaların ölkə iqtisadiyyatı-
na c
əlb edilməsi, investisiya mühitinin yaxşılaşdırması məqsədilə bir çox isla-
hatlar yerin
ə yetirdilər. Bunun nəticəsi kimi ötən illər ərzində birbaşa xarici in-
ves
tisiyaların həcmi dəfələrlə artdı. 2006-cı ildə dünya üzrə birbaşa xarici in-
ves
tisiyaların həcmi 1.3 trilyon dollara çatdı. Birbaşa xarici investisiyaların
2006-
cı ildəki həcmi 2005-ci illdəkindən 38% artıq idi. İnkişaf etmiş ölkələrin
iq
tisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 45%, inkişaf
etm
əkdə olan ölkələrdə 21% və iqtisadiyyatları keçid dövründə olan ölkələrdə
is
ə 68% artmışdır [8, 3-4]. Buna rəğmən birbaşa xarici investisiyaların cəlb
edilm
əsində iri və güclü iqtisadiyyatı olan ölkələr liderlik edir. Bu dedikləri-
115
miz dünya üzr
ə mövcud statistik göstəricilərdə öz əksini tapır. Belə ki, birbaşa xa-
rici investisiyaların cəlb edilməsində ilk yerləri ABŞ və Böyük Britaniya tutur.
Xarici investisiyaları cəlb edən ölkələrdə iqtisadiyyatın statik inkişafı
zaman keçdikc
ə dinamik inkişafla əvəz olunur. Bunun üçün həmin ölkələr
hökm
ən öz qanunvericiliklərində xarici investisiyalar üçün elə mühit yaratma-
lıdırlar ki, cəlb olunmuş birbaşa xarici investisiyalar ölkə iqtisadiyyatının dina-
mik inkişafının təmin edən xarakterdə olsunlar. Bu zaman yalnız qanunverici-
likd
ə yox, həm də xarici investisiya siyasətinin tənzimlənməsində köklü
d
əyişikliklər olmalıdır. Bu isə kompleks məsələdir və bir ilin işi deyildir. Bu
prosesi h
əyata keçirmək üçün dövlət hökmən xarici və daxili ticarət və rəqabət
siyas
ətinə, xarici şirkətlərin ölkədə törəmə və filiallarının açılması ilə əlaqədar
hüqiqi rejim
ə, transmilli kompaniyalarla əlaqəli siyasətə və digər bu qəbildən
olan m
əsələlərə yenidən baxmalıdır.
Ümumiyy
ətlə, birbaşa xarici investiyaları ölkəsindən çıxarılmasını təmin
ed
ən dövlətlər yəni donor ölkələr bunu xarici ölkədə öz ölkəsinə nisbətən daha
çox g
əlir əldə etmək məqsədilə edirlər.
Birbaşa xarici investisiyaları qəbul edən ölkələr yəni resipient ölkələr
bunu aşağıda qeyd olunan səbəblərə görə edirlər :
-
birbaşa xarici investisiyalar ölkə iqtisadiyyatına əlavə kapital axınını
t
əmin edir, iqtisadiyyatın proporsiyalarının müsbət istiqamətdə dəyişməsinə
t
əsir edir, sahibkarlıq və istehsalat sahəsində inkişaf templərini sürətləndirir.
-
birbaşa xarici investisiyalar ölkəyə portfel, borc kapitalı kimi digər
kapital axınlarının cəlb edilməsini stimullaşdırır.
-
birbaşa xarici investisiyalar hesabına formalaşmış şirkətlər xarici
ticar
ət axınlarının həcminin artmasını təmin edirlər.
-
birbaşa xarici investisiyalar texnologiyaların axınını stimullaşdırır.
Birbaşa xarici investisiyalar həm donor ölkə üçün həm də resipient ölkə
üçün eyni zamanda
əlverişli ola bilir. Keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi
islahat
ların müsbət nəticələrindən biri kimi külli miqdarda birbaşa xarici
inves
tisiyaların cəlb edilməsi hesab edilir. Keçid iqtisadiyyatlı ölkələrdə əlve-
rişli investisiya mühitnin yaradılması təkcə makroiqtisadi sabitliyə deyil, həm
d
ə institusional islahatların həyata keçirilməsinə imkanlar yaradır. Bu islahat-
lara öz
əlləşdirmə, struktur dəyişikliyi, hüquqi və vergi sisteminin islahatları
aiddirl
ər.
Bunlarla yanaşı, birbaşa xarici investisiyaların cəlb edilməsi ölkəyə yeni
idar
əçilik və təşkilatçılıq sistemlərinin gətirilməsinə səbəb olur. Birbaşa xarici
investisiyaların həm də multiplikativ effekti vardır. Belə ki, əgər bir sahəyə
birba
şa xarici investisiya cəlb edilmişdirsə, onda müəyyən vaxtdan sonra
h
əmin sahəyə yardımçı, ona xammal və avadanlıq verən sahələrə investisiya
axını baş verir.
Az
ərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların
h
əcmi ildən-ilə artır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” sazişi Azər-
bay
can iqtisadiyyatına birbaşa xarici investisiyaların axınına səbəb oldu.
116
Bunun m
əntiqi davamı olaraq yuxarıda qeyd olunan multiplikator effektinə
uyğun olaraq cəlb edilmiş xarici investisiyaların həcmi yüksələn xətlə artdı.
Dedikl
ərimizə misal olaraq aşağıdakı statistik göstəriciləri göstərə bilərik:
C
ədvəl 1
Xarici investisiyalar (mlyn. ABŞ dolları) [10]
2005
2006
2007
2008
2009
2010
C
əmi xarici investisiya
4 893.2 5 052.8 6 674.3 6 847.4 5 468.6 8 247.8
o cüml
ədən:
Maliyy
ə kreditləri
698.4
983.5 1 576.6 2 357.9 1 438.3 3 405.9
Neft s
ənayesinə
3 799.9 3 422.3 4 003.3 3 350.7 2 412.7 2 955.3
Birg
ə və xarici investisiyalı müəssisələr
230.5
368.4
439.1
494.1 624.4
659.6
Neft bonusu
1
17
68.2
3.5
1
2
Dig
ər investisiyalar
163.4
261.6
587.1
641.2 992.2 1 225.0
C
ədvəldən də göründüyü kimi, ildən-ilə Azərbaycan iqtisadiyyatına cəlb
edilmiş xarici investisiyaların həcmi artır.
Xar
ici birbaşa investisiyaları həyata keçirən mühüm subyektlərdən biri
transmil
li korporasiyalardır. Onların son on illiklər ərzində dünya iqtisadiyya-
tında, dünya təsərrüfatının qloballaşmasında və həmçinin kapitalın beynəlxalq
h
ərəkətində rolu olduqca artmışdır. Bunu isbat etmək üçün saysız-hesabsız
statistik göst
əriciləri misal kimi çəkə bilərik. Amma statistik göstəriciləri təhli-
l
ə keçməzdən əvvəl transmilli korporasiyaların yaranma və fəaliyyəti haqqında
söz açmağa bir qədər ehtiyac vardır.
Az
ərbaycan Respublikasının iqtisadiyyatına xarici investisiyaların cəlb
edilm
əsini stimullaşdıran əsas amillər haqda qısaca olaraq bunları qeyd edə
bil
ərik: əvvəla, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsinin
başlıca səbəbi iqtisadiyyatda uzun müddət mövcud olmuş durğunluq və böhran
v
əziyyətindən çıxarmaq, həmçinin ölkədaxili yığımların məhdud səviyyədə
olmasına rəğmən xarici investisiyaların hesabına sahibkarlığın investisiya
aktivliyini artırmaqdır. Bundan əlavə ölkə iqtisadiyyatı böhran vəziyyətindən
çıxdıqdan sonra belə ölkədə geniş maliyyə sistemi və ona uyğun maliyyə
institutları yarandıqdan sonra belə xarici investisiyalara böyük ehtiyac
duyulur. Çünki banklardan alınan vəsaitlər “bahalı vəsait” kimi qəbul olunur
v
ə sahibkarlar bank kreditlərindən çox xarici investorların partnyorluğuna
üstünlük verirl
ər. Bununla belə bir çox sahələrdə vəsaitin dövr müddəti uzun
olduğundan banklar həmin sahələrə vəsait ayırmaqdan boyun qaçırırlar, lakin
xarici investorlar üçün bu sah
ələr cəlb edici ola bilir.
Dü
nya kapital bazarında investisiyalara olan tələb təklifi üstələdiyindən
xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi ölkləri bu sferada
f
əaliyyətlərini bir daha artırmağa sövq edir.
N
əhayət, inkişaf yoluna qədəm qoymuş iqtisadiyyata xarici investisiya-
lar hava kimi,
su kimi lazımdır. Məhz cəlb edilmiş xarici investisiyaların hesa-
117
bına fəaliyyət göstərən müəssisələrdə əsas kapitalın yeniləşdirilməsi və isteh-
sa
latın genişləndirilməsində iri həcmlərdə cəlb edilmiş xarici investisiyalar
müst
əsna rol oynayırlar.
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsində mühüm təsir
edici qüvv
əyə yerli qanunvericilik bazasıdır ki, həmin qanunvericilik bazası
xarici investorların fəaliyyət çərçivəsini müəyyən edir. Bu baxımdan “İnvesti-
siya f
əaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun dördüncü
madd
əsi xüsusi qeyd olunmalıdır:
Az
ərbaycan Respublikasının və xarici olkələrin vətəndaşları və huquqi
şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investisiya fəaliyyəti-
nin subyektl
əri (investorları və iştirakçıları) ola bilərlər [11].
Müasir iqtisadi inkişafın əsas xüsusiyyətlərdən biri kapitalın ölkələr
arasında hərəkətinin həcminin artmasıdır. Qloballaşma və regional inteqrasiya
kapita
lın mobilliyinin kəskin artmasına səbəb olur. Əsrlərin astanasında iri
beyn
əlxalq kapital qovuşmaları ilə xarakterizə olundu. İnkişaf etməkdə olan
ölk
ələrin sırasına yenilərinin qatılması yeni inkişaf etməkdə olan bazarların
meydana g
əlməsinə səbəb oldu və bununla da kapitalın mobilliyi artdı.
Dünya iqtisadiyyatının genişlənməsi ilə əlaqədar olaraq inkişafa zəmin
yaradan resurslardan istifad
ə imkanlarıda artır. Lakin, əvvəlki kimi bu kapital,
m
əhdud sayda resurslarının sahibləri - inkişaf etmiş ölkələrin “əlində” cəmləş-
mişdir.
Dünya üzr
ə yığımların məhdudluğu investisiyalara olan tələbatı artırır.
Bununla da n
əinki, İEÖ (inkişaf etmiş ölkə) – də həm də İEOÖ (inkişaf
etm
əkdə olan ölkə) – də kapitalın dövr etməsinə tələbat yaradır. İnkişaf etmiş
dünya ölk
ələri həm daxili həm də xarici investisiyaların hüquqi şəraitinin
t
əsbiti məsələsində xeyli irəliləyişə nail olublar. Bu sahədə mühüm faktorların
mü
əyyən edilməsinə rəğmən daxili və xarici investisiyaların arasında onların
hüquqi şəraitlərdəki bəzi fərqliliyə əsaslanan rəqabət mövcuddur. Bu
tendensiya güclü siyasi v
ə iqtisadi risklərə sahib olan İEOÖ yaratmalı
olduqları mühitə və onun formalaşması prosesinə güclü təsir edir.
XX
əsrin sonunda başlayaraq İEÖ – in iqtisadiyyatına yönələn birbaşa
investisiyaların həcmi artdı. Yəqin ki, bu tendensiya müvəqqəti xarakter daşı-
yır. Lakin İEÖ – in investisiya ixracının başlanmasını proqnozlaşdırmaq hələ
ki, qeyri-mümkündür. Bununla bel
ə, investisiya axınlarının istiqamətləri qa-
baqcadan mü
əyyən qədər özünü büruzə verir. Çünki birbaşa xarici investisi-
yalar şəksiz ki, yatırımlar üçün daha yaxşı investisiya mühiti formalaşdırmış
v
ə hökumət, ictimaiyyət, biznes tərəfindən xarici investisiyalara qarşı dəqiq
mövqe seçilmiş ölkələrə doğru axacaqdır.
İnvestisiyaların cəlb edilməsinin metodlarının fərqliliyinə baxmayaraq,
öz iqtisadiyyatına külli miqdarda investisiya cəlb edən ölkələrin ümumi cəhət-
l
əri mövcuddur: yatırımların etibarlı qorunması; investorlarla uzun müddətli
etibarlı əlaqələr; investisiyaların kritik həcmi və perspektiv inersiyalı artımı.
Keçid dövründ
ə olan ölkələrdə xarici kapitalın ölkəyə cəlb edilməsi problemi-
118
nin h
əlli onların inkişaf məqsədlərinin və vəzifələrinin uzlaşdırılmasından
asılıdır. Keçid iqtisadiyyatlı ölkələr birbaşa xarici investisiyaların ölkəyə cəlb
olunması uğrunda rəqabət aparırlar. Onlar yaxşı anlayırlar ki, xarici investisi-
ya
lar iqtisadiyyatın modernləşməsi və maliyyə problemlərinin həllində
əvəzsizdirlər. Bir çox ölkələr üçün xarici investisiyalar həm də bazar institutla-
rının formalaşmasında vasitə rolunu oynayırlar.
Ölk
ədə xarici investisiyaların həcmi elə səviyyədə olmalıdır ki, investisi-
ya
nı qəbul edən ölkənin iqtisadiyyatının effektivliyi təmin olunsun. Beynəl-
xalq investisiya r
əqabəti mübarizəsində investorlara daha liberal investisiya
rejimi t
əklif edən ölkə qalib olur. Onu da qeyd edək ki, investisiya stimulları
v
ə onların investisiya cəlb etməsindəki rolu nisbidir. Tədqiqatlar göstərir ki,
investisiya stimulları ölkənin İEÖ ya da İEOÖ olmasından asılı olmayaraq
əksər hallarda investisiya cəlb edilməsi prosesinə təsir etmirlər.
ƏDƏBİYYAT
1.
Az
ərbaycanın Statistik göstəriciləri - 2007. ARDSK, Bakı: “Səda”, 2007, 728 s.
2.
Борисов Д.Б. Прямые иностранные инвестиции в экономику развивающихся стран
Азии и Африки. М.: Гуманитарий, 2005. 164 s.
3.
Зубченко Л.А. Иностранные инвестиции. М.: Экономисть, 2006, 160 s.
4.
Игонина Л.Л. Инвестиции. М.: Экономистъ, 2005, 478 s.
5.
Инвестиции / Под ред Чиненова М.В. М.: «КНОРУС», 2007, 248 s.
6.
Инвестиции / Под. ред. В.В. Ковалева, В.В. Иванова, В.А. Лялина. М.: ТК Велби,
2003, 440 s.
7.
Нешитой А.С. Инвестиции. М.: Дашков и К, 2007, 5-е изд, 372 s.
8.
World Investment Report - 2007. Geneva: «United Nations Publication», 2007, 294 s.
9.
Report of the Committee on Trade-realted investment measures. 2003, WTO.
www.wto.org/english/tratop_e/invest_e.htm
10.
www.azstat.org/publications/azfigures/2011/az/020.shtml
11.
www.ier.az/upload/file/qanunvericilik/qanunlar/Inv.pdf
СУЩНОСТЬ ПРЯМЫХ ИНОСТРАННЫХ ИНВЕСТИЦИЙ И ПРИВЛЕЧЕНИЕ
ИХ В ЭКОНОМИКУ АЗЕРБАЙДЖАНА
Л.В.АБЫШЛЫ
РЕЗЮМЕ
В данной статье проанализировано сущность прямых иностранных инвестиций и
дано определение к ним. В том числе определена роль прямых иностранных инвестиций
в экономике Азербайджанской Республики. Помимо этого в статье отмечены основные
пути и мотивации в привлечении прямых иностранных инвестиций в экономику слабо-
развитых стран.
Ключевые слова: прямые иностранные инвестиции, экономический рост, динамичное
развитие, экономика Азербайджана, приток капитала
119
ESSENCE OF DIRECT FOREIGN INVESTMENTS AND THEIR INVOLVEMENT
INTO THE ECONOMY OF AZERBAIJAN
L.V.ABISHLI
SUMMARY
The article analyzes the essence of direct foreign investments and comparison of their
definitions by different international organizations. The role of direct foreign investments in
the economy of the Azerbaijan Republic is also studied. Furthermore, the article shows the
basic ways and motivations of involvement of direct foreign investments into the economy of
poorly developed countries.
Key words: foreign direct investment, economic growth, dynamic development, Azer-
baijan economy, capital flows
Dostları ilə paylaş: |