BAKI DÖVLƏT UNİVERSİTETİ
Tarix fakültəsi
Türk xalqları tarixi kafedrası
18-19 may 2017-ci il, Bakı
Respublika elmi-praktik konfransı
Təşkilat komitəsi ilə əlaqə:
txt_kaf@bsu.edu.az
MÜRACIƏT FORMASI
Konfransın dili: azərbaycan, türk, rus, ingilis
Tezislər aşağıdakı ünvana göndərilməlidir: txt_kaf@bsu.edu.az
Məruzənin slayd təqdimatı ilə olacağı nəzərdə tutulursa, xüsusi qeyd
edilməsi vacibdir;
Konfransa təqdim olunmuş tezislərin toplu şəklində (pdf formatında)
konfransın saytında yerləşdirilməsi nəzərdə tutulur.
Çap versiyasının
hazırlanması iştirakçılar tərəfindən ödəniş hesabına və öncədən təşkilat
komitəsi məlumatlandırılarsa mümkün ola bilir.
Tezislərin yazılma qaydası
Sağ küncdə müəllifin adı (normal qaydada, Bold şriftlə), familiyası (böyük
hərflərlə, Bold şriftlə).
1 sətir aşağıda: iş yeri və ya oxuduğu, yaxud doktorantı/dissertantı olduğu ali
məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold+İtalic hərflərlə)
Mövzunun adı 1 sətir aşağıda, ortada yazılmalıdır (Bold+böyük hərflərlə).
1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə)
Yalnız tələbələr üçün:
1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbərin elmi
dərəcəsi (elmlər namizədi/elmlər doktoru), adı, familiyası, işlədiyi ali
məktəbin adı və elmi adı (dosent/professor), yazılmalıdır (adi şriftlə)
1 sətir aşağıda mövzuya aid 4-5 açar söz yazılmalıdır (tezisin yazıldığı dildə,
adi şriftlə).
Açar sözlər mövzü üzrə olmayan, yaxud qismən aid olduğu
hesab ediləcək tezislərə baxılmayacaq!
1 boş sətirdən sonra əsas mətn yığılmalıdır. Mətn
Word proqramında
yığılmalıdır: k
ağızın formatı – A4; sənədin formatı – doc.; docx.; şrift –
TimesNewRoman
(
digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaqlar
);
ö
lçü – 14; sətirlərarası interval –1.
Səhifənin ölçüləri:
2,5 sm
2,5 sm
A4
2,5 sm
2,5 sm
Tezisdə sözlərin sayı – 700-1000 sözə qədər (məqalənin və müəllifin,
oxuduğu/ doktorantı, dissertantı olduğu ali məktəbin və fakültənin/
müəssisənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və
ədəbiyyat nəzərə alınmamaqla)
Tezis yalnız məruzə edilməsi nəzərdə tutulan dildə göndərilməlidir (açar
sözlər həmçinin)
Mövzudan asılı olaraq tezisdə istinadlar verilməyə bilər. Lakin sonda
məruzənin hazırlanması üçü
n istifadə edilmiş ədəbiyyat siyahısı mütləq
göstərilməlidir (əlifba sırası ilə).
Ədəbiyyat siyahısı olmayan tezislərə
baxılmayacaq!
Tezislərin göndərilmə vaxtı bitdikdən sonra konfransda iştirak üçün seçilən
tezislər elan olunacaq, müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaqlar.
Nümunə
Əli VƏLİYEV
Bakı Dövlət Universiteti,
tarix fakültəsi, II kurs tələbəsi
E-mail: txt_kaf@bsu.edu.az
TÜRK XALQLARI TARİXİ KAFEDRASI -25
Elmi rəhbər:
tarix elmləri doktoru Vəli ƏLİYEV,
Bakı Dövlət Universitetinin professoru
Açar sözlər: Bakı Dövlət Universiteti, Tarix fakültəsi, SSRİ tarixi (sovet dövrü)
kafedrası, Türk xalqları tarixinin tədqiqi, Türk xalqları tarixinin tədrisi
Əsas mətn (1 interval, 14 şrift, TimesNewRoman)
Qeyd: Elmi rəhbərin olması yalnız bakalvr və magistrantlar üçün vacib şərtdir. Doktorant və
dissertantların elmi rəhbərinin olması tələb olunmur.