1
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ
Ayətullah əl-üzma Seyid Əli Sistani
Tərcümə: Bəxtiyr Hüseynov
2
ÖN SÖZ
Həzrət Ayətullah əl-üzma Seyid Əli Sistaninin fətvalarına müvafiq olaraq
tərtib edilən “Qərb ölkələrində məskunlaşanlar üçün fiqh təlimi” əsərini əziz
oxucuların istifadəsinə təqdim etdiyimə görə özümü xoşbəxt hiss edirəm.
Əlinizdəki əsər bu və ya digər səbəblə öz vətənini tərk edərək doğma
yurdlarından ayrılmalı və qeyri-müsəlman ölkələrindən birində, müsəlman
ölkələrində mövcud olan həyat tərzindən köklü surətdə fərqlənən qanunların, adət-
ənənələrin hökm sürdüyü bir cəmiyyətdə yaşamalı olan, bunun nəticəsində həllini
gözləyən bir sıra özünəməxsus problemlərlə üzləşən insanlar üçün bir qisim şəriət
hökmlərinin aydınlaşdırılması istiqamətində atılan ilk addımdır.
Bu proses qərb ölkələrinə mühacirət edən müsəlmanların həyati önəm kəsb
edən probləmlərinin həllinə işıq tutan bir əsərin qələmə alınmasını zəruri edirdi.
Beləliklə, qeyd etmək lazımdır ki, qarşınızdakı risalə özünəməxsus üslubu ilə
seçilir və öz məqsədini bir giriş və iki fəsil çərçivəsində gerçəkləşdirərək əsasən,
ənənəvi fiqh mənbələrində, risalələrində olduqca az bir qisminin öz əksini tapdığı
tamamilə yeni mövzuları əhatə edir.
Əsərin mövzuları oxucuların problemlərinin həllinə çalışmaqla yanaşı yeni-
yeni sualların ortaya çıxmasına da yol aça bilər. Bildirmək istəyirik ki, dəyərli
oxucularımızın belə sualları əsərin növbəti nəşrlərində cavablandırılması üçün bizə
ünvanlaması bizi sevindirərdi.
Bu əsər müəllifin “Asanlaşdırılmış şəriət hökmləri” və “Seçilmiş şəriət
məsələləri” adı ilə işıq üzü görən ilk iki işinin davamı sayılan üçüncü əsəridir.
Müəllif sözügedən üç əsərin hər birində oxucu auditoriyasının fiqh və İslam
şəriətinə bağlılığını gücləndirməyə, bu bilikləri həmin sahənin mütəxəssisi
olmayan oxuculara sevdirərək aşılamağa çalışmışdır. Bu məqsədə nail olduğumuz
halda uca Allaha minnətdarlığımızı bildiririk. Əks təqdirdə də görülən işi
3
üzərimizə düşən vəzifənin icrası istiqamətində atılan bir addım hesab edirik və
inanırıq ki, müvəffəqiyyət yalnız və yalnız Allahdandır.
Müəllif nəşrdən öncə müalicə məqsədilə bir müddət Londonda
məskunlaşmalı olan ilahiyyatçı atasını da bu əsərin bir sıra fəsilləri ilə tanış etmiş
və onun da rəy və tövsiyələrindən faydalanmışdır. Uca Rəbbimizin bu faydalı işi
bizdən qəbul etməsini diləyirik!
Fürsətdən istifadə edərək əlinizdəki əsərin ərsəyə gəlməsinə yardım edən hər
kəsə, xüsusən, dəyərli vaxtını ayıraraq bir sıra suallarla şəxsən maraqlanan Həzrət
Ayətullah əl-üzma Sistaniyə və eləcə də onun yardımını bizdən əsirgəməyən,
səmimi munasibətlərini ortaya qoyaraq fətvaların onun rəyi ilə uyğunlaşdırılmasına
çalışan Nəcəfi-Əşrəf, Qum və London şəhərlərindəki nümayəndələrinə sonsuz
minnətdarlığımızı bildirmək istəyirik.
Allah (c.c.) hamımızı razılığı olan işlərə doğru istiqamətləndirsin və
bəyəndiyi işlərdə bizə müvəffəqiyyət bəxş etsin! Amin!
Dostları ilə paylaş: |