Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

38

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

olduğundan bunu hiss etməyəcək, bunun pis olduğunu deyəcək ata isə burada yoxdur” (II_E4 saylı 

mütəxəssis).

Həmin mütəxəssislərə əsasən istər oğlanlara, istərsə də qızlara şamil oluna biləcək belə vəziyyətə 

bir çox hallarda rast gəlmək mümkündür.

Kişilərin miqrasiyasının və ailəni tərk etməsinin uşaqlara uzunmüddətli təsiri mövcud olmuş 

ailə modelinin yeni vəziyyətə uyğunlaşması, bir sıra məsuliyyətlərin uşaqların üzərinə düşməsi və 

ailənin qorunub-saxlanmasından irəli gələn çətinliklərlə əlaqədardır. Bəzi mütəxəssislərə əsasən bü-

tün  bunları  nəzərə  aldıqda  kişilərin  miqrasiyasının  onların  uşaqlarına  təsiri  səviyyəsini  öyrənmək 

üçün hərtərəfli psixoloji tədqiqatın həyata keçirilməsi tələb olunur.

Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan yaşlı ailə üzvləri

Sorğuda iştirak etmiş ailələrdən 16-da yaşı 60-dan yuxarı olan ailə üzvləri yaşayır: 10 ailədə 1, 

5 ailədə 2 və 1 ailədə 3 ailə üzvü yaşlıdır. Daha çox 11-20 il arası nikahda olan qadınların yaşlı ailə 

üzvlərilə birgə yaşaması qeydə alınmışdır ki, 11 ailədə bu onların həyat yoldaşlarının və çox nadir 

hallarda (5 ailədə) öz qohumlarıdır.

Yaşlı  ailə  üzvləri  köməkçidirlər:  bu  xarakteristika  həmin  şəxslərlə  yaşayan  16  ailədən  14-ü 

tərəfindən verilmişdir. Yaşlı ailə üzvləri tərəfindən göstərilən kömək iqtisadi xarakter daşıya bilər (12 

ailədə), uşaqların qayğısına qalmaqdan (10 ailədə), maddi yardımın göstərilməsindən (10 ailədə), 

ev  işlərinin  görülməsindən  (3  ailədə),  həyat  yoldaşının  qohumları  ilə  əlaqələrin  saxlanmasında 

köməkliyin göstərilməsindən (3 ailədə) və s. töhfələrdən ibarət ola bilər (Diaqram 20-ə baxın). 

Sorğuda iştirak etmiş qadınlara əsasən onların ailələrində yaşayan yaşlıların maddi vəziyyətini 

aşağıda verildiyi kimi təsvir etmək olar:

-  onlardan bəziləri özünə baxır və ailə başçısı xaricdə işləyəndə ailəyə maddi yardım göstərir  

(6 qadın),

-  bəziləri qismən özünə baxır, eyni zamanda, onlara qismən xaricdəki miqrantların vətəndə qalan 

həyat yoldaşları köməklik göstərir (6 qadın),

-  onlardan bəziləri özünə baxsa da ailəyə kömək etmir (2 qadın) (Diaqram 21-ə baxın). 

Diaqram 20. Ailənin yaşlı üzvləri tərəfindən göstərilən kömək



39

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 21. Ailənin yaşlı üzvlərinin maddi vəziyyətinin sorğuda iştirak edən qadınlar 

tərəfindən təsvir edilməsi

2.7. Kişilərin miqrasiyasının öz ailələri üçün fəsadları

Xaricdəki  miqrantların Azərbaycanda  qalan  həyat  yoldaşlarının  çoxu  miqrasiyanı  ailədaxili 

əlaqələrin dağılmasına şərait yaradan bir proses kimi qiymətləndirirlər və sorğuda iştirak etmiş 56 

qadından 43-ü belə bir fikirlə tamamilə və ya qismən razılaşmışdır (Diaqram 22-ə baxın). 41 qadın 

miqrasiyanın ailədaxili münasibətlərin dağılması ilə yanaşı ərlə arvadın biri-birindən ayrılması və ya 

boşanması ilə nəticələndiyini vurğulamışdır. Yalnız 16 qadın miqrasiya nəticəsində onların nikahının 

daha da möhkəmləndiyini vurğulamışdır.

Qadınlardan yalnız bəziləri miqrasiyanın iqtisadi təsirə malik olduğunu qəbul edirlər (29 nəfər); 

digərləri miqrasiya nəticəsində ailənin iqtisadi vəziyyətinin yaxşılaşması qənaətilə razı deyillər (27 

nəfər).


Ailə üzvlərinin miqrasiya proseslərində iştirak etdiyi qadınlardan bir neçəsi (17-si) ailələrinin 

cəmiyyətdəki sosial və mədəni iştirak səviyyəsinin artdığını bildirmişdir.

Tədqiqat  nəticəsində  əldə  olunmuş  məlumatlar  miqrasiyanın  ailələrə  az  fayda  gətirdiyini 

müəyyənləşdirmişdir. Miqrasiya nəticəsində ailəsinin rifahının pisləşdiyini hesab edən 41 qadınla 

müqayisədə yalnız 12 qadın ailə rifahının yaxşılaşdığını bildirmişdir.

Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda ailə başçısının miqrasiyası nəticəsində uşaqların 

məktəbdən sonra təhsilinin davam etdirilməsi imkanlarının artması müşahidə olunmur (yalnız 9 ailə 

bununla əlaqədar müsbət dəyişikliklər barədə məlumat vermişdir) və eyni zamanda yeni ev almaq 

imkanları da azalır (yalnız 1 nəfər buna nail olduğunu bildirmişdir).



40

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 22. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları 

tərəfindən miqrasiya təzahürlərinin qiymətləndirilməsi

Cədvəl 6. Miqrasiyanın ailəyə təsiri

Miqrasiya Azərbaycandan olan ailələrə əsasən mənfi təsir göstərir. Sorğuda iştirak etmiş qadın-

lar çəkdikləri çoxsaylı əzab-əziyyətləri (47 nəfər) və ərlərindən ayrı düşmələri nəticəsində emosional 

sarsıntıları (32 nəfər), o cümlədən, ərlərilə əlaqələrin itməsini (21 nəfər) ön plana çəkmişdilər. 56 

qadın-respondentdən 44-ü öz həyat yoldaşalrının miqrasiyası nəticəsində aşkarlamaq istəmədikləri 

fəsadların yarandığını bəyan etmişdir (Cədvəl 6-a baxın).




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə