AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
15
Partiyaların fəaliyyəti və dinamikasında son dərəcə
qarışıq, sistemsiz bir mənzərə ortaya çıxır. Burada siyasi
avanqard olan partiyadan tutmuş, seçki kampaniyasında
iştirak etmək və elektoratın rəğbətini qazanmaq üçün ya-
radılan partiya, “parlament partiyası” və “icma partiyası”na
(klub partiya) qədər müşahidə olunur. Eyni zamanda, sinfi
əlamətinə görə sinfi (məsələn, kəndli partiyası), siniflərarası
partiyalar, sosial qrupların partiyaları; təşkilati strukturuna
görə kadr partiyaları, kütləvi partiyalar; siyasi sistemdəki
yerinə görə leqal və qeyri-leqal partiyalar; nəhayət, ideoloji
əlamətinə görə inqilabçı, islahatçı, mərkəzçi, mühafizəkar,
mürtəce və s. partiyalar mövcuddur.
Əsas məqsəd sadəcə çoxpartiyalı siyasi sistem görün-
tüsü yaratmaq deyil, ölkədə dinamik siyasi mübarizə mü-
hiti, rəqabətədavamlı partiyalar yaratmaq olduğu üçün bu,
çox düşündürücüdür. Söhbət əslində ideoloji eklektizm və
bənzər ideoloji şüarların yığınından ibarət olan partiyalar
mühitindən gedir.
Demokratik dövlət quruculuğunun reallığı ölkədə yalnız
güclü iqtidar deyil, həm də güclü müxalifət partiyalarının
formalaşmasını tələb edir. Partiyaların çoxluğu şəraitində
onların pərakəndəliyi siyasi sistemin səmərəli fəaliyyətinə
mənfi təsir edən amillərdəndir.
Bu gün Azərbaycanda siyasi partiyaların bir-birindən
əsaslı fərqlənən müxtəlif ideya və oriyentasiyalara malik
olmasını söyləmək düzgün olmazdı. Partiyaların ideoloji-
siyasi mövqeyini daha çox onların legitim siyasi qüvvəyə
- dövlətə münasibəti aspektində qruplaşdıraraq müəyyən
etmək olar. Bu münasibətlər ziddiyyətlidir: yəni tam
dəstəkləməkdən tutmuş, ifrat radikallığa qədər mövqelər
mövcuddur. Bunun başlıca səbəbini müxalifət partiyalarının
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
16
seçicilərə alternativ - səmərəli və konstruktiv fəaliyyət proq-
ramını təqdim edə bilməməsi və siyasi partiya sisteminin
struktur baxımından formalaşmaması ilə izah etmək olar.
Azərbaycandakı siyasi qüvvələrin inkişaf dinamikasını
təhlil etdikdə məlum olur ki, partiya subyektlərinin təkamül
meyli əvvəllər əsasən sağ istiqamətə doğru olmuş, son
illər isə solçuluq şüarlarına üstünlük verilməkdədir. Özlərini
“mərkəzçi” qüvvələr adlandırmaq isə əsasən təbliğat
məqsədinə xidmət edir. Bu cür mərkəzçilik real vəziyyət
olmayıb, ictimai mənafelərin qoruyucusu imicini yaratmaq
üçün edilən cəhdlərdən başqa bir şey deyil.
Sağdan və soldan “mərkəzə” doğru meyillilik daha
çox polietnik cəmiyyətə xasdır, bir az da dəqiqləşdirsək,
daha optimal təcrübədir. Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəldiyi ilk illərdə Ermənistan-Azərbaycan, Dağ-
lıq Qarabağ probleminin strateji prioritetliyi, milli ideologi-
yada azərbaycançılıq prinsipinin əsas tutulması bu prosesə
stimul vermişdir. Lakin əksər partiyaların bu obyektiv
həqiqəti dərk etməsi, strateji proqram məqsədi kimi özü-
nün siyasi praktikasında onu həyata keçirməsi müşahidə
olunmur.
Digər tərəfdən, siyasi mərkəzçilik ideyasının partiyalaş-
mada tədrici yolla gerçəkləşməsi orta sinif və təbəqənin for-
malaşma səviyyəsi ilə də bağlıdır. Daha doğrusu, mərkəzçi
mövqe sosial, etnik-milli mənsubiyyətə az həssasdır. Orta
sinfin tam formalaşması prosesinin başa çatmaması güclü
mərkəzçi, ümummilli mövqelərdən çıxış edən partiyaların
formalaşmasını çətinləşdirir.
Siyasi partiyaların real fəaliyyət, təşəbbüskarlıq və in-
tellektual potensial hesabına deyil, hakimiyyət uğrunda
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
17
mübarizə xatirinə status-kvonu on illərlə saxlamağa can
atması perspektivdən məhrumdur. Bu müddət ərzində on-
lar “parçalanma, dialoqa qapalı olmaq və kəmiyyətcə çoxal-
maq” meyillərindən başqa əlamət nümayiş etdirə, özlərini
“yenilikçi” adlandıraraq radikal stereotiplərdən azad ola
bilməmişlər. Sosial dayaqdan məhrum olduqca təsadüfi
insanların cəlbinə səy göstərilməsi seçkilər zamanı sivil
mübarizə, siyasi əxlaq və mənəvi dəyər ölçülərinə sığmayan
məlum hadisələrə səbəb olmuşdur.
Partiyalaşmanın xüsusiyyətindən danışarkən, adətən,
seçki kampaniyasından əvvəl yeni partiyaların yaranmasını
da qeyd etmək lazımdır. Məsələn, son zamanlar bir-birinin
ardınca yeni partiyalar yaranmaqdadır. AXCP-dən istefa
verib 2008-ci ilin prezident seçkilərində namizədliyini irəli
sürən Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasını, ASDP-dən
ayrılan Elşən Manafov Demokratik Sol Partiyasını yaratmış-
dır. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə
(hələlik adını açıqlamasa da) bildirmişdir ki, seçkidən sonra
partiya yaratdığını rəsmən elan edəcək.
Təcrübə göstərir ki, cəmiyyətin müəyyən qədər bələd ol-
duğu, hər hansı siyasi nailiyyətlər əldə etməyən şəxslərin yeni
partiya yaratmasının perspektivi yoxdur. Bəzi ekspertlər isə
yeni partiyaların meydana çıxmasını şəraitin və cəmiyyətin
yeniləşmə diktəsinə cavab kimi qiymətləndirirlər. Partiya-
ların süni surətdə çoxalması siyasi qüvvələrin potensialının
cəmlənməsinə əngəl olur, təsir imkanlarını daha da azaldır.
Onların yaranması sosial sifarişə cavab kimi yox, mövcud
müxalifətin onsuz da güclü olmayan sosial bazasının və po-
tensialının parçalanması şəklində meydana çıxır.
Azərbaycanda siyasi partiyaların ictimai rəyin formalaş-
masına və siyasi proseslərin xarakterinə təsiri nəinki çox
Dostları ilə paylaş: |