17
Həmin dövrdə Qarabağ zonasında 27 ipək emalı müəssisəsi vardı.
Onlardan 22-ci Şuşa qəzasında, o cümlədən 3-ü Şuşa şəhərində idi, qalanları isə
qəzanın kəndlərinə səpələnmişdi. Cəbrayıl və Cavanşir qəzalarında 5 ipək emalı
müəssisəsi vardı.
Naxçıvan qəzasında olan 13 ipək emalı müəssisəsinin çoxu Ordubadda,
həmçinin Naxçıvan şəhərində və kəndlərdə yerləşirdi.
Rusiyada sənayenin yüksəlişi illərində toxuculuq fabriklərinin xammala
tələbatının artması Azərbaycanda xam ipək istehsalının sürətlə çoxalmasına səbəb
oldu. 1910-1913-cü illərdə xam ipək istehsalı iki dəfəyədək artaraq, 47,5 min puda
çatdı.
İpək Moskva, Lodz, Varşava, həmçinin Milan, Marsel, Lion şəhərlərinə
və başqa yerlərə göndərilirdi.
1915-ci ildə fabriklərin sayı, 1900-cü ilə nisbətən (60) iki dəfədən çox
artaraq 123-ə çatdı. Bu, bütün müəssisələrin
4
/
5
hissəsindən çoxunu təşkil edirdi.
Fabriklər bütün məhsulun 95 faizini verirdi. Fabriklərin 85-i Nuxa qəzasında, 2-ci
Zaqatalada, 24-ü Şuşa və 12-ci Naxçıvan qəzalarında idi. Onlarda 16 nəfərdən
yuxarı, hətta yüz və daha artıq işçi çalışırdı. Nuxa şəhərində Ağa Musa Hacı
Məmmədova məxsus ən iri ipək emalı fabrikində 150 nəfərə yaxın fəhlə işləyirdi.
Fabriklərin texniki təchizatı getdikcə yaxşılaşırdı. 1915-ci ildə fabriklərdə
4 min baramaaçılan tiyan, 128 buxar qazanı, 350 dəzgah, 114 buxar mühərriki, 43
buxar və hidravlik turbin, 5 hidravlik çarx, 115 ipəkburan maşın və 20 min
sapburan iydən istifadə olunurdu.
İstehsal sürətlə təmərküzləşirdi. 16 ən iri fabrik müəssisələrin
1
/
10
-ni təşkil
etməklə, ümumi hasilatın
1
/
3
hissəsini verirdi.
1915-ci ildə Azərbaycanda 65 min pud xam ipək istehsal edilmişdi. Bu,
əsrin əvvəli ilə müqayisədə təqribən dörd dəfə çox idi.
15 il ərzində ipək emalı müəssisələrində işləyən fəhlələrin sayı iki
dəfəyədək artaraq 10 min nəfərə çatdı.
Azərbaycanın xam ipəyi bir sıra beynəlxalq və ümumdünya sərgilərində
dəfələrlə qızıl və gümüş medallara layiq görülmüşdür. Ordubad sənayeçisi K. L.
Babayevin müəssisəsi əla keyfiyyətli xam ipək istehsal etdiyi üçün 13 dəfə qızıl
medal almışdı.
İpək istehsalı, başlıca olaraq, yerli fərdi-ailə müəssisələrinin-ticarət
evlərinin (şirkətlərin) əlində idi.
1916-1917-ci illərdə ipək emalı müəssisələrinin sayı xeyli azaldı.
Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə
sənayesi də yüksəlirdi. Pambıqtəmizləmə müəssisələri, əsasən, pambıq əkilən
zonalarda yerləşirdi. İlk müəssisələr çox kiçik idi. 1903-cü ildən zavod istehsalına
keçildi. Buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar
tətbiq edildi.
18
1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22
pambıqtəmizləmə zavodu vardı. Əsas pambıqtəmizləmə zavodları Yelizavetpol
şəhərində və Ağdaşda yerləşirdi. Naxçıvan qəzasında 51 zavod olsa da, onların
əksəriyyəti çox kiçik idi və texnika ilə təchiz edilməmişdi.
Həmin ildən pambıqtəmizləmə texnologiyasında pnevmatik sistemə
keçilməyə başlandı. İndi xam pambıq kotton-cinə verilib çiyiddən ayrıldıqdan
sonra presləmə sexinə aparılıb preslənməsi prosesi avtomatik daşıyıcı vasitəsilə
həyata keçirilirdi.
İlk vaxtlar toxumluq çiyid Orta Asiyadan gətirilirdi. Sonralar toxum yerli
təsərrüfatlarda hazırlandı, hətta başqa yerlərə də aparıldı.
Azərbaycanda mahlıcın orta illik istehsalı ilk vaxtlar 900 min puda yaxın,
1910-1913-cü illərdə iki milyon puddan çox, müharibə illərində isə 1,1 milyon
puddan çox olmuşdur.
Mahlıc, başlıca olaraq, Moskvanın, Polşanın və Riqanın toxuculuq
fabriklərinə göndərilirdi.
1913-cü ildə Azərbaycanın pambıqtəmizləmə müəssisələrində 1000
nəfərdən artıq fəhlə işləyirdi. Onlardan 130 nəfərə qədəri Naxçıvan qəzasının
payına düşürdü. Yelizavetpol və Bakı quberniyalarında hər zavodda 10-20 nəfər və
daha artıq fəhlə işləyirdi. Petropavlovkada Moskvanın «Vokau və K°» şirkətinə
məxsus bir zavodda hətta 100 nəfərə yaxın fəhlə çalışırdı.
Pambıqtəmizləmə müəssisələri, əsasən, ticarət evlərinə (şirkətlərə) məxsus
idi.
Pambıq emalı sənayesində təmərküzləşmə prosesi getdikcə güclənir,
səhmdar cəmiyyətləri meydana gəlirdi.
Hacı Məmmədsadıq Əliyevin təşkil etdiyi «Əliyev qardaşları» şirkətinin
Ucarda pambıqtəmizləmə zavodu, çoxlu ticarət müəssisəsi vardı.
1911 - 1912-ci illərdə Yelizavetpolda ayrı-ayrı ticarət evləri müqavilə
əsasında birləşərək, «Xlopok», «Ulduz» və «Ümid» ticarət-sənaye şirkətlərini
təşkil etdilər.
1912-ci ildə Qarabağın ən böyük torpaq sahibi Xasay xan Üsmiyevdən 8
min desyatindən artıq torpaq sahəsi satın alınaraq, «Qafqaz pambığı» səhmdar
cəmiyyəti təsis olundu. Cəmiyyətin maldarlıq və pambıqçılıq təsərrüfatları, Ağdam
yaxınlığında cins at yetişdirilən zavodu ilə yanaşı, bir neçə pambıqtəmizləmə
zavodu vardı.
Səhmdar cəmiyyətlərinin çoxu fərdi-ailə müəssisələri əsasında yaranırdı.
Arzumanovun ticarət evi əsasında «B. Arzumanov sənaye-ticarət pay»
səhmdar şirkəti yaradıldı. Onun səhmlərinin çoxu şuşalı tacirlərin əlində idi.
Cəmiyyətin
Yelizavetpol,
Ağdaş,
Ləki
və
başqa
yerlərdə
bir neçə
pambıqtəmizləmə zavodu vardı.
19
«İsgəndərov qardaşları» ticarət evinin başçısı M. İsgəndərov tərəfindən
yaradılmış «Muğan» ticarət-sənaye səhmdar cəmiyyətinin Cavad qəzasında bir
neçə pambıqtəmizləmə zavodu, habelə geniş pambıq əkini sahələri vardı və s.
Müəssisələrin təmərküzləşməsində iri sənaye kapitalı müəyyən rol
oynayırdı. Məsələn, «Vokau və K°» konsernin bir neçə pambıqtəmizləmə zavodu
vardı.
Hələ 1898-ci ildə H. Z. Tağıyev tərəfindən «Bakıda H. Z. Tağıyevin lifli
cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti» yaradılmışdı. Cəmiyyətin ilkin
səhmdar kapitalı 2 milyon manat idi. Sonra bu kapitalın məbləği iki dəfədən çox
artırılmışdı.
1901-ci ilin əvvəlində cəmiyyət tərəfindən Bakının Zığ kəndində
toxuculuq fabriki tikilib istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça
toxuma müəssisəsi idi. Fabrikdə müntəzəm olaraq 1100 nəfərdən çox, 1912-ci ildə
isə 1400 nəfərdən artıq fəhlə işləmişdir. O, çoxu xaricdən alınıb gətirilmiş müasir
texniki avadanlıqla təchiz olunmuşdu.
Fabrik, əslində, iri istehsal kompleksi idi. Burada 40 desyatin sahəsi olan
bir ərazidə fəhlə və qulluqçuların yaşaması üçün qəsəbə salınmış, məktəb binası,
şor suyu şirinləşdirici stansiya və elektrik stansiyası tikilmişdi. Fabrikin özünün
ambulatoriyası, paroxodu və anbarları vardı.
Fabrikin xammala olan ehtiyacını ödəmək üçün Tağıyevin qəzalarda geniş
pambıq əkini sahələri və bir neçə pambıqtəmizləmə zavodu vardı.
Tağıyevin fabriki orta hesabla ildə 2 milyon manatlıq məhsul istehsal
etmişdi. 1911-ci ildə fabrikin təqribən 81 min manat gəliri olmuşdur.
1913-cü ildə H. Z. Tağıyev rus kapitalistləri tərəfindən hələ iki il əvvəl
Port-Petrovskda (indiki Mahaçqala) yaradılmış və bir sıra sənaye-ticarət şirkətlərini
birləşdirən «Kaspi manufakturası cəmiyyəti»nin səhmlərini öz əlinə keçirərək,
onun sahibi oldu. O, cəmiyyətin idarə heyətini Moskvadan Bakıya köçürdü. H. Z.
Tağıyev cəmiyyətin əsas kapitalının həcmini iki dəfə artıraraq 2 milyon manata
çatdırdı. Cəmiyyətin müəssisələrində milyon manat dəyərində hələ təkcə bez
toxunurdu.
1914-cü ilin yayında «Bakıda H. Z. Tağıyevin lifli cismlər emalı üzrə
Qafqaz səhmdar cəmiyyəti» ilə «Kacpi manufakturası cəmiyyəti»nin istehsal
fəaliyyətini birləşdirən «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru» təşkil
edildi.
Birinci dünya müharibəsi illərində «H. Z. Tağıyevin birləşmiş
fabriklərinin kontoru», əsasən, hərbi sifarişləri yerinə yetirmişdi. Təkcə 1915-ci
ildə cəbhənin ehtiyacları üçün 4 milyon metr bez və 300 milyon metr parusin
göndərilmişdi.
Gön-dəri istehsalı yüngül sənayenin daim yüksələn sahəsi idi. Maldarlığın
geniş yayılması, aşı maddələrinin bolluğu dabbaqlıq üçün əlverişli şərait yaradırdı.
Dostları ilə paylaş: |