Azərbaycan | Vergi və Hüquq | 18 may 2017
Azərbaycan Vergi Xəbərləri
Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir
Azərbaycan Respublikasının Milli Məclisi 17 may 2017-ci il tarixində “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununu təsdiq edib. Qanun özündə bir neçə ciddi dəyişikliyi ehtiva
edir.
“Publik hüquqi şəxs” anlayışı Vergi Məcəlləsinə əlavə edilmişdir
Son dəyişiklikliyə əsasən “publik hüquqi şəxs” anlayışı Vergi Məcəlləsinə əlavə
edilmişdir. Bundan əlavə publik hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq
hüququ Vergi Məcəlləsinin müvafiq maddəsi ilə məhdudlaşdırılmışdır.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları
Yeni qanun “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra və xüsusi olaraq da məsuliyyətə cəlb olunan tərəflərlə bağlı
məsələlərə aydınlıq gətirmişdir. Beləliklə nağdsız hesablaşmalara dair normativ
tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi
məbləğinin 40 faizə qədəri həcmində maliyyə sanksiyası tətbiq edilməsi planlaşdırılır:
ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan
əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz
min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan
vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min
manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi
məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə - ödənişləri nağd
qaydada həyata keçirən şəxsə;
Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz
min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət
göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları
(o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş
digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən,
birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatların ödənişlərini həyata
keçirən şəxsə;
Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadə edən (xərcləyənə)
şəxsə;
Nağd qaydada pul vəsaitini qəbul edən lizinq/kredit verən şəxsə;
Nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul
edən sığortaçıya və ya təkrarsığortaçıya;
Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi
şəxslərə ödənilən xidmət haqları və digər yığımları nağd qaydada qəbul edən
şəxsə;
Stasionar telefon xidmətlərinin və kommunal haqları
nağd qaydada qəbul edən
şəxsə;
Faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul
vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları ödəyən və qəbul
edən şəxslərə;
Təhsil haqlarının və turagent haqlarını nağd qaydada qəbul edən şəxsə.
Aksiz vergisinə cəlb olunacaq yeni məhsullar
Xəz-dəri məmulatları da artıq aksiz vergisinə cəlb olunan mallar siyahısını daxil
edilmişdir.
deloitte.az
Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by
guarantee (“DTTL”), its network of member firms, and their related entities. DTTL and each of its member
firms are legally separate and independent entities. DTTL (also referred to as “Deloitte Global”) does not
provide services to clients. Please see
www.deloitte.com/about
for a more detailed description of DTTL and
its member firms.
Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public
and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500
®
companies through a globally connected network of member firms in more than 150 countries bringing
world-class capabilities, insights, and high-quality service to address clients’ most complex business
challenges. To learn more about how Deloitte’s approximately 225,000 professionals make an impact that
matters, please connect with us on
Facebook
,
LinkedIn
, or
Twitter
.
This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its
member firms, or their related entities (collectively, the “Deloitte Network”) is, by means of this
communication, rendering professional advice or services. Before making any decision or taking any action
that may affect your finances or your business, you should consult a qualified professional adviser. No
entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who
relies on this communication.
96 Nizami St.
Baku, AZ1010, Azerbaijan
© 2017 Deloitte & Touche LLC. All rights reserved.
To no longer receive emails about this topic please send a return email to the sender with the word
“Unsubscribe” in the subject line.