Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Tat  dilinin  tədqiqini  Vs.Millerdən  sonra  A.L.Qrünberq 
davam  etdirmişdir.  Bu  dövrdə  İ.M.Oranski  də  öz  tədqiqat 
işində tat dilindən bəhs  etmişdir (246).
A.L.Qrünberq  1954-1955-ci  illərdə  «Şimali  Azərbaycan 
tatlarının  dili»  adlı  monoqrafiyasını  yazmaq  üçün  üç  dəfə 
Azərbaycanda  ekspedisiyada  olmuş  və  materiallar toplamışdır. 
Müəllif  həmin  materiallar  əsasında  tat  dilinin  fonetika  və 
qrammatikasını  əsaslı  şəkildə araşdırmışdır (181).
V.S.Sokolova  talış  və  tat  dillərinin  fonetikası  ilə  bağlı 
tədqiqatlar  aparmışdır.  O,  1948-ci  ildə  Bakının  Balaxanı  və 
Suraxanı  qəsəbələrində,  Dəvəçi  rayonunda  və  Qonaqkənddə 
yaşayan  tatların  ləhcələrinə  aid  materiallar  toplamış  və  bunun 
da  əsasında  tat  dilinin  fonetikasının  təsvirini  vermişdir.  Onun 
tədqiqatları  ilk dəfə  olaraq  1950-ci  ildə  çap  olunmuşdur.  1953- 
cü  ildə  müəllif  tat  dilinin  fonetikasına  həsr  olunmuş  «İran 
dillərinin  fonetikasına  dair  oçerklər»  adlı  əsərini  nəşr  etdirir 
(283).
Onu  da  qeyd  etmək  lazımdır  ki,  tat  dilinin  fonetikasının 
bu  və  ya  digər  məsələlərinə  əvvəllər  də  toxunulmuşdur. 
Məsələn,  E.Korş  «Orta fars  dilində  dialekt  rotasizminin izləri» 
məqaləsində  tat  dilinin  fonetikasına  müəyyən  yer  ayırmışdır 
(
21 1
).
N.Quliyevanın  yazdığı  kimi,  müharibədən  sonrakı  illərdə 
tatlar,  onların  etnoqrafiyası  və  dili  üzrə  tədqiqatlara  əsas 
etibarilə XX əsrin  50-60-cı  illərində başlanmışdır (90).
Bizim 
fikrimizcə,  N.Quliyevanın  tatlar  və 
onun
etnoqrafiyasının  öyrənilməsi  ilə  əlaqədar fikri  doğrudur.  Çünki 
50-ci  illərdə  N.Quliyevanın  apardığı  tədqiqat  məhz  həmin 
sahələrə  aid  olmuş,  tat  dili  haqqında  ümumi  məlumatları 
özündə 
əks 
etdirmişdir. 
Q.Qeybullayevin 
namizədlik 
dissertasiyasını  da bu tipli tədqiqatlara aid etmək olar (173).
M.Hacıyev  1960-cı  ildən  başlayaraq,  tat  dilinin  tədqiqi
27


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ilə  ardıcıl  məşğul  olmağa  başlamışdır.  O,  1971-ci  ildə  «Tat 
dilinin  Qonaqkənd  ləhcəsi»  adlı  kitabını  nəşr  etdirmiş  (59), 
sonrakı 
dillərdə 
də  tat 
dili 
ilə  bağlı  tədqiqatlarını 
genişləndirmişdir.  Onun  elmi  araşdırmaları  «Azərbaycan 
tatlarının  dili»  (fonetika,  leksika,  morfologiya,  sintaksis) 
kitabında ümumiləşdirilmişdir (60).
1996-cı  ildə  N.B.Cəfərova  və  M.İ.Hacıyevin  «Tat  dili» 
(Zuhun  tati)  əlifba  kitabı  nəşr  edilmişdir  (35).  2002-ci  ildə  bu 
sətirlərin  müəllifinin  tat  dilinin  Lahıc  ləhcəsinə  həsr  olunmuş 
«Lahıc  tatlarının  dili»  adlı  monoqrafiyası  çap  olunmuşdur 
(72).
Monoqrafiyada  İsmayıllı  rayonunda  şəhər  tipli  qəsəbə 
sayılan  Lahıc  və  onun  ətrafında  yaşayan  tatların  dilinin 
fonetik,  leksik  və  qrammatik  xüsusiyyətləri  təhlil  olunur. 
Əsərdə  müqayisələrə  də  geniş  yer  verilmiş,  tat  dili  ləhcəsinə 
aid  materiallardan  geniş  istifadə  edilmişdir.  Əsərdə  ilk  dəfə 
olaraq,  Lahıc  tatlarının  dilinin  fonetik  sistemi  araşdırılmış, 
onun  distributiv  imkanları,  fonemlərin  anlaut,  inlaut  və 
auslautda 
işlənmə 
xüsusiyyətləri 
göstərilmişdir. 
Monoqrafiyada  tat  dilinin  digər  dillərlə  əlaqələri  təhlil 
olunmuş,  bu  əlaqələrin  bütövlükdə  dilə  təsiri  mexanizmi, 
alınmaların mənimsənilmə səviyyəsi  araşdırılmışdır.
B.Vs.Miller  «Tatlar,  onların  məskunlaşması  və  şivələri» 
əsərində  Lahıc  qəsəbəsi  də  daxil  olmaqla  32  tat  kəndinin 
olduğunu  qeyd  edir.  Həmin  kəndlər  aşağıdakılardır:  Lahıc, 
Ülgüc,  Zarat,  Dəmirçi  (Küpəyə),  Xeybəri,  Zarat  II,  Dərebabo, 
Haftəsiyab  Ximran,  Əhən  Qərçəh,  Voşa,  Müdrü,  Daxar,  Zangi, 
Müdürso,  Müşkəmir  (Mişkəmir),  Duvoryan,  Pirəqonum, 
Məlhəm,  Qonaqkənd,  Mədrəsə,  Cənduvo,  Bığır,  Vələsim, 
Cülyan və  s.  (231,  9).
M.Süleymanov  yazır:  «Girdiman  çayı  sahilinə  köçürülən 
irandilli  etnik  qruplar  təkcə  Lahıc  qəsəbəsində  deyil,  Zanqi,
28


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Daxar,  Köhnə  Daxar,  Vələsin,  Yuxarı  Cülyan,  Buynuz, 
Brovdal,  Namazgah,  Gəndov,  Boəli,  Varna,  Zərnava,  Zarat, 
Müşkəmir,  Dərə,  Əhən,  Qoydan» məskunlaşmışlar (130,  21).
Mövcud  tədqiqatlar  göstərir  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış  tat  dili  digər  İran  dilləri  arasında  xüsusi  mövqeyə 
malikdir.  Tat  dilinin  İran  dilləri  ailəsində  yeri,  bu  dilin 
ləhcələri  arasındakı  fərqlərin  öyrənilməsi  dilçiliyimizdə  aktual 
problem  olaraq qalmaqdadır.
Bizim  fıkrimizcə,  tat  dilinin  İran  dilləri  arasındakı  yerini 
müəyyənləşdirilməsi,  onun  İran  dillərinin  dialekt  və  ləhcələri 
ilə  müqayisəli  şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat 
prinsiplərinə  əsaslanmaq  lazımdır.  Mahiyyət  etibarilə  geniş  dil 
materialını  əhatə  edən  bu  cür  tədqiqatlar  tat  dili  ləhcə  və 
şivələrinin  hərtərəfli  öyrənilməsi  zəminində  həyata  keçirilə 
bilər.
A zərbaycan-tat  dil  əlaqələri.
Müxtəlif  etnoslar,  xalqlar  arasındakı  münasibətlərdə  dil 
mühüm  rol  oynayır.  İctimai,  mədəni,  sosial  və  iqtisadi 
sahələrdə  əlaqələrin  gerçəkləşməsi  üçün  dildən  istifadə  edilir. 
Buradan belə bir nəticə çıxır ki,  dil  əlaqələri  də ictimai  səciyyə 
daşıyaraq iqtisadi,  siyasi,  mədəni,  dini  və bu kimi  əlaqələr çər­
çivəsində  təzahür  edir.  Dil  müxtəlif  dillərlə  təmaslı  və 
təmassız  əlaqələr  zəminində  yaşayır.  Əlaqələr təmaslı  olduqda 
dillərin bir-birinə təsiri  baş verir.  Bu təsir çox  zaman  qarşılıqlı 
olur.  Deməli,  dilin  inkişafı  xalqın  tarixi,  onun  yaşadığı  ərazi 
və  onunla  qonşu  olan  xalqların  dili  və  tarixi  ilə  bağlıdır  və 
dilin  daşıyıcısı 
olan  xalqın, 
etnosun  başqa  xalqlarla 
münasibətlərindən  də  asılıdır.  A.Axundov  qeyd  edir  ki,  «dil 
xalqın  malıdır və bu  cəhətdən,  tamamilə təbiidir ki,  hər bir  dil 
mənsub  olduğu  xalqın  tarixi  ilə  bağlıdır.  Dil  elə  bir  güzgüdür
29


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə