10
bu əsərdə Təbrizin əsasının Harun ər-RəĢidin arvadı Zübeydə xatun tərəfindən
qoyulduğu göstərilir ki, bu da düzgün fikir deyildir [14].
Həmdullah Qəzvininin (1281 X-1350) 1340-cı ildə yazmıĢ olduğu
«Nüzhət-əl-qülub» adlı coğrafi əsərində [15] Təbriz haqqında dəqiq məlumat
olsa da, Ģəhərdə sənətkarlıq və ticarət haqqında ötəri bəhs edilmiĢdir [16].
Əmin Əhməd Razi h. 1010 (1601-1602)-cu ildə yazdığı «Həft iqlim»
əsərində Həmdullah Qəzvini Təbriz haqqında verdiyi məlumatı təkrar etməklə
yanaĢı, Ģəhərin memarlıq abidələri, habelə bir sıra Ģəxsiyyətlər barədə də xəbər
verir[17].
Monoqrafiyada istifadə etdiyimiz digər mənbələrdən biri də
Məhəmməd Müfid Yəzdinin ilk dəfə araĢdırdığımız «Müxtəsəri-Müfid»
əsəridir. 1680-ci ildə Lahurda yazılmıĢ və hələ nəĢr olunmamıĢ bu əlyazmada
müəllif özündən əvvəlki mənbələri təkrar etsə də, Təbrizin XVII əsrin
sonundakı vəziyyəti haqqında maraqlı məlumat verir [18].
Təbrizin iqtisadi-ictimai vəziyyətini tədqiq etmək üçün rəsmi
sənədlərin, vəqfnamələrin mühüm əhəmiyyəti vardır. Belə vəqfnamələrdən biri
də RəĢidəddinin «Vəqfname-ye Rəbi RəĢidi» əsəridir. Burada Təbriz və Rəbi
RəĢididə təsərrüfat həyatı, sənətkarlıq, ticarət, qul əməyi və qulların vəziyyəti
barədə ətraflı məlumat verilir [19].
CahanĢahın arvadı Bəyim tərəfindən Təbrizdə tikdirilmiĢ Göy məscid
haqqındakı vəqfnamədə Ģəhərin görünüĢü, bazarı və tarixi memarlıq abidələri
haqqında maraqlı faktik material vardır. 363 vərəqdən ibarət bu «Vəqfnamə» h.
869-cu ildə ġeyx Nəcməddin Üskui (Üskuyəli) tərəfindən təsdiq edilmiĢdir.
Həmin «Vəqfnamə» h. 898-ci il rəbiüssani ayında (yanvar, 1493) Kamal ibn
Fütuhəddin tərəfindən köçürülmüĢdür. «Vəqfnamə» indiyədək tam Ģəkildə nəĢr
edilməmiĢdir. Məhəmməd Cavad MəĢkur «Tarix-i Təbriz» adlı əsərində həmin
«Vəqfnamə»ni ixtisarla vermiĢdir. [20].
Təbrizin Sadiqiyyə mədrəsəsi «Vəqfnamə»sində də Ģəhərin bir sıra
abidələrinə dair maraqlı məlumat vardır [21].
Təbriz və Rəb-i RəĢidinin ictimai-iqtisadi vəziyyəti haqqında
«Mükatibati-RəĢidi»də bir çox qiymətli fakta təsadüf edilir. 53 məktubdan
ibarət bu əsərin 17, 18, 36 və 51 №-li məktubları bu baxımdan çox maraqlıdır
[22].
Təbrizdə yaĢamıĢ Abdulla Mazandarani «Risale-yi fələkiyyə» adlı
əsərini 1363-cü ildə Cəlairi Sultan Hüseynin hakimiyyəti dövründə yazmıĢdır
[23]. Əsər Mazandaran vəziri Fələk əl-Məaniyə ithaf edildiyi üçün «Risaleyi
fələkiyyə» adlandırılmıĢdır. 1463-cü ildə naməlum bir xəttat əsərin üzünü
köçürərkən ona «dibaçə» (giriĢ) yazmıĢ və beləliklə, kitabın 1-42-ci səhifələri
«dibaçə» adı ilə üzünü köçürən xəttat tərəfindən əlavə olunmuĢdur. Məhz buna
görə də bəzi tədqiqatçılar səhvə yol verərək bu əsəri XV əsrə aid etmiĢlər.
Sovet ĢərqĢünası R. K. Kiknadze bu əsəri «XIV əsrin 40-60-cı illəri üçün
11
qiymətli sənəd» sayır [24]. Qeyd olunan məxəzə qeyri-tədqiqi yanaĢan Ġran
alimi ġirin Bəyani «Tarix-i ali Cəlayir» [25] adlı əsərində Təbrizdən toplanılan
vergi və məxaric barədə 1340 və 1360-cı illərə dair rəqəmləri bu əsərdən
götürmüĢdür. Fikrimizcə, bu rəqəmlər həqiqətə uyğun deyildir. «Risale-yi
fələkiyyə» mühasibatdan dərslik vəsaiti kimi yazılmıĢ və oradakı bir çox
rəqəmlər əsərin müəllifi Abdulla Mazandərani tərəfindən qondarılmıĢdır
(əsərin ticarət bölməsində bu barədə ətraflı bəhs ediləcəkdir).
h. 728 (1327-28)-ci ildən Təbrizə köçüb orada yaĢamıĢ və burada
maliyyə iĢlərində çalıĢan Məhəmməd ibn Hindu-Naxçıvani 1360-cı ildə
«Dəstur əl-katib fi təyin əl-məratib» əsərini yazmıĢdır. Əsərdə Təbriz Ģəhərinin
ictimai-iqtisadi vəziyyətinə dair bir sıra faktik material toplanmıĢdır. Bu
məktublar Elxanilərin süqutu dövründə, Təbriz iqtisadi cəhətdən tənəzzül
dövrü keçirdiyi bir zamanda tərtib edilmiĢdir. Məhəmməd ibn HinduĢah
Naxçıvani öz əsərində Qazan xan islahatını təbliğ edir, ölkəni iqtisadi
tənəzzüldən qurtarmaq üçün yollar axtarır və təkliflər irəli sürürdü [26].
Xondəmirin «Name-yi Nami» adlı münĢaat tipli əsərində [27] (XVI
əsr) Kəmaləddin Behzadın Təbrizdə ġah Ġsmayıl sarayındakı kitabxanaya
Kələntər (rəis, baĢçı) təyin edilməsi barədə fərmanın surəti verilmiĢdir. Məhz
bu fərman vasitəsilə biz Təbrizin saray kitabxanası və orada iĢləyən ayrı-ayrı
sənətkarlar haqqında qiymətli məlumat əldə edə bilirik.
Ġstifadə etdiyimiz münĢaat tipli əsərlərdən biri də Heydər Evoğlunun
ġah Səfi dövründə (1629-1642) tərtib edilmiĢ və h. 1104 (1692-93)-cü ildə üzü
köçürülmüĢ «Məcmue-ye moraselat» əlyazmasıdır. Burada toplanılmıĢ bəzi
fərman və məktublar Təbrizin ictimai-iqtisadi vəziyyətini öyrənmək
baxımından maraqlıdır [28].
Təbriz tarixinin bəhs edilən dövrünə aid verilmiĢ bir sıra fərmanların
rəsmi sənəd kimi mühüm əhəmiyyəti vardır. Məsələn, 1565-ci ildə I ġah
Təhmasibin (1524-1576) Təbrizdə ticarətdən alınan tamğa vergisinin ləğv
olunması haqqında verdiyi fərmanın surəti Təbrizdə Cümə məscidi divarında
həkk edilmiĢdir.
Təbriz tarixini tədqiq edərkən Azərbaycan və Orta Asiyanın bir sıra
böyük Ģair və mütəfəkkirlərinin bədii əsərlərindən də geniĢ istifadə
olunmuĢdur. Qətran Təbrizi (XI), Xaqani ġirvani (XII), Kəmaləddin Xocəndi
(XIV) əsərlərində tədqiq edilən dövr haqqında elə dəyərli məlumatlar vardır ki,
biz həmin faktlara digər tarixi mənbələrdə rast gəlmirik. Təbrizdə Rəvvadi
Vəhsudan və oğlu Məməlanın xidmətində olmuĢ Qətran Təbrizinin 1042-ci ildə
baĢ vermiĢ zəlzələdən qabaq və sonra Təbrizin vəziyyəti barədə verdiyi
məlumat xüsusilə mühüm əhəmiyyət kəsb edir [29].
Fars dilində yazılmıĢ ikinci qisim məxəzlərin əksəriyyətində dövrün
siyasi hadisələrinin təsvirinə geniĢ yer verildiyi halda, Təbriz Ģəhərinin ictimai-
iqtisadi vəziyyəti və mədəni həyatına təsadüfi hallarda toxunulmuĢdur. Belə
Dostları ilə paylaş: |