10
Uşaq ədəbiyyatında yer alan tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşya
və hadisə haqqında mühakimə yürütmək vərdişi, uğurlu nəticə çıxartmaq bacarığı,
hazırcavablıq tərbiyə olunur. Məhz T. Elçin də yaradıcılığında tapmacaların ən yaxşı
nümunələrini yaratmışdır. 37 tapmacadan ibarət silsilədə bu baxımından çox
dəyərlidir. Kitabxanada kiçikyaşlı uşaqlar arasında bu tapmacalardan istifadə
etməklə viktorinalar təşkil edə bilərik. Bu da uşaqlarda düşünmə qabiliyyətini
yaxşılaşdırmaqla yanaşı balaca oxucularımızın kitabxanaya cəlb olunmasına da
köməklik edər.
Tapmacalar:
1)
Üzər suda, 2) Görənlər bilir
Batar suda, Götürdüyüm yük
Gəzər suda, HəmiĢə olur
Yatar suda. Özümdən böyük
Qanadları, Torpaqda dərin
Qolları var. Yuvam var sərin.
Xərclənməyən Özüm çalıĢqan,
Pulları var. (Balıq) Adım?... ( Qarışqa )
Fəsillərə aid tapmacalar isə uşaqların təfəkküründə hər fəslin mənzərəsini
canlandıracaq. Cavabı düzgün tapmaq üçün düşünmək onların məntiqi təfəkkürünü
inkişaf etdirəcək. Uşaqlar arasında bu tapmacalardan ibarət yarışma keçirə
bilərik.Tapmacaların cavabını doğru tapan iştirakçı sonda mükafatlandırılır.
Deyin, nə vaxt Deyin nə vaxt Deyin nə vaxt
Əriyir qar, Ġsti olur, Bağlar solur
BaĢ qaldırır Anbarlara Yarpaqları
YaĢıl otlar ( Yazda ) Taxıl dolur? (Yayda) Yellər yolur ( Payızda )
Deyin, nə vaxt
Sular donur,
Yerə ağ-ağ
QuĢlar qonur ( Qışda )
Teymur Elçin həmçinin respublikamızda uşaqlar üçün yazılan bir sıra
mahnıların müəllifidir. Onun “Bizim həyət”,”Bip-bipin nəğməsi”, “Cü-cü”, və b.
11
şeirlərinə
yazılmış nəğmələri uşaqların zövqünü oxşayar. Kitabxanada bu
mahnılardan ibarət uşaqlar arasında “ ġən mahnım “ adlı şeir-mahnı müsabiqəsi
təşkil edə bilərik.
Müsabiqədə şairin sözlərinə yazılmış aşağdakı mahnılardan istifadə edə bilərik:
Gözəl Vətən (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
Gəl, bahar (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
Gəl, barıĢaq (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
QıĢ nəğməsi (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
Cü-cü (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
Bizim həyət (Söz: Teymur Elçin, mus: Fikrət Əmirov)
Bip-bipin nəğməsi (Söz: Teymur Elçin, mus: Fikrət Əmirov)
Oxucuların sevimli şairimizin yaradıcılığı haqqında nə bildiklərini öyrənmək
üçün anket sorğusu keçirmək məqsədə uyğun olar. Sorğumuzu keçirmək üçün
aşağdakı suallardan istifadə edə bilərik.
1. Teymur Elçin kimdir?
şair
rəssam
bəstəkar
2. Şairin şeirlərindən hansılarını bilirsiniz?
_______________________
3. Göydən gələ-gələ
Düşür gilə-gilə.
Tapın adı nədir?
Gərək hamı bilə
Şairin yazdığı bu tapmacanın cavabı nədir?
qar
yağış
dolu
4. Teymur Elçinin hansı mahnılarını bilirsiniz?
_____________________________
12
5. Teymur Elçinin ssenarisi əsasında çəkilən “Qara Leylək”
cizgi filminə
baxmısınızmı?
bəli
xeyir
6. Şairin “Qonaqlıq” şeirini oxumusunuzmu?
bəli
xeyir
7. Şeirdə çaqqal hansı heyvanları qonaqlığa çağırır?
_____________________________
8. Şeirdə kirpinin aqibəti necə olur?
_____________________________
9. Eşidin, bilin,
Can, ay can, ay can!
Bu gün beş alıb,
beş alıb ........
“Elcan” şeirindən olan bu şeirdə nöqtələri yerinə hansı ad olacaq?
_____________________________
Ədəbi-bədii gecə
Kitabxanada keçirilən maraqlı tədbirlərdən biridə ədəbi-bədii gecədir. Şairin
yubileyi münasibətilə,
“Uşaqlar üçün yazanda...” adlı ədəbi-bədii gecəni təşkil
etmək olar. Gecədə iştirak etmək üçün uşaq ədəbiyyatı nümayəndələrimizdən, uşaq
şairləri, yazıçıları, müəllimlər, oxucular, dəvət edilir. Gecə keçiriləcək zala şairin
portreti
vurulur.
Teymur Elçinin şeirlərindən müxtəlif parçalar, nağıl
qəhrəmanlarının şəkilləri zalın divarından asılır. Həmçinin tədbir zamanı uşaqların
zövqünü oxşayan müxtəlif dekorasiyalar bəzəkli şarlar və s. istifadə edə bilərik.
Zalda şairin kitablarından ibarət sərgi yerləşdirilir. Sərgidə şair haqqında müxtəlif
sitatlardan istifadə etmək daha da sərgini maraqlı edər. Gecə Şairin sözlərinə
yazılmış “Can Azərbaycan” mahnısı ilə başlayır.
Bayram gəlir elimə, elimizə,
Nəğmə düşür dilimə, dilimizə,
Könlüm gülür, elim gülür, gülür gözəl diyarım,