normadan kənar əməllər edən, bir-birinə zidd fıkirlər söyləyən, ağrı və məntiqə
uyğun gəlməyən danışıq halları ilə seçilən və qayğıya ehtiyacı olan şəxs.
S
Sağlamlıq imkanları məhdud 18 yaĢınadək uĢaq (tibbi modelə əsasən) (Under-
18 child with health limitations (according to the medical model)) - orqanizmin
ümumi inkişafının pozulmasına səbəb olan müxtəüf əqli, ruhi, fıziki qüsurlar və
xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafıəyə
ehtiyacı olan uşaq. Həyat fəaliyyətinin məhdudlaşması sağlamlıq imkanları
məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına
nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya
imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.
Sağlamlıq imkanları məhdud Ģəxs (tibbi modelə əsasən) (Person with health
limitations (according to the medical model)) - xüsusi şərait yaradılmadan həyatda
müxtəlif sosial fünksiyaların icra olunmasında çətinlik çəkən fiziki çatışmazlığı,
əqli və (və ya) psixi ləngimələri olan insan.
Seqreqasiya (Segregation) - əhalinin bir qrupunun cəmiyyətdən müəyyən
əlamətlərə görə zorla aynlması siyasəti.
Sensor inteqrasiyasının disfunksiyası (SID) (Sensory processing disorder) -
hissiyat orqanlarının çatdırdığı məlumatın baş beyin tərəfindən tam və ya qismən
qavranmaması. Sensor inteqrasiyasında disfunksiyası olan şəxslər ətraf mühitin
qıcıqlandırıcı faktorlarına, o cümlədən parlaq işıq və ya güclü səsə qarşı həddən
ziyadə həssaslıq nümayiş etdirirlər.
Səsgücləndirici telefon aparatı (Amplifying telephone receiver) - dəstəyində səsin
ucalığına nəzarət etmək funksiyası olan, səsgücləndirici cihaz quraşdırılmış və
eşitmə qabiliyyəti məhdud şəxslər üçün nəzərdə tutulmuş rabitə vasitəsi. Aparat
daxil olan səsi gücləndirir.
Skolioz (Lateral curvature, scoliosis, curvature of spine) - onurğa ətrafında
müşahidə olunan patologiya. Skolioz əsasən 3 formada olur: sadə, qismən əyri,
mürəkkəb. Onurğa əyriliyi döş qəfəsinin assimetriyasına səbəb olur və bu da,
getdikcə daxili orqanları sıxır.
Sosial adaptasiya (Social adaptation) - insanın sosial funskiyalarını həyata
keçirmək imkanlarını əks etdirən inteqrativ proses. Sosial funksiyalar dedikdə,
ətraf mühitin və öz orqanizminin adekvat qavranılması, adekvat münasibətlər
sistemi və ətrafdakı insanlarla ünsiyyət, əmək, öyrənmə, asudə vaxtın və istirahətin
təşkili qabiliyyəti, ailədə və kollektivdə özünəxidmət, qarşılıqlı xidmət və s. başa
düşülür. Sosial adaptasiyanın bir istiqaməti kimi sosial-məişət adaptasiyasını, yəni
fərdin konkret sosial-məişət şəraitinə, ictimai və ailə-məişət rejiminə
uyğunlaşmasını fərqləndirirlər.
Sosial ayrı-seçkilik (Social discrimination) -cəmiyyət həyında ayrı-seçkilik
etməmə prinsipinin pozulması, fərdlərin və ya sosial qrupların sosial sinif, irq, din,
dil, siyasi-fəlsəfı görüş, etnik azlıq, əlillik və s. fərqlər səbəbindən cəmiyyətdə
bərabər olmayan bir halla üzləşməsi.
Sosial xidmət qurumu (Social service institution) - hər hansı bir sosial xidmət
müəssisəsinin öz tərkibində peşəkar olaraq sosial təminat xidmətləri göstərən
bölmə.
Sosial xidmət müraciəti (Social service application) - sosial-iqtisadi cəhətdən
məhdudiyyətli insanın sosial kontekstdə dəstək xidmətlərinə ehtiyac duyub-
duymadığına dair müşahidənin aparılması istiqamətində müvafıq yerli idarələrinə
ünvanlanan istəklər.
Sosial xidmət ödəniĢləri (Social service payment) - sosial təminat sistemləri olan
ölkələrdə evdə və ya müəssisədə sosial təminat xidmətləri çərçivəsində meydana
gələn müvafıq xərclərinin qismən və ya tamamilə bərpasına yönəldilən qayğıya
ehtiyacı olan şəxsə və ya onun admdan baxıcıya, mütəxəssis baxıcıya və ya nəzarət
orqanına verilən aylıq pul vəsaiti.
Sosial xidmət sahələri (Social service areas) -səhiyyə, təhsil və digər sosial
xidmətlərin tətbiq olunan sahələrinin məcmusu. Burada sosial işçi və ya sosial
xidmətçilər tərəfindən peşəkar səviyyədə müxtəlif sosial qruplara (məsələn, ailə,
uşaqlar, gənclər, ahıl insanlar, xüsusi qayğıya ehtiyacı olanlar, əlilliyi olan şəxslər,
qaçqın və məcburi köçkünlər və s.) göstərilən xidmətlərin göstərilməsi nəzərdə
tutulur.
Sosial inteqrasiya (Social integration) - sosial təcrid olunmaya məruz qalan fərd
və ya qrupların (əlilliyi olan şəxs və ya qrupların) iqtisadi və sosial fəaliyyətlərinə
maneə olan faktorların aradan qaldırılması, onların həyat səviyyələrinin
yaxşılaşdırılması və cəmiyyətdə digər insanlarla bərabər səviyyədə iştraknın təmin
edilməsi istiqamətdə həyata keçirilən tədbirlər sistemi.
Sosial iĢçi (Social worker, case worker, outreach worker, development worker) -
əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərin ehtiyaclarını müəyyən edən,
ehtiyaclarla resurslar arasında əlaqəni təmin edən, bu resurslar haqqında insanları
məlumatlandıran və onların bu resurslardan istifadə etməsini əlaqələndirən şəxs.
Sosial iĢtirak (Social participation) - əlilliyi olan və xüsusi qayğıya ehtiyac duyan
şəxslərin cəmiyyətdə tamyararlı üzv kimi yaşaması və sosial fəaliyyətlərdə
mümkün qədər aktiv olaraq iştirak edə bilməsi.
Sosial qulluq (Social care) - sosial xidmət işçiləri tərəfmdən qayğıya ehtiyacı olan
şəxsə sistemli, planlı və mütəşəkkil bir şəkildə təqdim olunan tibb qulluğu, psixo-
sosial (mənəvi) dəstək və evin idarə olunmasına yönələn xidmətlərin məcmusu.
Sosial məsafə (Social distancing) - sosial qrupların və ya şəxslərin bir-birinə
yaxınlıq və ya özgəninkiləşdirmə dərəcəsini əks etdirən anlayış. İnsanla ictimai
qurum arasında sosial məsafənin artması sosial qurumların qruplara və digər
təbəqələrə ayrılmasının meyarını təşkil edir.
Sosial müavinətlər (Social benefıts) - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı
kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik
ödənilən pul vəsaiti.
Sosial reabilitasiya (Social rehabilitation) -sosial vərdişlərin mənimsənilməsini,
əlilliyi olan şəxsin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin
həyatında müstəqil iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar
yaradılmasını təmin edən tədbirlər sistemi.