STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
358
üsulları, müştərilərlə iş qaydası, təchizat sistemi, ölkədə və dünyada mövcud
olan iqtisadi böhranlar nəzərə alınmalıdır. Konsepsiyaya kiçik və uzunmüddətli
məqsədlər daxil edilməlidir. Baş menecer kifayət qədər qərarlı və güclü insan
olmalıdır ki, lazım gələndə təsisçiləri çətin strateji qərarın verilməsinə vadar
edə bilsin (misal üçün, yeni sənaye xətlərinin açılması, gəlir gətirməyən köhnə
sahələrin bağlanması və s. məsələlərdə). Konsepsiya həmçinin şirkət daxilində
sosial amilləri və davranış normalarını müəyyən etməlidir. Şirkət daxilində işçi
heyəti üçün nəzarət, təhsil və inkişaf sistemlərinin yaradılması zəruridir. Çox
vaxt kiçik və orta şirkətlər bunlardan məhrum olurlar.
Uğurlu karyera üçün gənc menecerə və ya baş menecerə texniki təhsil ilə
bərabər, MBA dərəcəsini almaq zəruridir. Onun innovasiyaların idarə edilməsi,
strateji idarəçilik, kreativ həll yolları, kollektivin idarə edilməsi, marketinq, satış,
investisiya, vergilər və s. kursları keçməsi vacibdir.
Kiçik biznesdə baş menecer olmaq istəyən gənc mühəndis-menecer bir
amili də anlamalıdır ki, müasir şirkətin əsas məqsədi öz istehsalının satışıdır.
Müasir dövrdə yaxşı satışa nail olmaq üçün yaxşı istehsalat xəttinin olması və
standart marketinq kampaniyası həyata keçirmək kifayət deyil. Burada şou-
biznesdə olduğu kimi şirkət simalarının piarı da vacib amillərdəndir.
Tendensiya göstərir ki, mühəndis-menecerin uğurlu karyerası üçün tanınmış
iri şirkətdə orada çox qalmamaq şərti ilə gənc mütəxəssis kimi fəaliyyətə
başlamaq, əsas treyninqləri keçib, 4-5 il təcrübə toplayandan sonra kiçik və ya
orta biznesdə menecer vəzifəsinə yönəlmək olar. 10-15 il təcrübəsi olan şəxs
artıq öz kiçik istehsalat biznesini aça və ya orta biznesli şirkətin baş meneceri
işləyə bilər.
İstifadə edilmiş ədəbiyyat:
1. Jeffrey K. Likers - Gary L. Convis. Toyota Way to Lean Leadership. Optimist, 2013.
2. Schoemaker, Paul J.H, with Robert E. Gunther. Profiting from Uncertainty: Strategies
for Succeeding No Matter What the Future Brings. New York: Free Press, 2002.
3. Day, George, and Paul J.H. Schoemaker.Peripheral Vision: Detecting the Weak
Signals That Will Make or Break Your Company. Boston, Mass: Harvard Business
School Press, 2006.
4. Josh Kaufman. The personal MBA, 2010.
5. Maxwell, John C.Thinking for a Change: 11 Ways Highly Successful People Approach
Life and Work. Warner Business, 2003.
Rufat Azizov
The role of young managers in middle and small size industrial business
The “contract of century” in 1994 marked the beginning of a new era for
the Azerbaijan oil industry development, which also fueled the development
of other industrial segments. The small and middle size industrial companies
Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL
359
are usually managed by owners, but the last 2-3 years they have started to
employ professional general directors. According to observations, the key
source of these managers is big industrial organizations such as BP, Statoil,
Halliburton, Schlumberger and a lot others, as in these companies there
are extensive opportunities for young professionals to develop themselves.
Based on development programs of these companies many managers have
already done successful carriers. Usually such managers are employed by local
small and middle industrial companies. In this article, the responsibilities of
managers in small and middle industrial business are widely discussed and
how a professional coming from big companies capable of carrying out these
responsibilities is comprehensively examined.
It is very important for a manager to act very quickly in case of production
problems in the facility. The lead manager (General Director) is also responsible
for strategic planning in the company. The lead manager is the main person
representing company interests. Young managers from big companies with
technical background, seem to be very successful in all these questions. The
experience shows that managers – engineers are capable to understand and
work out strategic development plan of small and middle size companies.
They usually establish new conception of management system, assuming
information technologies, modern methods of marketing, client services,
procurement, and economic crisis within region and in the world.
Руфат Азизов
Роль молодых управляющих в среднем и малом промышленном
бизнесе
Подписание «контракта века» в 1994 году стало началом бурного раз-
вития нефтяной промышленности Азербайджана, что в свою очередь
потянуло за собой развитие и других отраслей промышленности. В по-
следние 2-3 года малые и средние промышленные предприятия начали
искать наемных управляющих, в то время как раньше ими управляли сами
учредители. Наблюдения показывают, что основным источником этих ка-
дров являются крупные промышленные организации, такие как BP, Statoil,
Halliburton, Schlumberger и многие другие, которые профессионально
подготавливают молодых кадров к дальнейшей карьере. В программах
этих компаний сделали удачные карьеры тысячи менеджеров. Именно
эти менеджеры на сегодняшний день охотно нанимаются средним и ма-
лым звеном местного бизнеса. В статье широко обсуждаются функции
главного управляющего в малом и в среднем промышленном бизнесе
В малых предприятиях менеджерам в большинстве случаев надо дей-
ствовать очень быстро в решении проблем связанных с производством.
Главный управляющий (генеральный директор) – это также ответствен-
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
360
ный за стратегическое планирование в компании. Главный управляющий
является человеком представляющим интересы компании. Опыт пока-
зывает, что за короткий срок (1-2 года) менеджеры-инженеры способны
понять и разработать план полного стратегического развития малого и
среднего бизнеса. В большинстве случаев, они разрабатывают свою соб-
ственную концепцию управления, в которой принимаются во внимание
информационные технологии, современные методы маркетинга, работа
с клиентами, система снабжения, экономические кризисы в регионе и
мире.
Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL
361
Jurnal haqqında
“STRATEJİ TƏHLİL” jurnalı 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilmişdir. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyində 3236 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə
alınmışdır.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata
alınmış (ISSN 2078-8037) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix,
antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın elmi məqsədi
“Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat,
hüquq, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və psixologiya kimi ictimai və
humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən
ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin,
yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Ümumi qaydalar
Məqalələrin məzmunu
Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik
tələblərə cavab verməlidir. Elmi məqalənin “Giriş” hissəsində mövzunun aktuallığı
əsaslandırılmalı, “Mətn” hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər
bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin
xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi
əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli
sürülməlidir.
1.
Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi
Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi
nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və Strateji Araşdırmalar
Mərkəzinin qaydalarına (www.sam.gov.az) tam cavab verməlidir.
1)
Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:
-
UOT indekslər və ya PACS tipli kodlar;
-
“Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”,
“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”;
-
“Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 5 söz və söz birləşməsindən az
olmayaraq),
-
“Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat
siyahısı”
-
“Xülasə” (Azərbaycan, ingilis və rus dillərində - 6-7 cümlədən az olmayaraq)
göstərilməlidir.
2) Əlyazmaların mətni Microsoft Office Word proqramında A4 (210 x 297mm)
formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm,
soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır.
3) Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük
MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
362
olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan,
cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara
boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ
küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl
nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl
və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin
sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər
sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq,
onlar nömrələnməli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-
dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop,
CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada
istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı,
onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir.
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın
qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra
yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır.
5)Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələrin həcmi 8 səhifədən az olmamalıdır.
6) Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin
sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən
ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcıllığı ilə
nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda
istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında
verilən hər bir istinad haqqında məlumat tam, dəqiq və orjinalın dilində olmalıdır.
İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi
məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər
nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin,
məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri
verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
“Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş
ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş
ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
a) Kitablar:
Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012,
-476 s.
b) Jurnallar:
Şixəliyev E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil”
jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45.
c) Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):
“Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli
inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının
materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.
ç) Dissertasiyalar və avtoreferatlar:
Məmmədov H.B. Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin
aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”, 2013, - 44 s.
d) Müəlliflik şəhadətnamələri və patentlər:
Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50
Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.
e) İnternet səhfələri (internet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə
Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL
363
olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır):
http://www.stat.gov.az/# (15.11.2013) / 2013-cü ilin yanvar-oktyabr aylarında
ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə,
monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
Mətndə istifadə edilməyən mənbələr “İstifadə edilmiş ədəbiyyat” hissəsində
göstərilməməlidir.
2.
Məqalənin redaksiyaya təqdim edilmə qaydası
Məqalənin orijinalı 2 nüsxədə (həmçinin elektron forması kompakt diskdə)
tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubu və elmi şurasının müvafiq
iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya
(AZ 1005, Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi) təqdim
edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya
təqdimedilmə tarixi göstərilməlidir.
Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq “Müəllif anketi”ni
doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini jurnalın
internet səhifəsindən (www.sam.az) və ya redaksiyadan götürmək olar.
Məqalələrin elektron qaydada təqdim edilməsi də mümkündür. Bunun üçün
müəlliflər məqalələrini jurnalın elektron poçtuna (strateji_tehlil@sam.az)
göndərməlidirlər.
3.
Məqalələrin resenziyalaşdırılması və dərci
Redaksiyaya təqdim edilən məqalələr (əlyazmalar) mütəxəssislər (resenzentlər)
tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra redaksiya
heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim
edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Məqalələr
resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə
dərc edilir.
4.
Müəlliflik hüquqları
Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin
bütün nəşr hüquqları “Strateji təhlil” jurnalına aiddir. Jurnalda çap edilmiş
məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı
istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə
göstərilmək şərti ilə yol verilir.
Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş
əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.
Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.
5.
Nəşrin müəlliflərə təqdim edilməsi
Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.
6.
Redaksiyanın ünvanı
AZ 1005, Bakı şəhəri, M.İbrahimov küçəsi 8.
Strateji Araşdırmalar Mərkəzi.
7.
Ələqə telefonları
596-82-36/37 (daxili 130/137).
“STRATEJİ TƏHLİL” jurnalının redaksiyası
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
364
QEYD ÜÇÜN
Dostları ilə paylaş: |