49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin
cəza məhkumun iş yeri
üzrə çəkilir.
49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi
faizədək məbləğdə pul tutulur.
49.3. İslah işlərinə məhkum olunmuş şəxs qəsdən həmin cəzanı çəkməkdən boyun qaçırdıqda,
məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən
müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman yeni cəzanın
müddəti müəyyən olunarkən bir gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması,
yaxud üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
Maddə 50.
Hərbi xidmət üzrə məhdudlaşdırma
50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və
hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda,
habelə
kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum
olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.
50.2. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin qazancından
dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi
müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi
rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz.
Maddə 51.
Əmlak müsadirəsi
51.1. Əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi
alət və vasitələrin,
cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və
əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
51.2. Əmlak müsadirəsi yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş hallarda təyin olunur.
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi,
özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına
bilinmədiyi halda həmin
əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.
Maddə 52.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar
cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin
58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər.
52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü
aşağıdakı şəxslərə şamil edilmir:
52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan
Respublikasının ərazisində daimi
yaşayan şəxslərə;
52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının
vətəndaşı ilə nikahda olan şəxslərə;
52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;
52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi
sığınacaq verilmiş şəxslərə;
52.2.6. himayəsində yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət
qabiliyyəti olmayan və
ya I və II qrup əlili olan şəxslərə;
52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala
biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə.
52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin
52.1 və 52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 53.
Azadlığın məhdudlaşdırılması
53.1. Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş
məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında
xüsusi müəssisələrdə
saxlanılmasından ibarətdir.
53.2. Azadlığın məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə məhkum edilən şəxslərə —
bir ildən üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən beş ilədək
müddətə təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə bu cəza
növü bir ildən az müddətə də təyin edilə bilər.
53.4. Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun
qaçırdıqda, azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan
məhrum
etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə
cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum
etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
53.5. Azadlığın məhdudlaşdırılması birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya
səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə,
habelə müddətli həqiqi hərbi
xidmətdə olan hərbi qulluqçulara təyin edilmir.
Maddə 54.
İntizam xarakterli hərbi hissədə saxlama
54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara,
habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi
qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa
vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə
cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə