13
ayrı-ayrı komponentləri haqqında təsəvvürlər birtipli deyildir və
çox zaman bir-birinə daban-dabana ziddir. Bunun səbəblərini isə
universitetlərin özünün müxtəlifliyində, hazırkı vəziyyətin ziddiy-
yətli olmasında, Azərbaycan təhsilinin hələ də köhnə stereotip-
lərdən və neqativ tendensiyalardan azad ola bilməməsində habelə
Avropadakı kredit sisteminin tətbiqi praktikasının özünün yetkin
olmamasında axtarmaq lazımdır.
Elə suallar var ki, onlara Boloniya prosesinin biliciləri də
birmənalı cavab verə bilmir. Çünki Azərbaycanda Boloniya
prosesi istiqamətində aparılan ali təhsil islahatlarından danışılar-
kən hər hansı hazır Avropa modelinin mexaniki şəkildə burada
tətbiqindən söhbət gedə bilməz. Bu məsələdə yerli xüsusiyyətlər,
yerli imkanlar və yerli ənənələr nəzərə alınmalıdır. Eyni zamanda,
başa düşmək lazımdır ki, Azərbaycan ali təhsil sisteminin prob-
lemləri təkcə Boloniya prosesinə qoşulması ilə əlaqədar üzə
çıxmamışdır. Ölkənin ictimai həyatının bütün başqa sahələri ilə
birgə malik olduğu problemlər də onun vəziyyətinə təsir edir.
Sorğunun nəticələrinə görə, məlum olur ki, keçirilən
islahatların tempi həm tələbələr, həm də müəllimlər üçün qane-
edici deyil. Avropada vahid ali təhsil Zonasının yaradılması və
ilkin ümumi standartların əldə edilməsinin ilkin mərhələsinin,
yuxarıda qeyd olunduğu kimi, 2010-cu ildə başa çatdırılması
planlaşdırılırdı. Bu zaman proses yekunlaşmır, o daha mükəmməl
və yetkin mərhələyə daxil olur. Əslində prosesə daxil olan Avropa
ölkələrinə çatmaq, onlarla heç olmasa, yaxın bir səviyyəyə
yüksəlmək üçün vaxt çox azdır və bunun üçün çox işlər görmək
lazımdır.
Respondentlər mövcud problemlərin çoxunu həllini daha
çox Avropaya inteqrasiya etməkdə görürlər. Onların xeyli hissəsi
“Boloniya prosesinə uyğun islahatların keçirilməsi mövcud
problemləri həll edə bilərmi?” sualına müsbət cavab vermişlər.
Lakin o da başa düşülməlidir ki, müsbət mənada dəyişməyə istək
və səylər cəmiyyətin özünün içərisindən gəlməlidir. Əks halda,
heç bir yüksək nümunə və kömək lazımi nəticə verə bilməz.
14
Təsadüfi deyildir ki, rəyi soruşulan müəllimlərin 78,6 faizi,
tələbələrin isə 72,2 faizi Boloniyaya qoşulmanın mövcud prob-
lemlərin həllinə yalnız qismən təsir edəcəyini bildirmişlər.
Sorğunu nəticələrində ən maraqlı göstəricilərdən biri keçiri-
lən islahatların gözləntiləri ilə bağlıdır. Açıq şəkildə qoyulmuş
“Azərbaycanın Boloniya prosesinə qoşulması ona nə verə bilər?”
sualına respondentlərin vermiş olduğu sərbəst cavablarda ən çox
təkrarlanan təhsildə olan neqativ halların aradan qalxması, təhsilin
keyfiyyətinin yüksəlməsi, məzunların iş tapmaq imkanın genişlən-
məsi, Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyasının sürət-
lənməsi kimi cavablardır. O ki qaldı Azərbaycan ali təhsilinə,
inkişaf etməyə mane olan amillərə, respondentlər hamıya məlum
olan neqativ reallıqları təkrar edir, ali məktəblərin təminatının
yüksəldilməsi, müstəqilliyinin artırılması, keyfiyyətin yüksəldil-
məsi, müəllim-tələbə münasibətlərinin nizama salınması və s. mə-
sələləri qabardırlar.
Sorğunun nəticələrində, xüsusən tələbə respondentlərin bir
sıra məsələlərə münasibətləri, diqqəti cəlb edir. Xüsusilə onu qeyd
etmək lazımdır ki, tələbələr arasında Boloniya prosesi və onun
ayrı-ayrı elementləri barəsində məlumatları müəllimlərə nisbətən
daha aşağı səviyyədədir. Rəyi soruşulan tələbələrin 77 faizi onla-
rın bu məsələlərdə malik olduqları məlumat kifayət qədər deyildir
və yarımçıq xarakter daşıyır. Onların 11 faizi isə ümumiyyətlə heç
bir məlumata malik olmadıqlarını qeyd edirlər. Xüsusən də əgər
tələbə bu yeni sistemin əhatə etdiyi strukturda təhsil almırsa, onun
təsəvvürü tamamilə məhduddur, ikincisi ölkənin mərkəzi univer-
sitetlərinin tələbələrinə nisbətən regionlarda olan ali təhsil müəssi-
sələrinin tələbələri daha az məlumata malikdirlər və ya bu
məsələyə maraq göstərmirlər. Digər tərəfdən, özəl və dövlət ali
məktəblərində də yeni təhsil qaydalarına münasibət fərqlidir.
Boloniya sistemi prinsipləri əsasında fəaliyyət göstərən dövlət və
özəl ali təhsil müəssisləri daha çox məlumatlı olmaqla yanaşı, bu
məsələlərə daha çox maraq göstərirlər.
15
Anketlərdə tələbələrin sərbəst cavabları üçün ayrılmış
hissəsində qaldırdıqları məsələlərdən biri onların təşkilatlanması
işinin olmaması ilə bağlıdır. Tələbələr haqlı olaraq diqqəti ona
yönəldirlər ki, Boloniyanın prinsiplərinə görə, tələbələrin ali təhsil
prosesində, o cümlədən onun idarə olunmasında, rolunun güclən-
dirilməsi önəmli məqamlardandır. Tələbələrin fikrinə dəstək
olaraq əlavə etmək istərdik ki, Avropanın özündə tələbə təşkilat-
ları prosesə təsir edən tərəflərdən birini təşkil edir. Bu istiqamətdə
fəaliyyət göstərən tələbə təşkilatları orada bir milyondan artıq
tələbəni birləşdirir, onlar öz səmərəli təklifləri, fəal iştirakları ilə
Boloniya prosesinin uğurlu inkişafına əhəmiyyətli dərəcədə təkan
verirlər. Düşünürük ki, Azərbaycanda bu işin görünməsinin vaxtı
çoxdan çatmışdır.
Tədqiqatın nəticələrində diqqəti cəlb edən məqamlardan biri
tələbənin aldığı təhsillə onun gələcək əmək karyerası arasında
asılılığın müəyyənləşdirilməsidir. “Hazırkı vəziyyətdə aldığınız
təhsil gələcəkdə əmək karyeranızı nə dərəcədə təmin edir?”
sualına tələbələrin 24,2 faizi “tam təmin edir”, 53,5 faizi “qismən
təmin edir”, 10,4 faizi “təmin etmir”, 10,7 faizi isə “cavab
verməkdə çətinlik çəkirəm” cavabını vermişlər. Göründüyü kimi
hazırkı vəziyyət tələbələrin gələcəkdə aldıqları ixtisas və onun
keyfiyyət səviyyəsi ilə əmək bazarında nə dərəcədə inamlı
olduqlarına da təsir edir. Buna görə də ali təhsildə islahatlar
aparılarkən onun başlanğıcından sonuna qədər nəzərə alınmalı,
son məqsədə istiqamətlənməlidir.
Maraqlı cavablardan biri tələbələrin ali məktəbə qəbul
olarkən ixtisas seçimi ilə bağlıdır. Bütövlükdə aparılan analitik
tədqiqat və sosioloji sorğuların nəticələri müəyyən qədər Azərbay-
can ali təhsil sistemində olan mövcud vəziyyət ilə daha əsaslı
şəkildə tanış olmağa, mövcud problemləri işıqlandırmağa, onların
həlli yollarını axtarmağa imkan verir. Düşünürük ki, hazırkı
tədqiqatların daha dərindən analiz edilməsinə və davam etdiril-
məsinə ehtiyac vardır.
Dostları ilə paylaş: |