almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri
görürlər.
Maddə 36 İştirakçı dövlətlər uşağı onun rifahının istənilən cəhətinə ziyan
vuran istismarın bütün digər formalarından müdafiə edirlər.
Maddə 37 İştirakçı dövlətlər təmin edirlər ki:
a) heç bir uşaq işgəncələrə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan
digər rəftar və ya cəza növlərinə məruz qalmasın. 18 yaşına çatmayan şəxslər
tərəfindən törədilmiş cinayətlərə görə nə ölüm cəzası, nə də azad edilmək
imkanını nəzərdə tutmayan ömürlük həbs cəzası kəsilmir;
b) heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın
həbsə alınma-sı, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata
keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq
müddət ərzində tətbiq edilir;
c) azadlıqdan məhrum edilmiş hər bir uşaqla humanist rəftar edilsin və
həmyaşıdları olan şəxslərin tələbatı nəzərə alınmaqla, onun şəxsiyyətinin
ayrılmaz ləyaqətinə hörmət bəslənsin. Məsə-lən, azadlıqdan məhrum edilmiş
hər bir uşaq, onun ən yaxşı mənafeyinə zidd deyilsə, yaşlılardan ay-rı
saxlanılmalı və xüsusi hallar istisna olmaqla, yazışmaq və görüşmək yolu ilə öz
ailəsi ilə əlaqə saxlamaq hüququna malik olmalıdır;
d) azadlıqdan məhrum edilmiş hər bir uşaq ləngidilmədən hüquqi və digər
müvafiq yardım al-maq hüququna, habelə azadlıqdan məhrum edilməsinin
qanuniliyinə məhkəmə və ya digər səlahiyyətli, müstəqil və qərəzsiz orqan
qarşısında etiraz etmək hüququna və istənilən belə prosessual təd-bir barəsində
onların təxirə salmadan qərar çıxarması hüququna malik olsun.
Maddə 38 1. İştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən
və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət
bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər.
2. İştirakçı dövlətlər 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa
iştirak etmə-məsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.
3. İştirakçı dövlətlər 15 yaşına çatmayan hər hansı şəxsi öz silahlı qüvvələrində
xidmətə çağırmaqdan çəkinirlər. İştirakçı dövlətlər 15 yaşına çatmış, lakin 18
yaşı hələ tamam olmamış şəxslərin orduya cəlb edilməsi zamanı daha yaşlı
şəxslərə üstünlük verməyə çalışırlar.
4. Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq
humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı
münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin
etmək üçün bütün mümkün tədbirləri görürlər.
Maddə 39 İştirakçı dövlətlər hər hansı növ etinasızlığın, istismarın və ya sui-
istifadənin, işgəncələrin və ya hər hansı digər qəddar, qeyri-insani və ya
ləyaqəti alçaldan rəftar, cəza növlərinin və ya silahlı münaqişələrin qurbanı
olmuş uşağın fiziki və psixoloji bərpasına və sosial reinteqrasiyasına kömək
etmək üçün bütün lazımi tədbirləri görürlər.
Maddə 40 1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən,
onu pozmaqda təqsirlən-dirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə
bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik
hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının
əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və
onun reinteqrasi-yasına və cəmiyyətdə faydalı rol oynamasına kömək
göstərilməsinin arzu edildiyini nəzərə alır.
2. Bu məqsədlə və beynəlxalq sənədlərin müvafiq müddəalarını nəzərə alaraq,
iştirakçı dövlətlər təmin edirlər ki:
a) edildiyi zaman milli və ya beynəlxalq hüquqla qadağan olunmamış hərəkətə
və ya hərəkətsizliyə görə heç bir uşaq cinayət qanunvericiliyi pozmuş hesab
edilməsin, onu pozmaqda təq-sirləndirilməsin və təqsirli sayılmasın;
b) cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu pozmaqda
təqsirləndirilən hər bir uşaq ən azı aşağıdakı təminatlara malik olsun:
i) onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyası;
ii) özünə qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zərurət
olduqda isə, vali-deynləri və ya qanuni qəyyumları vasitəsilə məlumat
verilməsi və öz müdafiəsinə hazırlaşarkən və müdafiəsini həyata keçirərkən
hüquqi və digər lazımi yardım göstərilməsi;
iii) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə
məsələyə ədalətlə baxı-larkən səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya
məhkəmə orqanı tərəfindən həmin məsələyə dair qərarın təxirə salınmadan və
əgər uşağın ən yaxşı mənafeyinə zidd deyilsə, onun yaşı və ya valideynlərinin
və ya qanuni qəyyumlarının vəziyyəti də nəzərə alınmaqla çıxarılması;
iv) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən
azad olmaq; itti-ham şahidlərinin verdiyi ifadələri ya müstəqil surətdə, ya da
digər şəxslərin köməyi ilə öyrənmək və müdafiə şahidlərinin bərabər hüquqlu
iştirakının və ifadələrinin öyrənilməsinin təmin edilməsi;
v) əgər hesab edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna
uyğun olaraq müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı
tədbirlərə səlahiyyətli, müstəqil və qərəzsiz yuxarı orqan və ya məhkəmə
orqanı tərəfindən təkrar baxılması;
vi) əgər uşaq istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə,
tərcüməçinin pulsuz köməyi;
vii) araşdırmanın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət
edilməsi.
3. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu
pozmaqda təqsirlən-dirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti
olan qanunlar, prosedurlar, orqanlar və müəssisələr yaradılmasına, o cümlədən
aşağıdakılara kömək göstərməyə çalışırlar:
a) elə minimum yaş həddi müəyyən edilməsinə ki, bu həddən aşağı yaşda
uşaqlar cinayət qanunvericiliyini pozmağa qadir sayılmırlar;
b) zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi
təminatları tam gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən
rəftar edilməsi üçün tədbirlər gö-rülməsinə.
4. Uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri,
sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı
proqramları və müəssisələrdə uşağa qulluğu
əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir.
Bunlardan məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə
vəziyyətinə və cinayətin xarakterinə uy-ğun olsun.
Maddə 41 Bu Konvensiyada heç nə uşaq hüquqlarının həyata keçirilməsinə
daha çox kömək edən və aşağıdakı sənədlərdə ola bilən hər hansı müddəalara
toxunmur:
a) iştirakçı dövlətin qanununda; və ya
b) həmin dövlət barəsində qüvvədə olan beynəlxalq hüquq normalarında.
II Hissə
Maddə 42 İştirakçı dövlətlər lazımi və təsirli vasitələrdən istifadə edərək,
Konvensiyanın prinsipləri və müddəaları barədə istər yaşlılara, istərsə də
uşaqlara geniş məlumat verməyi öhdələrinə götürürlər.
Maddə 43 1. Bu Konvensiyaya müvafiq surətdə qəbul edilmiş öhdəliklərin
yerinə yetirilməsində iştirakçı dövlətlər tərəfindən əldə olunmuş tərəqqini
nəzərdən keçirmək məqsədilə Uşaq Hüquqları Komitəsi təsis edilir. Komitə
aşağıdakı funksiyaları yerinə yetirir.
2. Komitə yüksək mənəvi keyfiyyətləri olan və bu Konvensiyanın əhatə etdiyi
sahədə səriştəsi təsdiq edilmiş on ekspertdən ibarət olur. Komitənin üzvləri
iştirakçı dövlətlər tərəfindən öz vətəndaşları sırasından seçilir və şəxsən
fəaliyyət göstərirlər, həm də ədalətli coğrafi bölgüyə, habelə əsas hüquq
sistemlərinə diqqət yetirilir.
3. Komitənin üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri şəxslərin siyahısından
gizli səsvermə yolu ilə seçilirlər. Hər iştirakçı dövlət öz vətəndaşları sırasından
bir nəfərin namizədliyini irəli sürə bilər.
4. Komitəyə ilk seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi gündən etibarən
altı aydan gec olmayaraq, sonralar isə iki ildə bir dəfə keçirilir. Hər seçkinin
keçirilməsinə ən geci dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş katibi
iştirakçı dövlətlərə öz namizədlərini iki ay ərzində təqdim etmək təklifi ilə
məktub göndərir. Sonra Baş katib namizədlikləri bu qaydada irəli sürülmüş
bütün şəxslərin əlifba sırası ilə siyahısını, onların namizədliyini irəli sürmüş
iştirakçı dövlətləri göstə-rməklə tərtib edir və bu Konvensiyanın iştirakçısı olan
dövlətlərə təqdim edir.
5. Seçkilər iştirakçı dövlətlərin Baş katibin Birləşmiş Millətlər Təşkilatının
Mərkəzi idarələrin-də çağırdığı müşavirələrində keçirilir. İştirakçı dövlətlərin
üçdə iki hissəsinin yetərsay təşkil etdiyi bu müşavirələrdə iştirakçı dövlətlərin
səsvermədə olan və və iştirak edən nümayəndələrinin daha çoxunun səsini və
mütləq əksəriyyətinin səsini alan namizədlər Komitənin tərkibinə seçilmiş
sayılır-lar.
6. Komitənin üzvləri dörd il müddətinə seçilirlər. Namizədlikləri təkrar irəli
sürüldükdə onların yenidən seçilmək hüququ vardır. İlk seçkilərdə seçilən beş
üzvün səlahiyyət müddəti iki illik dövrün sonunda bitir; ilk seçkilərdən sonra
dərhal bu beş üzvün adları Müşavirənin sədri püşkatma vasitəsilə
müəyyənləşdirir.
7. Komitənin hər hansı üzvü öldükdə və ya istefa verdikdə və ya Komitənin
üzvü vəzifələrini hər hansı başqa səbəbə görə daha yerinə yetirə bilmədikdə,
Komitənin həmin üzvünü irəli sürmüş iştirakçı dövlət qalan müddət üçün öz
vətəndaşları sırasından, Komitənin bəyənməsi şərti ilə, başqa ekspert təyin
edir.
8. Komitə öz prosedur qaydalarını müəyyən edir.
9. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.
10. Komitənin sessiyaları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının
Mərkəzi idarələ-rində və ya Komitənin müəyyənləşdirdiyi hər hansı digər
münasib yerdə keçirilir. Komitə öz sessiyalarını, bir qayda olaraq, hər il
keçirir. Komitənin sessiyasının davam etməsi müddəti bu Konvensiyanın
iştirakçısı olan dövlətlərin müşavirəsində, Baş Məclisin bəyənməsi şərti ilə,
müəyyənləşdirilir və zərurət olduqda ona yenidən baxılır.
11. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyaya uyğun olaraq
Komitənin öz funksiyalarını səmərəli həyata keçirməsi üçün lazımi heyət və
maddi vəsait ayırır.
12. Bu Konvensiyaya uyğun təsis edilmiş Komitənin üzvləri Baş Məclis
tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə Birləşmiş Millətlər
Təşkilatının vəsaitindən Baş Məclisin təsdiq etdiyi məbləğdə haqq alırlar.
Maddə 44 1. İştirakçı dövlətlər Konvensiyada tanınmış hüquqların təsbit
olunması üçün gördükləri təd-birlər haqqında və bu hüquqların həyata
keçirilməsində əldə edilmiş tərəqqi haqqında Komitəyə Birləşmiş Millətlər
Təşkilatının Baş katibi vasitəsilə məruzələr təqdim etməyi öhdələrinə
götürürlər:
a) Konvensiya müvafiq iştirakçı dövlət üçün qüvvəyə mindikdən sonra iki il
ərzində;
b) bundan sonra hər beş ildən bir.
2. Bu maddəyə müvafiq surətdə təqdim olunan məruzələrdə bu Konvensiya
üzrə öhdəliklərin yerinə yetirilməsi dərəcəsinə təsir edən amillər və çətinliklər,
əgər varsa, göstərilir. Komitənin həmin ölkədə Konvensiyanın qüvvəsini tam
başa düşməsini təmin etmək üçün məruzələrdə kifayət qədər informasiya da
olur.
3. Komitəyə hərtərəfli ilkin məruzə təqdim etmiş iştirakçı dövlətin bu
maddənin 1b bəndinə uyğun təqdim etdiyi sonrakı məruzələrdə əvvəl verilmiş
əsas informasiyanı təkrarlamasına ehtiyac yoxdur.
4. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə aid
əlavə informasiya istəyə bilər.
5. Komitənin fəaliyyəti haqqında məruzələr hər iki ildən bir İqtisadi və Sosial
Şura vasitəsilə Baş Məclisə təqdim olunur.
6. İştirakçı dövlətlər öz məruzələrinin öz ölkələrində geniş aşkarlığını təmin
edirlər.
Maddə 45 Bu Konvensiyanın səmərəli həyata keçirilməsinə kömək göstərmək
və Konvensiyanın əhatə etdiyi sahədə beynəlxalq əməkdaşlığı həvəsləndirmək
məqsədilə:
a) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinin, Uşaq
Fondunun və digər or-qanlarının ixtiyarı var ki, bu Konvensiyanın onların
səlahiyyət dairəsinə daxil olan müddəalarının həyata keçirilməsi məsələlərinə
baxılmasında təmsil edilsinlər. Komitə məqsədəuyğun saydığı halda Birləşmiş
Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinə, Uşaq Fonduna və digər
səlahiyyətli orqanlara təklif edə bilər ki, onların müvafiq səlahiyyət dairəsinə
daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi barədə ekspertlərin
rəyini təqdim etsinlər. Komitə Birləşmiş Millətlər Təşkilatının
ixtisaslaşdırılmış idarəlinə, Uşaq Fonduna və digər orqanlarına təklif edə bilər
ki, onların fəaliyyət dairəsinə daxil olan sahələrdə Konvensiyanın həyata
keçirilməsi haqqında məruzələr təqdim etsin-lər;
b) İştirakçı dövlətlərin texniki məsləhət və ya yardım barədə xahiş edilən və ya
buna tələbatı göstərilən hər hansı məruzələrini, habelə həmin xahiş və ya
göstərişlərlə əlaqədar Komitənin irad və təklifləri varsa, bunları Komitə
məqsədəuyğun saydığı halda Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış
idarələrinə, Uşaq Fonduna və digər səlahiyyətli orqanlara göndərir;
c) Komitə Baş Məclisə tövsiyə edə bilər ki, uşaq hüquqlarına aid ayrı-ayrı
məsələlər barədə Baş Məclisin adından tədqiqatlar aparılmasını Baş katibə
təklif etsin;
d) Komitə bu Konvensiyanın 44-cü və 45-ci maddələrinə müvafiq surətdə
alınmış informasiya əsasında ümumi xarakterli təklif və tövsiyələr irəli sürə
bilər. Ümumi xarakterli bu təklif və tövsiyələr marağı olan hər hansı iştirakçı
dövlətə göndərilir və iştirakçı dövlətlərin iradları varsa, bunlarla birlikdə Baş
Məclisə bildirilir.
III Hissə
Maddə 46 Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün
açıqdır.
Maddə 47 Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanmaq üçün
Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
Maddə 48 Bu Konvensiya hər hansı dövlətin ona qoşulması üçün açıqdır.
Qoşulma haqqında sənədlər saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə təhvil verilir.
Maddə 49 1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma sənədinin
saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verildiyi
gündən sonra otuzuncu gün qüvvəyə minir.
2. İyirminci təsdiqnamə və ya qoşulma sənədi saxlanılmağa təhvil verildikdən
sonra bu Kon-vensiyanı təsdiq edən və ya ona qoşulan hər bir dövlət üçün bu
Konvensiya onun öz təsdiqnaməsini və ya qoşulma sənədini saxlanmağa təhvil
verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.
Maddə 50 1. İstənilən iştirakçı dövlətin düzəliş təklif etmək və onu Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə təqdim etmək ixtiyarı vardır. Sonra Baş
katib təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə göndərərək onlardan həmin
təkliflərə baxılıb səsvermə keçirilməsi məqsədilə iştirakçı dövlətlərin
konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirməyi xahiş edir.
Əgər belə məlumatın verildiyi gündən dörd ay ərzində iştirakçı dövlətlərin ən
azı üçdə biri bu konfransın çağırılmasına tərəfdar çıxarsa, onda Baş katib
Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Bu
konfransda səsvermədə olan və iştirak edən iştirakçı dövlətlərin əksəriyyətinin
qəbul etdiyi hər hansı düzəliş Baş Məclisin təsdiqinə verilir.
2. Bu maddənin 1-ci bəndinə uyğun qəbul olunmuş düzəliş Birləşmiş Millətlər
Təşkilatının Baş Məclisi tərəfindən təsdiq edildikdən və iştirakçı dövlətlərin
üçdə ikisindən ibarət əksəriyyəti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə
minir.
3. Düzəliş qüvvəyə mindikdə onu qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi
olur, digər işti-rakçı dövlətlər üçün isə bu Konvensiyanın müddəaları və qəbul
etdikləri bütün əvvəlki düzəlişlər məcburi olaraq qalır.
Maddə 51 1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiqetmə
və ya qoşulma anında irəli sürdükləri qeyd-şərtlərin mətnini alır və bütün
dövlətlərə göndərir.
2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan qeyd-şərtlərə
yol verilmir.
3. Qeyd-şərtlər istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
müvafiq bildiriş göndərmək yolu ilə geri götürülə bilər. Sonra Baş katib bu
barədə bütün dövlətlərə məlumat verir. Belə bildiriş Baş katib tərəfindən
alındığı gündən qüvvəyə minir.
Maddə 52 Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə yazılı bildiriş göndərmək yolu ilə bu Konvensiyanı etibarsız elan edə
bilər.
Etibarsız elanetmə Baş katibin bildirişi aldığı vaxtdan bir il keçdikdən sonra
qüvvəyə minir.
Maddə 53 Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın
depozitarisi təyin edilir.
Maddə 54 Bu Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində
mətnləri eyni dərəcədə autentik olan əsli saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verilir.
Bunun təsdiqi olaraq, özlərinin müvafiq hökumətləri tərəfindən lazımi qaydada
vəkil edilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı
imzaladılar.
Dostları ilə paylaş: |