MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
103
2.Layout (Макет-Quruluş) qoşmasında yerləşən Delete
(Удалить-Ləğv et) düyməsini sıxın (şəkil 51.).
3.Ekrana açılmış kontekst menyudan Delete Rows
(Удалить строки-Sətiri ləğv et) əmrini seçin.
4.Seçilmiş dördüncü sətir ləğv olunacaq. Cədvəl bir
sətir yuxarı çəkiləcək.
5.Eyni qayda ilə lazımsız sütunu da ləğv etmək olar.
Şəkil 51. Layout (Макет-Quruluş) qoşması, sətir və sütunu
ləğv etmək üçün yararlı olan düymələr dəsti
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
104
SƏTİRLƏRİN VƏ SÜTUNLARIN
HÜNDÜRLÜYÜNÜN VƏ ENİNİN
DƏYİŞDİRİLMƏSİ
Hazırlanmış cədvəldə sətirin hündürlüyü avtomatik
dəyişir. Bu əsasən hücrə daxilinə yazılmış mətndəki şriftin
ölçüsündən və hücrədəki sətirlər sayından bir-başa asılıdır
(bir hücrə daxilinə bir neçə sətir daxil etmək mümkündür).
Sütunun hündürlüyünü isə istifadəçi nizamlaya bilər.
Sütunun
hündürlüyünü
iki
üsulla
sazlamaq
mümkündür.
Birinci üsul mausun köməkliyi ilə yerinə yetirilir.
Bunun üçün:
1.Mausun oxunu eni dəyişdiriləcək sütunun sərhədi
üzərinə (sağ və ya sol sərhədi) gətirin. Ox ikiistiqamətli oxa
çevriləcək.
2.Mausun sol düyməsinin sıxılmış vəziyyətində
sütunun (və ya hücrənin) enini lazım olan qədər artırın (və
ya azaldın), mausun sol düyməsini buraxın (şəkil 52.).
3.Cədvəlin eninə diqqət yetirin. Cədvəlin eni dəyişməz
qaldı. Birinci sütunun eninin dəyişməsi nəticəsində ikinci
sütunun eni mütənasib formada azaldı.
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
105
Şəkil 52. Mausdan istifadə etməklə sütunun eninin
sazlanması
İkinci üsuldan istifadə etməklə ikinci sütunun enini
artıraq.
Bunun üçün:
1.Mausun oxunu istənilən hücrə daxilinə yerləşdirin
(məsələn ikinci sütundakı hücrələrdən birinin daxilinə). Sağ
düyməni sıxın. Ekrana kontekst menyu açılacaq (şəkil 53.).
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
106
2.Kontekst menyudan Table Properties (Свойства
таблицы-Cədvəlin xüsusiyyəti) əmrini aktivləşdirin (seçin).
3.Masaüstünə eyni adlı dialoq pəncərəsi açılacaq
(şəkil 54.).
4.Table Properties (Свойства таблицы-Cədvəlin
xüsusiyyəti) dialoq pəncərəsindən Column (Столбец-Sütun)
səhifəsinə keçin (şəkil 54.).
5.Properties
(Свойства
таблицы-Cədvəlin
xüsusiyyəti) dialoq pəncərəsində Column (Столбец-Sütun)
səhifəsindəki Preferred size Width (Ширина-En) sahəsinə
(qutusuna) lazım olan ölçünü daxil edin (susma prinsipinə
görə ölçü santimetrlə verilir).
6.OK düyməsini sıxın. Sütunun eni verilmiş ölçüyə
uyğun olaraq dəyişəcəkdir.
QEYD: Properties (Свойства таблицы-Cədvəlin
xüsusiyyəti) dialoq pəncərəsində sütunun enini faizlərlə də
vermək mümkündür. Bunun üçün mausun oxunu Masure
(Единицы-Vahidlər) qutusunun (sahəsinin) sağ tərəfində
aşağıya istiqamətlənmiş qara rəngli üçbucağın üzərinə
gətirib sol düyməni sıxmaq, açılmış siyahıdan isə Percent
(Проценты-Faizlər) punktunu aktivləşdirmək lazımdır.
Bununla yanaşı Preferred size (Ширина-En) sahəsində də
sütunun enini faizlərlə göstərmək olar.
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
107
Öndə qeyd edildi ki, susma prinsipinə görə sətirin
hündürlüyü hücrənin daxildə olan mətnin sətirləri sayından
və mətndəki simvolların hündürlüyündən (şriftin öıçüsü
nəzərədə tutulur) asılı olaraq dinamiki dəyişir. Buna
baxmayaraq istifadəçi lazım olduqda fiksə edilmiş sətir
hündürlüyünü verə bilər. Bu əməliyyat Table Properties
(Свойства
таблицы-Cədvəlin
xüsusiyyəti)
dialoq
pəncərəsindəki Row (Строка-Sətir) səhifəsinə müraciət
etməklə həyata keçirilə bilər (şəkil 55.).
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
108
Şəkil 53. Ekrana açılmış kontekst menyu, Table Properties
(Свойства таблицы-Cədvəlin xüsusiyyəti) əmri
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
109
Şəkil 54. Table Properties (Свойства таблицы-Cədvəlin
xüsusiyyəti) dialoq pəncərəsi, Column (Столбец-Sütun)
səhifəsi
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
110
Əgər istifadəçi sətirin avtomatik sazlanma rejimini
bağlamaq istəyirsə, onda Table Properties (Свойства
таблицы-Cədvəlin xüsusiyyəti) dialoq pəncərəsindəki Row
(Строка-Sətir) səhifəsinə daxil olan Specife height (Высота-
Hündürlük) bayraqcığını aktivləşdirməlidir (şəkil 55.). Bu
zaman Specife height (Высота-Hündürlük) əmrinin sağ
tərəfindəki sahəyə (qutuya) lazım olan sətir hündürlüyünü
daxil etmək olar (ölçü santimetrlədir).
Beləliklə, sətir hündürlüyü kursor olan sətirə tətbiq
edilir, yəni həmin sətirin hündürlüyü seçilmiş ölçüyə uyğun
olaraq dəyişir.
Dostları ilə paylaş: |