Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
61 
Tənləşdirmə  tiplərindən  istifadə  etmək  üçün  Home 
(Главная-Əsas)  qoşmasındakı  Paragraph  (Абзац-Аbzas) 
qrupuna daxil olan tənləşdirmə düymələrindən bəhrələnmək 
olar (şəkil 27.). 
Aşağıdakı  şəkildə  tənləşdirmə  tiplərinə  nümunələr 
verilmişdir (şəkil 28.). 
 
 
 
Şəkil 28. Tənləşdirmə tiplərinə nümunələr 
 
SƏTİRLƏRARASI İNTERVALIN SAZLANMASI 
 
Abzasları formatlaşdıran zaman sətirlərarasi intervalın 
sazlanması  (dəyişdirilməsi)  istifadəçi  tərəfindən  yerinə 
yetirilə  bilər.  Bu  zaman  intervalın  dəyişdirilməsi  abzas 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
62 
daxilində  sətirlər  arasında,  həmçinin  bir-birinə  qonşu  olan 
abzaslar arasında yerinə yetirilə bilir. 
Əməliyyat aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir: 
1.Bir  neçə  abzasdan  ibarət  olan  mətn  hazırlayın. 
İstifadəçi  bu  şəkildə  olan  mətni  öncədən  hazırlanmış 
mənbəədən də kopiyalaya bilər. 
2.Mausun  oxunu  mətnin  istənilən  abzaslarından 
birinin yanında yerləşdirin. 
3.Home  (Главная-Əsas)  qoşmasındakı  Paragraph 
(Абзац-Аbzas)  qrupuna  daxil  olan  Line  and  Paragraph 
Spacing (Интервал-Çıxıntı və İnterval) düyməsini sıxın (şəkil 
29.). 
 
 
 
Şəkil 29. Paragraph (Абзац-Аbzas) qrupu, Line and 
Paragraph Spacing (Интервал-Çıxıntı və İnterval) düyməsini 
sıxmaqla ekrana açılmış kontekst menyu  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
63 
4.Ekrana  açılmış  kontekst  menyudan  istədiyiniz 
intervalı  (məsələn,  2.0)  seçin.  Sətirlərarası  interval  seçimə 
uyğun dəyişəcək (şəkil 30.).  
  
 
 
 
Şəkil 30. Seçimə uyğun olaraq sətirlərarası intervalın 
dəyişməsi 
 
Qeyd etmək lazımdır ki, sətirlərarası interval istifadəçi 
tərəfindən 1,0 seçildikdə, seçilmiş ölçü istifadə olunan şriftin 
hündürlüyünə  bərabər  olur.  Əmsal  1,5  seçildikdə, 
sətirlərarası  interval  biryarımlıq  hesab  olunur.  Maksimal 
əmsalı  3,0  götürmək  mümkündür.  Əgər  istifadəçi  əmsalı 
daha  böyük  götürmək  istərsə,  onda  Paragraph  (Абзац-


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
64 
Аbzas)  qrupunun  sağ/aşağı  hissəsində  yerləşən  qara  rəngli 
üçbucağı  aktivləşdirməlidir  (seçməlidir).  Ekrana  açılmış 
Paragraph  (Абзац-Аbzas)  dialoq  pəncərəsindən  istifadə 
etməklə əmsalı tələbə uyğun dəyişdirmək olar (şəkil 31.).  
Əvvəlki  abzasın  sonuncu  sətiri  ilə  növbəti  abzasın 
birinci  sətiri  arasına  inverval  əlavə  etmək  üçün  Line  and 
Paragraph Spacing (Интервал-Çıxıntı və İnterval) düyməsini 
sıxmaqla  ekrana  açılmış  kontekst  menyudan  Add  Space 
Before  Paragraph  (Добавить  интервал  перед  абзацам-
Öndəki  abzasa  interval  əlavə  et)  əmrini  aktivləşdirmək 
lazımdır (şəkil 29.). 
İstifadəçi  yerinə  yetirdiyi  əməliyyatdan  imtina  etmək 
üçün  kontekst  menyudakı  Remove  Space  After  Paragraph 
(Удалить  интервал  после  абзаца-Abzasdan  sonrakı 
intervalı ləğv et) əmrindən istifadə edə bilər.  
İstifadəçi 
sətirlərarası 
intervalı 
dəyişdirməklə  
hazırladığı  sənədi  daha  baxımlı  edə  bilər.  Məsələn,  işgüzar 
sənədlərdə və texniki yazılarda adətən abzasları bir-birindən 
ayırırlar. Bədii ədəbiyyatlarda isə sətirlərarası interval (abzas 
daxili, həmçinin abzaslararası) bərabər götürülür. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
65 
 
 
Şəkil 31. Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsi, Line 
and Paragraph Spacing (Интервал-Çıxıntı və İnterval) 
səhifəsi  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
66 
ABZASLARIN ÇIXINTALARI 
 
Paragraph (Абзац-Аbzas) qupuna daxil olan Decrease 
Indent  (Уменьшить  отступ-Cıxıntını  azalt)  və  Increase 
Indent  (Увеличить  отступ-Çıxıntını  artır)  düymələrindən 
istifadə etməklə cari abzasın sol tərəfdən çıxıntısını sazlamaq 
mümkündür.  Çıxıntıdan  istifadə  adətən  hazırlanmış 
materialın (müəyyən frqamentin və ya müxtəlif istinadların) 
diqqəti  cəlb  etməsi  üçün  yerinə  yetirilir.  Abzas  çıxıntısının 
artırılması  digər  abzaslara  nəzərən  seçildiyi  üçün  o  dəqiqə 
nəzərə çarpır (şəkil 32.). 
Increase  Indent  (Увеличить  отступ-Çıxıntını  artır) 
düyməsini  sıxdıqda  abzas  sağa  doğru  müəyyən  məsəfə 
çəkilir (şəkil 32.). Belə olan halda nəzərə almaq lazımdır ki, 
sağa  doğru  istiqamətlənmiş  abzasdakı  sətirin  sonu  digər 
abzaslardakı  sətirlərin  sonu  ilə  eynilik  təşkil  edir.  Bununla 
yanaşı abzasın uzunluğu da müəyyən qədər qısalmış olur. Bu 
abzasdakı sətirlər sayının artmasına səbəb olur.  
Əgər  istifadəçi  abzası  daha  çox  artırmaq  istəyirsə, 
onda  Increase  Indent  (Увеличить  отступ-Çıxıntını  artır) 
düyməsini  təkrar  sıxmalıdır.  Nəzərə  almaq  lazımdır  ki, 
Increase  Indent  (Увеличить  отступ-Çıxıntını  artır)  düyməsi 
təkrar-təkrar sıxıldıqca abzas məsafəsi artacaqdır.  
 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə