MÜBARİZ ƏMİROV
TAM ORTA MƏKTƏBDƏ TARİXİN FƏAL/İNTERAKTİV
TƏLİMİ METODİKASI
(Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti)
BAKI - 2011
3
Ön söz
Mən yer üzündə müəllimdən yüksək ad
tanımıram!
Heydər Əliyev
Əziz tələbələr, hörmətli oxucular!
Cəmiyyətin 5559 illik yazıdan sonrakı tarixində 14513 müharibə qeydə
alınıb. Tarix elmi xalqların, dövlətlərin, mühparibələrin və ümumilikdə
cəmiyyətin inkişafını izləyə-izləyə gələn elm sahəsidir. Bu baxımdan
Azərbaycan da çoxsaylı dövlətlərdən biri kimi tarix boyu cəmiyyətin inkişafı
prosesində məğlubiyyətlər, qələbələr, tənəzzül və inkişaf proseslərini keçərək bu
günkü inkişaf etməkdə olan dövlətlər sırasındadır.
Vətənimiz təxminən 70 il Sovet müstəmləkəsi altında olub.
Sovetlərin I qurultayı adlandırılmış məclisdə, yaranmış SSRİ-nin
tərkibində olan Azərbaycan 1922-ci il dekabrın 30-da saat 17.36 dəqiqədə böyük
təmtəraqla meydana gəlmiş bu imperiya Belarusun Belovejskaya meşəsindəki
Biskuli sarayında, üç slavyan respubilkası rəhbərlərinin görüşündə, gizli şəraitdə
1991-ci ilin dekabrın 8-də saat 14.17 dəqiqədə süqut etməsi olmuşdur. Beləliklə,
Sovet imperiyası 68 il 11 ay 7 gün 21 saat 19 dəqiqədən sonra mövcudluğu sona
yetirdi. Tarix elmindəki bu qəbildən olan yeniliklərin və maraqlı hadisələrin
səmərəli təlimi həyati zərurətdən irəli gəlir. Bundan əlavə yeni qəbul edilmiş
Təhsil Qanunumuzun tələbləri əsasında hazırladığımız dərs vəsaiti sosial
sifarişin nəticəsinə əsaslanaraq meydana gəlib.
Peşəkar tarix müəllimləri yaxşı bilirlər ki, onlar neçə il dərs deyirsə-
desinlər, bütün bu müddət ərzində onların özləri də öyrənməkdə davam edirlər.
Bu baxımdan qədim latın məsəlində deyilir: ―Nə qədər ki, öyrədirik, özümüz də
öyrənirik‖. Müəllim təkcə tarix elminin inkişafını izləmir, həm də öz fənnini
tədris etməyi öyrənir. Novator müəllimlər həm başqalarının qabaqcıl
təcrübələrini mənimsəyirlər, həm də öz fəaliyyətlərindəki rasional təcrübədən
istifadə edirlər. Təcrübəli tarix müəllimlərində özünü doğrultmuş üsullar
4
toplanır. Bunların sayı artdıqca müəllimin də pedaqoji ustalığı və peşəkarlıq
məharəti yüksəlir.
―Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası‖ adlı dərs
vəsaiti bakalavr, magistr, orta məktəbin tarix müəllimləri, elmi işçilər və
doktorantura pillələrində təhsil alanlar üçün nəzərdə tutulub. Dərs vəsaitinin
hazırlanmasında Rusiya və Avropanın mütəxəssislərinin bu sahədə əldə etdikləri
nəticələrindən və internet resurslarından da istifadə etmişik. Vəsaiti
hazırlayarkən A.A.Vaginin, F.P.Korovkinin, N.J.Zaporojetsin, Q.M.Donskoyun,
M.İ.Kruqlyakın, A.A.Yanko-Trinitskayanın, P.S.Leybenqrubun, İ.İ.Merzonun,
S.A.Yejovanın,
İ.M.Lebedevanın,
A.V.Drujkovanın,
O.E.Lebedevin,
N.Q.Dayrinin, A.Q.Koloskovun və Azərbaycan Respublikasının tarixçi-metodist
alimlərinin əsərlərinə istinad etmişik.
Tarixin təlim metodikası pedaqoji fənn olduğu üçün Ə.A.Ağayevin,
A.N.Abbasovun,
Ə.X.Paşayevin,
F.A.Rüstəmovun,
N.M.Kazımovun,
F.Yusifovun, S.Hüseynoğlunun, Z.Veysovanın əsərlərindən faydalanmışıq.
Ali məktəblərin təhsil planının (tarix fakültələri üçün) tərkib hissəsi
―Tarixin təlimi metodikası‖ kursudur. Bu kurs gələcək müəllimlərin tarixin
təlimində yüksək səmərəliliyin təmin olunmasında, yeni cəmiyyətin fəal, əqidəli
qurucularının tərbiyə və inkişaf etdirilməsi üçün lazımi bacarıq və vərdişlərinin
qazanılmasında vacib olan müasir metodikanın nəzəri əsasları ilə silahlanmasına
yönəldilmişdir. Tarixin təlimi kursu tələbənin pedaqogika və psixologiyadan
qavradığı bilikləri, eləcə də sonradan seminar və laboratoriya məşğələlərində,
pedaqoji təcrübədə, sərbəst və müstəqil işlərin yerinə yetirilməsində, kurs və
buraxılış işlərində qazandığı metodiki hazırlığı nəzərə almaqla qurulur. Bütün
təhsil formaları tarixin təlimi metodikası kursunda alınmış nəzəri biliklərin
möhkəmləndirilməsinə, dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət edir,
gələcək müəllimlərin lazımi tədris bacarıq və vərdişlərinə, təlim-təhsil
fəaliyyətinin təşkilinə yiyələnməsinə yönəldilir.
Vəsaitdə tarixin təlimi metodikasını elmi-pedaqoji fənn kimi xarakterizə
edilir, pedaqoji elmlər sistemində onun yeri yetərincə şərh edilir.