315
(məhsulun texnologiya və son istehlakçı ilə əlaqəsi).
Bu sadə nəticə əhəmiyyətli məna kəsb edir. O gös-
tərir ki, heç olmazsa nəzəriyyədə bazar mexanizminin
durğunluğunu vergi tutulmasından əmələ gələn xarici
səmərələrin hesabına aşmaq olar. Buna baxmayaraq bu
təklifin praktiki tətbiqində xeyli problemlər yaranır.
Vergi sisteminin optimal formalaşması üçün ətraf mühi-
tin müxtəlif növ və müxtəlif ölçüdə çirklənməsi nəticə-
sində əmələ gələn ziyan və bu ziyanın qarşısının alınma-
sının bütün xərclərini bilmək lazımdır. Belə halda isteh-
salat texnologiyaları və ekoloji ziyanın qarşısının alın-
ması, ətraf mühitin keyfiyyətinin cəmiyyət üzvləri ara-
sında qiymətləndirilməsi, həmçinin təsərrüfat fəaliyyəti-
nin texniki və təbii əlaqələri, zərərli maddələrin atılması
və ətraf mühitin çirklənməsi haqqında məlumatı tapmaq
və təhlil etmək lazımdır. (bazar iqtisadiyyatının planlı
təsərrüfatdan üstünlüyü ondadır ki, ona bazar iqtisadiy-
yatı yaxşı işlədiyi müddətdə bölgü haqqında qərar qəbul
edilməsi məlumatı lazım deyil). Alınan nəticələri ekolo-
ji siyasətin alətlərinin təkmilləşdirilməsində istifadə et-
mək lazımdır.
Ətraf mühitin çirklənməsində olan xərclər ekoloji
vergi modelinin yenidən qurulmasını göstərir. Onların
praktikada tətbiq olunması bir sıra məsələlərin həlli ilə
bağlıdır:
-
birincisi, bütün zərərli maddələrin tullantılarının
nəzarət sisteminin qurulması tələb olunur. Bəzi hesaba
alınmayan çirkləndiricilər verginin azalmasına gətirib
çıxarır;
-
ikincisi, vergi hesablamaları üçün normativ meto-
dik bazaların hazırlanması tələb olunur;
316
-
üçüncüsü, vergi tarifi elə olmalıdır ki, müəssisə
üçün tullantıları azaltmaq vəsait ödəməkdən daha sərfəli
olsun. Buna yalnız vergi tarifinin çirklənmə səviyyəsi-
nin azaldılmasına çəkilən xərclərdən artıq olduğu halda
nail olmaq olar.
Bunu hər müəssisə üçün etmək lazımdır, çünki on-
ların nail olduqları tullantı səviyyələri və onların azal-
masına olan xüsusi xərcləri müxtəlifdir. Bundan başqa
hər bir müəssisə üçün və hər növ çirklənmə üçün mün-
təzəm və mərhələli vergi tarifinin yenidən baxılması sis-
temi nəzərə alınmalıdır. Bu müəyyən qanunauyğunluğa
tabe olan çirkləndiricilərin və çirklənmənin dinamik
xərclərinin spesifik azalması ilə bağlı olub, tullantıların
yüksək dərəcədə aradan qaldırılmasında nail olunmuş
xərclərin artması ilə səciyyələndirilir.
Ekoloji vergilər həm ekoloji balanslaşdırılmış is-
tehsalın və fəaliyyət növlərinin inkişafı üçün, həm də tə-
biət tutumlu fəaliyyətin qarşısını almaq üçün stimullaş-
dırıcı rolu yerinə yetirə bilər. Burada dövlət vergi vasi-
təsilə qiymətə təsir etməklə ilkin başlanğıca təkan verir,
bütün qalanlarını isə ideyaya görə, bazar mexanizmləri
həll etməlidir. Yəni istehsalçının və istehlakçının davra-
nışı, məhsul, onun ekolojilik dərəcəsindən asılı olaraq
tələblərə və təkliflərə təsir etməlidir.
1.
Ümumi halda istehsalçılar üçün vergi güzəştləri
təbiət qoruyucu tədbirlərin aparılması və fəaliyyət növ-
lərinin ekolojiliyi səviyyələri nəzərə alınmaqla müəyyən
edilməlidir. Təbiət qoruyucu fəaliyyət səmərəli həyata
keçirildikdə mənfəətdən vergi tutulmalarını azaltmaq
məqsədəuyğundur. Buna misal olaraq, təbiəti mühafizə
məqsədilə müəssisəyə qoyulan investisiyanın miqdarı
317
qədər mənfəətdən verginin tutulmasını ixtisar etmək
olar. Bəzi hallarda vergilər tutulmaya da bilərlər. Məsə-
lən, ekoloji fondların vergidən azad olması. Bu cür siya-
səti habelə müəssisələrin müxtəlif növ təkrar xammal eh-
tiyatları və tullantıların utiləşdirilməsindən alınan gəlirlər
üçün və təbiəti mühafizə məqsədlərinə görə verilmiş Res-
publika və xarici qrantlar üçün aparmaq lazımdır;
2.
Ekologiyaya yönəldilmiş vergilər sistemində
dörd: sahə, texnoloji, ərazi və məhsul-istiqamətlərini
ayırmaq olar. Öz növbəsində “təbiət-məhsul” xəttinin
sonunun yaxınlığında olan emaledici, xidmətedici və
infrastruktur sahələrinin inkişafını stimullaşdırmaq üçün
onlardan azaldılmış vergilər tutulmalıdır. Azaldılmış
vergilər ehtiyat qoruyucu və aztullantılı texnologiyalara
tətbiq edilməlidir. Texnogen və təbiəttutumlu istehsallar
və texnologiyalara yüksəldilmiş vergilər qoyulmalıdır.
Vergi güzəştləri təbiəti mühafizə edən və ekoloji ava-
danlıqlar, materiallar istehsal edən və ekoloji xidmətlər
göstərən (təbiəti mühafizə obyektləri tikən və rekonst-
ruksiya edən) dövlət və özəl təşkilatlar və müəssisələrə
şamil edilməlidir;
3.
Bütün vergi sisteminin təkmilləşdirilməsi haq-
qında söhbət gedərkən, vergidə təbii ehtiyatların payının
əhəmiyyətli artırılması istiqamətini ayırmaq lazımdır.
Bu hər şeydən əvvəl təbii resursların istifadə edilməsi
hüququna görə ödəmələrə və ekoloji vergilərə aid edil-
məlidir. Bu ətraf mühitə təsirlərin daha adekvat qiymət-
ləndirilməsi, iqtisadiyyatın təbiət tutumluğunun azaldıl-
ması üçün stimul yaradır.
Bu vergilər və ödəmə alətləri istehsalçıların həvəs-
ləndirmə vasitələri ilə istehsalın səmərəliliyinə təsir
318
edən və cəmiyyətin mənafeyini qoruyan düzgün ekoloji
balanslaşdırılmış davranışın yaranması üçün vacibdir.
Azərbaycan Respublikasının Qanunlarına müvafiq ola-
raq təbiəti mühafizə fəaliyyətinin iqtisadi mexanizmi
aşağıdakı alətlər sistemini özündə birləşdirir:
-
vergi sistemi;
-
subsidiyalar və güzəştli vergilər;
-
təbiəti mühafizə təyinatlı fondların surətli amorti-
zasiyası;
-
çirkləndirməyə görə hüquqların verilməsi (lisen-
ziyalaşdırma);
-
“girovqoyma-qaytarma” prinsiplərinin istifadə
edilməsi;
-
cərimələr;
-
çirkləndirməyə və tullantıların yerləşdirilməsinə
görə ödəmələr.
Dünya ölkələrində bu istiqamətlərin çoxunun tətbi-
qi artıq özünün ekoloji səmərəliliyini göstərmişdir.
7. Ətraf mühitin mühafizəsi sahəsində bank
sistemləri
Ekoloji bankların formalaşması və inkişafı aşa-
ğıdakılara istiqamətləndirilmişdir:
-
ekologiya və ekoloji bizneslə əlaqədar sahibkarlı-
ğın inkişafına;
-
ekologiya üzrə sahə və kompleks proqramların
işlənməsi və investisiyalar yönəldilməsinə;
-
qanunvericilik daxilində ekoloji problemlərin
kreditləşdirilməsinə, pul vəsaitlərinin mərkəzləşdirilmə-
sinə, istifadəsinə;
Dostları ilə paylaş: |