40
idilər. Bununlada Yunanıstana edilən köməyin həcmi 159 mlrd Avroya çatırdı.
Nəticədə Yunanıstan iqtisadiyyatı böhran nəticəsində külli miqdarda borca düşdü və
1 iyun 2015-ci ildə defolta uğradı.
Maliyyə iqtisadi böhranı İspaniyada 2008-ci il qlobal iqtisadi böhranın təsiri ilə
yarandı, Avropa böhranının təsiri ilə gücləndi və nəhayət yerli hüquqi, maliyyə-
iqtisadi və sosial reallıqların təsiri altında spesifik xüsusiyyətlər əldə etdi.[79]
İspaniya Avropa İttifaqının böyük ölkələrindən olduğu üçün onun iqtisadi
vəziyyəti beynəlxalq izləyicilər üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də
İspaniya ABŞ, BVF və Aİ-nın digər ölkələri və Avropa komisiyasının təzyiqinə
məruz qalırdı. İspaniyanın dövlət borcu 2010-cu ildə 820 mlrd. dollar təşkil edirdi.
Bu az qala Yunanıstan, Portuqaliya və İrlandiya kimi ölkələrin borcuna bərabər idi.
İspaniya hökuməti ümid edirdi ki, kəskin iqtisadi tədbirlərdən sonra iqtisadi artıma
nail ola bilərlər və xarici təşkilatların təzyiqindən qaça bilərlər. İspaniyanın ÜDM-
ində kəsri 2009-cu ildə 11.2%-dən 2010-cu ildə 9.2%-ə və 2011-ci ildə 8.5%-ə qədər
azalda bildi.
Belə bir iqtisadi qanunauyğunluq var: inkişaf etməkdə olan və keçid
iqtisadiyyatına malik ölkələrin iqtisadiyyatı inkişaf etmiş ölkələrin inkişafından
asılıdırlar. Əgər qlobal böhran inkişaf etmiş ölkədə başlayarsa, o bir qayda olaraq
inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçir.
Yeni minillikdə dünya iqtisadiyyatı , xüsusilə inkişaf etməkdə olan ölkələrin
iqtisadiyyatı inkişaf edirdi. Ölkələrin çoxunda aparılan iqtisadi siyasətdən aslı
olmayaraq yüksək və ya daha yüksək iqtisadi artım tempi qeydə alınırdı. Ölkələrin
əksəriyyətində 90-cı illərdə iqtisadi islahatlar aparılmışdır və o islahatların
nəticəsində əmtəə və maliyyə bazarları güclü inteqrasiya edirdilər. Lakin heç bir
islahatların aparılmadığı və ya qismən aparıldığı ölkələrdə də artım qeydə alınmışdı.
İqtisadi artımın yüksəlməsinin səbəbi kimi yaxşı beynəlxalq kanyukturanın olması
göstərilirdi. Belə ki, əsas iqtisadi resurslara qlobal tələbin artması, o cümlədən həmin
resursların qiymətinin artması, beynəlxalq kredit bazarlarında faiz dərəcələrinin aşağı
olması və risk faktorunun aşağı olması və s. buna imkan yaratmışdır.
41
Ümumilikdə dünya iqtisadiyyatı, xüsusilə inkişaf etməkdə olan ölkələr malik
olduğu potensialdan daha yüksək inkişaf edirdilər. Və bunun “bədəlini ödəmək” vaxtı
gəlmişdi.
Bəzi siyasətçi və analitiklər elə fərz edirdilər ki, böhran inkişaf etməkdə olan
ölkələrə və keçid iqtisadiyyatına malik ölkələrə toxunmayacaq və əgər toxunarsa,
nəticələri ağır olmayacaq. Çünki inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın artım
tempi 2008-ci ilin birinci yarısında hələ də davam edirdi. Nəhayət 2008-ci ilin
yayında dünyada əsas iqtisadi resursların - neftin və qiymətli metalların qiymətlərinin
düşməsi ilə böhran inkişaf etməkdə olan ölkələrə də, xüsusilə keçid iqtisadiyyatına
malik olan Mərkəzi və Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə də
toxundu.[56, səh.19]
Əgər böhranın yayılma mexanizminə nəzər yetirsək görərik ki, böhran 2008-ci
ilin sonu-2009-cu ilin birinci yarısında inkişaf etmiş ölkələrdən sonra inkişaf etməkdə
olan ölkələrə yayılmağa başıladı. Diqqət etsək görərik ki, məhz böhranın yayıldığı
kanallar vasitəsilə əvvəllər iqtisadi artım “idxal” olunurdu. İnkişaf etməkdə olan
ölkələrin iqtisadiyyatına zərbə əmtəə və xidmətlərə olan tələbin aşağı düşməsi, enerji
və xammal resurslarının qiymətinin aşağı düşməsi, likvidliyin qlobal defisiti,
investorların riski öz üzərinə götürmək marağının zəifləməsi oldu. Hətta bəzi ölkələr
qeyri-sabit valyuta məzənnəsi problemi ilə və əmək bazarlarında miqrantlara tələbin
aşağı düşməsi problemi ilə qarşılaşdılar. Daha sonra problemlər bank sektorunda
yayılmağa başladı. Milli valyutaların dəyərinin aşağı düşməsi, ödəmə qabiliyyətini
itirmiş müştərilərin sayının artmasına səbəb oldu.
BVF-nun məlumatlarına görə qlobal maliyyə-iqtisadi böhranının ən böyük
zərbəsi nisbətən daha çox inkişaf etmiş inkişaf etməkdə olan ölkələrə və ya inkişaf
etmiş ölkələrlə güclü iqtisadi əlaqələri olan inkişaf etməkdə olan ölkələrə, xüsusilə
Şərqi Avropa və MDB ölkələrinə oldu. Birinci qrup ölkələr Aİ tələbindən və
investisiya tələbindən aslı ölkələr idi. İkinci qrup ölkələr isə 2008-ci ilin yayından
qiyməti aşağı enən enerji və digər xammal resurslarının qiymətlərindən aslıdırlar.
42
BVF-nun məlumatlarına görə iqtisadi artımın aşağı düşməsi Baltikyanı ölkələrdə
də olmuşdur: Latviya -12 %, Estoniya və Litva -10%, Ukrayna -8% . Çin, Brazilya,
Hindistan kimi böyük inkişaf etməkdə olan ölkələr öz iqtisadi artım sürətlərini
qoruyub saxlaya bilmişdilər. Bu ölkələrdə iqtisadi artım əvvəki illərə nisbətən çox
cüzi azalmışdı. Buna səbəb bu ölkələrdə yüksək daxili tələbin olması idi və həmçinin,
qida və kənd təsərrüfatı sektorunda əlverişli kanyukturanın olması idi.
Milli valyutaların dəyərinin aşağı düşməsi maliyyə sektorunda problemlər dəsti
yaratmışdı: xarici valyuta ilə kredit götürmüş iqtisadi subyektlərin çoxu ödəmə
qabiliyyətlərini itirmişdilər, bununla əlaqədar banklarda riskli kredit portfellərinin
həcmi artırdı, bu da avtomatik olaraq ÜDM-də borcların həcminin artmasına, milli
valyutaya inamın itirilməsinə və ölkədən kapital axınına səbəb olurdu.
Qlobal maliyyə-iqtisadi böhranı göstərdi ki, ixrac yönümlü inkişaf strategiyası
özü ilə birlikdə əvvəl nəzərdə tutulduğundan daha böyük risklər gətirdi, belə ki,
beynəlxalq ticarət dövriliyə daha elastik və iqtisadi tənəzzül dövründə daha həssasdır.
Belə 2008-ci ilin sonu-2009-cu ilin əvvəllərində Asiyanın inkişaf etməkdə olan
ölkələri ixracı illik 40% idi. Bundan əlavə iqtisadi artım tempi bir anda aşağı düşdü,
hətta bəzi ölkələrdə artım mənfiyə düşdü. Tayvanın ÜDM-i 8%, Tailand -4.3%,
sinqapur 3.7%, Koreya Respublikası-3.4% aşağı düşdü. Beləliklə, belə nəticəyə
gəlmək olar ki, bu qrup ölkələrdə iqtisadiyyata mənfi təsir yalnız xarici maliyyələşmə
ilə bağlı deyil, həmçinin beynəlxalq ticarətinin həcminin azalması ilə bağlı idi.
İnkişafda olan ölkələr üçün onuda qeyd etmək lazımdır ki, xarici kapitalla
maliyyələşdirmə onlar üçün böyük riskdir. Xarici kapitalla maliyyələşən ölkələr
böhran ərəfəsində xarici kapitalın ölkədən axması ilə ölkələr sonra sanki “qurudu”.
Asiya və Latin Amerika kimi inkişaf etməkdə olan ölkələrin xarici
maliyyələşdirmənin axını nəticəsində yaranan açığı örtbasdır edə bildi, lakin Mərkəzi
və Şərqi Avropa kimi ölkələr tədiyyə balansında böyük bir defisit yaşadılar. Məsələn,
bu göstərici Latviyada 25% həcmində olmuşdur.
Dostları ilə paylaş: |