26
Onu da qeyd etmək lazımdır ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış
turistn nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist
səfərlərini daha əlverişli etmişdir. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi
ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı
məsafədə
yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə
imkanlarından asılıdır.
Reklam xidməti-.bu ictimai informasiyanın, daha doğrusu insanlar arasında
münasibətlərin növ müxtəlifliyindən biridir. Bu informasiya, yeniliyin fəal
elementləri özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki reklamın turist
məhsuluna olan təlabatının xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya
digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar
edilməsi səviyyəsini məhz reklam müəyyən edir.
- turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlər (səyahət marşurutunun
hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer
kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi
bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi
və s. haqqında informasiya verilməsi). Səyahət və ekskursiya büroları tərəfindən
həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə
təminat və s. aiddir. - turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert
zalları,muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin
təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman
yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.
- turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi,
rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və
mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və
digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər;
- turistlərin işgüzar və elmi maraqların təmin edilməsi (konqress,assambleya,
konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə
göstərilən xidmətlər;
27
- inzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza
və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər;
- informasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdiklərixidmətlər;
- dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.) göstərdikləri
xidmətlər;
- turist birliklərinin göstərdikləri və s.xidmətlər daxildir.
Həmçinin turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətlərini daimi
etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdırlar.Turizmdə istifadə olunan
əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.
Turizmin maddi-texniki bazasına,turizm tikililəri (binalar), onların texniki təchizatı
(avadanlıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir.
Azərbaycanda daxili turizmin inkişafında ekoloji problemlərin yaranması
müasir dövrdə aktual problemlərdən sayıla bilər. Son illərdə bölgələrdə kütləvi
turizm hərəkatının genişlənməsi, yeni istirahət mərkəzlərinin tikilməsi, dağlıq və
dağətəyi, meşəlik ərazilərdə turizm yükünün artması ətraf mühitin qorunmasını
aktuallaşdırır.
Ölkədə daxili turizmin son illər sürətli inkişafı ətraf mühitə təsiri artırmışdır.Bu
təsir regionlar üzrə müxtəlif olmaqla, əsasən dağlıq və dağətəyi bölgələri daha çox
əhatə etmişdir. Tədqiqatlar göstərir ki, ölkənin daxili turizm bazarında Quba-Xaçmaz,
Şəki-Zaqatala, Dağlıq Şirvan bölgələri daha intensiv mənimsənilmişdir. Bununla
yanaşı Xəzər dənizinin sahilləri yay mövsümü dövründə ölkə vətəndaşlarının istifadə
etdiyi ərazilərdən sayılır.
Azərbaycanda rekreasiya yükü meşə, meşə-çöl, dəniz sahili ərazilər üçün daha çox
mənimsənilmişdir. Turizm baxımdan daha çox istifadə olunan bölgələrdə əsasən
meşələr, iqlim komfortluğu, dəniz sahili mövqe və digər təbii amillərə daha çox
üstünlük verilir. Ölkədə turizm baxımından ən çox yüklənmə Xəzər sahillərində,
alçaq dağlıq ərazilər və meşə landşaftı üstünlük təşkil edir. Belə ki, Xəzərin Nabran-
Yalama, Abşeronun şimali ənənəvi turizm- istirahət mərkəzləri olduqlarına görə
rekreasiya yükü çoxdur. Aparılmış tədqiqatlara görə mövsüm dövründə Nabran-
Yalama sahillərində 5-8 kv.m. çimərlik sahəsi, 2-3kv.m. qədər meşəlik düşür. Əgər
28
Xəzərsahili bölgədə çimərliklərin yüklənmə səviyyəsinin 8-15 kv.m., həmçinin hər
nəfərə düşən meşəlik sahəsinin 20 kv.m.-dən çox olmasını nəzərə alsaq Nabran-
Yalama sahillərində turizm yükü normadan yüksəkdir.
Abşeronun şimal sahillərində, qismən Lənkəranın Xəzər sahili çimərliklərində və
sahildən 5-10 km daxilə doğru olan ərazilər turizm baxımdan daha çox
mənimsənilmiş və rekreasiya yüklənməsi çoxdur.Turizm yükü qeyd olunan ərazidə
ekoloji tarazlığın pozulmasına, meşə örtüyünün azalmasına səbəb olur. Onu da qeyd
edək ki, Nabran-Yalama turizm bölgəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin
olmaması, məişət tullantılarının təkrar emalının aparılmaması ətraf mühitə daha çox
ziyan vurur. Burada məişət tullantıları meşənin müəyyən basdırılır, kanalizasiyalar
yeraltı suları çirkləndirir, çaylara və dənizə axıdılır. Burada yerli əhalinin meşələrdə
mal-qara otarmasını əlavə etsək ekoloji gərginliyin yüksək olmasını təsəvvür etmək
olar. Belə acınacaqlı vəziyyət digər istirahət mərkəzlərində də müşahidə edilir. Son
illər aparılan iqtisadi islahatlar, əhalinin gəlir mənbəyinin artması turizm hərəkatına
qatılanların sayını artırmışdır. Buna görə də mövcud istirahət mərkəzlərində xidmətin
səviyyəsinin yüksəldilməsi, qiymətlərin tənzimlənməsi, ekoloji şəraitin və rekreasiya
yükünün nəzərə alınması vacibdir. Qeyd olunan amillərin nəzərə alınması müvafiq
icra hakimiyyəti və yerli bələdiyyə orqanları istirahət mərkəzlərində tikintiyə nəzarət
etməli, ətraf mühitə dəyən ziyana görə cərimələrin miqdarı artırılmalı, əhali və
turistlə turistlər arasında ətraf mühitlə bağlı maariflənmə işi aparılmalıdır. Onu da
qeyd edək ki, dünyanın məşhur milli parklarında turistlərin ondan istifadə qaydası,
məişət tullantılarının toplandığı qutular , dincəlmək üçün yerlər ayrılır ki, bu da ətraf
mühitin qorunmasına şərait yaradır.
Bununla yanaşırekreasiya yükünün tədricən az mənimsənilmiş kənd təsərrüfatının
istifadəsindən çıxarılmış ərazilərə yönəldilməsi vacibdir. Belə ki, Abşeronun cənub
sahilləri, Şabran-Giləzi zonası, Kürdili rayonu, həmçinin dağətəyi bölgələrdə istirahət
mərkəzləri yaratmaq mümkündür ki, bu da rekreasiya yükünü azaltmış olar.
Dostları ilə paylaş: |