5
zasiyasının rəngarəngliyi, anatomik xüsusiyyətləri, cərrahi əməliyyatların və onların
modifikasiyalarının çoxsaylı olması ilə əlaqədardır [40, 137, 149].
Cərrahi əməliyyatlardan, xüsusilə yırtıqlara görə bərpa əməliyyatlarından sonra
qarın divarının anatomiyası, biofiziki xassələri, innervasiyası və vaskulyarizasiyası
(trofikası) pozulur, yırtıqların əmələ gəlməsi üçün əlverişli şərait yaranır [61, 85,
160]. Qarın boşluğunün üzvləri (nazik bağırsaq ilgəkləri, sidik kisəsi, uşaqlıq, S-vari
bağırsaq və s.) xüsusilə böyük və çoxkameralı yırtıqlar zamanı yırtıq qapısına,
yırtıqların və kameraların divarına fiksə olunur, onların motor-evakuator fəaliyyəti
məhdudlaşır, bir sıra hallarda isə boğulma kimi qorxulu ağırlaşma ilə tamamlanır.
Bütün bunlar xəstələrin rahatsızlığına səbəb olur, onların həyat keyfiyyəti pisləşir,
əmək qabiliyyəti aşağı düşür və əliliyin strukturuna neqativ təsir edir [3, 123, 152].
Əksər müəlliflərin tədqiqatlarına görə yırtıqlara görə aparılmış cərrahi əməliy-
yatların növü və ya icra texnikasının səviyyəsi yox, seçilmiş əməliyyat üsulunun
uyğunluluğu cərrahi əməliyyatın nəticələrinə daha çox təsir edir. Hətta yüksək ixti-
saslı cərrah tərəfindən yırtığın bu və ya digər növünün plastikası zamanı əməliyyat
üsulu adekvat seçilmədikdə icra texnikasının mükəmməlliyinə, əməliyyatın atravma-
tikliyinə və qısa müddətlərdə yerinə yetirilməsinə baxmayaraq residiv əmələgəlmə
ehtimalı çox olur [5, 92, 107, 143].
Sonuncu onilliklərdə yırtıqların istər açıq, istərsə də qapalı (videoendoskopik, vi-
deolaparoskopik) plastikası zamanı sintetik tor istifadəsinə üstünlük verilməsi, yırtıq
qapısının (qapılarının) gərginliksiz plastikası üsullarının geniş tətbiqi təkrar
yırtıqların əmələ gəlməsi səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir
[103, 106, 107, 108]. Lakin həmin torların da istifadəsindən sonra qüsurlar,
ağırlaşmalar meydana çıxmaqdadır. Torların toxumalara uyğunsuzluğu, toxumalar
tərəfindən rədd edilməsi, dislokasiyası, deformasiyası, büzüşməsi, hətta qarın
boşluğuna miqrasiyası, tora söykənən orqanlarla bitişmələrin, fistulların əmələ
gəlməsi, torun fiksasiyası üçün istifadə edilmiş metallik (titan) tikiş sancaqlarının
yerdəyişməsi, miqrasiyası kimi ağırlaşmaların rast gəlməsi hadisələri az deyildir
[121, 230].
6
Bu ağırlaşmaların, o cümlədən əməliyyatdan sonrakı infeksion-iltihabi ağırlaş-
maların aradan qaldırılması üçün əməliyyatönü hazırlıq metodikasının, əməliyyat
texnikasının, sintetik torların istifadəsinə göstərişlərin, əks-göstərişlərin yırtığın ana-
tomik lokalizasiyasına və digər anatomo-topoqrafik xüsusiyyətlərinə görə seçiminin
dəqiqləşdirilməsi, əməliyyatdan sonrakı dövrün aparılması metodikasının tək-
milləşdirilməsi və digər məsələlərin həll edilməsi böyük əhəmiyyətə malikdir.
İstər birincili, istər residiv, istərsə də cərrahi əməliyyatdan sonrakı qarın yırtıq-
ları ilə bağlı cərrahi əməliyyatların bir çox texniki məsələləri, rasional əməliyyat üsu-
lunun seçimi, cərrahi və infeksion ağırlaşmaların profilaktikası və terapiyası məsələ-
ləri bu günədək həllini tapmamışdır, və təbii olaraq, bu istiqamətdə elmi tədqiqatların
aparılmasını zəruri edir.
İşin məqsədi. Qarının ön divarının birincili, residiv və cərrahi əməliyyatdan son-
rakı yırtıqları zamanı optimal qapalı (laparoskopik) əməliyyat üsullarının və yırtıq qa-
pısının plastikası üçün sintetik torun seçilməsi yolu ilə cərrahi müalicənin nəticələ-
rinin yaxşılaşdırılması
Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsini labüd etmiş-
dir.
1.
Qarının ön divarının yırtıqlarından sonra inkişaf etmiş cərrahi ağırlaşmaların və
residivlərin səbəblərinin araşdırılması;
2.
Cərrahi hernioloji praktikada rasional laparoskopik (videoendoskopik) plastika
üsullarının tətbiqinin təmin edilməsi;
3.
Qarının ön divarının yırtıqları ilə müştərək qarın boşluğunun yanaşı cərrahi
xəstəlikləri zamanı laparoskopik simultan cərrahi əməliyyatların yerinə yetiril-məsi
imkanlarının və bu əməliyyatların üstünlüklərinin müəyyən edilməsi;
4.
Qarının ön divarının yırtıqlarının sellüloza tərkibli sintetik torla laparoskopik
transabdominal plastikasının nəticələrinin öyrənilməsi;
5.
Qarının ön divarının yırtıqlarının sellüloza tərkibli sintetik torla videoendoskopik
total ekstraperitoneal plastikasının nəticələrinin öyrənilməsi.
7
Elmi yeniliklər:
1. Cərrahi herniologiyada sellüloza tərkibli sintetik torun tətbiqinin üstünlükləri ilk
dəfə olaraq elmi əsaslandırılmışdır.
2. Qarının ön divarının yırtıqlarının laparoskopik plastikası ölkəmizdə ilk dəfə olaraq
sellüloza tərkibli sintetik torla yerinə yetirilmişdir.
Müdafiəyə çıxarılan əsas müddəalar:
1.
Qarın divarının birincili, təkrar və postoperasion yırtıqlarının açıq atenzion plasti-
kası üsulları ilə müqayisədə laparoskopik plastikanın üstünlükləri müəyyən edilmiş-
dir;
2.
Qarın boşluğunda planlı simultan laparoskopik cərrahi əməliyyatların yerinə yeti-
rilməsinə göstərişlər olduqda və qarının ön divarının yırtıqlarının residivləri zamanı
laparoskopik transabdominal, ikitərəfli qasıq yırtıqları zamanı isə total endoskopik
preperitoneal plastika seçim əməliyyatıdır;
3.
Yırıtq defektlərinin polipropilen torla plastikası ilə müqayisədə sellüloza tərkibli
tor ilə plastikadan sonra yerli ağırlaşmaların və residivlərin rastgəlmə tezliyi aşağı
düşür.
İşin praktik əhəmiyyəti: Qarın divarının birincili, residiv və əməliyyatdan sonra-
kı yırtıqlarının topoqrafik-anatomik və klinik xüsusiyyətləri nəzərə alınmaqla səmə-
rəli azinvaziv (laparoskopik) plastika üsulunun seçilməsi hesabına əməliyyatdan son-
rakı cərrahi və infeksion-iltihabi ağırlaşmaların rastgəlmə tezliyi aşağı düşmüşdür.
İşin əsas nəticələrinin müzakirəsi. Dissertasiya işi Azərbaycan Tibb Universite-
tinin I-cərrahi xəstəliklər, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, anesteziologiya və
reanimatologiya kafedralarının birgə elmi konfransında, əsas elmi tezislər isə Prof.
İ.M. Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans (Bakı.
2009), Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq
elmi konfrans (Bakı. 2010), 18-ci Ulusal Cerrahi Kongresi (İzmir. 2012), Prof. H.A.
Sultanovun 80 illik yuileyinə həsr olunmuş elmi-praktik konfrans (Bakı. 2012) və
Azərbaycan Tibb Universitetinin dissertasiyaların aprobasiyası komissiyasında (Bakı.
2012) müzakirə edilmişdir.
Dostları ilə paylaş: |