32
Əfəndiyev bu adi insanları əsərlərinə dəstə-dəstə gətirdi.
Adiliyin estetikasını özününküləĢdirdi. Adiliyin fəlsəfəsini
oxudu və üzə çıxardı, adiliyin poeziyasını duydu və qələmə aldı.
Nəticədə, adilik təməlində qeyri-adi ədəbiyyat yaratdı. Bu, Elçin
Əfəndiyevin zəngin üslub cizgilərindən biri oldu. Yazıçı bu
yolda xüsusi istedad göstərdi. ―BaladadaĢın ilk məhəbbəti‖,
―BaladadaĢın toy hamamı‖ və AbĢeronun, Bakı kəndlərinin
mənzərəsini canlandıran neçə-neçə belə hekayə və povestləri
son 50 illik ədəbiyyatımızın həmiĢəyaĢarlıq fondunun vəsiqəsini
almıĢdır. Bu ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar
ki, yazıçı bu adi adamların daxilən gizlədib xəlvətdə saxladığı
mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir. Bu
ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki, yazıçı bu
adi adamların heç birinin tərəfində dayanmır, onların həyatını,
mübarizəsini təsvir etdikcə bu adamların daxilində gizlənən və
qətrə - qətrə üzə çıxan bütövlükdə; – Ġnsan gözəldir! Təbiətin
yaratdığı ən gözəl varlıq insandır! – fəlsəfəsinin ifadəsinə
çevrilir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları
keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz
etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli
amillərindəndir.
II Aparıcı: Elçin Əfəndiyev müasir həyatdan, uĢaq vaxtlarından bələd
olduğu adamlardan və mənbələrdən yazır. Təsadüfü deyildir ki,
AbĢeron bağları və kəndləri, Xəzər dənizi onun əsərlərində
poetikləĢdirilir. Bizi əhatə edən xarici aləm, yaĢadığımız evlər,
gəzdiyimiz dəniz sahilləri, Bakı bağlarının sarı qumu, dadlı
üzüm gətirən meynələri, çadır kimi kölgə salan tut ağacı, çılpaq
qayaları Elçin Əfəndiyevin hekayə və povestlərində daim insan
hissilərinin hərarətini, insan ürəyinin romantik çırpıntılarını əks
edir; çünki yazıçı onları təsvir xatirinə deyil, qəhrəmanlarının
həyəcan və iztirablarının, hisslərinin tərcümanı kimi əsərə daxil
edir. Bu təsvirlərin yığcamlığı və təbiiliyi oxucunu daima cəlb
edir. Xalq yazıçısı Elçin əfəndiyevin dramaturgiyası bu gün
nəinki ölkəmizin, hətta dünyanın bir çox teatrlarının diqqət
mərkəzindədir. Yazıçının bu xüsusiyyəti sənət dostları
tərəfindən həmiĢə yüksək qiymətləndirilmiĢdir. Ġndi isə gəlin
oxucumuzun ifasında Əjdər Qiyaslının xalqımızın yüksək
33
ləyaqətli yetirməsi, el-obamızın qədirkeĢi və xeyirxahı sevimli
xalq yazıçısı Elçinə həsr etdiyi ‖Parlasın səmada tale ulduzun‖
Ģeirindən bir parçanı dinləyək:
Oxucu:
... Ağac var tükənmir barı, bəhrəsi,
Bol bəhrə verməkdir eĢqi, həvəsi.
Bütün budaqları barla doludur,
Qeyrət ağacı da ömür yoludur...
Sən belə ağacdan daha barlısan,
Elinə, obana etibarlısan!
Səni bənzətsəm də barlı ağaca,
Sən ondan daha çox ucasan, uca!
Hər ağac bir dəfə ildə verir bar,
Səninsə həmiĢə bəhrə - barın var.
Sənətin yolları olsa da çətin,
Ölçüyə sığmazdır sənin xidmətin!
... Çinartək açmısan qol-qanadını.
Uca saxlamısan təmiz adını...
YaxĢılıq etmisən bəsdi deyincə,
Bəhrəsi tükənməz min il yeyincə!
Sənə arzularam dünya varından:
Açılsın ürəyin övladlarından!
Gözünə nur olsun hər gözəl qızın,
Parlasın Səmada Tale Ulduzun...
I Aparıcı: Cəmiyyətimizdə baĢ verən hadisələrin iti yazıçı qələmi ilə
bədiiləĢdirilməsi, zəmanənin qarĢılığında həqiqəti görmək və
onu estetik ideala çevirmək, sonda isə oxuculara və
tamaĢaçılara yüksək mənəvi-əxlaqi dəyərlər aĢılamaq bu
sənətkarın yaradıcılığı üçün xarakterikdir. Yaradıcılığına
metafizik realizm üslubunda hekayələrlə baĢlayan yazıçının
dünya ədəbiyyatı səviyyəsində dünyəvi dəyərləri əks etdirən
əsərləri öz müəllifinə çoxmilyonlu oxucu auditoriyası
qazandırıb. Onun yaradıcılığının coğrafi əhatə dairəsi çox
geniĢdir. Yazıçının bədii əsərləri tərcümə edilərək dünyanın
müxtəlif ölkələrində sevilə-sevilə oxunur. Müxtəsərlik,
aydınlıq və sadəlik onun ilk yazılarından özünü göstərən
keyfiyyətlərdəndir. Yazıçının yaradıcılığında müasirlik, dərin
psixoloji hisslər, humanist ideyalar, nəcib duyğular, saf arzular
34
mükəmməl Ģəkildə özünü göstərir. Elçin Əfəndiyev
Azərbaycan ədəbiyyatının Qızıl fonduna düĢmüĢ həm tarixi
romanların, həm absurd dramların, həm sürrealist və realist
hekayə və povestlərin müəllifidir.
II Aparıcı: Elçin Əfəndiyevin 70-ci illərdəki yaradıcılığı haqqında yazan,
bu yaradıcılığın orijinallığını xüsusi qeyd edən, onu yüksək
qiymətləndirən müəlliflərin sadəcə olaraq, yalnız adlarını
çəkmək kifayətdir ki, yazıçının əsərlərinin hələ o zaman
Azərbaycan ədəbiyyatında qazandığı mövqe barədə təsəvvür
əldə edək: Məmməd Arif DadaĢzadə, Mir Cəlal, Məmməd Cəfər
Cəfərov, Həmid Araslı, Mirzə Ġbrahimov, Mehdi Məmmədov,
Əziz Mirəhmədov, Yəhya Seyidov, Kamal Talıbzadə, Bəkir
Nəbiyev, YaĢar Qarayev, Xəlil Rza Ulutürk... Eləcə də onlarla
baĢqa görkəmli tənqidçilər, yazıçılar. Elçin Əfəndiyev ləyaqətlə
yaĢanmıĢ bir ömrün 40 ildən artıq müddətini ədəbiyyata həsr
etmiĢdir. Onun yaradıcılıq dünyasının sərhədləri heyrətamiz
geniĢliyi, əslində, sərhədsizliyi ilə seçilir. Müasir cəmiyyətdə
insan fenomeni həmiĢə Elçin Əfəndiyevin diqqət mərkəzində
olub. Ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi
proseslər,
gərgin
mənəvi-əxlaqi
axtarıĢlar
yazıçının
qəhrəmanlarının daxili aləmində öz əksini tapmıĢdır. Həyat
haqqında olan ideal təsəvvürlərin həyatın özündən nə qədər
fərqli olduğunu dərk edən əsərin qəhrəmanları, əslində,
ədəbiyyatımızın əzəli mövzusu olan insan azadlığı problemini
müasir dövrdə bütün çalarları ilə təcəssüm etdirirlər.
I Aparıcı:
Bəli, Elçin Əfəndiyev yaradıcılığının çoxĢaxəli olması ilə
seçilən, müxtəlif janrlarda uğurla iĢləməyi bacaran qələm
sahiblərindəndir. Teatr üçün yazdığı əsərlər ədəbi aləmdə
yazıçını dramaturq kimi tanıtmıĢdır. Ölkəmizdə, habelə,
dünyada gedən ədəbi-bədii proseslər barədə dövrü mətbuatda
müntəzəm olaraq dərc etdirdiyi tənqidi məqalələr
ədəbiyyatĢünasların yüksək qiymətini qazanmıĢdır. Onun
ssenariləri əsasında çəkilmiĢ bədii filmlər tamaĢaçılar
tərəfindən həmiĢə rəğbətlə qarĢılanmıĢdır.
Bildiyimiz kimi Elçin Əfəndiyev yaradıcılığı boyu bir sıra
povestlər, kinopovestlər yaratmıĢdır. Bunlardan ―Bir görüĢün
tarixçəsi‖, ―Toyuğun diri qalması‖, ―Dolça‖, ―Bayraqdar‖,
Dostları ilə paylaş: |